İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir.
İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir.
Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir. Firmanın əldə etdiyi mənfəət birbaşa olaraq xərclərlə bağlıdır. Əgər xərclər gəlirdən az olarsa, mənfəət, çox olarsa, zərər formalaşar.
Yuxarıda qeyd etdiyimiz kimi xərclər uzunmüddətli və qısa müddətli olur. Bundan əlavə, xərclər birbaşa və dolayı olaraq da təsnifləşdirilir. Birbaşa xərclər istehsal amillərini əldə etmək üçün həyata keçirilən ödəmələrdir. Dolayı xərclər isə ödəmə həyata keçiririlməyən istehsalçıya məxsus istehsal amillərinin alternativ dəyəridir. Bunu bir misalla izah edək, əgər bir proqramçı öz şirkətini açmaq üçün kompüter alırsa, bu onun birbaşa xərcidir. Amma öz şirkətini açan proqramçı artıq başqa yerdə işləyə bilməyəcək və nəticə etibarı ilə əmək haqqı əldə etməyəcək. Proqramçının ala bilməyəcəyi bu maaş onun dolayı (alternativ) xərci olur.
Qısa müddətli dövr xərcləri
Əvvəlcədən də qeyd etdiyimiz kimi qısamüddətli dövrdə müəyyən xərclər sabit olur. Bu səbəbdən məcmu xərclər (total cost – TC) sabit xərclər (fixed cost – FC) və dəyişən xərclər (variable cost – VC) kimi iki hissəyə ayrılır.
Məcmu xərclər
Qısamüddətli dövrdə məcmu xərclər (TC) sabit xərclər (FC) və dəyişən xərclərin (VC) cəmidir. Sabit xərclər (FC) istehsal miqdarından asılı olamayan, ona bağlı artıb azalmayan xərclərdir. Hətda firma istehsal etməsə belə, bu xərcləri ödəməlidir. Məsələn, tütün zavodu 5 illik fəaliyyət lisenziyası üçün 5 il müddətinə bankdan götürdüyü 50 min manatı dövlət rüsumu kimi ödəyir. Sadə şəkildə hesablasaq firma il ərzində banka 10 min manat ödəniş həyata keçirməlidir. Başqa sözlə, şirkətin mənfəət və ya zərər etməsindən, istehsalı artırıb və azaltmasından və ya dayandırmasından asılı olamayaraq o banka il ərzində 10 min manat ödəməlidir. Burada qısamüddətli dövr 1 il ola bilər, çünki 1 il ərzində ödəniləcək məbləğ eyni qalır. 5 ildən sonra isə firma bankdan yenidən kredit götürüb-götürməmək məsələsini müzakirə edə biləcəyi üçün sözügedən xərc artıq sabit xərclər yox, dəyişən xərc olur. Bu səbəbdən də 5 il və daha böyük vaxt kəsiyi müəssisə üçün uzunmüddətli dövr sayılır.
İstehsalın həcmindən asılı olan ödəmələr isə dəyişən xərclər (VC) adlanır. Bu xərclərə adətən xammal və əmək haqqı xərcləri daxil edilir. Çünki, firma istehsal həcmini artırmaq istədikdə daha çox işçi qəbul edir və daha çox xammal alır. Azaltmaq istədikdə isə xammal alışını azaldır və kollektivdə ixtisarlar həyata keçirir.
Burada bir məsələyə diqqət yetirmək lazımdır. Dövrlərin qısa və uzunmüddətli kimi bölünməsi nisbidir. Başqa sözlə, bir xərc növü təhlil edilən dövrün böyüklüyündən asılı olaraq dəyişən və ya sabit ola bilər. Misalımızı genişləndirək: fərz edək ki, firmada çalışan işçilərlə 1 illik əmək müqaviləsi bağlanılıb və müqavilə bitməmiş işdən azad etməyə görə təzminat illik maaş həcmindədir. Bu zaman işin gedişatı zamanı ixtisar mümkün olmayacaq və il bitənədək işçiləri işdə saxlamaq vacibdir. Bu halda əgər biz şirkətin rüblük fəaliyyətini təhlil etsək, bu zaman xammal xərcləri dəyişən xərclər, işçilərə veriləcək əmək haqqı və kredit ödənişi isə sabit xərc kimi nəzərə alınmalıdır. 2 illik hesabatlarda isə xammal və əmək haqqı xərcləri dəyişən, kredit ödənişləri isə sabit xərclərə aid ediləcək.
