Korroziya (lat. corrosio) — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır.
Dağılma mexanizminə görə korroziyanın növləri
Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır.
Avadanlıqların korroziyadan mühafizəsi
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür. Korroziya prosesləri yaratdığı iqtisadi problemlərlə bərabər, planetimizin ekoloji faktorlarının da kəskin dəyişməsinə səbəb olur. Hər il dünya miqyasında istehsal olunan metalların 15–20%-i korroziya nəticəsində yararsız hala düşür. ABŞ-nin korroziya üzrə mütəxəssislər assosiasiyasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bütün dünyada bir ildə korroziya nəticəsində baş verən itki 150–200 millyard dollar təşkil edir ki, bunun da 40–45 milyard dolları daxili yanma mühərriklərinin təmirinə, 30–40 milyard dolları nəqliyyat vasitələrinin səthində gedən korroziya proseslərinə, 40–50 milyard dolları yeraltı dəniz və sənaye avadanlıqlarında baş verən korroziya itkisinə, 30–40 milyard dolları neftçıxarma, neft emalı və kimya sənayesində baş verən itkilərə aiddir. Rusiya Federasiyası nda korroziya prosesləri nəticəsində itirilən maliyyə vəsaiti dövlətin milli gəlirinin 12%-ni təşkil edir. Respublikamızın yerləşdiyi regionun daimi təsiri altında olduğunu nəzərə alsaq, istər iqtisadi, istərsə də ekoloji aspektdən baxdıqda korroziya probleminin həllinin ölkəmizin iqtisadiyyatı üçün prioritet olduğu aydın görünür.
Korroziya proseslərinin böyük problemləri
Korroziyanın belə genişmiqyaslı problem olduğunu nəzərə alıb ona qarşı müxtəlif üsullarla mübarizə yolları axtarılır. Ağır iqtisadi itkilərlə nəticələnən korroziya problemləri son 200 ildə tədqiqatçıların diqqətini cəlb etmişdir. Atmosfer korroziyasının maksimum geniş təsir dairəsinə malik olduğunu nəzərə alaraq bu sahədə daha intensiv tədqiqatlar aparılmaqdadır. Bu tədqiqat üsulları müxtəlif olsa da onlarda ümumi və əsas prinsip metalın səthinin atmosferlə təmasda olmasının qarşısını almaqdan ibarətdir. Müasir elmin qəbul etdiyi korroziyadan effektiv mühafizə üsullarından biri konservasiya materiallarının sistematik şəkildə tətbiq edilməsidir. Korroziyaya qarşı yüksək müdafiə effektinə və uzunmüddətli təsirə malik konservasiya materialları ümumi müəyyənləşdirilmiş bir sıra tələbləri ödəməlidir: optimal tərkibli və çoxfunksiyalı olmaqla konservasiya mayelərinə korroziyaya qarşı əlavə olunan aşqarlar, mühit kimi istifadə olunan yağlarda yaxşı həll olmalıdır, iqtisadi cəhətdən səmərəli və ekoloji baxımdan təhlükəsiz olmaqla, istehsal texnologiyası sadə struktura malik olmalıdır. Respublikamızda da korroziyadan yüksək mühafizə qabiliyyətinə malik konservasiya mayeləri və sürtkülərinin yaradılması çox mühüm aktuallıq kəsb edir. Bu tələbatı nəzərə alaraq təqdim olunan dissertasiya işi korroziya probleminin həllinə həsr edilmişdir
Korroziya proseslərinin böyük problem kimi artmasına səbəb olan amillərdən biri kimi atmosfer təsirindən yaranan korroziyanı göstərmək olar. Ona görə də atmosfer korroziyası bu sahədə çalışan mütəxəssislər üçün əsas tədqiqiat obyekti olaraq qalmaqdadır. Atmosfer korroziyasının təsiri ilə sənayenin müxtəlif sahələrində avadanlıqların sıradan çıxması, ətraf mühitə külli miqdarda tullantıların atılması, antropogen fəaliyyətin mənfi təsir etdiyi ətraf mühitin daha da çirklənməsi ilə nəticələnir. Korroziya nəticəsində ən çox itki verən sahələr aşağıdakılardır: yanacaq-energetika kompleksi – 29 %, kənd təsərrüfatına xidmət edən texnika – 20 %, kimya və neft-kimya sənayesi – 15 %, metal emalı sənayesi – 52 %. Xüsusilə qeyd etmək lazımıdır ki, kənd təsərrüfatı texnikasının vaxtından əvvəl işə yararsız hala düşmə səbəbinin 33 % -i korroziya prosesidir. Qeyd olunan korroziya proseslərinin isə 75–80 % -i texnikanın konservasiya şəraitində qalması zamanı detalların korroziyaya uğraması səbəbindən baş verir ki, bunun da qarşısını almağın ən əlverişli yolu korroziyaya qarşı konservasiya materiallarından istifadə etməkdir. Korroziya prosesinin törətdiyi nəticələri aradan qaldırmaq üçün əvvəlcə onun yaranma səbəblərini aşkar etmək lazımdır. Bu baxımdan ilk növbədə metalın hansı növ korroziyaya uğradığı müəyyən edilməlidir.
Korroziya prosesinin mexanizmindən asılı olaraq növləri
Korroziya prosesinin mexanizmindən asılı olaraq kimyəvi, elektrokimyəvi və biokimyəvi korroziyalar mövcuddur. Kimyəvi korroziya – heterogen kimyəvi reaksiyalar hesabına baş verən proseslərdir. Kimyəvi korroziya metalın korroziya törədici mühitlə elə qarşılıqlı təsiri prosesidir ki, metalın oksidləşməsi və korroziya mühitinin oksidləşdirici komponentinin reduksiyası eyni zamanda baş verir. Korroziya məhsulları birbaşa korroziyaya uğrayan səthdə əmələ gəlir. Bu növ korroziyaya aşağıda göstərilənlər aiddir:
‒ Qaz korroziyası (qaz mühitində yüksək temperatur şəraitində metalın oksidləşməsi). Qeyd olunduğu kimi qaz korroziyası kimyəvi korroziyanın bir növüdür. Qaz korroziyası aşağı temperaturda və quru hava şəraitində və ya yüksək temperaturda və su buxarı şəraitində baş verir.
