İbrahim Tahir Musayev(1869-1943)—Qarabağ ədəbi mühitinin yetirdiyi istedadlı şair, tərcüməçi, maarifçi ziyalı idi.
İbrahim Tahir | |
---|---|
İbrahim Əbdürrəhim oğlu Musayev | |
Təxəllüsü | Şişeyi |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | siyasətçi, şair |
İbrahim Tahir Vikimənbədə |
Həyatı
Təhsilini doğma şəhəri Şuşada almışdı. Köhnə üsullu məktəbdə ərəb, fars dillərinə yiyələnməklə bir sırada dövrün yenilikçi meyllərindən də kənarda qalmamışdı. XX əsrin əvvəllərindən etibarən müxtəlif imzalarla “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin”, “Dəbistan” “Səda” kimi qəzet və jurnallarda, sovet dövründə isə “Yeni kənd”, “Yeni yol” və b. qəzetlərdə ardıcıl çıxış edirdi. Onu dövrünün Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev kimi görkəmli nümayəndələri ilə sıx dostluq əlaqələri bağlayırdı. Vətənində “Şahnamə”nin mahir tərcüməçisi kimi şöhrət qazanmışdı.
Milli mətbuata ictimai inkişafın hərəkətverici qüvvəsi kimi baxan İbrahim Tahir “Füyuzat”ın nəşrə başlamasını böyük sevinc hissi ilə qarşılamışdı. 26 noyabr 1906-cı il tarixli 3-cü sayda dərc edilmiş “Təbrik və izhari-təşəkkür” adlı şeirində o, “Gülzari-vətəndə açılıb bir güli-irfan, Ənbər saçıyor millətə göftari-Füyuzat” misraları ilə yeni məcmuəni alqışlayaraq belə nəşrə böyük ehtiyac duyulduğunu və onun ciddi maarifçilik vəzifəsi daşıyacağını müjdə verirdi:
Çoxdan var idim talibi-didari Füyuzat,
Nagah bürüdü qəlbimi ənvari-Füyuzat,
Təqdirə səzavar olacaq mündəricatı,
Bifeyz olamaz vaqifi-əsrari Füyuzat.
Ardıcıl çap olunduğu “İrşad”, “Tazə həyat” qəzetləri ilə yanaşı “Füyuzat” səhifələrində də İbrahim Tahir həmvətənlərini inkişaf və tərəqqiyə çağıran, maarifin əhəmiyyətindən, insan azadlığından, ölkənin qanunlarla idarə olunmasının vacibliyindən söz açan şeirlərlə çıxış edirdi. Bu şeirlər ilk növbədə müəllifin Vətən təəssübündən, ölkəsini və vətəndaşlarını hür görmək istəyindən xəbər verirdi. Məsələn, aşağıdakı misralarda olduğu kimi:
Tərəqqidən qalır bibəhrə qanun
olmayan kişvər,
Düşər izzü şərafətdən cəhlü
qəflətlə dolan kişvər,
Tənəzzül kəsb edər nik ilə
bəd yeksan olan kişvər,
Müsavat olsa vallahi olar
mədhi-aman kişvər,
Fərəh əta edər qanda olsa
əmniyyət insana!
Şeiriyyət, poetik texnika baxımından onun yaradıcılığına müəyyən iradlar tutmaq mümkündür. Bu da tamamilə təbiidir. Anlaşılmayan Əhməd Kamalın Bakıda bütün tənqidçilik fəaliyyətini İbrahim Tahirə həsr etməsidir. Əsl ədəbiyyat və böyük sənət barəsində danışacağını vəd edən tənqidçi nə üçün özünü sadəcə bir nəfərin yaradıcılığı ilə məhdudlaşdırır? Aydın məsələdir ki, həmin dövrdə İbrahim Tahir Azərbaycan ədəbiyyatının yeganə təmsilçisi deyildi. Tənqidi fikir söyləmək, təhlil və müqayisələr aparmaq üçün kifayət qədər zəngin ədəbi material vardı. Amma Əhməd Kamal qərəzliliyə varacaq bir ardıcıllıqla məcmuənin 19-cu sayından son sayına qədər milli poeziyamızın bilicilərindən Mir Möhsün Nəvvabın məşhur “Təzkireyi-Nəvvab” əsərində “xoş əhvallı, düz əxlaqlı bir gənc” və “xoş məzmunlu qəzəllər müəllifi” kimi səciyyələndirdiyi İbrahim Tahiri qaralamaqda davam etmişdi. Fikrimcə, bu təkcə türk müəllifə deyil, bütünlükdə məcmuəyə də başucalığı gətirməmiş, onun tərəfsizliyini və ədəbi zövqünü şübhə altında qoymuşdu.
