Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Yuxusuzlar (ing.Nighthawks) — məşhur ABŞ rəssamı Edvard Hopper tərəfindən 1942-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri Edvard Hopperin ən məşhur əsəri və ABŞ incəsənətinin ən tanınmış işlərindən biridir. Rəsm əsərində gecəyarısı kafedə oturan bir neçə nəfər təsvir olunmuşdur.
Yuxusuzlar | ||
---|---|---|
Nighthawks | ||
| ||
Rəssam | Edvard Hopper | |
Tarixi | 1942 | |
Üslubu | məişət janrı | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 84,1 sm × 152,4 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Çikaqo İncəsənət İnstitutu | |
Vəziyyəti | saxlanılır | |
Saytı | artic.edu/artworks/111628 | |
İnventar nömrəsi | 1942.51 | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Rəsm əsərinin adı olan "Nighthawks" ingilis dilindəki "Night Owl" (Gecə bayquşu) ifadəsindən yaranmışdır. Hopper bu ifadə ilə gecəyarısına qədər yatmayan insanları təsvir etmək istəmişdir. Hopperin evinin yerləşdiyi Manhettindəki Qrinviç Villasınını yaxınlığındakı kiçik bir kafe ona ilham vermişdir. Rəssam bu işinə Pörl-Harbora hücum hadisəsindən sonra başlamışdır. Bu hadisədən sonra ölkə üzərinə çökən ab-hava rəsmdə də əks olunmuşdur. Əsərdə küçədə heç bir insan yoxdur və restoranın içində olanlar isə danışmırlar. Hərəsi öz düşüncəsinə qapılmış kimidir. Bu üç müştəridən ikisi birlikdədir. Digəri isə izləyiciyə arxasını çevirmişdir. Birlikdə olan müştərilərin burunları dimdik formalıdır. Restoranın tək işçisi isə bir tərəfdən işi ilə məşğul olub, bir tərəfdən küçəyə baxmamaqdadır.
Restoranın kənarı qövsvaridir və kənarlarını şüşə birləşdirir. Müştərilərin geyimlərinə əsasən havanın mülayim olduğunu təxmin etmək olar. Heç bir yerdə palto yoxdur və qadın qısaqollu paltar geyinmişdir. Restoranın işığı küçəyə də düşməkdədir.
Hopperin işlərində tez-tez rast gəlinən müasir həyatdakı boşluq mövzusu da bu rəsm əsərində əks olunmuşdur. Xüsusilə arxasını izləyiciyə çevirən müştərinin tənhalığı diqqət çəkir. Rəsmə baxanda stolun üçbucaq formasında olduğu və çıxışının olmadığı görünür. İşçi sanki burada tələyə düşmüşdür. Həmçinin rəsm əsərində restoranın qapısının görünməməsi həbsetməyə işarə verir. Hopper bunları inkar etsə də, şəhər tənhalığını təsvir etmək istədiyini etiraf etmişdir.
Restoranın sərlövhəsində isə "Phillies" siqar markasının reklamı edilmişdir.
Təsirləri
Rəsm
Bir çox rəssam bu əsərdən ilham alıb. İlk belə əsər Corc Seqalın "Qəlyanaltı" (1964-1966) rəsm əsəridir. Rocer Brounun "Pueorto-Riko axşamı" əsərində də "Yuxusuzlar" əsərinə bənzər restoran əks olunmuşdur. Bu əsərdən təsirlənən digər rəssamlar isə Ralf Qoinqs ilə Riçard Estes idi.
1970-ci ildə rəsm əsərinə açıq-aydın bənzəyən əsərlər yaradıldı. Belə rəsm əsərlərindən ən məşhuru Qottfrid Helvaynın "Sınıq arzular bulvarı" əsəridir. Bu əsərdə 3 müştəri Hamfri Boqart, Merilin Monro və Ceyms Din ilə yer dəyişdirdi. Restoran işçisi isə Elvis Presli oldu. Hopperin məktəb yoldaşı Gil Levinə görə Helvayn 1940-cı ildəki şəraitlə bu məşhurların kədərli sonluqlarını əlaqələndirmişdi. Mark Kostabinin "Qrinviç prospekti" (1986) və Red Qrumsun "Yuxusuzların qayıdışı" (1980) əsərləri də "Yuxusuzlar"a əsasən çəkilmişdir.
Film
Hopper film həvəskarı idi. Tənqidçilər onun bu əsəri ilə filmlər arasında müəyyən oxşarlıqlar tapdılar. filmlərdən ilhamlandığı digər rəsm əsəri də "Gecə kölgələri"dir (1921). Onun bəzi əsərləri "Çapıqlı üz" (1932) və "Kiçik Sezar" (1930) kimi qanqster filmlərindəki epizodları xatırladır.
Alman rejissor Vim Vendersin 1997-ci ildə çəkdiyi "Şiddətin sonu" filmində bir epizodda rəsm əsəri canlandırılmışdı. Venders əsərin rejissorlar üçün cazibədar olduğunu bildirmişdi. "Bərk şəkər" (2005) filmində də rəsm əsəri ilə bağlı epizodlar vardır. Filmdə Hayli ilə Ceffin görüşdükləri restoranın adı "Yuxusuzlar"dır və sonra Hayli Ceffə üzərində əsərin şəkli olan köynək alır.