‒ temperaturun artması ilə qaz korroziyasının sürətinin artması təxmini olaraq Arrenius tənliyi ilə belə ifadə olunur: Ln K=
K – reaksiya sürəti, Avə B sabitlər; T– mütləq temperaturdur. Havanın oksigeni ilə dəmirin səthində gedən kimyəvi korroziya zamanı səthdə maqnetit Fe3O4 və hematit Fe2O3 əmələ gəlir. Daha yüksək temperatur şəraitində isə (>570 °C) vyustit FeO əmələ gəlir. Karbonlu poladın səthində korroziya prosesi zamanı aşağıdakı tənlik üzrə karbonsuzlaşma prosesi baş verir ki, bu da onun korroziyaya davamlılığını azaldır.
- Fe3C + O2 →3Fe + CO2
Anoloji proses CO2 və H2O mühitində də baş verir:
- Fe3C + CO2 → 3Fe + 2CO
- Fe3C + H2O→3Fe + CO+H2
‒ Qeyri-elektrolitlərlə korroziya.
Qeyri elektrolit olan həlledicilər mühitində (benzol, toluol, dördxlorlu karbon, maye yanacaqlar) gedən korroziyalar metal və həlledicilər arasında gedən kimyəvi reaksiyalar nəticəsində baş verir. Ona görə də belə hallarda çox vaxt avadanlıqlar paslanmayan metallardan hazırlanır. Elektrokimyəvi korroziya. Bu zaman eyni vaxtda paralel olaraq iki reaksiya gedir. Yəni korroziyaya uğrayan metalın səthində lokallaşmış anod və katod reaksiyaları baş verir [12–18]. Elektrokimyəvi korroziyanın anod prosesi həmişə metalın ionlaşması ilə müşayiət olunur. Katod prosesində isə metalı oksidləşdirən müxtəlif ionlar və ya molekullar iştirak edə bilər. Katod və anod reaksiyalarını aşağıda verilmiş tənliklər şəklində təsəvvür etmək olar: Katod reaksiyaları:
- H+ +e-→½H2
- Ag++ e — → Ag
Anod reaksiyaları:
- S2O82- + 2e- → 2SO42-
- MnO4- + e- → MnO42-
Elektrolitlərdə həll olmuş duz molekullarının reduksiyası:
- O2 + 2H2O + 4e- → 4OH-
- Cl2+ 2e- → 2ClOksid və hidroksid örtüklərinin reduksiyası:
- Fe3O4 + 2H2O + e- → 3FeO +2OH-
- Fe(OH)3+ e- → Fe(OH)2 + OHÜzvi birləşmələrin reduksiyası:
- R + 2H+ + 2e- → RH2
- RO + 4H+ + 4e-→ RH2 + H2O Elektokimyəvi korroziya reaksiyalarının bir neçə növü var:
‒ nəm qaz və ya havada atmosfer korroziyası; Metalların atmosfer korroziyası elektokimyəvi korroziyanın ən geniş yayılmış növüdür. Atmosfer korroziyası adi temperaturda havada olan nəmliyin hesabına baş verir. Atmosferin müxtəlif qazlarla (CO2, H2S, SO2, Cl2, NOx və s.) çirklənməsi atmosfer korroziyasını sürətləndirir. Ona görə də böyük sənaye qurğuları olan yerlərdə atmosfer korroziyası dəfələrlə artır. Rütubətli havada bu özünü xüsusilə büruzə verir.
‒ duzların ərintiləri də daxil olmaqla maye mühitlərdə və ya elektrolitlərdə korroziya; Dəniz korroziyası da elektokimyəvi korroziyanın bir növüdür və fərdi xüsusiyyətlərə malikdir. Suda yüksək korroziya aqressivliyi yaradan 4%-ə yaxın duzların olmasıdır. Burada xlor ionlarının hesabına anod prosesi aktivləşir.
‒ yeraltı qurğuların torpaq və ya yeraltı korroziyası;
Yeraltı korroziyaya neft, qaz, su borularında və kabellərində və s. avadanlıqlarda baş verən proseslər aiddir. Bu korroziyanı ən çox sürətləndirən mühitin pH göstəricisi və nəmliyidir. ‒xaricdən cərəyanın təsiri ilə baş verən elektrokorroziya.
Elektrikləşmiş dəmiryol xətlərinin, elektrik qurğularının, elektrik qaynaq aparatlarının, elektrik sexlərində azmış cərəyanın təsirilə bu korroziya baş verə bilir. Biokimyəvi korroziya– mikroorqanizmlərin metala təsiri ilə əlaqədar olan prosesdir. Bu proses iki səbəbdən baş verə bilər. Birinci metal özü mikroorqanizmlər üçün qida mənbəyi ola bilər. İkinci mikroorqanizmlərin həyat və fəaliyyəti zamanı əmələ gələn birləşmələrin təsirilə korroziya prosesi baş verə bilər. Mühitdən və şəraitdən asılı olaraq korroziya prosesinin özü də müxtəlif formalarda müşahidə olunur;
‒bərabərqiymətli korroziya – metalın bütün səthi boyu eyni səviyyədə gedən korroziyaya deyilir. ‒pittinq korroziyası – lokal tipli aşınmalara aid olub, adətən metalın bir sahəsində başqa sahələrə nisbətən daha dərin korroziya prosesi baş verir. Bu prosesə əsasən metal səthi ilə mayenin sürətlə axını olan yerlərdə rast gəlmək olar.
‒kristallararası korroziya – metal dənəciklərinin səthləri boyu lokal korroziya aşınmalarıdır. Dənəciklərarası maddə anod kimi fəaliyyət göstərərək katod olan dənəciklərin özlərinin böyük səthi ilə kontaktda olur. Nəticədə sürətlə gedən korroziya prosesi metalın dərinliyinə işləyərək böyük problemlər yaradır.