Beləliklə, məqalələrindən birində “Sən bəni, bən səni öyməkdən isə ey şair, Yazalım şeir bizi alimi-tənqid öysün” prinsipini hər şeydən uca tutduğunu bəyan edən Əhməd Kamal “Tahir Musayev” adlı yazısı ilə (bu yazının verildiyi sayda şairin portreti də özünə yer almışdı) əslində həmin prinsipdən uzaqlaşmağın konkret nümunəsini göstərmişdi. Nədənsə, İbrahim Tahirin “İrşad” qəzetində tez-tez çap olunması “Füyuzat” tənqidçisinin xoşuna gəlməmişdi. Razılaşaq ki, məqalənin sonundakı “az və gözəl” yazmaq təklifi məqbul səslənirdi. Lakin təhlillər, xüsusən də iradlar kifayət qədər əsaslandırılmamışdı. Əhməd Kamal konkret nümunələr əsasında qələm yoldaşının yaradıcılığı barəsində fikir formalaşdırmaq əvəzinə ayrı-ayrı yerinə düşməyən ifadələr, yaxud ümumi kontekstdən çıxarılan tarixi faktlar üzərində daha geniş dayanmışdı. Nəhayət, yazının ruhu da səmimiliyi, dostluq ab-havası ilə seçilmirdi. Müəllif nə qədər büruzə verməməyə çalışsa da, müəyyən bəyənməzlik, yuxarıdan aşağı baxmaq meylini gizlətmək mümkün olmamışdı.
Əsl ədəbiyyatla bir araya sığmayan belə məqamlar tənqid hədəfinin – İbrahim Tahirin diqqətindən yayınmamışdı. O da öz növbəsində “İrşad” qəzetinin 1907-ci il iyun saylarından birində cavab haqqından istifadə etmişdi. Bakıya yeni gələn Əhməd Kamalın milli ədəbiyyata yetərincə bələd olmadığı ilə bağlı iradlarını bildirmişdi. Yazıda deyilirdi: “Füyuzat” məcmuəsinin on doqquzuncu nömrəsində bir nəfər türk şairinin şerimizi tənqid və haqqımızda bəzi ixtaratda bulunmalarını oxuduq. Təvarixdən və qaideyi-şeiriyəmizə haqqınca aşina yeni qonağımızın iradlarından məlum olur ki, onun Qafqaza müraciətindən məramı sadə şeirlər söyləyib millətimizi oyandırmaq deyil, məhz izhari-kamal və kəsbi-şöhrətdir”. Şairin incikliyini başa düşmək mümkündür. O, hər hansı iddiadan uzaq tərzdə, bilik və imkanları daxilində Vətən ədəbiyyatına xidmət etmək istəmişdi. Buna nə dərəcədə müvəffəq olduğu ilə bağlı kimsədən tərif ummamışdı. Şəxsiyyət və yaradıcılığını nəyin bahasına olursa-olsun, gözə soxmaq istəməmişdi. Lakin tarixə, poeziyaya dərin bələdliyinə şübhə etmədiyi qonağın dəlləkliyi onun başında öyrənməsinə, təşəxxüslü tərzdə yol göstərməsinə dözə bilməmişdi.
