Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) — XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan.
Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. Sözlə təsvir olunmuş həyat faktı da simvola çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövrdə aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur.
Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme və Artur Rembo, Belçikada – Emil Verxarn, Almaniyada – Q.Qauptman, İngiltərədə Oskar Vayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir. Simvolluq ədəbi obrazın, sözün təbiətindədir, ona görə bundan ifadə vasitəsi kimi ədəbiyyatda ən qədim vaxtlardan və bütün ədəbiyyatlarda az-çox istifadə edilmişdir. Simvol funksiyasında sözdən başqa heyvan obrazları, təbiət hadisələri, predmetlər, insan hərəkətləri, şəkil və heykəllər və s. də çıxış edə bilir. Məsələn, nağıl və təmsillərdə heyvanlar insanların simvolu kimi göstərilir. Və ya sufi poeziyanın obraz sırası başdan başa rəmzi və simvolikdir. Bu baxımdan XIX əsrin sonlarına xas simvolizmi həm də müəyyən spesifik realist obrazlılıq nəzəriyyəsinin bir şəkli saymaq olar.
Simvolistlərdə insan obrazları həyat faktından daha çox müəyyən ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında simvolizm cərəyan kimi olmayıb, amma XX əsrin əvvəllərinin müəyyən əsərlərində öz aşkar təsirini qoyub. Məsələn, Cəlil Məmmədquluzadə "Ölülər" pyesində simvolik ümumiləşmədən istifadə edib. Fanatizmə təslim olmuş müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq formasıdır. Hüseyn Cavidin dramı da simvolik təsvir üsulu ilə yaradılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi verilir. Hər iki fakt Azərbaycan ədəbiyyatına Qərb simvolizminin təsiri kimi qiymətləndirilə bilər.
Mənbə
- Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008, səh. 50.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Simvolizm fr symbolisme yun symbolon isare remz XIX esrin sonu XX esrin evvelinde Avropa edebiyyatinda cereyan Huqo Simberq Yarali melek Simvolizm realizm epoxasinin terkibinde bir cereyan kimi XIX esrin sonlarinda naturalizme qarsi polemikada yaranmisdir Simvolistler naturalizmin ifratligindan qacmaq ucun heyat faktina qarsi simvolu umumilesdirmeni qoyurdular Naturalizmi ise bayagi gorurduler Sozle tesvir olunmus heyat fakti da simvola cevrilir Lakin o zaman bu cehete ehemiyyet vermirdiler cunki semiotika hele kifayet qeder yayilmamisdi Simvolizm deyende heyat heqiqetlerini simvol derecesinde umumilesmeye ustunluk veren ve konkret tarixi dovrde aktual olmus bir realist fikir ve yaradiciliq mektebi nezerde tutulur Simvolizm butun Qerbi Avropa edebiyyatlarinda Fransada S Malarme ve Artur Rembo Belcikada Emil Verxarn Almaniyada Q Qauptman Ingilterede Oskar Vayld ve s senetkarlarin eserlerinde ozunu gostermisdir Simvolluq edebi obrazin sozun tebietindedir ona gore bundan ifade vasitesi kimi edebiyyatda en qedim vaxtlardan ve butun edebiyyatlarda az cox istifade edilmisdir Simvol funksiyasinda sozden basqa heyvan obrazlari tebiet hadiseleri predmetler insan hereketleri sekil ve heykeller ve s de cixis ede bilir Meselen nagil ve temsillerde heyvanlar insanlarin simvolu kimi gosterilir Ve ya sufi poeziyanin obraz sirasi basdan basa remzi ve simvolikdir Bu baximdan XIX esrin sonlarina xas simvolizmi hem de mueyyen spesifik realist obrazliliq nezeriyyesinin bir sekli saymaq olar Tortonadan gelen ressam Cesare Saccaggi nin simvolik eseridir Simvolistlerde insan obrazlari heyat faktindan daha cox mueyyen ideyalarin edebi illustrasiyasi kimi verilir Azerbaycan edebiyyatinda simvolizm cereyan kimi olmayib amma XX esrin evvellerinin mueyyen eserlerinde oz askar tesirini qoyub Meselen Celil Memmedquluzade Oluler pyesinde simvolik umumilesmeden istifade edib Fanatizme teslim olmus muselmanlar menevi oluluk remzi kimi verilir Bu fikri simvollasdirmaq formasidir Huseyn Cavidin drami da simvolik tesvir usulu ile yaradilmisdir Eserin adina cixarilmis iblis obrazi insanin simvolu kimi verilir Her iki fakt Azerbaycan edebiyyatina Qerb simvolizminin tesiri kimi qiymetlendirile biler MenbeRehim Eliyev Edebiyyat nezeriyyesi Baki Mutercim 2008 seh 50