‒ korroziya çatlaması ‒ səbəbləri metala korroziya prosesi ilə bərabər xarici təsirin də olması nəticəsində baş verir ki, bunu da korroziya yorğunluğu adlandırırlar. Korroziya proseslərinin nə qədər çoxşaxəli və təhlükəli olduğuna nəzər saldıqdan sonra bu prosesə qarşı yollar axtarılmasının vacibliyi heç bir şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, bu problem iqtisadiyyata vurduğu ziyanlarla bərabər ekologiyaya da ciddi ziyan vurur. Bu iki problem bir-biri ilə o qədər sıx bağlıdır ki, onları bir-birindən ayrılıqda həll etməyi təsəvvür etmək çətindir. Digər tərəfdən ekoloji problem kimi atmosferin çirklənməsi də öz növbəsində korroziya prosesinin sürətlənməsinə səbəb olur. Ona görə də hər iki problemin birgə həlli çox vacibdir.
Korroziya prosesinin qarşısını tam almaq mümkün olmasa da, onun sürətini nəzərə çarpacaq dərəcədə azaltmağın müxtəlif yolları vardır ki, bunun da ən səmərəli və asan tətbiq oluna biləni korroziyaya qarşı inhibitorlardan istifadə olunmasıdır. Korroziya inhibitorlarının geniş tətbiq sahələrindən biri də neftçıxarma və neft emalı sənayeləridir. Bu sahədə korroziya inhibitorlarından istifadə etməklə yüksək nəticələr əldə edilmişdir. Korroziya inhibitorlarından sənayedə geniş istifadə edilməsinin səbəbi təkcə onun effektivliyi yox, eyni zamanda universal xassəyə malik olması və iqtisadi cəhətdən səmərəliliyidir. Hazırda tərkibcə qeyri-üzvi və üzvi birləşmələrdən ibarət olan çoxlu miqdarda korroziya inhibitorları məlumdur. İnhibitor – latın sözü olub "inhibeo", yəni prosesi dayandıran, qarşısını alan və ya yavaşıdan deməkdir. Inhibitorlar kimyəvi tərkibinə görə üzvi və qeyri-üzvi birlşmələrdən ibarət olur. Qeyri-üzvi birləşmələrdən ibarət olan inhibitorlara misal olaraq NaNO2, K2Cr2O7, Na2CrO4, Na2MoO4 və s. göstərmək olar. Tərkibcə üzvi birləşmələrdən ibarət olan birləşmələrə misal olaraq monoetanolamini, dietilamini, formaldehidi, benzoat dietilamini, alkilsulfonatları, ammonium duzlarını, neft turşularının duzlarını, aminləri, nitrobirləşmələri və s. göstərmək olar. Üzvi tərkibli inhiitorların təsir mexanizmi başlıca olaraq iki tip adsorbsiya prosesi ilə xarakterizə olunur: fiziki və kimyəvi.
Növləri
Sənayedə, texnikada və hətta məişətdə istifadə olunan metal və ərintilərin əksəriyyəti aqressiv mühitlərdə (elektrolit məhlullarında yüksək temperaturda, yüksək nəmlilikli atmosfer şəraitində və s.) dayanıqlı olmayıb, metalın təbiətindən asılı olaraq müxtəlif sürətlərlə korroziyaya uğrayırlar. Metalların korroziyası (latın dilindən corrodere – yeyilmə) xarici mühitin təsiri altnda onların öz-özünə oksidləşməsi və son nəticədə dağılaraq özünün konstruksiya xassələrini itirməsinə səbəb olan fiziki-kimyəvi prosesdir. Bir çox hallarda korroziya elektrokimyəvi mexanizm üzrə baş verir, yəni metalın elektron itirməklə həll olması (anod prosesi) və oksidləşdiricinin katodda reduksiyası (katod reaksiyası) şəklində gedir. Bəzən bu proses kimyəvi mexanizm üzrə də baş verir. Korroziya prosesi bir çox hallarda müxtəlif xarici təsirlərin nəticəsində güclənə bilər. Böyük mexaniki yükün, yaxud daxili gərginliyin təsiri altında korroziya çatlaması mümkündür; uzun müddətli əyilmə-dartılma nəticəsində korroziya yorğunluğu yarana bilər. Digər sürtünmə maye kavitasiyası (maye zərbələr), sulfar redukiyaedici bakteriyalar (biokorroziya) və s. kimi faktorlar metalların korroziyasını gücləndirən amillərdir. Elektrik cərəyanının təsiri altında da(suxurlardakı "azmış cərəyan") korroziya baş verə bilər. Korroziyanı metala təsir edən mühitin növünə görə siniflərə bölmək olar. Elektrolitlərdə və ya qeyri elektrolitlərdə baş verən korroziya proseslərini fərqləndirmək lazımdır. Elektrolitlərdə gedən korroziya olduqca çoxşaxəli və genişdir – atmosferdə su buxarının iştirakı ilə və sulu məhlullarda (turşu, qələvi, duz məhsulları), həmçinin suda (dəniz və su kəmərləri) nəm torpaqda (yeraltı boru kəmərləri, metropoliten tunellərində və s.) və susuz elektrolit məhlullarında baş verən korroziya prosesləri bu qəbilədəndir. Yüksək temperaturlu qızmış quru qazlarda, üzvi mayelərdə, həmçinin metal ərintilərində gedən korroziya prosesi isə qeyri elektrolitlərdəki korroziyadır. Korroziyanı onun növlərinə görə də siniflərə ayırmaq olar. Bu proses səth boyu bərabər sürətlə gedərsə ona bütöv korroziya, yaxud qeyri-bərabər gedərsə onu yerli (lokal) korroziya adlandırırlar. Korroziyaya uğrayan səthin genişliyindən və yaxud dərinliyindən asılı olaraq lokal korroziyanı ləkələrlə baş verən korroziya yaraları növünə və ya pitting (nöqtəvari) əmələ gətirməklə gedən korroziya növünə aid edirlər. Bir çox hallarda kristallitlərarası korroziyaya rast gəlinir ki, bu da əsasən paslanmayan poladlarda kristal dənəcikləri arasında baş verir. Bəzi hallarda kristallararası korroziya səth boyu çatlamaya da gətirib çıxardır. Nəcib metallar (platin qrupu metalları, qızıl və gümüş) istisna olmaqla bütün metallar korroziyaya uğrayırlar. Korroziya sürətinin miqdarı xarakteristikası kimi müxtəlif parametrlərdən istifadə edirlər : metalın müəyyən müddət ərzindəki kütlə itkisindən (vahid səthə hesablanmış)elektrik cərəyan sıxlığına ekvivalent olan nümunənin qalınlığının azalmasından və s. Bir çox metallar üçün (onların atom kütləsini və sıxlığını nəzərə almaqla) korroziyanın səth boyu bərabər sürətlə getdiyi halda bu parametrlər öz aralarında göstərinlən nisbətdə bir-biri ilə bağlıdırlar: 1q/m2 x il ≈ 1mm/il ≈ 10−4 A/m2
Elektrokimyəvi korroziyanın sürətləndirilməsi
Elektrokimyəvi korroziya aşağıdakı hallarda sürətlənir:
- Təmasda olan metallar elektrokimyəvi gərginlik sırasında bir-birindən nə qədər uzaqda yerləşərsə;
- Məhlulun turşuluğu və oksidləşdiricilərin qatılığı nə qədər çox olarsa;
- Temperatur yüksək olarsa;
- Korroziyaya uğrayan metalda qatışıqlar çox olarsa.