Bəlkə də hər iki tərəfin iradlarını qarşılıqlı şəkildə bildirdiyi nöqtədə dayanmaq, mübahisəyə son qoymaq olardı. Əhməd Kamal isə belə düşünməmişdi. “...bu cürə ücubə cavaba müstəhəqq olmamaq lazım gəlir isə də bu cavab Kafkasyada bizim ilk dəfə uğradığımız bir təcavüz olduğundan bu yoldakı təcavüzlərə ilk və son dəfə olmaq üzrə bir kaç sözlə müqabilə etmək istəriz” – deyə cavab hüququndan yararlanacağını bildirmişdir. “Bir neçə söz” əvəzinə “Füyuzat”ın 21-ci sayının təxminən üçdə birini tutan “Müxtəsər bir cavab” adlı məqaləsində kifayət qədər kobud tərzdə opponentini yerində oturtmağa çalışmışdı. Bu yazı onun təkcə İbrahim Tahir şəxsiyyətinə və sözünə deyil, bütünlükdə Azərbaycan türklərinin dilinə, tarixinə, ədəbiyyatına münasibətini aydınlaşdırmaq baxımından özündə bir sıra prinsipial məqamları ehtiva etməkdədir.
Əvvəla, “Cavab”ın tonu ədəbi etikadan uzaqdır. Adi tənqidi mülahizəni “təcavüz” kimi dəyərləndirən müəllifdən belə bir etika gözləmək də sadəlövhlük olardı. “Bən gərək İstanbulda, gərəksə vətənimdən xaric bulunduğum zamanlar daima məmləkətdən məmləkətə, mətbuatdan mətbuata dəvət olunan xidmətkaranə-qələmdən biri olmaq üzrə fəxr edərəm” – deyə Bakıya əslində çarəsizlikdən doğan gəlişini bir daha xüsusi dəvətin nəticəsi və “yerli müsəlman mətbuatına” yardım kimi qələmə verən Əhməd Kamal sanki uşaqcasına acıq verirmiş kimi opponentinin belə ədəbi nüfuz və qabiliyyətdən məhrum olduğunu diqqətə çatdırırdı: “İndi sən söylə, ey Musayev! Əcəba səni də ömründə bir kərə olsun xidməti-qələmiyyəyə dəvət etmək, yaxud haqqında bir ufacıq təqdiri-mütəzəmmin olmaq üzrə – bənim o tənqidatımdakı bir-iki fəqəreyi-təşviqiyyədən maəda – bütün mətbuatda bir cümlə olsun bizə göstərə bilirmisin?” Belə mənasız bir öcəşmənin “xidmətkari-qələmə” yaraşmadığını sübut etməyə ehtiyac yoxdur. Əhməd Kamal uzun illərin qəzetçisi olduğunu müxtəlif münasibətlərlə dönə-dönə vurğulasa da, mətbuat etikasının adi tələblərini bilməmiş, yaxud onları yerinə yetirmək istəməmişdi. Məsələn, aşağıdakı təsadüfdə olduğu kimi. Şair İbrahim Tahir “Füyuzat” redaksiyasına şeirləri ilə birlikdə fotosunun da çapını xahiş etmişdi. Jurnal səhifələrində belə məşhurlaşmasının müqabilində Şuşada məcmuəyə əlli yeni abunəçi tapacağına boyun olmuşdu. Mətbuatın hər zaman yalnız yaradıcılıq deyil, həm də kommersiya sahəsi olduğunu nəzərə alsaq, burada qeyri-adi heç bir şey yox idi. Digər tərəfdən, istər ötən əsrin əvvəllərində, istərsə də indinin özündə belə məsələlər redaksiya sirri sayılır, açılıb-ağardılmırdı. Lakin Əhməd Kamal opponentini mümkün qədər çox aşağılamaq xatirinə redaksiya sirlərini açmağı mümkün saymışdı. Həm də bunu “Füyuzat” üslubuna yaraşmayan bir tərzdə etmişdi. Aşağıdakı sətirlərin nə jurnal redaksiyasına, nə də onun müəllifinə hörmət və şöhrət gətirmədiyi göz önündədir: “Boylə yalvarmıyormu idin? İştə idarəmiz sənin təcizatından qurtulmaq, bir də sənə bir əsəri-təşviq olmaq üzrə əksini nəşrə qərar verdi. Lakin o şərtlə ki, haqqında bir də tənqid yapalım. Bu tənqid yalnız əsərlərin haqqında deyil, rəsmin haqqında dəxi olacaq idi və yapıldı. Sən bilirsin ya, əksinin qızıl kəmərinlə birlikdə nəşr olunmasını istiyordun. Fotoqrafın da oylə idi... Şimdi Musayevmisın-nəsən, insaf ilə söylə: kəsbi-şöhrət etmək budalası mənmiyim, yoxsa sənmisin?”
