Qurultayın keçirilməsi zərurəti
Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar.
Qurultayın təşkili və keçirilməsi
Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu.
Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Məhəmməd Əmin Rəsulzadə idarə üsulu haqqında Azərbaycan türk dilində etdiyi çıxışında göstərirdi ki, bu məsələyə həm insanlıq mədəniyyəti, həm də milli maraqlar nöqteyi-nəzərindən baxılmalıdır.
Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtariyyət proqramı türk xalqlarının yüksələn milli özünüdərketmə şüuruna ədalətli şəkildə cavab verə bilməz. O öz çıxışında da vurğuladı ki, "Rusiya xalq cümhuriyyəti üsulu ilə idarə edilməlidir... Mən, ədəmi-mərkəziyyəti muxtariyyətlərdən təşəkkül edən bir federasiya şəklində təsəvvür edirəm. Bu muxtariyyətləri milli-məhəlli prinsipi içində faydalı bilirəm". Müsəlmanların Rusiyada slavyanlardan sonra ikinci yeri tutduğu, onların 96 vilayət və qəzada yaşadıqları, Qafqazda, o cümlədən 10 vilayətdə - onlardan Bakı vilayətində 676243 (82,05%), Tiflis vilayətində 189098 (17,98%), İrəvan vilayətində 350096 (42,47%) nəfər olduğu göstərilmişdi.
Rusiya dövlətinin ərazi federasiyası əsasında təşkili əleyhinə çıxış edən Əhməd Salihov iddia edirdi ki, belə quruluş aqrar məsələnin həllini çətinləşdirəcək, müsəlman fəhlələr Ümumrusiya sosial qanunvericiliyinin faydasından bəhrələnə bilməyəcəklər, çünki həmin quruluş şəraitində qanunlar müxtəlif regionlarda fərqli xarakter daşıyacaqdır. Onun təklif etdiyi qətnamə layihəsində deyilirdi ki, ərazi federalizmi müsəlmanların tam parçalanmasına gətirib çıxaracaq və milli məsələni həll etməyəcəkdir. Federalizm prinsipinin Rusiya müsəlmanlarını siyasi cəhətdən parçalayacağını israrla bildirən Ə.Salihovun fikrincə, birbaşa, bərabər və gizli seçki hüququ əsasında mərkəzi orqan - milli-mədəni parlament yaratmaqla müsəlman milli-mədəni muxtariyyəti formasında həyata keçirilməlidir.
Məsələnin vacibliyini nəzərə alan nümayəndələr Ə.M.Topçubaşovun rəhbərliyi altında bir daha onun müzakirəsinə qayıtdılar. Nümayəndələrə müraciət edən Topçubaşov göstərdi ki, "idarə üsulu məsələsi çox mühüm və böyük bir siyasi problemdir. Bu, bizim üçün bir imtahan məqamıdır". Məsələnin müzakirəsi çox gərgin keçdi. 200-ə qədər təklif verilmişdi. Ə.M.Topçubaşov öz çıxışında qeyd etdi ki, "hər şeydən əvvəl, biz xalq cümhuriyyəti (demokratik-federal cümhuriyyət) istəyirik, bu bizim əsas diləyimizdir. Xalq cümhuriyyəti demək, bütün hakimiyyətin tamamilə xalqın, demokrasinin öz əlində bulunan idarə deməkdir. Buna digər bir sözlə, "xalq hakimiyyəti" də deyilir".
Ərazi muxtariyyəti blokunun əsas məruzəçisi olan Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtariyyət proqramı türk xalqlarının yüksələn milli özünüdərk şüuruna ədalətli şəkildə cavab verə bilməz. "Sual olunur: millət nədir? Mən əminəm ki, millətin ən mühüm xüsusiyyətləri dili və tarixilə bağlı əlaqələrdən, adət və ənənələr birliyindən ibarətdir. Bəzən deyirlər ki, İslam millətin təcəssümüdür, çünki türk-tatardan milləti soruşulduqda, o "mən müsəlmanam" deyə cavab verir. Lakin bu, səhv baxışdır. Xristian milləti yoxdur və eləcə də İslam milləti mövcud deyildir. Bu böyük müsəlman evində türklər və ərəblər üçün ayrı-ayrı otaqlar olmalıdır".
Nəticədə Məhəmməd Əmin Rəsulzadənin "Müsəlman millətlərin mənfəətlərini saxlamaq üçün ən uyğun idarə üsulu milli-mədəni muxtariyyəti verən xalq cümhuriyyətidir" -fikrini ifadə edən layihəsinin lehinə 446, əleyhinə 271, Ə.Salihovun unitar cümhuriyyət təklifinin lehinə 271, əleyhinə 442 səs verildi.
