Afrosentrizm – qaradərili insanların irqi özünütəsdiq ideologiyası; ictimai şüurun müxtəlif sahələrində və davranışda avrosentrizmlə mübarizəyə yönəlmişdir. Afrosentrizmin məqsədi neqroid irqini reabilitasiya etmək, Afrika mədəniyyətinə xas dəyərlər sistemini özünü identikləşdirmək və yüksəltmək, həmçinin afrikalıların , irqi xüsusiyyətlərini, onların ümumdünya tarixində yerini az qala mütləqləşdirməkdir. Afrosentrizm 1980-ci illərdə afroamerikalı ziyalılar mühitində formalaşmışdır. Afrosentrizmin əsas nəzəriyyəçisi afroamerikalı alim Molefi Kete Asante (əsl adı Artur Li Smit) hesab edilir. Afrosentrizm 19-cu əsrin 2-ci yarısında Amerikada quldarlığa, irqi ayrıseçkiliyə qarşı, həmçinin afroamerikalı əhalinin ağdərililərlə hüquq bərabərliyi uğrunda apardığı mübarizə (abolisionizm) gedişində meydana gəlmiş panafrikan ideyaları (qaradərililərin tarixi-mədəni və irqi birliyi, müstəsnalığı) zəminində inkişaf etmişdir. Afrosentrizm özündə 20-ci əsrin bir çox afrikalı və afroamerikalı intellektuallarının – B.Vaşinqton, E.Blayden, M.Qarvi, U.Dyubua, L.Senqor, Ş.Diop, M.L.Kinq, Malkolm İks, E.Məhəmməd, M.Karengi və başqalarının ideyalarını ehtiva edir. Bu ideyaların bütün müxtəlifliyinə baxmayaraq, onların əsasında Afrosentrizm şüurunun təsdiqi durur.
Afrosentrizmin əsas prinsipləri – şüurda və əməldə öz tarixini və mədəniyyətini bilərək hərəkət etmək, həyatın bütün sahələrində afrosentrist ideyalarını reallaşdırmaq, onları “qardaş və bacılar” arasında təbliğ etməkdir. Afrosentrizmin tərəfdarları bütün qaradərili insanları öz şüurlarında “inqilab” etməyə, bir çox keçmiş afrosentrist anlayışları yeniləri ilə əvəzləməyə çağırırlar.Məsələn: qul adını – afrikalı adı ilə; məğlubiyyət haqqında təsəvvürü–qələbənin dərki ilə; özgə mədəniyyətin üstünlüyünü – öz mədəniyyətinin üstünlüyü ilə; avropalı geyimi – ənənəvi motivli geyimlə və s.
Afrosentristlər dünya tarixinə və Afrikanın keçmişinə aid yeni konsepsiyaların əsaslandırılmasına yönəlmiş tarixi tədqiqatlara böyük əhəmiyyət verirlər. Tədqiqatlarda əsas məqsəd tarix qarşısında bütün irqlərin bərabərliyini, ağdərililərin irqi üstünlüyü doktrinasının yanlışlığını sübut etməkdir. Afrosentristlər Afrika keçmişini tənqidi qavramaqdan uzaqlaşaraq, onu ideallaşdırır, müasir Afrika cəmiyyətində mövcud çatışmazlıqların səbəbini isə Avropada görürlər.
Afrosentrist tarix konsepsiyasının mahiyyəti – dünya sivilizasiyasında zənci-Afrika mədəniyyətin üstünlüyündədir. Afrosentristlər Qədim Misir sivilizasiyasına onların fikrincə, Afrika zənciləri tərəfindən yaradılmışdır, həmçinin Efiopiya, Nubiya, Kuş, Aksum, Qana, Mali, Sonqay kimi qədim sivilizasiyalara böyük diqqət ayırırlar. Onlar hesab edirlər ki, zənci-Afrika mədəniyyəti antik Yunanıstan və Romanın, Qədim Şərqin və müasir Qərb sivilizasiyasının inkişafına əhəmiyyətli təsir göstərmiş, neqroidlər antropogenezdə xüsusi ilkin rola malik olmuşlar və digər irqlər neqroid irqindən törənmişlər. Afrosentrizm tərəfdarları bu ideyaları Kütləvi İnformasiya Vasitələri ilə geniş yayır, onları fəlsəfə, tarix, mədəniyyətin öyrənilməsi və tədrisində xüsusi fənn və metodologiyaya çevirirlər.
Afrosentrizm ümumi qəbul olunmuş avrosentrist üsul və stereotiplərindən uzaqlaşaraq, Afrika qitəsinin tarixi və mədəni irsinə, onun dünya elminin, mədəniyyətinin inkişafına verdiyi töhfələrə yeni baxışla nəzər yetirmək imkanı verir. Afrosentrizm həm də afrikalıların universal ideologiyası olmağa, onların vahid əxlaq və mənəviyyatının, etika və estetikasının təməlinə, ictimai quruluş qanununa çevrilməyə iddialıdır.
