Çingiz Abdullayev (1929, Laçın rayonu – bilinmir, Bern) — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir.
Çingiz Abdullayev | |
---|---|
Çingiz Mirzağa oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Laçın rayonu |
Vəfat tarixi | ? |
Vəfat yeri | Bern, İsveçrə |
Həyatı
Bu məqaləni lazımdır. |
1947–1950-ci illərdə Azərbaycandakı gizli tələbə dərnəklərindən birinin rəhbəri Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxumağa başlamışdır.
Özünə həmfikirlər axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər. Lakin bu dərnəyin ömrü çox da uzun olmur. Xüsusi xidmət orqanları onların yazdıqlrı vərəqlərin izinə düşür. Beləliklə 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Varaşilov rayonunun 3-sü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndilə-yəni "dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq"da ittiham edilərək üç il azadlıqdan məhrum etmə ilə cəzalandırılar və institutudan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli cəza müəssisələrində çəkib 1950-ci ilin 19 iyununda azadlığa buraxılır. Bakıda yaşamasına və işləməsinə icazə verməsələr də məsləkdaşları ilə daima əlaqə saxlayır, mübarizənin yeni formalarını düşünür.
Bütün çətinliklərə və sıxıntılara baxmayaraq ən çox inandığı və əlaqə saxladığı Cahid Hilaloğlu olur. Hər ikisi başa düşür ki, SSRİ-də azad fikirlilərə yer yoxdur. Azərbaycanın azadlığı uğrunda mübarizəni onun sərhədlərindən kənarda aparmaq lazımdır. Bunun üçün ən münasib yer isə Türkiyədir. Çünki Azərbaycanlı mühacirlər, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri də orada idilər. İstintaq materiallarında mühacirlər arasında Çingizin yaxın qohumu olduğu göstərilsə də onun kimliyini hələ də müəyyənləşdirə bilməmişik.
1956-cı ilin əvvəllərində Çingiz Abdullayevlə C. Hilaloğlunun Lerik rayonunun sərhəd kəndlərinin birində işə düzəlmək planının arxasında oradan İrana, İrandan da Türkiyəyə keçmək dururdu. Planlarının reallaşmasına elə bil lap az qalmışdı. Çünkü Azərbaycan Mədəniyyət Nazirliyi onların Lerikə işləməyə getmələrini rəğbətlə qarşılamışdı. Lakin Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə işləri ləngiyir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada Arxangelskidən xariçi ölkələrə işləyən yük gəmilirinə işçi axtardıqlarını görüb Cahidə zəng vurur. Onu Moskvaya dəvət edir ki, birlikdə Arxangelskə gedib yük gəmilərində işə düzəlsinlər. Gəmi xarici ölkələrin birində olanda isə sahilə çıxıb bir daha geri dönməsinlər. Çingiz bunu xariçə keçməyin daha asan və rahat yolu hesab edir.
Cahid sənədlərini hazırlayıb Moskvaya yola düşənədək Çingiz orada Amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonraya, yəni 1956-cı il mayın 8-ə təyin olinmuş görüşə N. Devis deyil, səfirliyin hərbi atteşesi Frenk gəlir. Onunla səfirliyin maşınında söhbət edirlər. Ətraflı sorğu-sualdan sonra üçüncü görüş üçün vaxt və yer müəyyənləşdirirlər. Lakin bu görüş baş tutmur. Çingiz 1956-cı ilin 9 mayında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yaxalanır. Elə həmin gün onu DTK generalı Serov dindirir və səhərisi gün Moskva şəhər məhkəməsi Ç. M. Abdullayevi RSFSR CM 19–58 maddənin 1 hissəsinin a bəndilə tüfeylilikdə-yəni işsiz gəzməkdə ittihm edib həbsxanaya atırlar. Çingiz ona verilən yalancı ittihamla razılaşmır. 1956-cı ilin oktyabrın 10-da ona təkrar hökm oxunur. Bu dəfə vətənə xəyanətdə suçlayıb RSFSR CM 58–10 maddəsinin 1 hissəsiylə şəxsi əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrumetmə və azadlığa çıxdıqdan sonra da 3 il siyasi fəaliyyətlə məşğul olmamaqla cəzalandırırlar. Beləliklə onların xaricə getmək cəhdi də baş tutmur.