Qurultayda 30 üzvdən ibarət Şura (Qafqazdan 5 nəfər) 12 nəfərdən ibarət İcra Komitəsi seçildi. Əsasən Azərbaycan siyasətçilərinin təmsil etdikləri federasiya tərəfdarlarının bu qələbəsinə baxmayaraq, onlar Petroqraddakı Mərkəzi Şuranın tərkibində say etibarilə xeyli az idilər, unitar dövlət tərəfdarları isə əksəriyyət təşkil edirdi. Bundan sonra unitar dövlət tərəfdarları ilə yalnız formal əlaqə saxlayan azərbaycanlı milli siyasi xadimlərin fəaliyyət dairəsi əsasən Cənubi və Şimali Qafqazı əhatə edirdi. Dövrünə görə mühüm qərarlar qəbul etmiş qurultay Rusiyadakı 30 milyonluq Türk aləminin düşüncələrini, ictimai-siyasi, milli, dini görüşlərini, arzu və məqsədlərini bəyan etdi.
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- .Quliуev Сəmi1. XIX-XX əsr tarixindən... "Respublika" qəzeti, 20 noyabr 1997-ci il.
- Програмные документы мусульманских политических партий 1917-1920 гг. Оксфорд, 1985, səh. 13-15.
- Azerbaycan dosyesi. Ankara, 1990, səh. 67.
Mənbə
- Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1992.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qurultayin kecirilmesi zeruretiMilli regionlar cercivesinde formalasmis ekser qruplarin Cenubi Qafqaz Basqirdistan Krim Qirgizistan ve s numayendeleri Rusiya dovletinin heyati menafelerine toxunmamaqla butun sahelerde ozunuidare huququ veren erazi muxtariyyeti prinsipinin terefdari idiler Rusiyanin muxtelif hisselerine sepelenmis tatarlarin numayendeleri ise tamamile eks movqede dayanirdilar Qurultayin teskili ve kecirilmesiMesele ile bagli ziddiyyetler 1917 ci il mayin 1 den 11 ne qeder Moskvada kecirilmis Umumrusiya Muselmanlar qurultayinda ozunu buruze verdi Qurultayi teskil etmek ucun Qafqaz sosial demokrati Ehmed Salihovun basciligi ile buro yaradildi Qurultay azerbaycanli milyoncu Semsi Esedullayevin Moskvadaki muselmanlara hediyye etdiyi binada 900 numayendenin istiraki ile kecirildi Qurultayin gundeliyinde Rusiyanin gelecek idare formasi medeni ve mehelli muxtariyyet muharibeye munasibet Meclisi Muessisan Qadinlar fehle torpaq meseleleri her biri ayriliqda Qafqaziya Turkustan Qazaxistan meseleleri mustemleke siyaseti ve s esgeri teskilat siyasi teskilat meseleleri butun Rusiya muselmanlarinin boyuk milli surasini secmek ve s meseleler dururdu Qurultayin gundeliyindeki on dord meselenin muzakiresi ucun doqquz bolme onun emeli isini aparmaq ucun dord komissiya teskil olunmusdu Qurultayin muzakire etdiyi en muhum meselelerden biri Rusiyanin gelecek dovlet idare usulu haqqinda idi Mesele ile bagli iki numayende Mehemmed Emin Resulzade ve E Salihov cixis etdiler Mehemmed Emin Resulzade idare usulu haqqinda Azerbaycan turk dilinde etdiyi cixisinda gosterirdi ki bu meseleye hem insanliq medeniyyeti hem de milli maraqlar noqteyi nezerinden baxilmalidir Mehemmed Emin Resulzade hesab edirdi ki vahid Umumrusiya teskilatinin yaradilmasina mane olan medeni muxtariyyet proqrami turk xalqlarinin yukselen milli ozunuderketme suuruna edaletli sekilde cavab vere bilmez O oz cixisinda da vurguladi ki Rusiya xalq cumhuriyyeti usulu ile idare edilmelidir Men edemi merkeziyyeti muxtariyyetlerden tesekkul eden bir federasiya seklinde tesevvur edirem Bu muxtariyyetleri milli mehelli prinsipi icinde faydali bilirem Muselmanlarin Rusiyada slavyanlardan sonra ikinci yeri tutdugu onlarin 96 vilayet ve qezada yasadiqlari Qafqazda o cumleden 10 vilayetde onlardan Baki vilayetinde 676243 82 05 Tiflis vilayetinde 189098 17 98 Irevan vilayetinde 350096 