Korroziyadan mühafizə
Korroziyadan mühafizə üçün aşağıdakı üsullardan istifadə edilir:
- Metalların səthinə qoruyucu örtüklərin çəkilməsi. Mühafizəedici örtüklər metallik (sink, qalay, qurğuşun, nikel, xrom vəs.) və qeyri-metallik (boya, lak, emal, qatran və s.) olur.
- Metalın səthindəki qoruyucu örtük təbəqəsi qorunan metaldan passiv olarsa, onda qoruyucu təbəqənin dağıldığı yerdən metalın korroziyası başlayır. Əgər qoruyucu örtük qorunan metaldan aktiv olarsa, onda örtük təbəqəsi müəyyən yerdən dağılsa da üzərini örtdüyü metalı qoruyur.
- Korroziyaya davamlı ərintilərin alınması. Ərintilərin tərkibinə Ni, Co, Cu və Cr əlavə etdikdə (belə proses legirlənmə adlanır) korroziyaya davamlı ərintilər alınır.
- Elektrokimyəvi üsullar. Bu məqsədlə protektor və katod mühafizəsi üsulları tətbiq edilir.
- Protektor mühafizəsi zamanı qorunan məmulata daha aktiv metal, məsələn, Mg, Al, Zn pərçim edilir. Bu zaman korroziyaya daha aktiv metal uğrayır.
- Katod mühafizəsi zamanı qorunan məmulat sabit cərrəyan mənbəyinin katoduna, mənbəyin anodu isə hər-hansı bir dəmir parçasına birləşdirilir. Sabit cərəyan mənbəyi elektronları anoddan alıb katoda verir və oksidləşdirici katodda reduksiya olunur; dəmir parçası dağılır, məmulat isə qorunur.
- Mühitin tərkibinin dəyişdirilməsi. Korroziyanın qarşısını almaq və ya onun sürətini azaltmaq üçün metalın təmasda olduğu mühitə korroziyanı yavaşladan maddə qatılır. Belə maddələr ingibitor adlanır. Qeyri-üzvi maddələrdə — nitritlər, xromatlar, fosfatlar və silikatlar, üzvi maddələrdən — amonlər ingibitor kimi istifadə olunur.
Dəyişən kontakt üsulu ilə Pinkeviç aparatında yanacaqların korroziya xassələrinin öyrənilməsi
Yanacaqların istismarı zamanı, yaranan əsas problemlərdən biri də onların təmasda olduğu metal hissələrini korroziya uğratmasıdır. Beləki, yanacağın saxlanması, nəqli və mühərrikdə istifadəsi zamanı, stabilliyi aşağı düşür, korroziya aktivliyi isə yüksəlir. Bunun əsas səbəblərindən birincisi, yanacağın tərkibində aqressiv-kükürdlü, oksigenli, hallogenli və azotlu üzvi birləşmələrin olmasıdır. İkinci səbəb isə yanacağa suyun qarışmasıdır. Korroziyanı doğuran səbəblər müxtəlif olsa da və inkişaf mexanizminə görə, bir-birindən fərqlənsə də, nəticə etibarilə onların hamısı aparat və avadanlıqların vaxtından tez sıradan çıxmasına səbəb olur. Nəticədə sıradan çıxan avadanlıqların təmirinə və ya dəyişdirilməsinə çəkilən xərc, il ərzində milyonlarla hesablanır. Ona görə də yanacağın özünün və ona korroziya qarşı mühafizəedici aşqar əlavə etməklə yaradılan kompozisiyanın korroziya xassələrinin öyrənilməsi ən vacib məsələlərdən hesab olunur. Buna dəyişən kontakt üsulu ilə Pinkeviç aparatında (ГОСТ 5162–49) aparılan sınaqların sayəsində nail olunur. Bu üsulla qısa müddət ərzində yanacağın və kompozisiyanın korroziyası haqqında məlumat əldə etmək olur. Üsulun mahiyyəti 4 saat müddətində metal lövhələrin eyni anda hava, qızdırılmış yanacaq (800 C) və duzlu suyun (17 q/l) təsiri nəticəsində cəkisini itirməsindən ibarətdir. Sınaqlar aşağıdakı ardıcıllıqla aparılır. Əvvəlcə yanacağın korroziya dərəcəsi təyin olunur, sonra kompozisiyanın sınaqları aparılır və aşqarın effekti müəyyən edilir. Sınaqların nəticəsi paralel aparılan sınaqların orta qiyməti kimi götürülür.
