Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir.
Tarixçə
Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir.
Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir.
Söz açımı
Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir .
Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir. Sufilər təkyələrdə çoğur çalardılar. "Ozanlar çıxıb çuxur çalardılar" ifadəsi Orta Əsrlərdə işlənib.
Bu sözün dilimizdə işlənən "çalçağır" ifadəsindən törənməsini və sonralar "çoğur" kimi formalaşmasını da güman etmək olar.
Quruluşu
Çanağın üst hissəsi 4 mm qalınlığında ağac üzlüklə örtülür. Qol və kəllə hissəsi qoz, aşıqları isə armud ağacından hazırlanır. Ümumi uzunluğu 880 mm, çanağının uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü 140 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağın yan tərəflərində 2, üst hissəsində isə səs rezonansı üçün bir neçə oyuq açılır. Səs düzümü kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.
Əli Rza Yalçının "Cənubda türkmən çağları" əsərində çoğurun 9 teli, 15 pərdəsi və gözəl səs tembri olmasından söz açılır. Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmanları arasında dövrümüzə qədər gəlib çatmışdır. Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir. Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır .
İstinadlar
- Azərbaycan Sovet Ensiklopediyası, X cild. Bakı, 1987, səh. 450.
- Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
- Abbasqulu Nəcəfzadə.Çalğı alətlərimiz 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
- "Azərbaycan ənənəvi musiqi atlası - Çoğur". 2022-03-25 tarixində . İstifadə tarixi: 2014-03-04.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cogur mizrabla seslendirilen simli muqisi aletidir Cogur Azerbaycan Tarixi muzeyiTarixceTarixi faktlardan bele qenaete gelmek olar ki XII XIII yuzilliklerde ozan qopuzunun cogurla XV XVI yuzilliklerde ise cogurun sazla evezlenmesi merheleleri olmusdur Tarixi qaynaqlardan aydin olur ki XII XVI yuzilliklerde qopuzun sazla evezlenmesi arasindaki dovrde Qafqaz Iran ve Anadoludaki sufi merasimlerinde dervis asiq meclislerinde cagir caqur cuqur cogur adli musiqi aletinden istifade edilmisdir Muxtelif tarixi menbelerden melumdur ki Orta esrlerde Sefevi dovletinin ordusunda yuksek doyus ehval ruhiyyesi yaratmaq ucun cogur musiqi aletinden istifade etmisler XVI yuzilliyin evvellerinden behs eden Cahanarayi Sah Ismayil Sefevi salnamesinde bu barede deyilir Qalib yuruslu ordunun qarsisinda cukurlar calmaq turku varsagilar oxumaqla doyusculerin vurus ruhunu qaldirirdilar Sah Ismayil Xetainin XVI esr Dehname sinde cogur tesvir edilir Soz acimiCogurun canagi cuxura benzeyir yeni kotuyun ici cuxur kimi ovulur bu uzden alete cuxur adi verilib Tesadufi deyil ki Azerbaycan Sovet Ensiklopediyasinda Orta Caglarda aletin cuxur cogor cogur kimi adlandirildigi da gosterilir Basqa ehtimala gore cogur sozu cagirmaq felinden toreyib haqqi Allahi cagirmaq ucun istifade edilen musiqi aleti menasini verir Sufiler tekyelerde cogur calardilar Ozanlar cixib cuxur calardilar ifadesi Orta Esrlerde islenib Bu sozun dilimizde islenen calcagir ifadesinden torenmesini ve sonralar cogur kimi formalasmasini da guman etmek olar QurulusuCanagin ust hissesi 4 mm qalinliginda agac uzlukle ortulur Qol ve kelle hissesi qoz asiqlari ise armud agacindan hazirlanir Umumi uzunlugu 880 mm canaginin uzunlugu 400 mm eni 225 mm hundurluyu 140 mm dir Qoluna 22 perde baglanir Canagin yan tereflerinde 2 ust hissesinde ise ses rezonansi ucun bir nece oyuq acilir Ses duzumu kicik oktavanin do sesinden ikinci oktavanin sol sesine kimidir Eli Rza Yalcinin Cenubda turkmen caglari eserinde cogurun 9 teli 15 perdesi ve gozel ses tembri olmasindan soz acilir Ancaq cogurun basqa novleri Qafqazda elece de Iraq turkmanlari arasinda dovrumuze qeder gelib catmisdir Azerbaycan Tarixi Muzeyinin fondunda saxlanilan XIX esre aid cogur musiqi aleti uc qosa simden ve 22 perdeden ibaretdir Aletin canagi tut agacindan yigma usulu ile hazirlanir IstinadlarAzerbaycan Sovet Ensiklopediyasi X cild Baki 1987 seh 450 Abbasqulu Necefzade Azerbaycan calgi aletlerinin izahli lugeti 2022 03 03 at the Wayback Machine Baki 2004 Abbasqulu Necefzade Calgi aletlerimiz 2022 03 25 at the Wayback Machine Baki 2004 Azerbaycan enenevi musiqi atlasi Cogur 2022 03 25 tarixinde Istifade tarixi 2014 03 04