Culfa maili düzənliyi — Arazboyu düzənlikdə Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edən düzənlik.
Haqqında
Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır.
Bitki örtüyü
Culfa düzünün əsas bitkisi yovşan, gəvən və şorangədir. Bundan başqa müxtəlif otlar, taxılkimilər, cənub-qərb hissədə çayır-çəmənlikləri, tikanlar və s. yayılmışdır. Son illərədək ancaq otlaq kimi istifadə edilən Culfa düzünə Arazdan su çıxarılmış və əkin sahələri genişləndirilmişdir.
İstinadlar
- Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan: 2008, səh.13.
- Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm: 1999.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Culfa maili duzenliyi Arazboyu duzenlikde Elincecayin asagi axininin sol sahilinden baslayaraq serqde Yayci duzunedek simalda ise Daridagin eteklerinedek olan hisseleri ehate eden duzenlik HaqqindaBu duzenlik Araz cayi seviyyesinden baslayaraq 1200 m mutleq yuksekliye qeder davam edir Duzenlikden ekin sahesi kimi az istifade olunur Esas sebebi duzenliyin bezi sahelerinin daslarla ortulu olmasidir Zeif parcalanmis Culfa duzunun simal ve simal serq hissesinde sel cokuntuleri ustunluk teskil edir caqil daslari genis yayilmisdir Bunun baslica sebebi Daridagin cenub eteklerinde emele gelen ve tez tez bas veren sellerdir Culfa duzunun cenub ve cenub qerb hissesinde cay cokuntuleri ustunluk teskil edir Bu sahede Arazin ve Elincecayin qedim terraslari askar musahide edilir Gulustan kendi yaxinliginda maili duzenliyin sethi qismen alcalir ve bir nov caybasar landsaftini xatirladir Bitki ortuyuCulfa duzunun esas bitkisi yovsan geven ve sorangedir Bundan basqa muxtelif otlar taxilkimiler cenub qerb hissede cayir cemenlikleri tikanlar ve s yayilmisdir Son illeredek ancaq otlaq kimi istifade edilen Culfa duzune Arazdan su cixarilmis ve ekin saheleri genislendirilmisdir IstinadlarFeyruz Bagirov Naxcivanin tebii servetleri Naxcivan 2008 seh 13 Sefereli Babayev Naxcivan Muxtar Respublikasinin cografiyasi Elm 1999