Yuxarıda adını çəkdiyimiz xərcləri qrafik olaraq təsvir etsək, görərik ki, istehsal həcmindən asılı olmadığı üçün FC əyrisi üfüqi xətt kimi çəkilib. VC əyrisi isə istehsal həcmi artdıqca artan bir xərcləri əks etdirdiyindən müsbət meylliliyə malik bir əyridir (Bax Şəkil 1 panel A).
Məcmu xərclər əyrisi isə forma baxımından VC əyrisi ilə eynidir amma onun başlanğıc nöktəsi kordinat başlanğıcı deyil, FC əyrisinin başladığı nöktədir (Bax Şəkil 1 panel B). Çünki istehsal olmasa, məcmu xərclər (TC) sabit xərclərə (FC) bərabərdir.
Orta xərclər
Orta xərclər məcmu, sabit və dəyişən xərclər üçün hesablana bilər. Orta məcmu xərclər hər bir məhsula düşən xərcləri əks etdirir, yəni məhsulun maya dəyəridir. Orta məcmu xərclər (ATC) (və ya Orta xərclər-AC) məcmu xərclərin istehsalın həcminə (Q) bölməklə hesablanır:
ATC= TC/Q
Orta sabit xərclər (Average Fixed Cost - AFC) bir məhsula düşən sabit xərci əks etdirir və sabit xərclərin (FC) istehsal həcminə (Q) bölünməsi ilə hesablanır:
AFC= FC/Q
Orta dəyişən xərclər (Average Variable Cost - AVC) bir məhsula düşən dəyişən xərci əks etdirir və dəyişən xərclərin (VC) istehsal həcminə (Q) bölünməsi ilə hesablanır:
AVC= VC/Q
Marjinal xərclər
Marjinal xərclər (Marginal Cost - MC) istehsal həcminin bir vahid artırılması nəticəsində məcmu xərclərdə baş verən dəyişmədir. MC məcmu xərclərdəki dəyişmənin (ΔTC) istehsal həcmindəki dəyişməyə (ΔQ) nisbəti kimi hesablanır.
MC= ΔTC/ΔQ
Qrafik olaraq təsvir etsək MC əyrisi orta məcmu xərclər (ATC) və orta dəyişən xərclər (AVC) əyriləri ilə həmişə ən aşağı nöktələrində kəsişir. (Bax: Şəkil 2) Bunun səbəbi isə açıqdır: nə qədər ki marjinal xərclər, yəni yeni məhsula çəkilən xərclər orta xərclərdən azdır, bu orta xərcləri azaldacaq. Məsələn, təsəvvür edək ki, firma 4 ədəd (Q) avtomobil istehsal edir. Bu avtomobillərin orta xərci () 7 min manatdır (Məcmu xərclər ()= = 4* 7 000 = 28 000 manat) . 5-ci avtomobilin istehsalı 2 min manat tələb etdi (ΔQ=1, ΔTC= 2 000 manat, MC= ΔTC/ ΔQ= 2 000 ). Nəticədə məcmu xərclər 30 min manata yüksəldi (= + ΔTC= 28 000 + 2000 = 30 000 manat). Orta xərclərlə nə baş verdiyinə baxaq: = 30 000/ 5= 6 min manat. Göründüyü kimi aşağı marjinal xərclər orta xərcləri aşağı saldı (<). Marjinal xərclər çox olduqda isə bunun tam əksi baş verir, yəni orta xərclər artır. Başqa sözlə, MC ATC-yə çatana qədər orta xərclər azalır, MC ATC-ni keçdikdən sonra isə artır. Bu səbəbdən MC-nin ATC-yə bərabər olduğu hal orta xərclər üçün minimum olur.