Çingizin həyat eşqi, mübarizə əzmi sönmür. O, həbsxanadan SSRİ Ali Məhkəməsinə, ədliyyə nazirliyinə ərizələr yollayır. RSFSR Ədliyyə Naziri Boldirevə yazır: "Məni yazdığım vərəqlərdə SSRİ-nin bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böhran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağrışıma görə ittiham edirdilər. Mən bəyan etməyə məcburam ki, bu "məhkəmə iclası" teatr tamaşasına oxşayır. Burada marionet hakim hətta məni son sözdən də məhrum etmişdir. Çünki son sözdə mən onların sifətlərindən maskalarını çıxaracaq, iç üzlərini açaraq onların fırıldaqçı, qaniçən, başkəsən, zülümkar olduqlarını sübut edəcəkdim. Bütün respublikaların milli mənafeyini müdafiə edərək onların Rusiya imperiyasının müstəmləkəsi olduğunu açıqlayacaq və respublikalarda BMT-nin nəzarəti altında azad seçukilər keçirilməsinin zəruri olduğunu söyləyəcəkdim. Onlar isə bütün qanunları kobudcasına pozaraq, ən elementar qaydaları tapdalayaraq mənə son söz vermədilər.
Çünki SSRİ-nin bütün məhkəmə və prokurorluq orqanları yuxarıların göstərişi ilə işləyir, mənim buna heç bir şübhəm yoxdur. Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam. Bizə məlum olduğu kimi aprelin 5–7-də Tbilisidə və bütün Gürcüstanda çoxsaylı nümauişlər keçirilmiş. Burada 200 min tələbə, fəhlə, kolxozçu, qadın və qoca iştirak etmişdir. Onlar əllərində şüar tutaraq öz müstəqilliyi və azadlıqlarını, burada BMT-nin nəzarəti altında azad seçkilər keçirməyi tələb etmişlər.
Lakin imperator-diktator Rusiya, bütün Polşanın və Finlandiyanın ağası "qarğıdalı generalı" Nikita Xuruşşovun əmrini yerinə yetirən silahlı qüvvələr günahsız tələbələrin, qadınların, qocaların üstünə tanklarla hücüm edərək, onları güllələmiş və çoxlarını Sibirə sürgün etmişlər. Azərbaycan xalqına qarşı da belə ədalətsizliklər edilmişdir. Xeyli ginahsız adam qanunsuz həbs edilmiş, təqiblərə məruz qalmışdır.
Azərbaycanın, Gürcüstanın və başqa respublikaların vəziyyətindən bəhs edən məruzə ilə çıxış etmək istəyirəm. Məqsədim odur ki, BMT Baş Assambleyasının növbəti sessiyasında respublikalarda azad seçkilər keçirilməsi haqqında qərar qəbul olunsun. Xatırladaq ki, Rusiya 1917-ci ilin 16 noyabrında imzaladığı deklorasiyasında Sovet hakimiyyəti tərəfindən bütün dünyaya elan etmişdir ki, yeni yaranmış sosialist, çoxmillətli dövlətin əsasını aşağıdakı demokratik prinsiplər təşkil edir: Rusiyada yaşayan bütün xalqların süverenliyi və bərabərliyi, millətlərin öz müqəddəratını təyinetmə hüququ, millətlərin Rusiyadan ayrılıb öz dövlətlərini qurması və s. Bu prinsiplər 1922-ci ilin dekabrında Xalq Komissarlar Şurasını sədri V. İ. Leninin təklifi ilə SSRİ-də öz əksini tapmışdır. Lenin öz əsərində bildirir ki, millətlər ittifaqı könüllü surətdə yaranır, hər bir dövlət öz istəyilə başqa dövlətdən ayrıla bilər. Belə bir sual meydana çıxır: bu təcavüzkar kommunist rənbərliyi və SSRİ hökuməti Leninin vəsiyyətini yerinə yetirirmi? Əlbəttə yox! Bu təcavüzkar, qaniçən, fırıldaqsı kommunistlər dünya içtimaiyyətini çaşqın salaraq hər yerdə biz "Leninin yolu ilə gedirik" deyirlər. Əgər onlar Leninin yolu ilə gedirlərsə, bəs nə üçün onlar Azərbaycan və gürcü xalqlarının qanuni tələblərini yerinə yetirmir, əksinə kobud və vəhşicəsinə onların hüquqlarını tapdalayırlar?
