Seyid Mirbabayevin sarayı – Bakı şəhərində, Azneft meydanında, Niyazi küçəsi 1 üçvanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olmuş xanəndə Seyid Mirbabayevə məxsus olmuş saraydır. Bina Fransız intibah memarlığı üslubunda memar Paul Şternin layihəsi əsasında inşa edilmişdir. Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səbiyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırmışdır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Seyid Mirbabayevin sarayı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Azneft meydanı, Niyazi küçəsi, 1 |
Aidiyyatı | SOCAR |
Memar | Paul Fridrix Stern |
Tikilmə tarixi | 1893—1895 |
Üslubu | Fransız intibah memarlığı |
Vəziyyəti | stabil |
Rəsmi sayt | azhistorymuseum.az |
İstinad nöm. | 152 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Binanın layihəsi 1893–cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarından isə binanın tikintisinə başlanılır. Bina Aramyan soyadlı sahibkarın sifarişi ilə inşa edilir. Lakin, Aramyan vaxtını qumar oynamaqla keçirir və o zaman Bakı milyonçularının bir çoxunun qumar oynamaq üçün toplaşdığı "İngilis klubu"nda keçirilən oyunlardan birində yenicə inşa edilmiş bu binanı da uduzur. Lakin, Tiflisdən gəlmiş həyat yoldaşı zinət əşyaları ilə evin dəyərini ödəyərək onu xilas edə bilir. Buna baxmayaraq qısa müddət sonra Aramyan binanı satmalı olur.
Bakı daşınmaz əmlak hərracında binanı almaq istəyən tapılmır və o, evinə müştəri tapmaq üçün Tiflisə yola düşür. Bu zaman bina yenivcə varlanmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin diqqətini cəlb edir. Mirbabayev məsləhət üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edir və Tağıyev ona sarayı almağı və mənzillərə bölərək gəlir evi kimi istifadə etməyi məsləhət görür. Daha sonra Tağıyev Aramyana tövsiyə məktubu yazaraq Mirbabayevin evi almasına kömək edir. Aramyan binanı əvvəl planlaşdırdığından daha ucuz qiymətə satır. O vaxtdan bina yerli əhali arasında Mirbabayevin evi kimi tanınır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə binanın birinci mərtəbəsində Böyük Britaniya konsulluğu yerləşirdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Seyid Mirbabayevin bütün mülklərini müsadirə edirlər. Milyonçu özü isə Fransaya mühacirət etməli olur. Bir müddət sonra onun özü ilə gətirdiyi pullar qurtarır və Mirbabayev bir müddət səfil vəziyyətdə Paris küçələrində yaşamalı olur.
Sovet hakimiyyəti illərində ""in sərəncamına verilmiş sarayda, Azərbaycan müstəqillik əldə etdikdən sonra (1991) Azərbaycan Dövlət Neft Şirkəti aparatı yerləşdirilmişdir. 1990 – cı illərdə binada bir dəfə yüngül bərpa işləri aparılmışdır.
Sahibi
Binanın ilk sahibi Aramyan soyadlı erməni sahibkarı olsa da, o, tamamlanmasından qısa müddət sonra binanı yenicə varlanmış Seyid Mirbabayev adlı azərbaycanlı xanəndəyə satır. Saray əhali arasında Seyid Mirbabayevin evi kimi məşhurlaşır. Xanəndə olan Seyid Bakı toylarının ulduzlarından biri olur. Onun qrommofon valları böyük tirajlarla satılır. Milyonçu Şıxbalayevin yeganə oğlunun toyunda çıxış etməsi xanəndənin bütün həyatını dəyişir. Toyda xanəndənin ifasına heyran olan bəyin əmisi ona, nənəsindən miras qalmış "Bala şoranlıq" adlı torpaq sahəsini hədiyyə edir. Bir müddət sonra hədiyyə edilmiş yerdə neft fontan vurur və xanəndə Seyid Mirbabayev milyonçuya çevrilir.Bakı əməliyyatından sonra Parisə köçən Mirbabayev bu şəhərdə səfil vəziyyətinə düşür. Bu zaman, Aşurbəyovlar nəslindən Teymur bəy Aşurbəyov xanəndə ilə qarşılaşır və onu özü ilə Tehrana gətirir. Seyid Mirbabayev ömrünün sonuna kimi bu şəhərdə, Aşurbəyovların himayəsi altında yaşayır.
