Barokko memarlığı — Avropa və Amerika ölkələri memarlığının inkişafında təxminən 150–200 il davam etmiş cərəyan. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və XVIII əsrin sonunda qurtarmışdır. Barokko üslub kimi bütün incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, rəsmdə, teatrda (və onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü daha parlaq göstərə bilmişdir.
Barokko XVII əsrdə – XVIII əsrin başlanğıcında meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, bu stili başqa stillərnən qarışdırmaq qeyri mümkündür. Barokko bir növ öz yaranış dövrünü təcəssüm edir. Barokko memarlığının fərqləndirici xüsusiyyətləri onun əzəməti, böyüklüyü və lüks olmasıdır. Barokko üslubu memarlıqda Renessansı əvəz etmışdır. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda və fişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi. Barokko memarları İntibahın bir çox bədii ənənələri ilə, xüsusən də onun harmonik və tarazlaşdırılmış həcm üsulları ilə vidalaşaraq bütöv memarlıq ansambllarına yalnız ayrı-ayrı tikililəri və meydanları deyil, küçələri də aid etməyə başladılar. Əgər erkən barokko üçün dekorativ elementlərin sayının artırılması xarakterik idisə, yetkin barokkoda plastik ifadəlilik güclənir. Barokko memarlığının əsas xüsusiyyətlərindən biri – geniş məkanı təşkil edən ansambl yaratmaq idi. Heykəltəraşlıq memarlıqla bəzən elə əlaqələndirilir ki, çox vaxt memar və heykəltaraşın işlərini bir-birindən ayırmaq çətin olurdu. Şəhər meydanları, saraylar, pillələr, fəvvarələr memarlıq və heykəltaraşlığın sintezi prinsipi üzrə tikilərək ümumi dekorativ tərtibata tabe edilirdi. Barokkoda sənətlərin sintezi zamanı heykəltaraşlıq və rəngkarlıq memarlığa tabe edilərək onunla qarşılıqlı əlaqədə olur. Gözəl divar rəsmləri gümbəzləri, plafonları (naxışlı, bəzəkli tavan) və divarları bəzəyərək geniş məkan illüziyası yaradırdı. Dinamika dolu heykəltaraşlıq gözəl olub, memarlıqla ayrılmazdır. Bu üslubun əsas əlaməti – "naz-nemət içərisində üzmə", insanın vücudu və ruhu üçün maksimal rahatlıqdır. Barokko üslubu əsas giriş qapısında mərmər pilləkənlərin, otaqların arasında incəsənət əsərləri ilə bəzədilən ensiz dəhlizin yaradılmasına üstünlük verir. Bu üslubun xüsusiyyətlərindən biri məkan illüzialarıdır. Barokko memarlıq üslubunda interyerdə müxtəlif şəkillərin, naxışların çəkilmçəsi üçün güzgülərdən, tavandan, eləcə də divarlardan geniş istifadə edilir. Divarlar qobelenlə (divar xalçaları) ilə də örtülə bilər. Xalçaların, zərxaranın, həmçinin bahalı çilçırağın bolluğu təmtəraqlı pafos yaradır. Əyri xəttlər və dəyirmi konturlar hesabına dinamika və gözəllik əldə edilir. Bahalı mebel dəbdəbə və əzəməti artırır. Memarlar çox zaman heykəltaraşlıq əsərlərindən istifadə edirdilər. Adi sütunlar tez-tez telamon və karitiadlar – kişi və ya qadın füqurlu sütunlarla əvəz edilirdi. Barokko üslubunun daha bir fərqləndirişi cəhəti çox iri ölçülərdir. Belə ki, pəncərələrin, qapıların ölçüləri insan boyundan on dəfə çox və daha artıq olurdu. Barokko üslubunun köklərinin çox qədimə getməsinə baxmayaraq, bu üslubun ayrı-ayrı elementləri əsrdən-əsrə keçərək, memarlıq və interyerə qayıdır. Üslubun əbədiliyi çox asan izah olunur, belə ki, bolluğu, həmçinin təmtərağı nəzərə çarpdıran elementlərə hər dövrdə yüksək tələbat olmuşdur.