SSRİ Konsitutusiyası ilə hər bir vətandaş SSRİ- də yaşamaqdan imtina edib xarici ölkəyə gedə bilər. Bəs nə üçün SSRİ-nin təcavüzkar hökuməti konstitusiyadan yazılınlırın həyata keçməsinə imkan vermir? Əgər bunun həyata keçməsinə imkan verməyəcəksə onda nə üçün bu maddə konstitusiyadan çıxarılmır? Görünür bu, vicdansız kommunistlərə dünya içtimaiyyətini çaşğınlığa salmaq üçün lazımdır. Qəzetlərdə yazılmışdır ki, Kiprdə yunan gənclərinin nümaişi zamanı İngilis hökuməti bir tələbəni öldürmüşdür, bu da Sovet içtimaiyyətinin hiddətinə səbəb olmuşdur. Maraqlıdır, görəsən Azərbaycanda və Gürcüstanda baş vermiş hadisələr- dinc nümayişçilərin güllələnməsi və s.qanlı divanlar hansı miqyasda Sovet və dünya içtimaiyyətinin hiddətinə səbəb olmalıdır. Mən bütün bunların hamısını DTK- dan olan Serova danışdım. O, isə bu fikirlərimə görə məni azı 10 il azadlıqdan məhrum etdirəcəyini bildirdi.
SSRİ hökuməti hər yerdə car çəkir ki, bizdə mətbuat və söz azadlığı var. Lakin hər bir xırda tənqid üsün milyonlarla insanı həbsxanalarda və islah əmək düşərgələrində çürüdür. Dünyanın heç bir ölkəsində elə qanunsuzluq yoxdur.
On üç il kommunist əsarəti altında qalan macar xalqı bu zorakılığa, yalana, aclığa dözməyib 1956-cı ilin oktyabr- noyabr aylarında ayağa qalxdı. Onlar Sovet qoşunlarının Macarıstan ərazisindən çıxarılmasını, bir sözlə öz azadlıqlarını və müstəqilliklərini, yeni hökumətlərini qurmalarını istəyirdilər. Bunun müqabilində Sovet hökuməti oraya əlavə qoşun yeritdi, tank və təyyarələrin gücüylə dinc əhalini vəhşicəsinə qırdı. Burada baş verən hadisələr "əksinqilabi qiyam" adlandırılır. Bəs nə üçün Əlcəzairdə, Yəməndə, Suriyada belə hadisələr "xalq azadlıq hərəkatı" adlanır."
Çingiz Abdullayevin RSFSR Ədliyə Naziri Boldırevə yolladığı məktub qurluşun əsaslarını laxladırdı. Ona görə qapalı şəraitdə Mordva MSSR Ali Məhkəməsi 1957-ci il 13 iyulunda yenidən onun işinə baxır və cəza müddəti 13.06.1957-ci ildən hesablanmaqla 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən məhrumetmə ilə cəzalandırılır. Cəza müddəti bir il də artırılır və Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya, təkadamlıq kameraya göndərilir.
1963-cü ildə onu Mordva MSSR-dəki xüsusi-ciddi rejimli islah əmək düşərgəsinə qaytarırlar. Əqidəsindən dönməyəcəyini görüb 1964-cü ildə Serbiski adına Ümumittiaq Məhkəmə Tibbi Psixiaterik Ekspertiza İnstitutuna "müayinəyə" göndərirlər. Bu instita Sovet cəza maşınının əsasını qoyan, DTK-nın ilk rəhbərlərindən Feliks Edmondoviç Dzerjinskinin qızı M. F. Talse rəhbərlik edirdi. Onun başçılıq etdiyi komissya 1956-cı ildə Çingiz Abdullayevə "anlaqlı" diaqnozu qoymuşdusa, bu dəfə "anlaşıqsız" hesab edir və SSRİ Daxili İşlər Nazirliyinin Yaroslavl vilayətinin Rıbinski şəhərindəki xüsusi tibbi psixi xəstəxanaya məcburi müalicəyə göndərir. Orada da Çingizin sakit oturmadığını görüb Sçov şəhərindəki xəstəxanaya yollayırlar. İki il yarımlıq "müalicə"dən sonra 1968-ci ilin iyulun 25-də Smolenski vilayətinin Sçov şəhər Xalq Məhkəməsinin qərarıyla Bakıya 1 nömrəli Maştağa Psixi Xəstəxanasına yollayırlar.