Uzunmüddətli xərclər
Uzunmüddətli dövrü qısamüddətli dövrdən fərqləndirən əsas xüsusiyyət bu dövrdə sabit xərclərin olmamasıdır. Əvvəlki misalımızda firmanın sabit xərci 5 illik kredit borcu idi. Uzunmüddətli dövrdə (məsələn 10 illik) isə firma yenidən kredit götürməklə (daha az, çox və ya eyni miqdarda yenidən götürmək və yaxud götürməmək) bağlı qərar verə biləcəyindən bu xərc artıq dəyişən olur. Bu baxımdan uzunmüddətli dövrdə xərclər sabit və dəyişən xərclərə bölünmür.
Bu dövrdə sabit xərclər olmadığından uzunmüddətli dövrdə məxmu xərclər əyrisi (LTC – Long-Run Total Cost) kordinat başlanğıcından başlayır və müsbət meylliliyə malikdir. (Bax: Şəkil 3)
Uzunmüddətli dövrdə orta xərclər
Uzunmüddətli dövrdə orta xərclər (LAC – Long-Run Average Cost) uzunmüddətli dövrdə hər məhsula çəkilən xərci əks etdirir. LAC əyrisi Qısamüddətli dövrdəki ATC əyrilərinin minimum nöktəsindən keçir və onlara nisbətən daha elastikdir (Bax: Şəkil 4). Bunun səbəbi firmaların uzunmüddətli dövrdə xərclərlə bağlı daha sərbəst qərarverməsi imkanıdır.
Uzunmüddətli dövrdə marjinal xərclər
Uzunmüddətli dövrdə marjinal xərclər (Long-Run Marginal Cost – LMC) əyrisi də qısamüddətli dövrdə olduğu kimi istehsalın hər vahid artırılmasına çəkilən əlavə xərcləri əks etdirir. Qısamüddətli dövrdə izahetdiyimiz kimi LMC əyrisi də LAC əyrisinin minimum nöktəsindən keçəcəkdir (Bax: Şəkil 5) .
İstinadlar
- (PDF). 2015-11-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
- Qreqori Mənkyu.Ekonomiksin Əsasları. Bakı. 2010. Səh. 267-289
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Istehsal movcud istehsal amillerinden istifade ederek insan ehtiyaclarini temin edecek emtee ve xidmetlerin formalasdirilmasi prosesidir Istehsali heyata keciren tesisciler terefinden qurulan ve mehsul satisi ile bagli qerar veren qurulusa ise muessise deyilir Istehsal prosesi qisa ve uzunmuddetli olmaqla iki yere ayrilir Qisamuddetli dovr xerclerin en azi birinin sabit oldugu digerlerinin ise deyisdirile bildiyi vaxt kesiyidir Bu dovrde sabit xercler kimi adeten dasinmaz emlak istehsal avadanliqlari ve s cixis edir Isci quvvesi ve xammal ise deyisen xerclere aid edilir Cunki firmanin qisa muddet erzinde yeni bir bina almasi ve ya bahali avadanliqlar qurasdirmasi o qeder asan deyildir amma artan telebe qarsiliq olaraq yeni iscilerin qebulu daha cox xammalin celb olunmasi mumkun addimlardir Uzunmuddetli dovr ise muessisenin yuxarida adini cekdiyimiz ve umumilikde butun istehsal amillerinin hecmini deyise bildiyi vaxt kesiyidir Xercler firmalarin istehsalda istifade etmek ucun istehsal amillerine heyata kecirdikleri odemelerdir Firmanin elde etdiyi menfeet birbasa olaraq xerclerle baglidir Eger xercler gelirden az olarsa menfeet cox olarsa zerer formalasar Yuxarida qeyd etdiyimiz kimi xercler uzunmuddetli ve qisa muddetli olur Bundan elave xercler birbasa ve dolayi olaraq da tesniflesdirilir Birbasa xercler istehsal amillerini elde etmek ucun heyata kecirilen odemelerdir Dolayi xercler ise odeme heyata keciririlmeyen istehsalciya mexsus istehsal amillerinin alternativ deyeridir Bunu bir misalla izah edek eger bir proqramci oz sirketini acmaq ucun komputer alirsa bu onun birbasa xercidir Amma oz sirketini acan proqramci artiq basqa yerde