Memarlıq xüsusiyyətləri
Yerləşməsi
Sarayın yerləşdiyi Niyazi (keçmiş Sadovaya) küçəsi Azneft meydanından başlayaraq şəhərin o zamankı mərkəz hissəsini tamamlayırdı. Bu küçə həm də bir hissəsini təşkil edir. Tikililər bu meydandan Bayıla tərəf uzanırdı. Artıq XIX əsrin ortalarından etibarən, meydan getdikcə öz simasını dəyişməyə başlayırdı. Bu dəyişikliklər meydanın əsas hissələrindən biri olan Kokorevskiy sahəsi adlandırılan ərazidə 1890 – cı illərin əvvəllərində memar layihəsi əsasında üçmərtəbəli sarayın inşa edilməsindən sonra daha da sürətləndi.
Planı və tikilməsi
Bina üslubunda memar Pavel Şternin layihəsi əsasında inşa edilmişdir. Daha çox Tbilisidə inşa etidiyi binalarla məşhur olan memar Ştern, bu şəhərdə neomavritan üslubunda inşa edilmiş İncəsənət sarayı və da müəllifidir. Binanın əsas fasadı Xəzər sahilinin qərb tərəfinə baxır. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillər şəklində qurulan saray şəhərin layihələndirilmə strukturunda çox mühüm əhəmiyyət daşıyır. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılır.
Binanın sahəsi bütün perimetri boyunca iki yaruslu otaqlar sırası ilə tikilib. Xarici çevrə boyu ev, künc hissələrdə, planda xüsusi olaraq nəzərə çarpdırılmış, həcmin qəşəng düzülüşünü müəyyən etmiş üçüzlü forma əldə edir. Xüsusi olaraq nəzərə çarpdırılmış günbəzşəkilli tamamlama və əsas fasadın mərkəzi hissəsi ilə binanın üçmərtəbəli monumental həcmi, həm də Fransa intibahının stilistik istiqamətində də memarlıq kompozisiyasını aşkara çıxarmışdır. Rizalitlərlə birgə yüksək səviyyəyə çatdırılmış künc hissələrin formaları və xüsusi olaraq nəzərə çatdırılmış mehvər kompozisiyası binanın bədii mühitini genişləndirmişdir. Hər mərtəbəli üfüqi hissələrə ayırma, dərin və yastı olaraq yonulmamış daşla hörmə vasitəsilə saqul boyunca azalma sistemi ilə mərtəbələrin aşkar edilmiş kütləsi, həcmin kompozisiyasının geniş açılmış görünüşünü verir.
Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səbiyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırmışdır. İstifadəsinə və həllinə görə otaqların interyeri əsas fasadın eksteryerindən geri qalmır.
İstinadlar
- КАСТРЮЛИН, C. "115 летдоходному дому ханенде Сеида Мирбабаева". echo.az. Exo qəzeti. 24.02.2011. İstifadə tarixi: 7 may 2016.[ölü keçid]
- Əliyev, Elçin. Deutschs Erbe Spuren in der Architektur von Aserbaidschan (PDF) (alman). Bakı: Botschaft der Bundesrepublik Deutschland Baku. 2017. 172. 2021-04-28 tarixində (PDF). İstifadə tarixi: 2023-11-29.
- "Azərbaycan memarlığının inkişafı" jurnalı, N 3, Bakı, 2005
- Сабироглу, Фархад. "Тяжела жизнь на чужбине..." aztc.gov.az. Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzi. 13 Январь 2016. 23 July 2021 tarixində . İstifadə tarixi: 7 may 2016.