Əhməd Kamalı şairə qarşı bu qədər qəzəbli, hətta müəyyən dərəcədə ədəbsiz mövqe tutmağa vadar edən nə idi? Bunun kökünü ilk növbədə dil məsələsində, dilə münasibətdə axtarmaq lazımdır. İbrahim Tahir Azərbaycan türkcəsini tam müstəqil dil sayır, Osmanlı şivəsini yamsılamağın əleyhdarı kimi çıxış edirdi. Özünün və qələm yoldaşlarının qarşısında duran ən ümdə vəzifəni oxucularının anladığı dildə xalqın və Vətənin dərdlərindən söz açmaq bilirdi. Məhz bu baxımdan da Əhməd Kamalın dillə bağlı fikirləri ilə razılaşmayaraq yuxarıda istinad etdiyim cavabında yazmışdı: “Əfəndim, biz Qafqaz şairləri isək məqsədimiz açıq bir lisan ilə milli nəzmlər deyib də əbnayi-vətənimizi təqazayi-zamanca tərəqqi və təali yoluna sövq etməkdir”. İbrahim Tahirin tutduğu yol Osmanlı türkcəsini Azərbaycanda ədəbiyyat və təhsil dilinə çevirməyi başlıca hədəfi sayan Əhməd Kamala xoş gəlməmişdi.
Ona görə də kifayət qədər mədəni şəkildə deyilmiş bu mülahizənin qarşılığında Əhməd Kamal “Füyuzat” səhifələrindən şairə təhqir sayılacaq ifadələr yağdırmağı özünə rəva görmüşdü: “Sən əbnayi-vətənin olan qafqaziyalıları o qədər aşağı bir dərrakeyi-mərifətdəmi görüyorsun ki, hətta tərəqqi və təali etmək üçün sənin haşa şeir dediyin ifrazati-dimağiyyənə möhtac olsunlar? Nəbahət və mərifətləri ilə bütün cahani-islama bu gün səlahani-müsabiqət olan Qafqazdakı müsəlman qardaşlarmı bu payeyi-əfsəldə görmək üçün sənin qədər əmayi-bəsirət tutulmuş olmalıdır!” İşin qəribə tərəfi budur ki, türk müəllifin özünün “Füyuzat”da çap olunmuş şeirləri hər hansı qeyri-adiliyi, milliyyətçi və vətənpərvər ruhu ilə seçilmirdi. Bunlar ən yaxşı halda fransız dekadans poeziyasının zəif təqlidi idi. 1905-ci ildən sonra fərqli dəyərlərə köklənən cəmiyyət “özü üçün” yazılan belə əsərlərdən heç nə qazanmırdı. Bu həssas məqamı tutan İbrahim Tahir öz ölkəsində tam fərqli – maarifçi-didaktik ədəbiyyata ehtiyac duyulduğunu diqqətə çəkirdi. Özünün və çap olunduğu mətbuat orqanlarının mövqeyini açıqlayaraq yazırdı ki, “yeganə arzuları Qafqaz şüəralarının əfradi-millətə sadə və riqqətbəxş mənzumələrini dərc edib də bu yolda ehtimamları onlara bu vasiteyi-təşviqdir və biz qafqazlılara “Atidə bir gecə” ünvanlı şeirlər və ilaxirə biməna xəyalatlar bir səmərə verməyəcəkdir”. Adı çəkilən şeir jurnalda “yüksək poeziya” nümunəsi kimi təqdim olunmuşdu.