Çingiz Abdullayev xəstəxananın baş həkiminin onunla rəftarından həyatının təhlükə qarşısında olduğunu görür. Uzun illərin "müalicə"si nəticəsində Çingiz gözündə qlakoma, mədəsində və onikibarmaq bağırsağında xora, pankretit xəstəliklərinə tutulur. Elə bu xəstəliklərə görə də həkim komissiyası onun ikinci qrup əlil olduğunu müəyyənləşdirir. Burada tanış olduğu Dissident, onun kimi məcburu "müalicəyə" göndərilmiş Nadir Ağayevə başına gələnləri qısa da olsa yazdırıb onun qohumlarına göndərtdirir.14 il 4 aydan sonra "hümanist" Sovet hüquq orqanları 1970-ci ilin 25 avqustunda onu "müalicəxana-həbsxana"dan azad edirlər.
O, həbsxanadan ikinci qrup əlil kimii azad edildiyi üçün Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Burada da fikirlərini sərbəst söyləyir, Sovet hökumətinin qəddarlıqlarından danışır. Onu daimi nəzarətdə saxlayır və iş yoldaşları arasında fikir formalaşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağlı pozulduğundan belə danışır.
Bütün bu ağrılara-acılara, təqib və təziqlərə baxmayaraq Çingiz Abdullayev yenidən xaricə getməyi planlaşdırır. Bu məqsədlə Moskva şəhərinə gedir. Çox çətinliklə də olsa 1982-ci ilin 15 sentyabrında milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşaraq həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Səfir Karl de Qeera, səfirin birinci katibi Xell Qren onunla xeyli söhbət edirlər. Danışıqlarında sərbəst, hərəkətlərində tam anlaqlı olduğunu görsələr də onu səfirliyin həkimlərinə müayinə etdirirlər. Bununla kifayətlənməyib İsveçrədən iki professor da dəvət edirlər. Onlar da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyirlər. Səfirliyin həkimləri onun səhhətini yoxlayıb tam anlaşıqlı olduğu qənaətinə gəlirlər. İsvesdə və başqa xarici ölkələrdə çap olunan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.
Məsələnin böyüdüyünü görən Sovet tərəfi vəziyyəti nəzarəti altına almaq üçün Çingiz Abdullayevə vəd edir ki, İsveçrə səfirliyindən çıxsın və vizası gələnədək gözləsin, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcək. O, bu vədlərə inanmasa da İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb "Moskva" mehmanxanasında qalmağa razılaşır. Səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun nəinki bütün xərclərini ödəyir, həm də müalicəsi qayğısına qalır.
SSRİ Ali Soveti Rəyasət Heyətində isə Çingizin xaricə getməsi məsələsi süründürməciliyə salınır. 1984-cü ilin 19 oktyabrında DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otağa daxil olub həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirirlər. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Onlar da gizlincə təyyarənin gecə reysilə əlləri bağlı, sərnişinlərdən təcrid olunmuş şəkildə Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixi Xəstəxanaya qoyurlar.
Sovetlər Birliyinin çöküşündən sonra Çingiz Abdullayevə nəzarət də azalır. O, yenidən xəstəxanadan buraxılır və İsveçrədən siyasi sığınacaq istəyir. 1991-ci ildə qocalıb, əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. Onun son sorağı 1998-ci ildə Bern şəhərindən gəlmişdir.
İstinadlar
- "İnanılmaz tarix: Çingiz Abdullayev SSRİ-yə qarşı - Foto". Axar.Az (az.). 2016-04-19. İstifadə tarixi: 2024-04-12.