isleye bilmeyecek ve netice etibari ile emek haqqi elde etmeyecek Proqramcinin ala bilmeyeceyi bu maas onun dolayi alternativ xerci olur Qisa muddetli dovr xercleriEvvelceden de qeyd etdiyimiz kimi qisamuddetli dovrde mueyyen xercler sabit olur Bu sebebden mecmu xercler total cost TC sabit xercler fixed cost FC ve deyisen xercler variable cost VC kimi iki hisseye ayrilir Mecmu xerclerQisamuddetli dovrde mecmu xercler TC sabit xercler FC ve deyisen xerclerin VC cemidir Sabit xercler FC istehsal miqdarindan asili olamayan ona bagli artib azalmayan xerclerdir Hetda firma istehsal etmese bele bu xercleri odemelidir Meselen tutun zavodu 5 illik fealiyyet lisenziyasi ucun 5 il muddetine bankdan goturduyu 50 min manati dovlet rusumu kimi odeyir Sade sekilde hesablasaq firma il erzinde banka 10 min manat odenis heyata kecirmelidir Basqa sozle sirketin menfeet ve ya zerer etmesinden istehsali artirib ve azaltmasindan ve ya dayandirmasindan asili olamayaraq o banka il erzinde 10 min manat odemelidir Burada qisamuddetli dovr 1 il ola biler cunki 1 il erzinde odenilecek mebleg eyni qalir 5 ilden sonra ise firma bankdan yeniden kredit goturub goturmemek meselesini muzakire ede bileceyi ucun sozugeden xerc artiq sabit xercler yox deyisen xerc olur Bu sebebden de 5 il ve daha boyuk vaxt kesiyi muessise ucun uzunmuddetli dovr sayilir Istehsalin hecminden asili olan odemeler ise deyisen xercler VC adlanir Bu xerclere adeten xammal ve emek haqqi xercleri daxil edilir Cunki firma istehsal hecmini artirmaq istedikde daha cox isci qebul edir ve daha cox xammal alir Azaltmaq istedikde ise xammal alisini azaldir ve kollektivde ixtisarlar heyata kecirir Sekil 1 Burada bir meseleye diqqet yetirmek lazimdir Dovrlerin qisa ve uzunmuddetli kimi bolunmesi nisbidir Basqa sozle bir xerc novu tehlil edilen dovrun boyukluyunden asili olaraq deyisen ve ya sabit ola biler Misalimizi genislendirek ferz edek ki firmada calisan iscilerle 1 illik emek muqavilesi baglanilib ve muqavile bitmemis isden azad etmeye gore tezminat illik maas hecmindedir Bu zaman isin gedisati zamani ixtisar mumkun olmayacaq ve il bitenedek iscileri isde saxlamaq vacibdir Bu halda eger biz sirketin rubluk fealiyyetini tehlil etsek bu zaman xammal xercleri deyisen xercler iscilere verilecek emek haqqi ve kredit odenisi ise sabit xerc kimi nezere alinmalidir 2 illik hesabatlarda ise xammal ve emek haqqi xercleri deyisen kredit odenisleri ise sabit xerclere aid edilecek Yuxarida adini cekdiyimiz xercleri qrafik olaraq tesvir etsek gorerik ki istehsal hecminden asili olmadigi ucun FC eyrisi ufuqi xett kimi cekilib VC eyrisi ise istehsal hecmi artdiqca artan bir xercleri eks etdirdiyinden musbet meylliliye malik bir eyridir Bax Sekil 1 panel A Mecmu xercler eyrisi ise forma baximindan VC eyrisi ile eynidir amma onun baslangic noktesi kordinat baslangici deyil FC eyrisinin basladigi noktedir Bax Sekil 1 panel B Cunki istehsal olmasa mecmu xercler TC sabit xerclere FC beraberdir Sekil 2Orta xerclerOrta xercler mecmu sabit ve deyisen xercler ucun hesablana biler Orta mecmu xercler her bir mehsula dusen xercleri eks etdirir yeni mehsulun maya deyeridir Orta mecmu xercler ATC ve ya Orta xercler AC mecmu xerclerin istehsalin hecmine Q bolmekle hesablanir