Mənbə
- Tомашов Н.Д. Теория коррозии и защита металлов. М. АН СССР,1959, 592 с.
- Жук Н.П. Курс теории коррозии и защиты металлов. М. Металлургия, 1976. 472 с.
- Колотыркин Я.М. Успехи химии, 1962, т. 31, № 2, 322 с.
- Розеньфелд И.Л. Атмосферная коррозия металлов. М. изд. АН СССР, 1960, 372 с.
- Кеше Г. Коррозия металлов. Пер. с немец. М. Металлургия, 1984, 400 с.
İstinadlar
- . 2010-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-14.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Korroziya lat corrosio Metallarin ve onlarin erintilerinin etraf muhitin tesirinden dagilmasidir Dagilma mexanizmine gore korroziyanin novleriDagilma prosesinin mexanizmine gore korroziyanin kimyevi ve novleri ayird edilir Elektrolit ve ya su muhitinde diger metalla temasda olan metalin ve ya erintinin dagilmasina elektrokimyevi korroziya deyilir Elektrokimyevi korroziya turs qelevi ve neytral muhitde gede biler Korroziyanin bu novune misal olaraq turs muhitde misle temasda olan demirin korroziyasini gostermek olar Eelektrokimyevi korroziya zamani elektronlar daha aktiv metaldan az aktiv metala kecir ve neticede aktiv metal korroziyaya ugrayir Avadanliqlarin korroziyadan muhafizesiMuasir dovrde texnologiyanin suretle inkisaf etdiyi qlobal ve yerli muhitde metal terkibli avadanliqlarin korroziyadan muhafizesi aktual problemlerden biridir Bu problem daha cox neft sektorunun esasi olan neft ve qaz hasilati neqli ve emali zamani polad avadanliq ve boru kemerlerinin atmosfer korroziyasinin tesirine meruz qalmasi ile baglidir Eyni zamanda kend teserrufati texnikasi ve herbi texnikanin istismar muddetinden daha cox konservasiya seraitinde saxlandigi nezere alinarsa bu sferada intensiv korroziya proseslerinin movcudlugu aydin gorunur Korroziya prosesleri yaratdigi iqtisadi problemlerle beraber planetimizin ekoloji faktorlarinin da keskin deyismesine sebeb olur Her il dunya miqyasinda istehsal olunan metallarin 15 20 i korroziya neticesinde yararsiz hala dusur ABS nin korroziya uzre mutexessisler assosiasiyasinda aparilan tedqiqatlar neticesinde mueyyen edilmisdir ki butun dunyada bir ilde korroziya neticesinde bas veren itki 150 200 millyard dollar teskil edir ki bunun da 40 45 milyard dollari daxili yanma muherriklerinin temirine 30 40 milyard dollari neqliyyat vasitelerinin sethinde geden korroziya proseslerine 40 50 milyard dollari yeralti deniz ve senaye avadanliqlarinda bas veren korroziya itkisine 30 40 milyard dollari neftcixarma neft emali ve kimya senayesinde bas veren itkilere aiddir Rusiya Federasiyasi nda korroziya prosesleri neticesinde itirilen maliyye vesaiti dovletin milli gelirinin 12 ni teskil edir Respublikamizin yerlesdiyi regionun daimi tesiri altinda oldugunu nezere alsaq ister iqtisadi isterse de ekoloji aspektden baxdiqda korroziya probleminin hellinin olkemizin iqtisadiyyati ucun prioritet oldugu aydin gorunur Korroziya proseslerinin boyuk problemleriKorroziyanin bele genismiqyasli problem oldugunu nezere alib ona qarsi muxtelif usullarla mubarize yollari axtarilir Agir iqtisadi itkilerle neticelenen korroziya problemleri son 200 ilde tedqiqatcilarin diqqetini celb etmisdir Atmosfer korroziyasinin maksimum genis tesir dairesine malik oldugunu nezere alaraq bu sahede daha intensiv tedqiqatlar aparilmaqdadir Bu tedqiqat usullari muxtelif olsa da onlarda umumi ve esas prinsip metalin sethinin atmosferle temasda olmasinin qarsisini almaqdan ibaretdir Muasir elmin qebul etdiyi korroziyadan effektiv muhafize usullarindan biri konservasiya materiallarinin sistematik sekilde tetbiq edilmesidir Korroziyaya qarsi yuksek mudafie effektine ve uzunmuddetli tesire malik konservasiya materiallari umumi mueyyenlesdirilmis bir sira telebleri odemelidir optimal terkibli ve coxfunksiyali olmaqla konservasiya mayelerine korroziyaya qarsi elave olunan asqarlar muhit kimi istifade olunan yaglarda yaxsi hell olmalidir iqtisadi cehetden semereli ve ekoloji baximdan tehlukesiz olmaqla istehsal texnologiyasi sade struktura malik olmalidir Respublikamizda da korroziyadan yuksek muhafize qabiliyyetine malik konservasiya mayeleri ve surtkulerinin yaradilmasi cox muhum aktualliq kesb edir Bu telebati nezere alaraq teqdim olunan dissertasiya isi korroziya probleminin helline hesr edilmisdir Korroziya proseslerinin boyuk problem kimi artmasina sebeb olan amillerden biri kimi atmosfer tesirinden yaranan korroziyani gostermek olar Ona gore de atmosfer korroziyasi bu sahede calisan mutexessisler ucun esas tedqiqiat obyekti olaraq qalmaqdadir Atmosfer korroziyasinin tesiri ile senayenin muxtelif sahelerinde avadanliqlarin siradan cixmasi etraf muhite kulli miqdarda tullantilarin atilmasi antropogen fealiyyetin menfi tesir etdiyi etraf muhitin daha da cirklenmesi ile neticelenir Korroziya neticesinde en cox itki veren saheler asagidakilardir yanacaq energetika kompleksi 29 kend teserrufatina xidmet eden texnika 20 kimya