Xatirəsi
"Elm və təhsil" nəşriyyatında XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik şair İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxmışdır. Şairin nəvəsi Akif Quliyevin tərtib edib nəşrə hazırladığı bu kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
İstinadlar
- "Arxivlənmiş surət" (PDF). 2022-03-08 tarixində (PDF). İstifadə tarixi: 2018-03-29.
- "İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxmışdır". 2020-10-26 tarixində . İstifadə tarixi: 2017-09-02.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ibrahim Tahir Musayev 1869 1943 Qarabag edebi muhitinin yetirdiyi istedadli sair tercumeci maarifci ziyali idi Ibrahim TahirIbrahim Ebdurrehim oglu MusayevTexellusu SiseyiDogum tarixi 1869Dogum yeri SusaVefat tarixi 1943Vefat yeri BakiFealiyyeti siyasetci sairIbrahim Tahir VikimenbedeHeyatiTehsilini dogma seheri Susada almisdi Kohne usullu mektebde ereb fars dillerine yiyelenmekle bir sirada dovrun yenilikci meyllerinden de kenarda qalmamisdi XX esrin evvellerinden etibaren muxtelif imzalarla Serqi rus Irsad Molla Nesreddin Debistan Seda kimi qezet ve jurnallarda sovet dovrunde ise Yeni kend Yeni yol ve b qezetlerde ardicil cixis edirdi Onu dovrunun Celil Memmedquluzade Ehmed bey Agayev kimi gorkemli numayendeleri ile six dostluq elaqeleri baglayirdi Veteninde Sahname nin mahir tercumecisi kimi sohret qazanmisdi Milli metbuata ictimai inkisafin hereketverici quvvesi kimi baxan Ibrahim Tahir Fuyuzat in nesre baslamasini boyuk sevinc hissi ile qarsilamisdi 26 noyabr 1906 ci il tarixli 3 cu sayda derc edilmis Tebrik ve izhari tesekkur adli seirinde o Gulzari vetende acilib bir guli irfan Enber saciyor millete goftari Fuyuzat misralari ile yeni mecmueni alqislayaraq bele nesre boyuk ehtiyac duyuldugunu ve onun ciddi maarifcilik vezifesi dasiyacagini mujde verirdi Coxdan var idim talibi didari Fuyuzat Nagah burudu qelbimi envari Fuyuzat Teqdire sezavar olacaq mundericati Bifeyz olamaz vaqifi esrari Fuyuzat Ardicil cap olundugu Irsad Taze heyat qezetleri ile yanasi Fuyuzat sehifelerinde de Ibrahim Tahir hemvetenlerini inkisaf ve tereqqiye cagiran maarifin ehemiyyetinden insan azadligindan olkenin qanunlarla idare olunmasinin vacibliyinden soz acan seirlerle cixis edirdi Bu seirler ilk novbede muellifin Veten teessubunden olkesini ve vetendaslarini hur gormek isteyinden xeber verirdi Meselen asagidaki misralarda oldugu kimi Tereqqiden qalir bibehre qanun olmayan kisver Duser izzu serafetden cehlu qefletle dolan kisver Tenezzul kesb eder nik ile bed yeksan olan kisver Musavat olsa vallahi olar medhi aman kisver Fereh eta eder qanda olsa emniyyet insana Seiriyyet poetik texnika baximindan onun yaradiciligina mueyyen iradlar tutmaq mumkundur Bu da tamamile tebiidir Anlasilmayan Ehmed Kamalin Bakida butun tenqidcilik fealiyyetini Ibrahim Tahire hesr etmesidir Esl edebiyyat ve boyuk senet baresinde danisacagini ved eden tenqidci ne ucun ozunu sadece bir neferin yaradiciligi ile