Şərur Xalq Yallı Ansamblı — rəqs kollektivi
Tarixi
1929-cu ildə kolxoz rəqs ansamblı kimi yaradılmışdır. İllər keçdikcə kollektiv böyümüş və repertuarını zənginləşdirmişdir.
Fəaliyyəti
Beynəlxalq festivallarda iştirakı
1936-cı ildən böyük səhnəyə qədəm qoyan ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Üzeyir Hacıbəyov yallı ansamblına daim qayğı və yardım göstərmişdir. Ansambl dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür. 1972-ci ildə keçmiş Almaniya Demokratik Respublikasındə keçirilən ümumdünya folklor rəqsləri festivalında ölkəni təmsil etmiş, festivalın laureatı adını almışdır. I Ümumittifaq xalq yaradıcılığı festivalının, Polşada keçirilən XI beynəlxalq folklor festivalının (1984) da laureatı adına layiq görülmüşdür. Ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1998-ci ildə Bayburt şəhərində “Dədə Qorqud” festivalında, 2000-ci ildə Misirin paytaxtı Qahirədə XII beynəlxalq folklor füstialında da uğurla çıxış etmişdir. Ansamblın çıxışları dəfələrlə Moskva televiziyası ilə göstərilmişdir. Kollektiv yaradıcılıq axtarışlarını daim davam etdirir, repertuarını qədim xalq oyunları ilə zənginləşdirir. Repertuarına ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs (“Qaladan-qalaya”, “Tello”, “Xələfi”, “Urfanı”, “Tirmə şal”, “Qazı-qazı”, “Dırqo”, “Höynəri”, “Gülümey”, “Haxışta” və s.) daxildir. Hazırda ansamblın 50-yə yaxın üzvü var (2000). Ansambl gənc ardıcıllarını yetişdirmək sahəsində də səmərəli fəaliyyət göstərir. Çərçiboğan kənd mədəniyyət evinin “Şərur qönçələri”, Yengicə Mədəniyyət Evinin “Cücələrim”, Muğancıq,Mehrab kənd klubunun qızlardan ibarət yallı rəqs qrupu və digər kollektivlərməhz “Şərur” yallı ansamblının yetirmələridir.
Mənbə
- Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 543. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Serur Xalq Yalli Ansambli reqs kollektiviTarixi1929 cu ilde kolxoz reqs ansambli kimi yaradilmisdir Iller kecdikce kollektiv boyumus ve repertuarini zenginlesdirmisdir FealiyyetiBeynelxalq festivallarda istiraki 1936 ci ilden boyuk sehneye qedem qoyan ansambl 1938 ci ilde Moskvada kecirilen Azerbaycan edebiyyati ve inceseneti ongunluyunde istirak etmisdir Uzeyir Hacibeyov yalli ansamblina daim qaygi ve yardim gostermisdir Ansambl dunyanin bir cox olkelerinde kecirilen bedii ozfealiyyet festivallarinda istirak etmis diplom ve mukafatlara layiq gorulmusdur 1972 ci ilde kecmis Almaniya Demokratik Respublikasinde kecirilen umumdunya folklor reqsleri festivalinda olkeni temsil etmis festivalin laureati adini almisdir I Umumittifaq xalq yaradiciligi festivalinin Polsada kecirilen XI beynelxalq folklor festivalinin 1984 da laureati adina layiq gorulmusdur Ansambl 1980 ci ilde Macaristanda kecirilen Azerbaycan medeniyyeti ve inceseneti ongunluyunde 1998 ci ilde Bayburt seherinde Dede Qorqud festivalinda 2000 ci ilde Misirin paytaxti Qahirede XII beynelxalq folklor fustialinda da ugurla cixis etmisdir Ansamblin cixislari defelerle Moskva televiziyasi ile gosterilmisdir Kollektiv yaradiciliq axtarislarini daim davam etdirir repertuarini qedim xalq oyunlari ile zenginlesdirir Repertuarina ifa terzi ile bir birinden ferqlenen 40 dan cox yalli ve reqs Qaladan qalaya Tello Xelefi Urfani Tirme sal Qazi qazi Dirqo Hoyneri Gulumey Haxista ve s daxildir Hazirda ansamblin 50 ye yaxin uzvu var 2000 Ansambl genc ardicillarini yetisdirmek sahesinde de semereli fealiyyet gosterir Cercibogan kend medeniyyet evinin Serur qonceleri Yengice Medeniyyet Evinin Cucelerim Muganciq Mehrab kend klubunun qizlardan ibaret yalli reqs qrupu ve diger kollektivlermehz Serur yalli ansamblinin yetirmeleridir MenbeNaxcivan Ensiklopediyasi Baki 2002 seh 543 ISBN 5 8066 1468 9