ve neft kimya senayesi 15 metal emali senayesi 52 Xususile qeyd etmek lazimidir ki kend teserrufati texnikasinin vaxtindan evvel ise yararsiz hala dusme sebebinin 33 i korroziya prosesidir Qeyd olunan korroziya proseslerinin ise 75 80 i texnikanin konservasiya seraitinde qalmasi zamani detallarin korroziyaya ugramasi sebebinden bas verir ki bunun da qarsisini almagin en elverisli yolu korroziyaya qarsi konservasiya materiallarindan istifade etmekdir Korroziya prosesinin toretdiyi neticeleri aradan qaldirmaq ucun evvelce onun yaranma sebeblerini askar etmek lazimdir Bu baximdan ilk novbede metalin hansi nov korroziyaya ugradigi mueyyen edilmelidir Korroziya prosesinin mexanizminden asili olaraq novleriKorroziya prosesinin mexanizminden asili olaraq kimyevi elektrokimyevi ve biokimyevi korroziyalar movcuddur Kimyevi korroziya heterogen kimyevi reaksiyalar hesabina bas veren proseslerdir Kimyevi korroziya metalin korroziya toredici muhitle ele qarsiliqli tesiri prosesidir ki metalin oksidlesmesi ve korroziya muhitinin oksidlesdirici komponentinin reduksiyasi eyni zamanda bas verir Korroziya mehsullari birbasa korroziyaya ugrayan sethde emele gelir Bu nov korroziyaya asagida gosterilenler aiddir Qaz korroziyasi qaz muhitinde yuksek temperatur seraitinde metalin oksidlesmesi Qeyd olundugu kimi qaz korroziyasi kimyevi korroziyanin bir novudur Qaz korroziyasi asagi temperaturda ve quru hava seraitinde ve ya yuksek temperaturda ve su buxari seraitinde bas verir temperaturun artmasi ile qaz korroziyasinin suretinin artmasi texmini olaraq Arrenius tenliyi ile bele ifade olunur Ln K K reaksiya sureti Ave B sabitler T mutleq temperaturdur Havanin oksigeni ile demirin sethinde geden kimyevi korroziya zamani sethde maqnetit Fe3O4 ve hematit Fe2O3 emele gelir Daha yuksek temperatur seraitinde ise gt 570 C vyustit FeO emele gelir Karbonlu poladin sethinde korroziya prosesi zamani asagidaki tenlik uzre karbonsuzlasma prosesi bas verir ki bu da onun korroziyaya davamliligini azaldir Fe3C O2 3Fe CO2 Anoloji proses CO2 ve H2O muhitinde de bas verir Fe3C CO2 3Fe 2CO Fe3C H2O 3Fe CO H2 Qeyri elektrolitlerle korroziya Qeyri elektrolit olan hellediciler muhitinde benzol toluol dordxlorlu karbon maye yanacaqlar geden korroziyalar metal ve hellediciler arasinda geden kimyevi reaksiyalar neticesinde bas verir Ona gore de bele hallarda cox vaxt avadanliqlar paslanmayan metallardan hazirlanir Elektrokimyevi korroziya Bu zaman eyni vaxtda paralel olaraq iki reaksiya gedir Yeni korroziyaya ugrayan metalin sethinde lokallasmis anod ve katod reaksiyalari bas verir 12 18 Elektrokimyevi korroziyanin anod prosesi hemise metalin ionlasmasi ile musayiet olunur Katod prosesinde ise metali oksidlesdiren muxtelif ionlar ve ya molekullar istirak ede biler Katod ve anod reaksiyalarini asagida verilmis tenlikler seklinde tesevvur etmek olar Katod reaksiyalari H e H2 Ag e Ag Anod reaksiyalari S2O82 2e 2SO42 MnO4 e MnO42 Elektrolitlerde hell olmus duz molekullarinin reduksiyasi O2 2H2O 4e 4OH Cl2 2e 2ClOksid ve hidroksid ortuklerinin reduksiyasi Fe3O4 2H2O e 3FeO 2OH Fe OH 3 e Fe OH 2 OHUzvi birlesmelerin reduksiyasi R 2H 2e RH2 RO 4H 4e RH2 H2O Elektokimyevi korroziya reaksiyalarinin bir nece novu var nem qaz ve ya havada atmosfer korroziyasi Metallarin atmosfer korroziyasi elektokimyevi korroziyanin en genis yayilmis novudur Atmosfer korroziyasi adi temperaturda havada olan nemliyin hesabina bas verir Atmosferin muxtelif qazlarla CO2 H2S SO2 Cl2 NOx ve s cirklenmesi atmosfer korroziyasini suretlendirir Ona gore de boyuk senaye qurgulari olan yerlerde atmosfer korroziyasi defelerle artir Rutubetli havada bu ozunu xususile buruze verir duzlarin erintileri de daxil olmaqla maye muhitlerde ve ya elektrolitlerde korroziya Deniz korroziyasi da elektokimyevi korroziyanin bir novudur ve ferdi xususiyyetlere malikdir Suda yuksek korroziya aqressivliyi yaradan 4 e yaxin duzlarin olmasidir Burada xlor ionlarinin hesabina anod prosesi aktivlesir yeralti qurgularin torpaq ve ya yeralti korroziyasi Yeralti korroziyaya neft qaz su borularinda ve kabellerinde ve s avadanliqlarda bas veren prosesler aiddir Bu korroziyani en cox suretlendiren muhitin pH gostericisi ve nemliyidir xaricden cereyanin tesiri ile bas veren elektrokorroziya Elektriklesmis demiryol xetlerinin elektrik qurgularinin elektrik qaynaq aparatlarinin elektrik sexlerinde azmis cereyanin tesirile bu korroziya bas vere bilir Biokimyevi korroziya mikroorqanizmlerin metala tesiri ile elaqedar olan prosesdir Bu proses iki sebebden bas vere biler Birinci metal ozu mikroorqanizmler ucun qida menbeyi ola biler Ikinci mikroorqanizmlerin heyat ve fealiyyeti zamani emele gelen birlesmelerin tesirile korroziya prosesi bas vere biler Muhitden ve seraitden asili olaraq korroziya prosesinin ozu de muxtelif formalarda musahide olunur beraberqiymetli korroziya metalin butun sethi boyu eyni