İtaliya
Katolik Roma barokko memarlığının əsas mərkəzi oldu. Burada barokkonun təməli Vinyola, Palladno, xüsusən də Mikelancelonun yetkin yaradıcılığı ilə qoyulmuşdu. Barokko memarları yeni tikili tipləri tətbiq etməsələr də köhnə tipli tikililərə – kilsələrə, saraylara, villalara onların formasını və arxitektura baxımından məzmununu dəyişən yeni konstruktiv kompozisiya və dekorativ üsullar tapırdılar. XVI əsrin sonundan başlayaraq barokko cizgiləri artan məbəd tiplərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirdilər. XVII əsrdə memarlıq formaları daha dinamik və gərgin olur. XVII əsr italyan memarlığının daha xarakterik cizgiləri Roma abidələrində ifadə olunub. Barokkonun əsas xüsusiyyəti – ansambl yaratmaq cəhdi özünü məhz burada daha fəal göstərib. Bu üslub müxtəlif dövrlərin tikililərini memarlıq baxımından birləşdirdi. Barokko üslubunun ilk nümunəsi 1575-ci ildə memar Cakoto Barotsi da Vinyola (1507–1573) və Cakoto della Porta (təx.1537–1602) tərəfindən yezuitlərin (mürtəce katolik ruhaniləri cəmiyyətinin üzvü) monax ordeni (cəmiyyəti) üçün tikilmişİl Cezu kilsəsidir. Layihənin əsas hissəsinin müəllifi Vinyola Gümbəzli bazilika formasına müraciət etmişdi. Bu tipli əvvəlki tikililərə nisbətən kilsənin mərkəzi nefi daha qısa və genişdir, yan neflər əvəzinə isə hər iki tərəfdə kapellalar yerləşirdi. Məbədin qalın sütunlar və pilyastrlarla (bir tərəfi divara bitişmiş dördkənarlı sütun), çoxlu heykəllərlə bəzədilmiş interyeri çox təntənəli görünür. Kilsənin Cakoto della Porta tərəfindən ifa edilmiş fasadının kompozisiyası da maraqlıdır. Sənətkar divarın çox iri bir sahəsini iki üfqi yarusa bölərək, hər birini orderlə (memarlıq kompozisiyası) bəzəyir. Nisbətən dar olan üst yarus yanlardan spiralabənzər detallarla – volyutalarla (italyanca – "buruq, qıvrım") çərçivəyə salınıb və sanki aşağı süzülür. Bu, fasada mürəkkəb və ifadəli görünüş verir. Sonralar belə tərtibat barokko üslublu bir çox kilsələr üçün tipik oldu. Bir qədər sonra isə bu tikililəri nəzərdə tutan "yezuit üslubu" termini də yarandı.
Barokko kilsə memarlığına ən çox töhfə vermiş sənətkarlar Karlo Maderna, Françesko Barromini və Lorenso Berninidir.
Karlo Madernanın həyatında gördüyü əsas iş Müqəddəs Pyotr kilsəsinin yenidən tikilməsi idi (16071617). İntibah dövründə Mikelancelo tərəfindən inşa edilmişəsas binaya o, qərb tərəfdən böyük hissə əlavə edərək bütün kilsəni sentrik formadan bazilikal formaya çevirilib.
Barokko memarlığında saray və villalar da mühüm yer tutur. XVII əsrdə İtaliyada çoxlu saray ansamblları da tikilirdi. Barokko sənətkarları bunlarda şəhər və şəhərkənarı tikililərin cizgilərini birləşdirməyə çalışırdılar. Məsələn, Barberinin sarayı (1625–1664). Onun tikintisini Maderna başlamış, Barromini və Bernini isə bitirmişlər.
Madernanın şagirdi olan Françesko Barromini (1599–1667) Roma barokkosunun cadugəri sayılır. Onun inşa etdiyi tikililərin sayı çox deyil. Romada o, Navona meydanında Sant-Anyeza (1653–1661), Roma Universitetinin həyətində Sant-İvo (1642–1660) və 4 fəvvarənin yanında San-Karlo alle Kuatro Fontane kilsəsini tikmişdi.