mehdudlasdirir Aydin meseledir ki hemin dovrde Ibrahim Tahir Azerbaycan edebiyyatinin yegane temsilcisi deyildi Tenqidi fikir soylemek tehlil ve muqayiseler aparmaq ucun kifayet qeder zengin edebi material vardi Amma Ehmed Kamal qerezliliye varacaq bir ardicilliqla mecmuenin 19 cu sayindan son sayina qeder milli poeziyamizin bilicilerinden Mir Mohsun Nevvabin meshur Tezkireyi Nevvab eserinde xos ehvalli duz exlaqli bir genc ve xos mezmunlu qezeller muellifi kimi seciyyelendirdiyi Ibrahim Tahiri qaralamaqda davam etmisdi Fikrimce bu tekce turk muellife deyil butunlukde mecmueye de basucaligi getirmemis onun terefsizliyini ve edebi zovqunu subhe altinda qoymusdu Belelikle meqalelerinden birinde Sen beni ben seni oymekden ise ey sair Yazalim seir bizi alimi tenqid oysun prinsipini her seyden uca tutdugunu beyan eden Ehmed Kamal Tahir Musayev adli yazisi ile bu yazinin verildiyi sayda sairin portreti de ozune yer almisdi eslinde hemin prinsipden uzaqlasmagin konkret numunesini gostermisdi Nedense Ibrahim Tahirin Irsad qezetinde tez tez cap olunmasi Fuyuzat tenqidcisinin xosuna gelmemisdi Razilasaq ki meqalenin sonundaki az ve gozel yazmaq teklifi meqbul seslenirdi Lakin tehliller xususen de iradlar kifayet qeder esaslandirilmamisdi Ehmed Kamal konkret numuneler esasinda qelem yoldasinin yaradiciligi baresinde fikir formalasdirmaq evezine ayri ayri yerine dusmeyen ifadeler yaxud umumi kontekstden cixarilan tarixi faktlar uzerinde daha genis dayanmisdi Nehayet yazinin ruhu da semimiliyi dostluq ab havasi ile secilmirdi Muellif ne qeder buruze vermemeye calissa da mueyyen beyenmezlik yuxaridan asagi baxmaq meylini gizletmek mumkun olmamisdi Esl edebiyyatla bir araya sigmayan bele meqamlar tenqid hedefinin Ibrahim Tahirin diqqetinden yayinmamisdi O da oz novbesinde Irsad qezetinin 1907 ci il iyun saylarindan birinde cavab haqqindan istifade etmisdi Bakiya yeni gelen Ehmed Kamalin milli edebiyyata yeterince beled olmadigi ile bagli iradlarini bildirmisdi Yazida deyilirdi Fuyuzat mecmuesinin on doqquzuncu nomresinde bir nefer turk sairinin serimizi tenqid ve haqqimizda bezi ixtaratda bulunmalarini oxuduq Tevarixden ve qaideyi seiriyemize haqqinca asina yeni qonagimizin iradlarindan melum olur ki onun Qafqaza muracietinden merami sade seirler soyleyib milletimizi oyandirmaq deyil mehz izhari kamal ve kesbi sohretdir Sairin incikliyini basa dusmek mumkundur O her hansi iddiadan uzaq terzde bilik ve imkanlari daxilinde Veten edebiyyatina xidmet etmek istemisdi Buna ne derecede muveffeq oldugu ile bagli kimseden terif ummamisdi Sexsiyyet ve yaradiciligini neyin bahasina olursa olsun goze soxmaq istememisdi Lakin tarixe poeziyaya derin beledliyine subhe etmediyi qonagin dellekliyi onun basinda oyrenmesine tesexxuslu terzde yol gostermesine doze bilmemisdi Belke de her iki terefin iradlarini qarsiliqli sekilde bildirdiyi noqtede dayanmaq mubahiseye son qoymaq olardi Ehmed Kamal ise bele dusunmemisdi bu cure ucube cavaba musteheqq