Xarici keçidlər
- 1956-cı ilin inanılmaz olayı: Üçrəngli bayrağımızı Qız qalasında kim dalğalandırmışdı? 2016-07-24 at the Wayback Machine
- http://www.azadliq.org/content/article/24986098.html
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Cingiz Abdullayev deqiqlesdirme Cingiz Abdullayev 1929 Lacin rayonu bilinmir Bern Sovet dovrunde Azerbaycanda milli herekatci dissident siyasi muhacir Cingiz AbdullayevCingiz Mirzaga oglu AbdullayevDogum tarixi 1929Dogum yeri Lacin rayonuVefat tarixi Vefat yeri Bern IsvecreHeyatiBu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin 1947 1950 ci illerde Azerbaycandaki gizli telebe derneklerinden birinin rehberi Cingiz Mirzaga oglu Abdullayev 1929 cu ilde Lacin rayonunda anadan olmusdur 1947 ci ilde Azerbaycan Teatr Institutunun rejissorluq fakultesinde oxumaga baslamisdir Ozune hemfikirler axtararken onunla eyni institutda oxuyan Cahid Hilaloglu ile tanis olur Birge dernek qurub Azerbaycanin musteqilliyi ugrunda mubarize aparmaq isteyirler Lakin bu derneyin omru cox da uzun olmur Xususi xidmet orqanlari onlarin yazdiqlri vereqlerin izine dusur Belelikle 1948 ci il avqustun 28 de Cingiz Abdullayev Bakidaki Varasilov rayonunun 3 su sahesinde muhakime edilir ve Azerbaycan SSR CM 213 cu maddesinin 2 ci bendile yeni deleduzluqla dovlete ve ya ictimai idareciliye zerer vurmaq da ittiham edilerek uc il azadliqdan mehrum etme ile cezalandirilar ve institutudan qovulur O cezasini SSRI nin en sert rejimli ceza muessiselerinde cekib 1950 ci ilin 19 iyununda azadliga buraxilir Bakida yasamasina ve islemesine icaze vermeseler de meslekdaslari ile daima elaqe saxlayir mubarizenin yeni formalarini dusunur Butun cetinliklere ve sixintilara baxmayaraq en cox inandigi ve elaqe saxladigi Cahid Hilaloglu olur Her ikisi basa dusur ki SSRI de azad fikirlilere yer yoxdur Azerbaycanin azadligi ugrunda mubarizeni onun serhedlerinden kenarda aparmaq lazimdir Bunun ucun en munasib yer ise Turkiyedir Cunki Azerbaycanli muhacirler xususen de Azerbaycan Xalq Cumhuriyyetinin rehberleri de orada idiler Istintaq materiallarinda muhacirler arasinda Cingizin yaxin qohumu oldugu gosterilse de onun kimliyini hele de mueyyenlesdire bilmemisik 1956 ci ilin evvellerinde Cingiz Abdullayevle C Hilaloglunun Lerik rayonunun serhed kendlerinin birinde ise duzelmek planinin arxasinda oradan Irana Irandan da Turkiyeye kecmek dururdu Planlarinin reallasmasina ele bil lap az qalmisdi Cunku Azerbaycan Medeniyyet Nazirliyi onlarin Lerike islemeye getmelerini regbetle qarsilamisdi Lakin Cingiz Moskvada pasport qeydiyyatinda olduguna gore isleri lengiyir O Moskvaya pasport qeydiyatindan cixmaga gedir Orada Arxangelskiden xarici olkelere isleyen yuk gemilirine isci axtardiqlarini gorub Cahide zeng vurur Onu Moskvaya devet edir ki birlikde Arxangelske gedib yuk gemilerinde ise duzelsinler Gemi xarici olkelerin birinde olanda ise sahile cixib bir daha geri donmesinler Cingiz bunu xarice kecmeyin daha asan ve rahat yolu hesab edir Cahid senedlerini hazirlayib Moskvaya yola dusenedek Cingiz orada Amerikali skripkaci Isaak Sternomun konsertinin afisalarini gorur Xarice getmeyin yeni planini hazirlayir Konserte bilet alir Isaak Sternoma gul teqdim ederken Amerika sefirliyinin telefonlarini xeber alir Skripkacidan oyrendiyi telefonla Moskvadaki ABS sefirliyine zeng vurur ve sefirliyin birinci katibi Natyanel Devisle gorusur O Cingizin xususi xidmet orqanlarinin emekdaslari ile elaqesinden subhelense de isteyini dinleyir ve tekrar gorus teyin edir