Lorenso Bernini (1598–1650) yetkin barokkonun banisi, İntibah sənətkarları kimi hərtərəfli inkişaf etmiş insan idi. Memar, heykəltaraş, rəssam, dekorçu olan Bernini italyan incəsənətinin rəsmi cərəyanına başçılıq edir və əsasən roma papalarının, kardinallarının və yüksək Roma aristokratiyasının sifarişlərini yerinə yetirirdi. Onun ən xarakterik tikililərindən biri Romadakı Sant-Andrea al Kvirinale kilsəsidir (1653–1658). Bernininin nəhəng memarlıq işlərindən biri Romada müqəddəs Pyotr kilsəsinin çoxillik tikintisinin başa çatdırılması və onun qarşısındakı meydanın tərtibatı idi (1656–1667).
İspaniya
XVI əsr İspan memarlığı əsasən orta əsr ənənələrini davam etdirsə də İtaliya İntibahının nailiyyətləri də diqqəti cəlb etməyə başladı. İspan memarları Romada və İtaliyanın digər şəhərlərində işləməyə başladılar, öz növbəsində italyanlar da İspaniyaya gəlməyə başladılar
XVII əsrdə meydana gələn plateresko (ispanca-"naxışlı", "döyməli") termini XVI əsrin I yarısında zərgər dəqiqliyi ilə tikilən və gözəlliyi ilə fərqlənən ispan tikililərinə aid edilirdi. Plateresko üslubunda olan əsas işlər dini olmayan kübar tikililər — universitetlər, xəstəxanalar, xüsusi evlərdir. Kilsə memarlığı, əsasən monastırlarla təmsil edilirdi.
Mərkəzi İspaniyaya aid olan Salamankada 1529-cu ildə yeni üslubda universitet inşa edildi. 1539-cu ildə burada Santyaqolu memar Rodriqo Xil de Ontanyon və qardaşı Martinin tikdikləri və başa çatdıra bilmədikləri Monterrey hersoqlarının sarayı plateresko üslubunda olan bir çox yaşayış evləri üçün nümunə oldu. Leon şəhərində 1514–1549-cu illərdə memar Xuan de Oroçko, Martin Villereal və Xuan de Bedaxoz tərəfindən tikilmiş San-Marko monastırı plateresko üslubunda inşa edilmiş kilsə memarlığına misaldır. Plateresko üslubunun çiçəklənmə dövrü uzun sürmür. İspan memarlığına tədricən italyan barokkosunun cizgiləri daxil olmağa başlayır. Bu dövrdə Çurrigera ailəsinin, xüsusən Xose Benito Çurrigeranın tətbiq etdiyi üslub sonralar "çurrigeresk üslubu" adını aldı.
İstinadlar
- Mədəniyyət Tarixi və Nəzəriyyəsi. Dərslik. Bakı-2010
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Barokko memarligi Avropa ve Amerika olkeleri memarliginin inkisafinda texminen 150 200 il davam etmis cereyan Bu memarliq cereyani XVI esrin sonunda baslamis ve XVIII esrin sonunda qurtarmisdir Barokko uslub kimi butun incesenet novlerinde oz yerini tutmasina baxmayaraq resmde teatrda ve onunla bagli edebiyyatda musiqide ve memarliqda ozunu daha parlaq gostere bilmisdir Baki Seher Icra Hakimiyyetinin binasiBarokko stilinde fontan Barokko XVII esrde XVIII esrin baslangicinda meydana gelmisdir Qeyd etmek lazimdir ki bu stili basqa stillernen qarisdirmaq qeyri mumkundur Barokko bir nov oz yaranis dovrunu tecessum edir Barokko memarliginin ferqlendirici xususiyyetleri onun ezemeti boyukluyu ve luks olmasidir Barokko uslubu memarliqda Renessansi evez etmisdir Yeni eyri xett formalari meydana cixmis dolgun ve qeliz reng calarlarinin istifadesine baslanmisdir Hemin dovrde parklarda ve fisenglerden ibaret selaleler yaradilir interyerde guzgulere parkete zerxaraya boyuk diqqet yetirilirdi Barokko memarlari Intibahin bir cox bedii eneneleri ile xususen de onun harmonik ve tarazlasdirilmis hecm usullari ile vidalasaraq butov memarliq ansambllarina yalniz ayri ayri tikilileri ve meydanlari deyil kuceleri de aid etmeye basladilar Eger erken barokko ucun dekorativ elementlerin sayinin artirilmasi xarakterik idise yetkin barokkoda plastik ifadelilik guclenir Barokko memarliginin esas xususiyyetlerinden