42 47 nefer oldugu gosterilmisdi Rusiya dovletinin erazi federasiyasi esasinda teskili eleyhine cixis eden Ehmed Salihov iddia edirdi ki bele qurulus aqrar meselenin hellini cetinlesdirecek muselman fehleler Umumrusiya sosial qanunvericiliyinin faydasindan behrelene bilmeyecekler cunki hemin qurulus seraitinde qanunlar muxtelif regionlarda ferqli xarakter dasiyacaqdir Onun teklif etdiyi qetname layihesinde deyilirdi ki erazi federalizmi muselmanlarin tam parcalanmasina getirib cixaracaq ve milli meseleni hell etmeyecekdir Federalizm prinsipinin Rusiya muselmanlarini siyasi cehetden parcalayacagini israrla bildiren E Salihovun fikrince birbasa beraber ve gizli secki huququ esasinda merkezi orqan milli medeni parlament yaratmaqla muselman milli medeni muxtariyyeti formasinda heyata kecirilmelidir Meselenin vacibliyini nezere alan numayendeler E M Topcubasovun rehberliyi altinda bir daha onun muzakiresine qayitdilar Numayendelere muraciet eden Topcubasov gosterdi ki idare usulu meselesi cox muhum ve boyuk bir siyasi problemdir Bu bizim ucun bir imtahan meqamidir Meselenin muzakiresi cox gergin kecdi 200 e qeder teklif verilmisdi E M Topcubasov oz cixisinda qeyd etdi ki her seyden evvel biz xalq cumhuriyyeti demokratik federal cumhuriyyet isteyirik bu bizim esas dileyimizdir Xalq cumhuriyyeti demek butun hakimiyyetin tamamile xalqin demokrasinin oz elinde bulunan idare demekdir Buna diger bir sozle xalq hakimiyyeti de deyilir Erazi muxtariyyeti blokunun esas meruzecisi olan Mehemmed Emin Resulzade hesab edirdi ki vahid Umumrusiya teskilatinin yaradilmasina mane olan medeni muxtariyyet proqrami turk xalqlarinin yukselen milli ozunuderk suuruna edaletli sekilde cavab vere bilmez Sual olunur millet nedir Men eminem ki milletin en muhum xususiyyetleri dili ve tarixile bagli elaqelerden adet ve eneneler birliyinden ibaretdir Bezen deyirler ki Islam milletin tecessumudur cunki turk tatardan milleti sorusulduqda o men muselmanam deye cavab verir Lakin bu sehv baxisdir Xristian milleti yoxdur ve elece de Islam milleti movcud deyildir Bu boyuk muselman evinde turkler ve erebler ucun ayri ayri otaqlar olmalidir Neticede Mehemmed Emin Resulzadenin Muselman milletlerin menfeetlerini saxlamaq ucun en uygun idare usulu milli medeni muxtariyyeti veren xalq cumhuriyyetidir fikrini ifade eden layihesinin lehine 446 eleyhine 271 E Salihovun unitar cumhuriyyet teklifinin lehine 271 eleyhine 442 ses verildi Qurultayda 30 uzvden ibaret Sura Qafqazdan 5 nefer 12 neferden ibaret Icra Komitesi secildi Esasen Azerbaycan siyasetcilerinin temsil etdikleri federasiya terefdarlarinin bu qelebesine baxmayaraq onlar Petroqraddaki Merkezi Suranin terkibinde say etibarile xeyli az idiler unitar dovlet terefdarlari ise ekseriyyet teskil edirdi Bundan sonra unitar dovlet terefdarlari ile yalniz formal elaqe saxlayan azerbaycanli milli siyasi xadimlerin fealiyyet dairesi esasen Cenubi ve Simali Qafqazi ehate edirdi Dovrune gore muhum qerarlar qebul etmis qurultay Rusiyadaki 30 milyonluq Turk aleminin dusuncelerini ictimai siyasi milli dini goruslerini arzu ve meqsedlerini beyan etdi Hemcinin baxQafqaz Muselmanlari QurultayiIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Quliuev Semi1 XIX XX esr tarixinden Respublika qezeti 20 noyabr 1997 ci il Programnye dokumenty musulmanskih politicheskih partij 1917 1920 gg Oksford 1985 seh 13 15 Azerbaycan dosyesi Ankara 1990 seh 67 MenbeMemmedzade M B Milli Azerbaycan herekati Baki 1992