Dord gun sonraya yeni 1956 ci il mayin 8 e teyin olinmus goruse N Devis deyil sefirliyin herbi attesesi Frenk gelir Onunla sefirliyin masininda sohbet edirler Etrafli sorgu sualdan sonra ucuncu gorus ucun vaxt ve yer mueyyenlesdirirler Lakin bu gorus bas tutmur Cingiz 1956 ci ilin 9 mayinda xususi xidmet orqanlarinin emekdaslari terefinden yaxalanir Ele hemin gun onu DTK generali Serov dindirir ve seherisi gun Moskva seher mehkemesi C M Abdullayevi RSFSR CM 19 58 maddenin 1 hissesinin a bendile tufeylilikde yeni issiz gezmekde ittihm edib hebsxanaya atirlar Cingiz ona verilen yalanci ittihamla razilasmir 1956 ci ilin oktyabrin 10 da ona tekrar hokm oxunur Bu defe vetene xeyanetde suclayib RSFSR CM 58 10 maddesinin 1 hissesiyle sexsi emlaki musadire edilmekle 10 il azadliqdan mehrumetme ve azadliga cixdiqdan sonra da 3 il siyasi fealiyyetle mesgul olmamaqla cezalandirirlar Belelikle onlarin xarice getmek cehdi de bas tutmur Cingizin heyat esqi mubarize ezmi sonmur O hebsxanadan SSRI Ali Mehkemesine edliyye nazirliyine erizeler yollayir RSFSR Edliyye Naziri Boldireve yazir Meni yazdigim vereqlerde SSRI nin butun xalqlarini usyana insanlari qul zorakiliq acliq bohran seraitinde saxlayan kommunist rejiminden azad olmaga cagrisima gore ittiham edirdiler Men beyan etmeye mecburam ki bu mehkeme iclasi teatr tamasasina oxsayir Burada marionet hakim hetta meni son sozden de mehrum etmisdir Cunki son sozde men onlarin sifetlerinden maskalarini cixaracaq ic uzlerini acaraq onlarin firildaqci qanicen baskesen zulumkar olduqlarini subut edecekdim Butun respublikalarin milli menafeyini mudafie ederek onlarin Rusiya imperiyasinin mustemlekesi oldugunu aciqlayacaq ve respublikalarda BMT nin nezareti altinda azad secukiler kecirilmesinin zeruri oldugunu soyleyecekdim Onlar ise butun qanunlari kobudcasina pozaraq en elementar qaydalari tapdalayaraq mene son soz vermediler Cunki SSRI nin butun mehkeme ve prokurorluq orqanlari yuxarilarin gosterisi ile isleyir menim buna hec bir subhem yoxdur Men tam qetiyyetle deyirem ki Azerbaycanin qehreman ogluyam ve alcaq kommunist rejimine qarsi mubarize aparmisam Bize melum oldugu kimi aprelin 5 7 de Tbiliside ve butun Gurcustanda coxsayli numauisler kecirilmis Burada 200 min telebe fehle kolxozcu qadin ve qoca istirak etmisdir Onlar ellerinde suar tutaraq oz musteqilliyi ve azadliqlarini burada BMT nin nezareti altinda azad seckiler kecirmeyi teleb etmisler Lakin imperator diktator Rusiya butun Polsanin ve Finlandiyanin agasi qargidali generali Nikita Xurussovun emrini yerine yetiren silahli quvveler gunahsiz telebelerin qadinlarin qocalarin ustune tanklarla hucum ederek onlari gullelemis ve coxlarini Sibire surgun etmisler Azerbaycan xalqina qarsi da bele edaletsizlikler edilmisdir Xeyli ginahsiz adam qanunsuz hebs edilmis teqiblere meruz qalmisdir Azerbaycanin Gurcustanin ve basqa respublikalarin veziyyetinden behs eden meruze ile cixis etmek isteyirem Meqsedim odur ki BMT Bas Assambleyasinin novbeti sessiyasinda respublikalarda azad seckiler kecirilmesi haqqinda qerar qebul olunsun Xatirladaq ki Rusiya 1917 ci ilin 16 noyabrinda imzaladigi deklorasiyasinda Sovet hakimiyyeti terefinden butun dunyaya elan etmisdir ki yeni yaranmis sosialist coxmilletli dovletin esasini asagidaki demokratik prinsipler teskil edir Rusiyada yasayan butun xalqlarin suverenliyi ve beraberliyi milletlerin oz muqedderatini teyinetme huququ milletlerin Rusiyadan ayrilib oz dovletlerini qurmasi ve s Bu prinsipler 1922 ci ilin dekabrinda