biri genis mekani teskil eden ansambl yaratmaq idi Heykelterasliq memarliqla bezen ele elaqelendirilir ki cox vaxt memar ve heykeltarasin islerini bir birinden ayirmaq cetin olurdu Seher meydanlari saraylar pilleler fevvareler memarliq ve heykeltarasligin sintezi prinsipi uzre tikilerek umumi dekorativ tertibata tabe edilirdi Barokkoda senetlerin sintezi zamani heykeltarasliq ve rengkarliq memarliga tabe edilerek onunla qarsiliqli elaqede olur Gozel divar resmleri gumbezleri plafonlari naxisli bezekli tavan ve divarlari bezeyerek genis mekan illuziyasi yaradirdi Dinamika dolu heykeltarasliq gozel olub memarliqla ayrilmazdir Bu uslubun esas elameti naz nemet icerisinde uzme insanin vucudu ve ruhu ucun maksimal rahatliqdir Barokko uslubu esas giris qapisinda mermer pillekenlerin otaqlarin arasinda incesenet eserleri ile bezedilen ensiz dehlizin yaradilmasina ustunluk verir Bu uslubun xususiyyetlerinden biri mekan illuzialaridir Barokko memarliq uslubunda interyerde muxtelif sekillerin naxislarin cekilmcesi ucun guzgulerden tavandan elece de divarlardan genis istifade edilir Divarlar qobelenle divar xalcalari ile de ortule biler Xalcalarin zerxaranin hemcinin bahali cilciragin bollugu temteraqli pafos yaradir Eyri xettler ve deyirmi konturlar hesabina dinamika ve gozellik elde edilir Bahali mebel debdebe ve ezemeti artirir Memarlar cox zaman heykeltarasliq eserlerinden istifade edirdiler Adi sutunlar tez tez telamon ve karitiadlar kisi ve ya qadin fuqurlu sutunlarla evez edilirdi Barokko uslubunun daha bir ferqlendirisi ceheti cox iri olculerdir Bele ki pencerelerin qapilarin olculeri insan boyundan on defe cox ve daha artiq olurdu Barokko uslubunun koklerinin cox qedime getmesine baxmayaraq bu uslubun ayri ayri elementleri esrden esre kecerek memarliq ve interyere qayidir Uslubun ebediliyi cox asan izah olunur bele ki bollugu hemcinin temteragi nezere carpdiran elementlere her dovrde yuksek telebat olmusdur Italiya Katolik Roma barokko memarliginin esas merkezi oldu Burada barokkonun temeli Vinyola Palladno xususen de Mikelancelonun yetkin yaradiciligi ile qoyulmusdu Barokko memarlari yeni tikili tipleri tetbiq etmeseler de kohne tipli tikililere kilselere saraylara villalara onlarin formasini ve arxitektura baximindan mezmununu deyisen yeni konstruktiv kompozisiya ve dekorativ usullar tapirdilar XVI esrin sonundan baslayaraq barokko cizgileri artan mebed tiplerinin tekmillesdirilmesine xususi diqqet yetirirdiler XVII esrde memarliq formalari daha dinamik ve gergin olur XVII esr italyan memarliginin daha xarakterik cizgileri Roma abidelerinde ifade olunub Barokkonun esas xususiyyeti ansambl yaratmaq cehdi ozunu mehz burada daha feal gosterib Bu uslub muxtelif dovrlerin tikililerini memarliq baximindan birlesdirdi Barokko uslubunun ilk numunesi 1575 ci ilde memar Cakoto Barotsi da Vinyola 1507 1573 ve Cakoto della Porta tex 1537 1602 terefinden yezuitlerin murtece katolik ruhanileri cemiyyetinin uzvu monax ordeni cemiyyeti ucun tikilmisIl Cezu kilsesidir Layihenin esas hissesinin muellifi Vinyola Gumbezli bazilika formasina muraciet etmisdi Bu tipli evvelki tikililere nisbeten kilsenin merkezi nefi daha qisa ve genisdir yan nefler evezine ise her iki terefde kapellalar yerlesirdi Mebedin qalin sutunlar ve pilyastrlarla bir terefi divara bitismis dordkenarli sutun coxlu heykellerle bezedilmis interyeri cox tenteneli gorunur Kilsenin Cakoto della Porta terefinden ifa edilmis fasadinin kompozisiyasi da maraqlidir Senetkar divarin cox iri bir sahesini