- Bakının Memarlıq Ensiklopediyası, 2013. səh. 127
- Ş. S. Fətullayev – XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma, Bakı, 2003, səh 368
- Bakının Memarlıq Ensiklopediyası, 2013. səh. 128
Ədəbiyyat
- Ş. S. Fətullayev – XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma, Bakı, 2003
- Ş. S. Fətullayev – Bakının Memarlıq Ensiklopediyası, Bakı, Azərbaycan Respublikası Memarlar İttifaqı, 2013
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seyid Mirbabayevin sarayi Baki seherinde Azneft meydaninda Niyazi kucesi 1 ucvaninda yerlesen ve vaxtile Azerbaycanin neft milyoncularindan biri olmus xanende Seyid Mirbabayeve mexsus olmus saraydir Bina Fransiz intibah memarligi uslubunda memar Paul Sternin layihesi esasinda insa edilmisdir Fasadin zengin plastikasi memarliq detallarinin formasi dasin islenmesinin ferdi xususiyyete malik olmasi mukemmel sebiyyeye catdirilmis tikinti medeniyyeti binanin obrazinda vacib estetik muhiti formalasdirmisdir Bina Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci il tarixli 132 nomreli qerari ile yerli ehemiyyetli memarliq abidesi kimi qeydiyyata alinmisdir Seyid Mirbabayevin sarayi40 19 sm e 49 52 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Azneft meydani Niyazi kucesi 1Aidiyyati SOCARMemar Paul Fridrix SternTikilme tarixi 1893 1895Uslubu Fransiz intibah memarligiVeziyyeti stabilResmi sayt azhistorymuseum azAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 152KateqoriyaBinaEhemiyyetiOlke ehemiyyetliSeyid Mirbabayevin sarayi Vikianbarda elaqeli mediafayllarTarixiBinanin sahibi olmus xanende Seyid Mirbabayev Binanin layihesi 1893 cu il may ayinin 25 de tesdiq olunur ayin sonlarindan ise binanin tikintisine baslanilir Bina Aramyan soyadli sahibkarin sifarisi ile insa edilir Lakin Aramyan vaxtini qumar oynamaqla kecirir ve o zaman Baki milyoncularinin bir coxunun qumar oynamaq ucun toplasdigi Ingilis klubu nda kecirilen oyunlardan birinde yenice insa edilmis bu binani da uduzur Lakin Tiflisden gelmis heyat yoldasi zinet esyalari ile evin deyerini odeyerek onu xilas ede bilir Buna baxmayaraq qisa muddet sonra Aramyan binani satmali olur Baki dasinmaz emlak herracinda binani almaq isteyen tapilmir ve o evine musteri tapmaq ucun Tiflise yola dusur Bu zaman bina yenivce varlanmis azerbaycanli xanende Seyid Mirbabayevin diqqetini celb edir Mirbabayev meslehet ucun Haci Zeynalabdin Tagiyeve muraciet edir ve Tagiyev ona sarayi almagi ve menzillere bolerek gelir evi kimi istifade etmeyi meslehet gorur Daha sonra Tagiyev Aramyana tovsiye mektubu yazaraq Mirbabayevin evi almasina komek edir Aramyan binani evvel planlasdirdigindan daha ucuz qiymete satir O vaxtdan bina yerli ehali arasinda Mirbabayevin evi kimi taninir Azerbaycan Xalq Cumhuriyyeti dovrunde binanin birinci mertebesinde Boyuk Britaniya konsullugu yerlesirdi Azerbaycanda Sovet hakimiyyeti qurulduqdan sonra bolsevikler Seyid Mirbabayevin butun mulklerini musadire edirler Milyoncu ozu ise Fransaya muhaciret etmeli olur Bir muddet sonra onun ozu ile getirdiyi pullar qurtarir ve Mirbabayev bir muddet sefil veziyyetde Paris kucelerinde yasamali olur Sovet hakimiyyeti illerinde in serencamina verilmis sarayda Azerbaycan musteqillik elde etdikden sonra 1991 Azerbaycan Dovlet Neft Sirketi aparati yerlesdirilmisdir 1990 ci illerde binada bir defe yungul berpa isleri aparilmisdir Sahibi Esas meqale Seyid Mirbabayev Binanin ilk sahibi Aramyan soyadli ermeni sahibkari olsa da o tamamlanmasindan qisa muddet sonra binani yenice varlanmis Seyid Mirbabayev adli azerbaycanli xanendeye satir Saray ehali arasinda Seyid Mirbabayevin evi kimi meshurlasir Xanende olan Seyid Baki toylarinin ulduzlarindan biri olur Onun qrommofon vallari boyuk tirajlarla satilir Milyoncu Sixbalayevin yegane oglunun toyunda cixis