Xalq Komissarlar Surasini sedri V I Leninin teklifi ile SSRI de oz eksini tapmisdir Lenin oz eserinde bildirir ki milletler ittifaqi konullu suretde yaranir her bir dovlet oz isteyile basqa dovletden ayrila biler Bele bir sual meydana cixir bu tecavuzkar kommunist renberliyi ve SSRI hokumeti Leninin vesiyyetini yerine yetirirmi Elbette yox Bu tecavuzkar qanicen firildaqsi kommunistler dunya ictimaiyyetini casqin salaraq her yerde biz Leninin yolu ile gedirik deyirler Eger onlar Leninin yolu ile gedirlerse bes ne ucun onlar Azerbaycan ve gurcu xalqlarinin qanuni teleblerini yerine yetirmir eksine kobud ve vehsicesine onlarin huquqlarini tapdalayirlar SSRI Konsitutusiyasi ile her bir vetandas SSRI de yasamaqdan imtina edib xarici olkeye gede biler Bes ne ucun SSRI nin tecavuzkar hokumeti konstitusiyadan yazilinlirin heyata kecmesine imkan vermir Eger bunun heyata kecmesine imkan vermeyecekse onda ne ucun bu madde konstitusiyadan cixarilmir Gorunur bu vicdansiz kommunistlere dunya ictimaiyyetini casginliga salmaq ucun lazimdir Qezetlerde yazilmisdir ki Kiprde yunan genclerinin numaisi zamani Ingilis hokumeti bir telebeni oldurmusdur bu da Sovet ictimaiyyetinin hiddetine sebeb olmusdur Maraqlidir goresen Azerbaycanda ve Gurcustanda bas vermis hadiseler dinc numayiscilerin gullelenmesi ve s qanli divanlar hansi miqyasda Sovet ve dunya ictimaiyyetinin hiddetine sebeb olmalidir Men butun bunlarin hamisini DTK dan olan Serova danisdim O ise bu fikirlerime gore meni azi 10 il azadliqdan mehrum etdireceyini bildirdi SSRI hokumeti her yerde car cekir ki bizde metbuat ve soz azadligi var Lakin her bir xirda tenqid usun milyonlarla insani hebsxanalarda ve islah emek dusergelerinde curudur Dunyanin hec bir olkesinde ele qanunsuzluq yoxdur On uc il kommunist esareti altinda qalan macar xalqi bu zorakiliga yalana acliga dozmeyib 1956 ci ilin oktyabr noyabr aylarinda ayaga qalxdi Onlar Sovet qosunlarinin Macaristan erazisinden cixarilmasini bir sozle oz azadliqlarini ve musteqilliklerini yeni hokumetlerini qurmalarini isteyirdiler Bunun muqabilinde Sovet hokumeti oraya elave qosun yeritdi tank ve teyyarelerin gucuyle dinc ehalini vehsicesine qirdi Burada bas veren hadiseler eksinqilabi qiyam adlandirilir Bes ne ucun Elcezairde Yemende Suriyada bele hadiseler xalq azadliq herekati adlanir Cingiz Abdullayevin RSFSR Edliye Naziri Boldireve yolladigi mektub qurlusun esaslarini laxladirdi Ona gore qapali seraitde Mordva MSSR Ali Mehkemesi 1957 ci il 13 iyulunda yeniden onun isine baxir ve ceza muddeti 13 06 1957 ci ilden hesablanmaqla 10 il azadliqdan 3 il siyasi fealiyyetden mehrumetme ile cezalandirilir Ceza muddeti bir il de artirilir ve Vladimir seherindeki xususi rejimli hebsxanaya tekadamliq kameraya gonderilir 1963 cu ilde onu Mordva MSSR deki xususi ciddi rejimli islah emek dusergesine qaytarirlar Eqidesinden donmeyeceyini gorub 1964 cu ilde Serbiski adina Umumittiaq Mehkeme Tibbi Psixiaterik Ekspertiza Institutuna muayineye gonderirler Bu instita Sovet ceza masininin esasini qoyan DTK nin ilk rehberlerinden Feliks Edmondovic Dzerjinskinin qizi M F Talse rehberlik edirdi Onun basciliq etdiyi komissya 1956 ci ilde Cingiz Abdullayeve anlaqli diaqnozu qoymusdusa bu defe anlasiqsiz hesab edir ve SSRI Daxili Isler Nazirliyinin Yaroslavl vilayetinin Ribinski seherindeki xususi tibbi psixi xestexanaya mecburi mualiceye gonderir Orada da Cingizin sakit oturmadigini gorub Scov seherindeki xestexanaya yollayirlar Iki il yarimliq mualice den sonra 1968 ci