seviyyede geden korroziyaya deyilir pittinq korroziyasi lokal tipli asinmalara aid olub adeten metalin bir sahesinde basqa sahelere nisbeten daha derin korroziya prosesi bas verir Bu prosese esasen metal sethi ile mayenin suretle axini olan yerlerde rast gelmek olar kristallararasi korroziya metal deneciklerinin sethleri boyu lokal korroziya asinmalaridir Deneciklerarasi madde anod kimi fealiyyet gostererek katod olan deneciklerin ozlerinin boyuk sethi ile kontaktda olur Neticede suretle geden korroziya prosesi metalin derinliyine isleyerek boyuk problemler yaradir korroziya catlamasi sebebleri metala korroziya prosesi ile beraber xarici tesirin de olmasi neticesinde bas verir ki bunu da korroziya yorgunlugu adlandirirlar Korroziya proseslerinin ne qeder coxsaxeli ve tehlukeli olduguna nezer saldiqdan sonra bu prosese qarsi yollar axtarilmasinin vacibliyi hec bir subhe dogurmur Nezere almaq lazimdir ki bu problem iqtisadiyyata vurdugu ziyanlarla beraber ekologiyaya da ciddi ziyan vurur Bu iki problem bir biri ile o qeder six baglidir ki onlari bir birinden ayriliqda hell etmeyi tesevvur etmek cetindir Diger terefden ekoloji problem kimi atmosferin cirklenmesi de oz novbesinde korroziya prosesinin suretlenmesine sebeb olur Ona gore de her iki problemin birge helli cox vacibdir Korroziya prosesinin qarsisini tam almaq mumkun olmasa da onun suretini nezere carpacaq derecede azaltmagin muxtelif yollari vardir ki bunun da en semereli ve asan tetbiq oluna bileni korroziyaya qarsi inhibitorlardan istifade olunmasidir Korroziya inhibitorlarinin genis tetbiq sahelerinden biri de neftcixarma ve neft emali senayeleridir Bu sahede korroziya inhibitorlarindan istifade etmekle yuksek neticeler elde edilmisdir Korroziya inhibitorlarindan senayede genis istifade edilmesinin sebebi tekce onun effektivliyi yox eyni zamanda universal xasseye malik olmasi ve iqtisadi cehetden semereliliyidir Hazirda terkibce qeyri uzvi ve uzvi birlesmelerden ibaret olan coxlu miqdarda korroziya inhibitorlari melumdur Inhibitor latin sozu olub inhibeo yeni prosesi dayandiran qarsisini alan ve ya yavasidan demekdir Inhibitorlar kimyevi terkibine gore uzvi ve qeyri uzvi birlsmelerden ibaret olur Qeyri uzvi birlesmelerden ibaret olan inhibitorlara misal olaraq NaNO2 K2Cr2O7 Na2CrO4 Na2MoO4 ve s gostermek olar Terkibce uzvi birlesmelerden ibaret olan birlesmelere misal olaraq monoetanolamini dietilamini formaldehidi benzoat dietilamini alkilsulfonatlari ammonium duzlarini neft tursularinin duzlarini aminleri nitrobirlesmeleri ve s gostermek olar Uzvi terkibli inhiitorlarin tesir mexanizmi baslica olaraq iki tip adsorbsiya prosesi ile xarakterize olunur fiziki ve kimyevi NovleriSenayede texnikada ve hetta meisetde istifade olunan metal ve erintilerin ekseriyyeti aqressiv muhitlerde elektrolit mehlullarinda yuksek temperaturda yuksek nemlilikli atmosfer seraitinde ve s dayaniqli olmayib metalin tebietinden asili olaraq muxtelif suretlerle korroziyaya ugrayirlar Metallarin korroziyasi latin dilinden corrodere yeyilme xarici muhitin tesiri altnda onlarin oz ozune oksidlesmesi ve son neticede dagilaraq ozunun konstruksiya xasselerini itirmesine sebeb olan fiziki kimyevi prosesdir Bir cox hallarda korroziya elektrokimyevi mexanizm uzre bas verir yeni metalin elektron itirmekle hell olmasi anod prosesi ve oksidlesdiricinin katodda reduksiyasi katod reaksiyasi seklinde gedir Bezen bu proses kimyevi mexanizm uzre de bas verir Korroziya prosesi bir cox hallarda muxtelif xarici tesirlerin neticesinde guclene biler Boyuk mexaniki yukun yaxud daxili gerginliyin tesiri altinda korroziya catlamasi mumkundur uzun muddetli eyilme dartilma neticesinde korroziya yorgunlugu yarana biler Diger surtunme maye kavitasiyasi maye zerbeler sulfar redukiyaedici bakteriyalar biokorroziya ve s kimi faktorlar metallarin korroziyasini guclendiren amillerdir Elektrik cereyaninin tesiri altinda da suxurlardaki azmis cereyan korroziya bas vere biler Korroziyani metala tesir eden muhitin novune gore siniflere bolmek olar Elektrolitlerde ve ya qeyri elektrolitlerde bas veren korroziya proseslerini ferqlendirmek lazimdir Elektrolitlerde geden korroziya olduqca coxsaxeli ve genisdir atmosferde su buxarinin istiraki ile ve sulu mehlullarda tursu qelevi duz mehsullari hemcinin suda deniz ve su kemerleri nem torpaqda yeralti boru kemerleri metropoliten tunellerinde ve s ve susuz elektrolit mehlullarinda bas veren korroziya prosesleri bu qebiledendir Yuksek temperaturlu qizmis quru qazlarda uzvi mayelerde hemcinin metal erintilerinde geden korroziya prosesi ise qeyri elektrolitlerdeki korroziyadir Korroziyani onun novlerine gore de siniflere ayirmaq olar Bu proses seth boyu beraber suretle gederse ona butov korroziya yaxud qeyri beraber gederse onu yerli lokal korroziya adlandirirlar Korroziyaya ugrayan sethin genisliyinden ve yaxud derinliyinden asili olaraq lokal korroziyani