iki ufqi yarusa bolerek her birini orderle memarliq kompozisiyasi bezeyir Nisbeten dar olan ust yarus yanlardan spiralabenzer detallarla volyutalarla italyanca buruq qivrim cerciveye salinib ve sanki asagi suzulur Bu fasada murekkeb ve ifadeli gorunus verir Sonralar bele tertibat barokko uslublu bir cox kilseler ucun tipik oldu Bir qeder sonra ise bu tikilileri nezerde tutan yezuit uslubu termini de yarandi Barokko kilse memarligina en cox tohfe vermis senetkarlar Karlo Maderna Francesko Barromini ve Lorenso Berninidir Karlo Madernanin heyatinda gorduyu esas is Muqeddes Pyotr kilsesinin yeniden tikilmesi idi 16071617 Intibah dovrunde Mikelancelo terefinden insa edilmisesas binaya o qerb terefden boyuk hisse elave ederek butun kilseni sentrik formadan bazilikal formaya cevirilib Barokko memarliginda saray ve villalar da muhum yer tutur XVII esrde Italiyada coxlu saray ansambllari da tikilirdi Barokko senetkarlari bunlarda seher ve seherkenari tikililerin cizgilerini birlesdirmeye calisirdilar Meselen Barberinin sarayi 1625 1664 Onun tikintisini Maderna baslamis Barromini ve Bernini ise bitirmisler Madernanin sagirdi olan Francesko Barromini 1599 1667 Roma barokkosunun cadugeri sayilir Onun insa etdiyi tikililerin sayi cox deyil Romada o Navona meydaninda Sant Anyeza 1653 1661 Roma Universitetinin heyetinde Sant Ivo 1642 1660 ve 4 fevvarenin yaninda San Karlo alle Kuatro Fontane kilsesini tikmisdi Lorenso Bernini 1598 1650 yetkin barokkonun banisi Intibah senetkarlari kimi herterefli inkisaf etmis insan idi Memar heykeltaras ressam dekorcu olan Bernini italyan incesenetinin resmi cereyanina basciliq edir ve esasen roma papalarinin kardinallarinin ve yuksek Roma aristokratiyasinin sifarislerini yerine yetirirdi Onun en xarakterik tikililerinden biri Romadaki Sant Andrea al Kvirinale kilsesidir 1653 1658 Bernininin neheng memarliq islerinden biri Romada muqeddes Pyotr kilsesinin coxillik tikintisinin basa catdirilmasi ve onun qarsisindaki meydanin tertibati idi 1656 1667 IspaniyaXVI esr Ispan memarligi esasen orta esr enenelerini davam etdirse de Italiya Intibahinin nailiyyetleri de diqqeti celb etmeye basladi Ispan memarlari Romada ve Italiyanin diger seherlerinde islemeye basladilar oz novbesinde italyanlar da Ispaniyaya gelmeye basladilar XVII esrde meydana gelen plateresko ispanca naxisli doymeli termini XVI esrin I yarisinda zerger deqiqliyi ile tikilen ve gozelliyi ile ferqlenen ispan tikililerine aid edilirdi Plateresko uslubunda olan esas isler dini olmayan kubar tikililer universitetler xestexanalar xususi evlerdir Kilse memarligi esasen monastirlarla temsil edilirdi Merkezi Ispaniyaya aid olan Salamankada 1529 cu ilde yeni uslubda universitet insa edildi 1539 cu ilde burada Santyaqolu memar Rodriqo Xil de Ontanyon ve qardasi Martinin tikdikleri ve basa catdira bilmedikleri Monterrey hersoqlarinin sarayi plateresko uslubunda olan bir cox yasayis evleri ucun numune oldu Leon seherinde 1514 1549 cu illerde memar Xuan de Orocko Martin Villereal ve Xuan de Bedaxoz terefinden tikilmis San Marko monastiri plateresko uslubunda insa edilmis kilse memarligina misaldir Plateresko uslubunun ciceklenme dovru uzun surmur Ispan memarligina tedricen italyan barokkosunun cizgileri daxil olmaga baslayir Bu dovrde Currigera ailesinin xususen Xose Benito Currigeranin tetbiq etdiyi uslub sonralar currigeresk uslubu adini aldi Barokko Barokko musiqi IstinadlarMedeniyyet Tarixi ve Nezeriyyesi Derslik Baki 2010 Memarliq ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin