Zoologiyanın bölmələri Entomologiya |
Zoologiyanın şöbələri |
• Antropologiya |
Görkəmli zooloqlar |
· Çarlz Darvin |
Entomologiya (yunanca έντομον - cücü, λόγος - öyrənmək) - həşəratları öyrənən elm. Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir. Müasir entomologiya elmi biologiyanın inkişaf edən ən mühüm sahələrindən biri olub, praktika ilə sıx bağlıdır və onun ümumi entomologiya, kənd təsərrüfatı, meşə, tibbi və baytarlıq entomologiyası kimi müstəqil sahələri vardır.
Entomologiyanın inkişaf tarixi
Həşərat haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotel (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərində rast gəlsək də onların öyrənilməsinə XVII əsrdən başlanmışdır. XVII-XVIII əsrlərdə italyan alimi M.Malpigi (1628-1694), Hollandiya alimi Y.Svammerdam (1634-1684), məşhur İsveç alimi K.Linney (1707-1778), görkəmli təbiətşünas və səyyah, akademik P.S.Pallas (1741-1811) həşəratın anatomiyası, metamorfozu, təsnifatı, morfologiyası, biologiyası, faunası haqqında bir çox tədqiqatlar aparmış və əsərlər yazmışlar. XIX əsrdə entomologiya bir elm kimi formalaşır və 1832-ci ildə Fransada, 1833-cü ildə İngiltərədə entomologiya cəmiyyəti yaranır.Rusiysda isə 1859-cu ildə rus entomologiya cəmiyyəti yaradılmış və onun ilk prezidenti məşhur alim, akademik K.M.Ber olmuşdur. Azərbaycanda entomologiya elminin inkişafı Sovet hakimiyyəti dövrünə təsadüf edir. Bu məqsədlə Azərbaycan Dövlət Universitetində, 1923-cü ildə təşkil olunmuş Mikrobiologiya institutunda entomologiyaya aid ilk tədqiqat işləri aparılmağa başlanır. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya bölməsinin, 1935-ci ildə Zoologiya İnstitutunun təşkili ilə əlaqədar olaraq entomoloji tədqiqatların aparılması üçün daha əlverişli şərait yaradılmış olur. Bununla yanaşı Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunda, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda və s. elmi idarələrdə entomologiya elminin müxtəlif sahələrinə aid elmi tədqiqat işləri aparılmağa başlanıldı və hal-hazırda davam edir.
Zərərli həşəratlar kənd təsərrüfatı bitkilərinə hər il kəskin dərəcədə zərər vurur. Bunu nəzərə alaraq respublikamızda zərərvericilərin bioloji xüsusiyyətlərini öyrənmək və onlara qarşı mübarizə aparmaq üçün bir çox idarə və müəssisələr yaradılmışdır. Belə ki, 1924-cü ildə Muğan təcrübə stansiyası, 1925-ci ildə Xanlar (Göy-göl) rayonunda entomoloji kabinet, 1930-cu ildə Maştağa qəsəbəsində ÜİBMİ-nun stansiyası fəaliyyət göstərməyə başlamışdır.
Həşəratın morfologiyası
Həşəratın bədəninin üzəri möhkəm xitinləşmiş kutikula ilə örtülmüşdür, 3 hissədən ibarətdir-baş, döş və qarın. Hər bir hissə müxtəlif buğumlardan təşkil olunmuşdur. Baş hissə (caput) 5 buğumun möhkəm birləşməsindən əmələ gələn kəllə kutusundan ibarət olub, ağız orqanlarına, bığcıqlara, 2-3 ədəd sadə və bir cüt mürəkkəb gözə malikdir. Həşərat sinfində bığcıqsızlar dəstəsi (Protura) müstəsna olmaqla, hamısında bığcıq inkişaf etmişdir. Vəzifə etibarı ilə bığcıqlar hiss orqanları, yəni lamisə və iybilmə orqanlarıdır. Quruluş baxımından müxtəlif həşəratlarda müxtəlif cür olur. Həşəratların qılşəkilli, sapşəkilli, təsbehşəkilli, mişarşəkilli, daraqşəkilli, sancaqşəkilli, çomaqşəkilli, iyşəkilli, lövhəşəkilli, dirsəkli, dirsəkli-sancaqşəkilli, dirsəkli-daraqşəkilli, lələkşəkilli, qılıncşəkilli, qeyri-müntəzəm və qıllı bığcıq tipləri vardır. Qidalanma xüsusiyyətindən asılı olaraq həşəratlarda bir neçə tip ağız orqanları inkişaf etmişdir: gəmirici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. Hər bir ağız orqanının özünə məxsus xüsusiyyətləri və quruluşu vardır. Döş bədənin ikinci hissəsi olub, 3 büğumdan ibarətdir. Hər bir buğumunda bir cüt ayaq vardır. Ayaqlar çanaq, burma, bud, baldır və pəncədən ibarətdir, əsasən hərəkət vəzifəsini görür. Həşəratlarda yüyürücü (tarakan və karabid böcəklərdə), yeriyici (uzunbığ, uzunburun və yarpaqyeyən böcəklərdə), tullandırıcı (çəyirtkəkimilər, şalalar və sisəklərdə), üzücü (üzər böcəyi və subitində), qazıcı (danadişi, peyin və qabıqyeyən böcəklərdə), tutucu (dəvədəlləyi, su əqrəbləri və torqanadlılarda), sorucu (üzər böcəyin erkək fərdlərində), yığıcı (arılarda) ayaq tipləri olur. Qanadlı həşəratlarda orta və dal buğumun hər biri bir cüt qanada malikdir. Quruluş etibarı ilə qanadların torşəkilli, pərdəşəkilli, sərt və yarımsərt tipləri vardır. Qarın bədənin üçüncü hissəsi olub, həşəratların növlərindən asılı olaraq 4-dən 11-ə qədər buğumdan ibarət olur.
Həşəratın anatomiyası və fiziologiyası
Həşəratın dəri örtüyü kutikula, hipoderma və bazal pərdəsindən ibarətdir. Əzələ sistemi mürəkkəb quruluşlu olub, somatik və ya skelet əzələlərindən, daxili və ya visseral əzələlərindən ibarətdir. Həşəratlarda əsasən eninəzolaqlı əzələ tipi mövcuddur. Həşəratın bədən boşluğunda onun daxili orqanları yerləşir. Onun həyatında piy cisimciyinin böyük rolu vardır. Piy cisimciyi bir tərəfdən qidalı maddələrin toplanmasında iştirak edir, digər tərəfdən isə maddələr mübadiləsinin məhsullarını udmaqla, fizioloji funksiyanı yerinə yetirir. Xüsusilə, həşəratın sürfə mərhələsində piy cisimciyi yağ, zülal və karbohidratlar kimi qidalı maddələrin ehtiyatını toplayır. Həzm sistemi başda yerləşən ağız dəliyi ilə başlayır və qarın hissənin axırıncı buğumunda anal dəliyi ilə nəhayətlənir. Həşəratın qan-damar sistemi açıqdır, qan bədən boşluğu ilə əlaqəli olur və daxili orqanları yuyur. Tənəffüs sistemi bədənin yanlarından keçən və daxildə şaxələnən boruşəkilli traxeyalardan ibarətdir. Əsas ifrazat funksiyasını malpigi boruları yerinə yetirir. Həşəratın bədən orqanlarının fəaliyyəti və onlar arasındakı qarçılıqlı münasibət sinir sistemi vasitəsilə idarə olunur. Hiss, lamisə, iybilmə, dadbilmə və görmə orqanları bəzilərində yaxşı, bəzilərində isə zəif inkişaf etmişdir. Eşitmə orqanları heç də həşəratların hamısında inkişaf etməmişdir, əsasən səs çıxaran növlərdə daha yaxşı inkişaf etmişdir. Həşəratların demək olar ki, əksəriyyəti müxtəlif cinslidir (erkək və dişi). Az bir qismi hermafroditdir.
Həşəratın biologiyası
Həşəratda çoxalma – Həşəratlarda çoxalma əsasən yumurta qoyma ilə gedir. Buna baxmayaraq, bəzi həşərat növləri vardır ki, onlar yumurta qoymadan diri sürfə doğur. Həşəratlar aşağıdakı üsulla çoxalırlar:
- Əksər həşəratlar homogenetik, yaxud cinsi üsul ilə artır. Belə ki, bu çoxalmada erkək həşəratla dişi həşəratın cütləşməsi yolu ilə gedir. Daha doğrusu erkək və dişi həşəratın cütləşməsindən sonra yumurta hüceyrələri spermatozid ilə birləşir (mayalanma gedir).
- Partenogenetik, yaxud bakirə çoxalma ysulu cinsi çoxalmanın əksinə olaraq həşərat tərəfindən qoyulmuş yumurta mayalanmadan inkişaf edə bilir. Belə ki, həmin yumurtaların hüceyrələri mayalanmamış rüşeym verir (məsələn, bal arısının erkək fərdləri mayalanmamış yumurtadan əmələ gəlir).
- Bakirə çoxalma əksər hallarda erkək fərdlərin tamamilə iştirakı olmadan da gedə bilir (məsələn, mənənələrdə).
- Poliembrional, yaxud çoxrüşeymli çoxalma cinsi çoxalmadır. Belə ki, bu çoxalmada yumurta hüceyrəsi qabıq içərisində bir çox hüceyrələrə bölünür. Hər bir hüceyrə yeni bir rüşeymin başlanğıcını qoyur və bir yumurtadan bir neçə həşərat çıxır (tüfeyli pərdəqanadlılarda).
- Pedogenez, yaxud sürfə fazasında çoxalma – bu çoxalma sürfə inkişaf fazasında gedir. Belə ki, dişi fərdin yumurtalığında olan yumurtalar mayalanmır, inkişaf edir və həmin yumurtalardan sürfələr çıxır (milçəklərdə).
Həşəratın inkişafı – Həşəratın inkişafı iki mərhələdə gedir: 1. Rüşeymin inkişafı – bu inkişaf yumurta daxilində gedir (embrional inkişaf). 2. Rüşeymdən sonrakı inkişaf (postembrional) – həşərat yumurtadan çıxandan sonra başlayıb və məhv olan zaman qurtarır.
- Yumurta (ovum) iri bir hüceyrə olub, daxilində protoplazma və nüvədən başqa rüşeymin inkişafı üçün zəruri olan sarılıq əmələ gətirən qida maddələri vardır. Yumurtanın müəyyən bir qütbündə bir deşik olur və onlar mikropilə adlanır. Mikropilə vasitəsilə spermatozoid yumurta içərisinə daxil olur və onu mayalayır. Bundan sonra sürfə, yaxud tırtıl yumurtadan çıxır. Yumurtadan çıxan sürfə ilk zaman ağ rəngdə olmaqla zərif olur. Onun daxilində yumurta sarısının qalığı seçilir və bir qədərdən sonra rəngi dəyişir və ağız orqanları bərkiməyə başlayır. Bundan sonra sürfələr acgözlüklə qidalanmağa başlayır, böyüyür və böyümə zamanı dövriyyəvari olaraq xitin kutikulasını atır (qabıq dəyişir). Hər bir qabıq dəyişmə sürfə üçün bir yaş olur. Bəzi sürfələr yumurtadan çıxdıqdan sonra yetkin fazaya oxşayır, bəziləri isə oxşamır (sürfələr, tırtıllar).
Sürfələrin (tırtılların) əsas funksiyası qidalanma və böyümədən ibarətdir. Ona görə də bu inkişaf dövrü kənd təsərrüfatı bitkilərinə daha çox zərər verirlər. Sürfələr müxtəlif formalarda olurlar.
- Kampodaşəkilli sürfələr – yaxşı inkişaf etmiş üç cüt döş ayağı vardır. Sürfələri yırtıcıdır və bədən örtüyü möhkəmdir.
- Tırtılvari sürfələr – 3 cür döş ayaqları və 2-8 cüt qarıncıq (yalançı) ayaqları vardır. Mişarlayıcıların 7-8 cüt qarıncıq ayağı vardır (yalançı tırtıl).
- Qurdvari sürfələr – bu sürfələrdə qarıncıq ayaqları yoxdur. Bəzi sürfələrin başı və üç cüt döş ayaqları vardır. Uzunburun, qabıqyeyən, arılarda və qarışqaların sürfələrində baş vardır, döş və qarıncıq ayaqları yoxdur.
Pupun inkişafı – Sürfə (tırtıl) öz böyüməsini bitirdikdən sonra artıq qidalanmır, sonuncu dəfə qabıq dəyişir, həzm kanalını təmizləyir və pup halına keçir. Pup inkişaf fazasında yetkin həşəratda olan orqanlar, o cümlədən qanadları, bığcıqları, gözləri və s. görmək olur. Pup dövründə həşərat hərəkt etmir və qidalanmır.
Həşəratın ekologiyası
Müxtəlif dəstələrin nümayəndəsi olan zərərvericilərdən başqa, təbiətdə xeyirli həşəratlar da mövcuddur. Məsələn, bal arısı xeyirli həşəratdır. Belə ki, meyvə ağaclarının tozlanmasında böyük rolu vardır. Bal arsının istehsal etdiyi bal məhsulu insanlar üçün qiymətli qida məhsuludur.
Tut ipəkqurdu xeyirli həşəratdır. Onun istehsal etdiyi baramadan ipək sap əldə edilir ki, bundan da sənayedə istifadə edilir.
Lak yastıcasının istehsal etdiyi lakdan sənayedə, xüsusilə təyyarə qayırmada istifadə edilir.
Yuxarıda göstərilən xeyirli həşəratlardan başqa təbiətdə xeyirli yırtıcı və tüfeyli həşəratlar da vardır.
Yırtıcılardan 7 və 2 nöqtəli parabüzən, karabus böcəkləri və yırtıcı bağacıqları göstərmək olar.
Tüfeyli həşəratlardan isə yumurta yeyən trixoqamma, telenomus, apanteles, anilasta, habrobrakon minicisi və s. qeyd etmək olar.
Göstərilən yırtıcı və tüfeyli həşəratlar heç bir kənd təsərrüfatı bitkilərinə zərər vermir, əksinə zərərvericilərin məhv edilməsində çox aktiv iştirak edirlər.
Entomologiyanın bölmələri
- Apiologiya (və ya melittologiya)- Arıkimilər, arılar
- Koleopterologiya - Sərtqanadlılar və ya böcəklər
- Dipterologiya - İkiqanadlılar (milçəklər, göyünlər)
- Hemipterologiya - Yarımsərtqanadlılar
- Lepidopterologiya - Pulcuqqanadlılar (güvələr və kəpənəklər)
- Mirmekologiya - Qarışqalar
- Ortopterologiya - Çəyitkələr, cırcıramalar
- Vespologiya - Sosiyal arılar
İstinadlar
- Ağayev B.İ. Ümumi entomologiya. Bakı: ADPU nəşriyyatı, 2004, (303 s.) səh. 7-9
- Ağayev B.İ. Ümumi entomologiya. Bakı: ADPU nəşriyyatı, 2004, (303 s.) səh. 29-49
- Ağayev B.İ. Ümumi entomologiya. Bakı: ADPU nəşriyyatı, 2004, (303 s.) səh. 50-73
Mənbə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zoologiyanin bolmeleri EntomologiyaZoologiyanin sobeleri Antropologiya Araxnologiya Ixtiologiya Karsinologiya Oologiya Ornitologiya Entomologiya EtologiyaGorkemli zooloqlar Carlz Darvin Karl Linney Entomologiya yunanca entomon cucu logos oyrenmek heseratlari oyrenen elm Entomologiya zoologiyanin bir hissesi olmaqla baslangicini hemin elmden goturmus ve onun esasinda inkisaf etmisdir Muasir entomologiya elmi biologiyanin inkisaf eden en muhum sahelerinden biri olub praktika ile six baglidir ve onun umumi entomologiya kend teserrufati mese tibbi ve baytarliq entomologiyasi kimi musteqil saheleri vardir Entomologiyanin inkisaf tarixiHeserat haqqinda ilk ve sade melumatlara qedim yunan alimi Aristotel b e e 384 322 ve basqa alimlerin fikirlerinde rast gelsek de onlarin oyrenilmesine XVII esrden baslanmisdir XVII XVIII esrlerde italyan alimi M Malpigi 1628 1694 Hollandiya alimi Y Svammerdam 1634 1684 meshur Isvec alimi K Linney 1707 1778 gorkemli tebietsunas ve seyyah akademik P S Pallas 1741 1811 heseratin anatomiyasi metamorfozu tesnifati morfologiyasi biologiyasi faunasi haqqinda bir cox tedqiqatlar aparmis ve eserler yazmislar XIX esrde entomologiya bir elm kimi formalasir ve 1832 ci ilde Fransada 1833 cu ilde Ingilterede entomologiya cemiyyeti yaranir Rusiysda ise 1859 cu ilde rus entomologiya cemiyyeti yaradilmis ve onun ilk prezidenti meshur alim akademik K M Ber olmusdur Azerbaycanda entomologiya elminin inkisafi Sovet hakimiyyeti dovrune tesaduf edir Bu meqsedle Azerbaycan Dovlet Universitetinde 1923 cu ilde teskil olunmus Mikrobiologiya institutunda entomologiyaya aid ilk tedqiqat isleri aparilmaga baslanir 1932 ci ilde SSRI EA Zaqafqaziya filiali Azerbaycan sobesinin Zoologiya bolmesinin 1935 ci ilde Zoologiya Institutunun teskili ile elaqedar olaraq entomoloji tedqiqatlarin aparilmasi ucun daha elverisli serait yaradilmis olur Bununla yanasi Azerbaycan Elmi Tedqiqat Pambiqciliq Institutunda Azerbaycan Elmi Tedqiqat Bitki Muhafizesi Institutunda Azerbaycan Kend Teserrufati Akademiyasinda Azerbaycan Elmi Tedqiqat Ekincilik Institutunda Azerbaycan Elmi Tedqiqat Terevezcilik Institutunda ve s elmi idarelerde entomologiya elminin muxtelif sahelerine aid elmi tedqiqat isleri aparilmaga baslanildi ve hal hazirda davam edir Zererli heseratlar kend teserrufati bitkilerine her il keskin derecede zerer vurur Bunu nezere alaraq respublikamizda zerervericilerin bioloji xususiyyetlerini oyrenmek ve onlara qarsi mubarize aparmaq ucun bir cox idare ve muessiseler yaradilmisdir Bele ki 1924 cu ilde Mugan tecrube stansiyasi 1925 ci ilde Xanlar Goy gol rayonunda entomoloji kabinet 1930 cu ilde Mastaga qesebesinde UIBMI nun stansiyasi fealiyyet gostermeye baslamisdir Heseratin morfologiyasiHeseratin bedeninin uzeri mohkem xitinlesmis kutikula ile ortulmusdur 3 hisseden ibaretdir bas dos ve qarin Her bir hisse muxtelif bugumlardan teskil olunmusdur Bas hisse caput 5 bugumun mohkem birlesmesinden emele gelen kelle kutusundan ibaret olub agiz orqanlarina bigciqlara 2 3 eded sade ve bir cut murekkeb goze malikdir Heserat sinfinde bigciqsizlar destesi Protura mustesna olmaqla hamisinda bigciq inkisaf etmisdir Vezife etibari ile bigciqlar hiss orqanlari yeni lamise ve iybilme orqanlaridir Qurulus baximindan muxtelif heseratlarda muxtelif cur olur Heseratlarin qilsekilli sapsekilli tesbehsekilli misarsekilli daraqsekilli sancaqsekilli comaqsekilli iysekilli lovhesekilli dirsekli dirsekli sancaqsekilli dirsekli daraqsekilli leleksekilli qilincsekilli qeyri muntezem ve qilli bigciq tipleri vardir Qidalanma xususiyyetinden asili olaraq heseratlarda bir nece tip agiz orqanlari inkisaf etmisdir gemirici gemirici yalayici sorucu sancici sorucu kesici sorucu yalayici Her bir agiz orqaninin ozune mexsus xususiyyetleri ve qurulusu vardir Dos bedenin ikinci hissesi olub 3 bugumdan ibaretdir Her bir bugumunda bir cut ayaq vardir Ayaqlar canaq burma bud baldir ve penceden ibaretdir esasen hereket vezifesini gorur Heseratlarda yuyurucu tarakan ve karabid boceklerde yeriyici uzunbig uzunburun ve yarpaqyeyen boceklerde tullandirici ceyirtkekimiler salalar ve siseklerde uzucu uzer boceyi ve subitinde qazici danadisi peyin ve qabiqyeyen boceklerde tutucu devedelleyi su eqrebleri ve torqanadlilarda sorucu uzer boceyin erkek ferdlerinde yigici arilarda ayaq tipleri olur Qanadli heseratlarda orta ve dal bugumun her biri bir cut qanada malikdir Qurulus etibari ile qanadlarin torsekilli perdesekilli sert ve yarimsert tipleri vardir Qarin bedenin ucuncu hissesi olub heseratlarin novlerinden asili olaraq 4 den 11 e qeder bugumdan ibaret olur Heseratin anatomiyasi ve fiziologiyasiHeseratin deri ortuyu kutikula hipoderma ve bazal perdesinden ibaretdir Ezele sistemi murekkeb quruluslu olub somatik ve ya skelet ezelelerinden daxili ve ya visseral ezelelerinden ibaretdir Heseratlarda esasen eninezolaqli ezele tipi movcuddur Heseratin beden boslugunda onun daxili orqanlari yerlesir Onun heyatinda piy cisimciyinin boyuk rolu vardir Piy cisimciyi bir terefden qidali maddelerin toplanmasinda istirak edir diger terefden ise maddeler mubadilesinin mehsullarini udmaqla fizioloji funksiyani yerine yetirir Xususile heseratin surfe merhelesinde piy cisimciyi yag zulal ve karbohidratlar kimi qidali maddelerin ehtiyatini toplayir Hezm sistemi basda yerlesen agiz deliyi ile baslayir ve qarin hissenin axirinci bugumunda anal deliyi ile nehayetlenir Heseratin qan damar sistemi aciqdir qan beden boslugu ile elaqeli olur ve daxili orqanlari yuyur Teneffus sistemi bedenin yanlarindan kecen ve daxilde saxelenen borusekilli traxeyalardan ibaretdir Esas ifrazat funksiyasini malpigi borulari yerine yetirir Heseratin beden orqanlarinin fealiyyeti ve onlar arasindaki qarciliqli munasibet sinir sistemi vasitesile idare olunur Hiss lamise iybilme dadbilme ve gorme orqanlari bezilerinde yaxsi bezilerinde ise zeif inkisaf etmisdir Esitme orqanlari hec de heseratlarin hamisinda inkisaf etmemisdir esasen ses cixaran novlerde daha yaxsi inkisaf etmisdir Heseratlarin demek olar ki ekseriyyeti muxtelif cinslidir erkek ve disi Az bir qismi hermafroditdir Heseratin biologiyasiHeseratda coxalma Heseratlarda coxalma esasen yumurta qoyma ile gedir Buna baxmayaraq bezi heserat novleri vardir ki onlar yumurta qoymadan diri surfe dogur Heseratlar asagidaki usulla coxalirlar Ekser heseratlar homogenetik yaxud cinsi usul ile artir Bele ki bu coxalmada erkek heseratla disi heseratin cutlesmesi yolu ile gedir Daha dogrusu erkek ve disi heseratin cutlesmesinden sonra yumurta huceyreleri spermatozid ile birlesir mayalanma gedir Partenogenetik yaxud bakire coxalma ysulu cinsi coxalmanin eksine olaraq heserat terefinden qoyulmus yumurta mayalanmadan inkisaf ede bilir Bele ki hemin yumurtalarin huceyreleri mayalanmamis ruseym verir meselen bal arisinin erkek ferdleri mayalanmamis yumurtadan emele gelir Bakire coxalma ekser hallarda erkek ferdlerin tamamile istiraki olmadan da gede bilir meselen menenelerde Poliembrional yaxud coxruseymli coxalma cinsi coxalmadir Bele ki bu coxalmada yumurta huceyresi qabiq icerisinde bir cox huceyrelere bolunur Her bir huceyre yeni bir ruseymin baslangicini qoyur ve bir yumurtadan bir nece heserat cixir tufeyli perdeqanadlilarda Pedogenez yaxud surfe fazasinda coxalma bu coxalma surfe inkisaf fazasinda gedir Bele ki disi ferdin yumurtaliginda olan yumurtalar mayalanmir inkisaf edir ve hemin yumurtalardan surfeler cixir milceklerde Heseratin inkisafi Heseratin inkisafi iki merhelede gedir 1 Ruseymin inkisafi bu inkisaf yumurta daxilinde gedir embrional inkisaf 2 Ruseymden sonraki inkisaf postembrional heserat yumurtadan cixandan sonra baslayib ve mehv olan zaman qurtarir Yumurta ovum iri bir huceyre olub daxilinde protoplazma ve nuveden basqa ruseymin inkisafi ucun zeruri olan sariliq emele getiren qida maddeleri vardir Yumurtanin mueyyen bir qutbunde bir desik olur ve onlar mikropile adlanir Mikropile vasitesile spermatozoid yumurta icerisine daxil olur ve onu mayalayir Bundan sonra surfe yaxud tirtil yumurtadan cixir Yumurtadan cixan surfe ilk zaman ag rengde olmaqla zerif olur Onun daxilinde yumurta sarisinin qaligi secilir ve bir qederden sonra rengi deyisir ve agiz orqanlari berkimeye baslayir Bundan sonra surfeler acgozlukle qidalanmaga baslayir boyuyur ve boyume zamani dovriyyevari olaraq xitin kutikulasini atir qabiq deyisir Her bir qabiq deyisme surfe ucun bir yas olur Bezi surfeler yumurtadan cixdiqdan sonra yetkin fazaya oxsayir bezileri ise oxsamir surfeler tirtillar Surfelerin tirtillarin esas funksiyasi qidalanma ve boyumeden ibaretdir Ona gore de bu inkisaf dovru kend teserrufati bitkilerine daha cox zerer verirler Surfeler muxtelif formalarda olurlar Kampodasekilli surfeler yaxsi inkisaf etmis uc cut dos ayagi vardir Surfeleri yirticidir ve beden ortuyu mohkemdir Tirtilvari surfeler 3 cur dos ayaqlari ve 2 8 cut qarinciq yalanci ayaqlari vardir Misarlayicilarin 7 8 cut qarinciq ayagi vardir yalanci tirtil Qurdvari surfeler bu surfelerde qarinciq ayaqlari yoxdur Bezi surfelerin basi ve uc cut dos ayaqlari vardir Uzunburun qabiqyeyen arilarda ve qarisqalarin surfelerinde bas vardir dos ve qarinciq ayaqlari yoxdur Pupun inkisafi Surfe tirtil oz boyumesini bitirdikden sonra artiq qidalanmir sonuncu defe qabiq deyisir hezm kanalini temizleyir ve pup halina kecir Pup inkisaf fazasinda yetkin heseratda olan orqanlar o cumleden qanadlari bigciqlari gozleri ve s gormek olur Pup dovrunde heserat herekt etmir ve qidalanmir Heseratin ekologiyasiMuxtelif destelerin numayendesi olan zerervericilerden basqa tebietde xeyirli heseratlar da movcuddur Meselen bal arisi xeyirli heseratdir Bele ki meyve agaclarinin tozlanmasinda boyuk rolu vardir Bal arsinin istehsal etdiyi bal mehsulu insanlar ucun qiymetli qida mehsuludur Tut ipekqurdu xeyirli heseratdir Onun istehsal etdiyi baramadan ipek sap elde edilir ki bundan da senayede istifade edilir Lak yasticasinin istehsal etdiyi lakdan senayede xususile teyyare qayirmada istifade edilir Yuxarida gosterilen xeyirli heseratlardan basqa tebietde xeyirli yirtici ve tufeyli heseratlar da vardir Yirticilardan 7 ve 2 noqteli parabuzen karabus bocekleri ve yirtici bagaciqlari gostermek olar Tufeyli heseratlardan ise yumurta yeyen trixoqamma telenomus apanteles anilasta habrobrakon minicisi ve s qeyd etmek olar Gosterilen yirtici ve tufeyli heseratlar hec bir kend teserrufati bitkilerine zerer vermir eksine zerervericilerin mehv edilmesinde cox aktiv istirak edirler Entomologiyanin bolmeleriApiologiya ve ya melittologiya Arikimiler arilar Koleopterologiya Sertqanadlilar ve ya bocekler Dipterologiya Ikiqanadlilar milcekler goyunler Hemipterologiya Yarimsertqanadlilar Lepidopterologiya Pulcuqqanadlilar guveler ve kepenekler Mirmekologiya Qarisqalar Ortopterologiya Ceyitkeler circiramalar Vespologiya Sosiyal arilarIstinadlarAgayev B I Umumi entomologiya Baki ADPU nesriyyati 2004 303 s seh 7 9 Agayev B I Umumi entomologiya Baki ADPU nesriyyati 2004 303 s seh 29 49 Agayev B I Umumi entomologiya Baki ADPU nesriyyati 2004 303 s seh 50 73Menbehttp library adau edu az view php lang az amp menu subject amp id 46 2011 11 04 at the Wayback Machine