etmesi xanendenin butun heyatini deyisir Toyda xanendenin ifasina heyran olan beyin emisi ona nenesinden miras qalmis Bala soranliq adli torpaq sahesini hediyye edir Bir muddet sonra hediyye edilmis yerde neft fontan vurur ve xanende Seyid Mirbabayev milyoncuya cevrilir Baki emeliyyatindan sonra Parise kocen Mirbabayev bu seherde sefil veziyyetine dusur Bu zaman Asurbeyovlar neslinden Teymur bey Asurbeyov xanende ile qarsilasir ve onu ozu ile Tehrana getirir Seyid Mirbabayev omrunun sonuna kimi bu seherde Asurbeyovlarin himayesi altinda yasayir Memarliq xususiyyetleriSaray 1905 ve 2013 cu illerde Yerlesmesi Sarayin yerlesdiyi Niyazi kecmis Sadovaya kucesi Azneft meydanindan baslayaraq seherin o zamanki merkez hissesini tamamlayirdi Bu kuce hem de bir hissesini teskil edir Tikililer bu meydandan Bayila teref uzanirdi Artiq XIX esrin ortalarindan etibaren meydan getdikce oz simasini deyismeye baslayirdi Bu deyisiklikler meydanin esas hisselerinden biri olan Kokorevskiy sahesi adlandirilan erazide 1890 ci illerin evvellerinde memar layihesi esasinda ucmertebeli sarayin insa edilmesinden sonra daha da suretlendi Plani ve tikilmesi Binanin fasad detali Bina uslubunda memar Pavel Sternin layihesi esasinda insa edilmisdir Daha cox Tbiliside insa etidiyi binalarla meshur olan memar Stern bu seherde neomavritan uslubunda insa edilmis Incesenet sarayi ve da muellifidir Binanin esas fasadi Xezer sahilinin qerb terefine baxir Uzu Azneft meydanina teref tikilen ve rahat menziller seklinde qurulan saray seherin layihelendirilme strukturunda cox muhum ehemiyyet dasiyir Binanin daxili dehliz boyu yerlesdirilmis otaqlarinda susebendler heyete acilir Binanin sahesi butun perimetri boyunca iki yaruslu otaqlar sirasi ile tikilib Xarici cevre boyu ev kunc hisselerde planda xususi olaraq nezere carpdirilmis hecmin qeseng duzulusunu mueyyen etmis ucuzlu forma elde edir Xususi olaraq nezere carpdirilmis gunbezsekilli tamamlama ve esas fasadin merkezi hissesi ile binanin ucmertebeli monumental hecmi hem de Fransa intibahinin stilistik istiqametinde de memarliq kompozisiyasini askara cixarmisdir Rizalitlerle birge yuksek seviyyeye catdirilmis kunc hisselerin formalari ve xususi olaraq nezere catdirilmis mehver kompozisiyasi binanin bedii muhitini genislendirmisdir Her mertebeli ufuqi hisselere ayirma derin ve yasti olaraq yonulmamis dasla horme vasitesile saqul boyunca azalma sistemi ile mertebelerin askar edilmis kutlesi hecmin kompozisiyasinin genis acilmis gorunusunu verir Fasadin zengin plastikasi memarliq detallarinin formasi dasin islenmesinin ferdi xususiyyete malik olmasi mukemmel sebiyyeye catdirilmis tikinti medeniyyeti binanin obrazinda vacib estetik muhiti formalasdirmisdir Istifadesine ve helline gore otaqlarin interyeri esas fasadin eksteryerinden geri qalmir IstinadlarKASTRYuLIN C 115 letdohodnomu domu hanende Seida Mirbabaeva echo az Exo qezeti 24 02 2011 Istifade tarixi 7 may 2016 olu kecid Eliyev Elcin Deutschs Erbe Spuren in der Architektur von Aserbaidschan PDF alman Baki Botschaft der Bundesrepublik Deutschland Baku 2017 172 2021 04 28 tarixinde PDF Istifade tarixi 2023 11 29 Azerbaycan memarliginin inkisafi jurnali N 3 Baki 2005 Sabiroglu Farhad Tyazhela zhizn na chuzhbine aztc gov az Azerbaycan Respublikasi Nazirler Kabineti Yaninda Tercume Merkezi 13 Yanvar 2016 23 July 2021 tarixinde Istifade tarixi 7 may 2016 Bakinin Memarliq Ensiklopediyasi 2013 seh 127 S S Fetullayev XIX esrin sonu XX esrin evvellerinde Azerbaycanda memarliq ve sehersalma Baki 2003 seh 368 Bakinin Memarliq Ensiklopediyasi 2013 seh 128EdebiyyatS S Fetullayev XIX esrin sonu XX esrin evvellerinde Azerbaycanda memarliq ve sehersalma Baki 2003 S S Fetullayev Bakinin Memarliq Ensiklopediyasi Baki Azerbaycan Respublikasi Memarlar Ittifaqi 2013