olmamaq lazim gelir ise de bu cavab Kafkasyada bizim ilk defe ugradigimiz bir tecavuz oldugundan bu yoldaki tecavuzlere ilk ve son defe olmaq uzre bir kac sozle muqabile etmek isteriz deye cavab huququndan yararlanacagini bildirmisdir Bir nece soz evezine Fuyuzat in 21 ci sayinin texminen ucde birini tutan Muxteser bir cavab adli meqalesinde kifayet qeder kobud terzde opponentini yerinde oturtmaga calismisdi Bu yazi onun tekce Ibrahim Tahir sexsiyyetine ve sozune deyil butunlukde Azerbaycan turklerinin diline tarixine edebiyyatina munasibetini aydinlasdirmaq baximindan ozunde bir sira prinsipial meqamlari ehtiva etmekdedir Evvela Cavab in tonu edebi etikadan uzaqdir Adi tenqidi mulahizeni tecavuz kimi deyerlendiren muellifden bele bir etika gozlemek de sadelovhluk olardi Ben gerek Istanbulda gerekse vetenimden xaric bulundugum zamanlar daima memleketden memlekete metbuatdan metbuata devet olunan xidmetkarane qelemden biri olmaq uzre fexr ederem deye Bakiya eslinde caresizlikden dogan gelisini bir daha xususi devetin neticesi ve yerli muselman metbuatina yardim kimi qeleme veren Ehmed Kamal sanki usaqcasina aciq verirmis kimi opponentinin bele edebi nufuz ve qabiliyyetden mehrum oldugunu diqqete catdirirdi Indi sen soyle ey Musayev Eceba seni de omrunde bir kere olsun xidmeti qelemiyyeye devet etmek yaxud haqqinda bir ufaciq teqdiri mutezemmin olmaq uzre benim o tenqidatimdaki bir iki feqereyi tesviqiyyeden maeda butun metbuatda bir cumle olsun bize gostere bilirmisin Bele menasiz bir ocesmenin xidmetkari qeleme yarasmadigini subut etmeye ehtiyac yoxdur Ehmed Kamal uzun illerin qezetcisi oldugunu muxtelif munasibetlerle done done vurgulasa da metbuat etikasinin adi teleblerini bilmemis yaxud onlari yerine yetirmek istememisdi Meselen asagidaki tesadufde oldugu kimi Sair Ibrahim Tahir Fuyuzat redaksiyasina seirleri ile birlikde fotosunun da capini xahis etmisdi Jurnal sehifelerinde bele meshurlasmasinin muqabilinde Susada mecmueye elli yeni abuneci tapacagina boyun olmusdu Metbuatin her zaman yalniz yaradiciliq deyil hem de kommersiya sahesi oldugunu nezere alsaq burada qeyri adi hec bir sey yox idi Diger terefden ister oten esrin evvellerinde isterse de indinin ozunde bele meseleler redaksiya sirri sayilir acilib agardilmirdi Lakin Ehmed Kamal opponentini mumkun qeder cox asagilamaq xatirine redaksiya sirlerini acmagi mumkun saymisdi Hem de bunu Fuyuzat uslubuna yarasmayan bir terzde etmisdi Asagidaki setirlerin ne jurnal redaksiyasina ne de onun muellifine hormet ve sohret getirmediyi goz onundedir Boyle yalvarmiyormu idin Iste idaremiz senin tecizatindan qurtulmaq bir de sene bir eseri tesviq olmaq uzre eksini nesre qerar verdi Lakin o sertle ki haqqinda bir de tenqid yapalim Bu tenqid yalniz eserlerin haqqinda deyil resmin haqqinda dexi olacaq idi ve yapildi Sen bilirsin ya eksinin qizil kemerinle birlikde nesr olunmasini istiyordun Fotoqrafin da oyle idi Simdi Musayevmisin nesen insaf ile soyle kesbi sohret etmek