ATC TC Q Orta sabit xercler Average Fixed Cost AFC bir mehsula dusen sabit xerci eks etdirir ve sabit xerclerin FC istehsal hecmine Q bolunmesi ile hesablanir AFC FC Q Orta deyisen xercler Average Variable Cost AVC bir mehsula dusen deyisen xerci eks etdirir ve deyisen xerclerin VC istehsal hecmine Q bolunmesi ile hesablanir AVC VC Q Sekil 3Sekil 4Marjinal xerclerMarjinal xercler Marginal Cost MC istehsal hecminin bir vahid artirilmasi neticesinde mecmu xerclerde bas veren deyismedir MC mecmu xerclerdeki deyismenin DTC istehsal hecmindeki deyismeye DQ nisbeti kimi hesablanir MC DTC DQ Qrafik olaraq tesvir etsek MC eyrisi orta mecmu xercler ATC ve orta deyisen xercler AVC eyrileri ile hemise en asagi noktelerinde kesisir Bax Sekil 2 Bunun sebebi ise aciqdir ne qeder ki marjinal xercler yeni yeni mehsula cekilen xercler orta xerclerden azdir bu orta xercleri azaldacaq Meselen tesevvur edek ki firma 4 eded Q avtomobil istehsal edir Bu avtomobillerin orta xerci ATC1 displaystyle ATC 1 7 min manatdir Mecmu xercler TC1 displaystyle TC 1 Q ATC1 displaystyle Q ATC 1 4 7 000 28 000 manat 5 ci avtomobilin istehsali 2 min manat teleb etdi DQ 1 DTC 2 000 manat MC DTC DQ 2 000 Neticede mecmu xercler 30 min manata yukseldi TC2 displaystyle TC 2 TC1 displaystyle TC 1 DTC 28 000 2000 30 000 manat Orta xerclerle ne bas verdiyine baxaq ATC2 displaystyle ATC 2 30 000 5 6 min manat Gorunduyu kimi asagi marjinal xercler orta xercleri asagi saldi ATC2 displaystyle ATC 2 lt ATC1 displaystyle ATC 1 Marjinal xercler cox olduqda ise bunun tam eksi bas verir yeni orta xercler artir Basqa sozle MC ATC ye catana qeder orta xercler azalir MC ATC ni kecdikden sonra ise artir Bu sebebden MC nin ATC ye beraber oldugu hal orta xercler ucun minimum olur Uzunmuddetli xerclerUzunmuddetli dovru qisamuddetli dovrden ferqlendiren esas xususiyyet bu dovrde sabit xerclerin olmamasidir Evvelki misalimizda firmanin sabit xerci 5 illik kredit borcu idi Uzunmuddetli dovrde meselen 10 illik ise firma yeniden kredit goturmekle daha az cox ve ya eyni miqdarda yeniden goturmek ve yaxud goturmemek bagli qerar vere bileceyinden bu xerc artiq deyisen olur Bu baximdan uzunmuddetli dovrde xercler sabit ve deyisen xerclere bolunmur Bu dovrde sabit xercler olmadigindan uzunmuddetli dovrde mexmu xercler eyrisi LTC Long Run Total Cost kordinat baslangicindan baslayir ve musbet meylliliye malikdir Bax Sekil 3 Uzunmuddetli dovrde orta xerclerSekil 5 Uzunmuddetli dovrde orta xercler LAC Long Run Average Cost uzunmuddetli dovrde her mehsula cekilen xerci eks etdirir LAC eyrisi Qisamuddetli dovrdeki ATC eyrilerinin minimum noktesinden kecir ve onlara nisbeten daha elastikdir Bax Sekil 4 Bunun sebebi firmalarin uzunmuddetli dovrde xerclerle bagli daha serbest qerarvermesi imkanidir Uzunmuddetli dovrde marjinal xerclerUzunmuddetli dovrde marjinal xercler Long Run Marginal Cost LMC eyrisi de qisamuddetli dovrde oldugu kimi istehsalin her vahid artirilmasina cekilen elave xercleri eks etdirir Qisamuddetli dovrde izahetdiyimiz kimi LMC eyrisi de LAC eyrisinin minimum noktesinden kececekdir Bax Sekil 5 Istinadlar PDF 2015 11 23 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2015 06 18 Qreqori Menkyu Ekonomiksin Esaslari Baki 2010 Seh 267 289