Afrosentrizmin tənqidçilərinin fikrincə, afrosentristlər subyektivizm mövqeyindən çıxış edərək tarixi “yenidən yazmaq”, fakt və hadisələri qəsdən təhrif etmək istəyirlər; tənqidçilər buna qarşı çıxır və rasizmlə mübarizəni rasizmin köməyi ilə aparmaqdan imtina edirlər.
Mənbə:
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 140. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Afrosentrizm qaraderili insanlarin irqi ozunutesdiq ideologiyasi ictimai suurun muxtelif sahelerinde ve davranisda avrosentrizmle mubarizeye yonelmisdir Afrosentrizmin meqsedi neqroid irqini reabilitasiya etmek Afrika medeniyyetine xas deyerler sistemini ozunu identiklesdirmek ve yukseltmek hemcinin afrikalilarin irqi xususiyyetlerini onlarin umumdunya tarixinde yerini az qala mutleqlesdirmekdir Afrosentrizm 1980 ci illerde afroamerikali ziyalilar muhitinde formalasmisdir Afrosentrizmin esas nezeriyyecisi afroamerikali alim Molefi Kete Asante esl adi Artur Li Smit hesab edilir Afrosentrizm 19 cu esrin 2 ci yarisinda Amerikada quldarliga irqi ayriseckiliye qarsi hemcinin afroamerikali ehalinin agderililerle huquq beraberliyi ugrunda apardigi mubarize abolisionizm gedisinde meydana gelmis panafrikan ideyalari qaraderililerin tarixi medeni ve irqi birliyi mustesnaligi zemininde inkisaf etmisdir Afrosentrizm ozunde 20 ci esrin bir cox afrikali ve afroamerikali intellektuallarinin B Vasinqton E Blayden M Qarvi U Dyubua L Senqor S Diop M L Kinq Malkolm Iks E Mehemmed M Karengi ve basqalarinin ideyalarini ehtiva edir Bu ideyalarin butun muxtelifliyine baxmayaraq onlarin esasinda Afrosentrizm suurunun tesdiqi durur Afrosentrizmin esas prinsipleri suurda ve emelde oz tarixini ve medeniyyetini bilerek hereket etmek heyatin butun sahelerinde afrosentrist ideyalarini reallasdirmaq onlari qardas ve bacilar arasinda teblig etmekdir Afrosentrizmin terefdarlari butun qaraderili insanlari oz suurlarinda inqilab etmeye bir cox kecmis afrosentrist anlayislari yenileri ile evezlemeye cagirirlar Meselen qul adini afrikali adi ile meglubiyyet haqqinda tesevvuru qelebenin derki ile ozge medeniyyetin ustunluyunu oz medeniyyetinin ustunluyu ile avropali geyimi enenevi motivli geyimle ve s Afrosentristler dunya tarixine ve Afrikanin kecmisine aid yeni konsepsiyalarin esaslandirilmasina yonelmis tarixi tedqiqatlara boyuk ehemiyyet verirler Tedqiqatlarda esas meqsed tarix qarsisinda butun irqlerin beraberliyini agderililerin irqi ustunluyu doktrinasinin yanlisligini subut etmekdir Afrosentristler Afrika kecmisini tenqidi qavramaqdan uzaqlasaraq onu ideallasdirir muasir Afrika cemiyyetinde movcud catismazliqlarin sebebini ise Avropada gorurler Afrosentrist tarix konsepsiyasinin mahiyyeti dunya sivilizasiyasinda zenci Afrika medeniyyetin ustunluyundedir Afrosentristler Qedim Misir sivilizasiyasina onlarin fikrince Afrika zencileri terefinden yaradilmisdir hemcinin Efiopiya Nubiya Kus Aksum Qana Mali Sonqay kimi qedim sivilizasiyalara boyuk diqqet ayirirlar Onlar hesab edirler ki zenci Afrika medeniyyeti antik Yunanistan ve Romanin Qedim Serqin ve muasir Qerb sivilizasiyasinin inkisafina ehemiyyetli tesir gostermis neqroidler antropogenezde xususi ilkin rola malik olmuslar ve diger irqler neqroid irqinden torenmisler Afrosentrizm terefdarlari bu ideyalari Kutlevi Informasiya Vasiteleri ile genis yayir onlari felsefe tarix medeniyyetin oyrenilmesi ve tedrisinde xususi fenn ve metodologiyaya cevirirler Afrosentrizm umumi qebul olunmus avrosentrist usul ve stereotiplerinden uzaqlasaraq Afrika qitesinin tarixi ve medeni irsine onun dunya elminin medeniyyetinin inkisafina verdiyi tohfelere yeni baxisla nezer yetirmek imkani verir Afrosentrizm hem de afrikalilarin universal ideologiyasi olmaga onlarin vahid exlaq ve meneviyyatinin etika ve estetikasinin temeline ictimai qurulus qanununa cevrilmeye iddialidir Afrosentrizmin tenqidcilerinin fikrince afrosentristler subyektivizm movqeyinden cixis ederek tarixi yeniden yazmaq fakt ve hadiseleri qesden tehrif etmek isteyirler tenqidciler buna qarsi cixir ve rasizmle mubarizeni rasizmin komeyi ile aparmaqdan imtina edirler Menbe Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 140 ISBN 978 9952 441 02 4