lekelerle bas veren korroziya yaralari novune ve ya pitting noqtevari emele getirmekle geden korroziya novune aid edirler Bir cox hallarda kristallitlerarasi korroziyaya rast gelinir ki bu da esasen paslanmayan poladlarda kristal denecikleri arasinda bas verir Bezi hallarda kristallararasi korroziya seth boyu catlamaya da getirib cixardir Necib metallar platin qrupu metallari qizil ve gumus istisna olmaqla butun metallar korroziyaya ugrayirlar Korroziya suretinin miqdari xarakteristikasi kimi muxtelif parametrlerden istifade edirler metalin mueyyen muddet erzindeki kutle itkisinden vahid sethe hesablanmis elektrik cereyan sixligina ekvivalent olan numunenin qalinliginin azalmasindan ve s Bir cox metallar ucun onlarin atom kutlesini ve sixligini nezere almaqla korroziyanin seth boyu beraber suretle getdiyi halda bu parametrler oz aralarinda gosterinlen nisbetde bir biri ile baglidirlar 1q m2 x il 1mm il 10 4 A m2Elektrokimyevi korroziyanin suretlendirilmesiElektrokimyevi korroziya asagidaki hallarda suretlenir Temasda olan metallar elektrokimyevi gerginlik sirasinda bir birinden ne qeder uzaqda yerleserse Mehlulun tursulugu ve oksidlesdiricilerin qatiligi ne qeder cox olarsa Temperatur yuksek olarsa Korroziyaya ugrayan metalda qatisiqlar cox olarsa Korroziyadan muhafizeKorroziyadan muhafize ucun asagidaki usullardan istifade edilir Metallarin sethine qoruyucu ortuklerin cekilmesi Muhafizeedici ortukler metallik sink qalay qurgusun nikel xrom ves ve qeyri metallik boya lak emal qatran ve s olur Metalin sethindeki qoruyucu ortuk tebeqesi qorunan metaldan passiv olarsa onda qoruyucu tebeqenin dagildigi yerden metalin korroziyasi baslayir Eger qoruyucu ortuk qorunan metaldan aktiv olarsa onda ortuk tebeqesi mueyyen yerden dagilsa da uzerini ortduyu metali qoruyur Korroziyaya davamli erintilerin alinmasi Erintilerin terkibine Ni Co Cu ve Cr elave etdikde bele proses legirlenme adlanir korroziyaya davamli erintiler alinir Elektrokimyevi usullar Bu meqsedle protektor ve katod muhafizesi usullari tetbiq edilir Protektor muhafizesi zamani qorunan memulata daha aktiv metal meselen Mg Al Zn percim edilir Bu zaman korroziyaya daha aktiv metal ugrayir Katod muhafizesi zamani qorunan memulat sabit cerreyan menbeyinin katoduna menbeyin anodu ise her hansi bir demir parcasina birlesdirilir Sabit cereyan menbeyi elektronlari anoddan alib katoda verir ve oksidlesdirici katodda reduksiya olunur demir parcasi dagilir memulat ise qorunur Muhitin terkibinin deyisdirilmesi Korroziyanin qarsisini almaq ve ya onun suretini azaltmaq ucun metalin temasda oldugu muhite korroziyani yavasladan madde qatilir Bele maddeler ingibitor adlanir Qeyri uzvi maddelerde nitritler xromatlar fosfatlar ve silikatlar uzvi maddelerden amonler ingibitor kimi istifade olunur Deyisen kontakt usulu ile Pinkevic aparatinda yanacaqlarin korroziya xasselerinin oyrenilmesiYanacaqlarin istismari zamani yaranan esas problemlerden biri de onlarin temasda oldugu metal hisselerini korroziya ugratmasidir Beleki yanacagin saxlanmasi neqli ve muherrikde istifadesi zamani stabilliyi asagi dusur korroziya aktivliyi ise yukselir Bunun esas sebeblerinden birincisi yanacagin terkibinde aqressiv kukurdlu oksigenli hallogenli ve azotlu uzvi birlesmelerin olmasidir Ikinci sebeb ise yanacaga suyun qarismasidir Korroziyani doguran sebebler muxtelif olsa da ve inkisaf mexanizmine gore bir birinden ferqlense de netice etibarile onlarin hamisi aparat ve avadanliqlarin vaxtindan tez siradan cixmasina sebeb olur Neticede siradan cixan avadanliqlarin temirine ve ya deyisdirilmesine cekilen xerc il erzinde milyonlarla hesablanir Ona gore de yanacagin ozunun ve ona korroziya qarsi muhafizeedici asqar elave etmekle yaradilan kompozisiyanin korroziya xasselerinin oyrenilmesi en vacib meselelerden hesab olunur Buna deyisen kontakt usulu ile Pinkevic aparatinda GOST 5162 49 aparilan sinaqlarin sayesinde nail olunur Bu usulla qisa muddet erzinde yanacagin ve kompozisiyanin korroziyasi haqqinda melumat elde etmek olur Usulun mahiyyeti 4 saat muddetinde metal lovhelerin eyni anda hava qizdirilmis yanacaq 800 C ve duzlu suyun 17 q l tesiri neticesinde cekisini itirmesinden ibaretdir Sinaqlar asagidaki ardicilliqla aparilir Evvelce yanacagin korroziya derecesi teyin olunur sonra kompozisiyanin sinaqlari aparilir ve asqarin effekti mueyyen edilir Sinaqlarin neticesi paralel aparilan sinaqlarin orta qiymeti kimi goturulur MenbeVikianbarda Korroziya ile elaqeli mediafayllar var Tomashov N D Teoriya korrozii i zashita metallov M AN SSSR 1959 592 s Zhuk N P Kurs teorii korrozii i zashity metallov M Metallurgiya 1976 472 s Kolotyrkin Ya M Uspehi himii 1962 t 31 2 322 s Rozenfeld I L Atmosfernaya korroziya metallov M izd AN SSSR 1960 372 s Keshe G Korroziya metallov Per s nemec M Metallurgiya 1984 400 s Istinadlar 2010 07 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 08 14