ilin iyulun 25 de Smolenski vilayetinin Scov seher Xalq Mehkemesinin qerariyla Bakiya 1 nomreli Mastaga Psixi Xestexanasina yollayirlar Cingiz Abdullayev xestexananin bas hekiminin onunla reftarindan heyatinin tehluke qarsisinda oldugunu gorur Uzun illerin mualice si neticesinde Cingiz gozunde qlakoma medesinde ve onikibarmaq bagirsaginda xora pankretit xesteliklerine tutulur Ele bu xesteliklere gore de hekim komissiyasi onun ikinci qrup elil oldugunu mueyyenlesdirir Burada tanis oldugu Dissident onun kimi mecburu mualiceye gonderilmis Nadir Agayeve basina gelenleri qisa da olsa yazdirib onun qohumlarina gondertdirir 14 il 4 aydan sonra humanist Sovet huquq orqanlari 1970 ci ilin 25 avqustunda onu mualicexana hebsxana dan azad edirler O hebsxanadan ikinci qrup elil kimii azad edildiyi ucun Azerbaycan Korlar Cemiyyetinde ise duzelir Burada da fikirlerini serbest soyleyir Sovet hokumetinin qeddarliqlarindan danisir Onu daimi nezaretde saxlayir ve is yoldaslari arasinda fikir formalasdirmaga calisirlar ki Cingiz Abdullayev agli pozuldugundan bele danisir Butun bu agrilara acilara teqib ve teziqlere baxmayaraq Cingiz Abdullayev yeniden xarice getmeyi planlasdirir Bu meqsedle Moskva seherine gedir Cox cetinlikle de olsa 1982 ci ilin 15 sentyabrinda milisin gozunden yayinaraq Moskvadaki Isvecre sefirliyinin hasarindan asaraq heyete kece bilir ve siyasi siginacaq isteyir Sefir Karl de Qeera sefirin birinci katibi Xell Qren onunla xeyli sohbet edirler Danisiqlarinda serbest hereketlerinde tam anlaqli oldugunu gorseler de onu sefirliyin hekimlerine muayine etdirirler Bununla kifayetlenmeyib Isvecreden iki professor da devet edirler Onlar da Cingizde psixi pozgunluq olmadigini tesdiqleyirler Sefirliyin hekimleri onun sehhetini yoxlayib tam anlasiqli oldugu qenaetine gelirler Isvesde ve basqa xarici olkelerde cap olunan qezetler onun haqqinda genis meqaleler yazirlar Meselenin boyuduyunu goren Sovet terefi veziyyeti nezareti altina almaq ucun Cingiz Abdullayeve ved edir ki Isvecre sefirliyinden cixsin ve vizasi gelenedek gozlesin onun haqqinda daha hec bir ceza tedbiri gorulmeyecek O bu vedlere inanmasa da Isvecre sefirliyinin ise qarisdigini nezere alib Moskva mehmanxanasinda qalmaga razilasir Sefirliyin iki emekdasi ile birlikde senedlerini SSRI DIN nin sobesine teqdim edir Isvecre sefirliyi onun neinki butun xerclerini odeyir hem de mualicesi qaygisina qalir SSRI Ali Soveti Reyaset Heyetinde ise Cingizin xarice getmesi meselesi surundurmeciliye salinir 1984 cu ilin 19 oktyabrinda DTK nin 6 emekdasi qefleten onun qaldigi otaga daxil olub hebs ederek gizli sekilde Moskvadaki milis idarelerinden birine getirirler Orada Cingiz Abdullayevi Azerbaycandan gelmis iki DTK emekdasina tehvil verirler Onlar da gizlince teyyarenin gece reysile elleri bagli sernisinlerden tecrid olunmus sekilde Bakiya getirib yeniden Mastagadaki 1 nomreli Psixi Xestexanaya qoyurlar Sovetler Birliyinin cokusunden sonra Cingiz Abdullayeve nezaret de azalir O yeniden xestexanadan buraxilir ve Isvecreden siyasi siginacaq isteyir 1991 ci ilde qocalib elden dusmus kimsesiz Cingiz Abdullayeve Isvecre hokumeti siyasi siginacaq verir Onun son soragi 1998 ci ilde Bern seherinden gelmisdir Istinadlar Inanilmaz tarix Cingiz Abdullayev SSRI ye qarsi Foto Axar Az az 2016 04 19 Istifade tarixi 2024 04 12 Xarici kecidler1956 ci ilin inanilmaz olayi Ucrengli bayragimizi Qiz qalasinda kim dalgalandirmisdi 2016 07 24 at the Wayback Machine http www azadliq org content article 24986098 html