budalasi menmiyim yoxsa senmisin Ehmed Kamali saire qarsi bu qeder qezebli hetta mueyyen derecede edebsiz movqe tutmaga vadar eden ne idi Bunun kokunu ilk novbede dil meselesinde dile munasibetde axtarmaq lazimdir Ibrahim Tahir Azerbaycan turkcesini tam musteqil dil sayir Osmanli sivesini yamsilamagin eleyhdari kimi cixis edirdi Ozunun ve qelem yoldaslarinin qarsisinda duran en umde vezifeni oxucularinin anladigi dilde xalqin ve Vetenin derdlerinden soz acmaq bilirdi Mehz bu baximdan da Ehmed Kamalin dille bagli fikirleri ile razilasmayaraq yuxarida istinad etdiyim cavabinda yazmisdi Efendim biz Qafqaz sairleri isek meqsedimiz aciq bir lisan ile milli nezmler deyib de ebnayi vetenimizi teqazayi zamanca tereqqi ve teali yoluna sovq etmekdir Ibrahim Tahirin tutdugu yol Osmanli turkcesini Azerbaycanda edebiyyat ve tehsil diline cevirmeyi baslica hedefi sayan Ehmed Kamala xos gelmemisdi Ona gore de kifayet qeder medeni sekilde deyilmis bu mulahizenin qarsiliginda Ehmed Kamal Fuyuzat sehifelerinden saire tehqir sayilacaq ifadeler yagdirmagi ozune reva gormusdu Sen ebnayi vetenin olan qafqaziyalilari o qeder asagi bir derrakeyi merifetdemi goruyorsun ki hetta tereqqi ve teali etmek ucun senin hasa seir dediyin ifrazati dimagiyyene mohtac olsunlar Nebahet ve merifetleri ile butun cahani islama bu gun selahani musabiqet olan Qafqazdaki muselman qardaslarmi bu payeyi efselde gormek ucun senin qeder emayi besiret tutulmus olmalidir Isin qeribe terefi budur ki turk muellifin ozunun Fuyuzat da cap olunmus seirleri her hansi qeyri adiliyi milliyyetci ve vetenperver ruhu ile secilmirdi Bunlar en yaxsi halda fransiz dekadans poeziyasinin zeif teqlidi idi 1905 ci ilden sonra ferqli deyerlere koklenen cemiyyet ozu ucun yazilan bele eserlerden hec ne qazanmirdi Bu hessas meqami tutan Ibrahim Tahir oz olkesinde tam ferqli maarifci didaktik edebiyyata ehtiyac duyuldugunu diqqete cekirdi Ozunun ve cap olundugu metbuat orqanlarinin movqeyini aciqlayaraq yazirdi ki yegane arzulari Qafqaz sueralarinin efradi millete sade ve riqqetbexs menzumelerini derc edib de bu yolda ehtimamlari onlara bu vasiteyi tesviqdir ve biz qafqazlilara Atide bir gece unvanli seirler ve ilaxire bimena xeyalatlar bir semere vermeyecekdir Adi cekilen seir jurnalda yuksek poeziya numunesi kimi teqdim olunmusdu Xatiresi Elm ve tehsil nesriyyatinda XIX esrin sonu XX esrin birinci yarisinda yasamis Qarabag edebi muhitinin yetirmesi zengin bedii yaradiciliga malik sair Ibrahim Tahir Musayevin secilmis qezeller toplusu capdan cixmisdir Sairin nevesi Akif Quliyevin tertib edib nesre hazirladigi bu kitabin elmi redaktoru ve on sozun muellifi AMEA Mehemmed Fuzuli adina Elyazmalar Institutunun elmi isler uzre direktor muavini filologiya uzre elmler doktoru Pasa Kerimovdur Istinadlar Arxivlenmis suret PDF 2022 03 08 tarixinde PDF Istifade tarixi 2018 03 29 Ibrahim Tahir Musayevin secilmis qezeller toplusu capdan cixmisdir 2020 10 26 tarixinde Istifade tarixi 2017 09 02