"İndiana Cons və Büllür kəllə krallığı" filminin restoran səhnəsində də əsərdəki ilə eyni vəziyyət müşahidə olunur.
Xarici keçidlər
- Artic.edu
- Archive.com
- Makmillian
- ARTIC (ing.). Art Institute of Chicago.
- http://www.visual-arts-cork.com/paintings-analysis/nighthawks.htm.
- https://www.artic.edu/artworks/111628/nighthawks.
- Art Institute of Chicago. 1879.
- https://www.artic.edu/artworks/111628.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Yuxusuzlar ing Nighthawks meshur ABS ressami Edvard Hopper terefinden 1942 ci ilde cekilmis resm eseri Bu resm eseri Edvard Hopperin en meshur eseri ve ABS incesenetinin en taninmis islerinden biridir Resm eserinde geceyarisi kafede oturan bir nece nefer tesvir olunmusdur YuxusuzlarNighthawksResm eserinin gorunusuRessam Edvard HopperTarixi 1942Uslubu meiset janriTexnikasi Yagli boyaOlculeri 84 1 sm 152 4 smMateriali yagli boya d Saxlanildigi yer Cikaqo Incesenet InstitutuVeziyyeti saxlanilirSayti artic edu artworks 111628Inventar nomresi 1942 51 Vikianbarda elaqeli mediafayllarHaqqindaResm eserinin adi olan Nighthawks ingilis dilindeki Night Owl Gece bayqusu ifadesinden yaranmisdir Hopper bu ifade ile geceyarisina qeder yatmayan insanlari tesvir etmek istemisdir Hopperin evinin yerlesdiyi Manhettindeki Qrinvic Villasinini yaxinligindaki kicik bir kafe ona ilham vermisdir Ressam bu isine Porl Harbora hucum hadisesinden sonra baslamisdir Bu hadiseden sonra olke uzerine coken ab hava resmde de eks olunmusdur Eserde kucede hec bir insan yoxdur ve restoranin icinde olanlar ise danismirlar Heresi oz dusuncesine qapilmis kimidir Bu uc musteriden ikisi birlikdedir Digeri ise izleyiciye arxasini cevirmisdir Birlikde olan musterilerin burunlari dimdik formalidir Restoranin tek iscisi ise bir terefden isi ile mesgul olub bir terefden kuceye baxmamaqdadir Restoranin kenari qovsvaridir ve kenarlarini suse birlesdirir Musterilerin geyimlerine esasen havanin mulayim oldugunu texmin etmek olar Hec bir yerde palto yoxdur ve qadin qisaqollu paltar geyinmisdir Restoranin isigi kuceye de dusmekdedir Hopperin islerinde tez tez rast gelinen muasir heyatdaki bosluq movzusu da bu resm eserinde eks olunmusdur Xususile arxasini izleyiciye ceviren musterinin tenhaligi diqqet cekir Resme baxanda stolun ucbucaq formasinda oldugu ve cixisinin olmadigi gorunur Isci sanki burada teleye dusmusdur Hemcinin resm eserinde restoranin qapisinin gorunmemesi hebsetmeye isare verir Hopper bunlari inkar etse de seher tenhaligini tesvir etmek istediyini etiraf etmisdir Restoranin serlovhesinde ise Phillies siqar markasinin reklami edilmisdir TesirleriResm Bir cox ressam bu eserden ilham alib Ilk bele eser Corc Seqalin Qelyanalti 1964 1966 resm eseridir Rocer Brounun Pueorto Riko axsami eserinde de Yuxusuzlar eserine benzer restoran eks olunmusdur Bu eserden tesirlenen diger ressamlar ise Ralf Qoinqs ile Ricard Estes idi 1970 ci ilde resm eserine aciq aydin benzeyen eserler yaradildi Bele resm eserlerinden en meshuru Qottfrid Helvaynin Siniq arzular bulvari eseridir Bu eserde 3 musteri Hamfri Boqart Merilin Monro ve Ceyms Din ile yer deyisdirdi Restoran iscisi ise Elvis Presli oldu Hopperin mekteb yoldasi Gil Levine gore Helvayn 1940 ci ildeki seraitle bu meshurlarin kederli sonluqlarini elaqelendirmisdi Mark Kostabinin Qrinvic prospekti 1986 ve Red Qrumsun Yuxusuzlarin qayidisi 1980 eserleri de Yuxusuzlar a esasen cekilmisdir Film Hopper film heveskari idi Tenqidciler onun bu eseri ile filmler arasinda mueyyen oxsarliqlar tapdilar filmlerden ilhamlandigi diger resm eseri de Gece kolgeleri dir 1921 Onun bezi eserleri Capiqli uz 1932 ve Kicik Sezar 1930 kimi qanqster filmlerindeki epizodlari xatirladir Alman rejissor Vim Vendersin 1997 ci ilde cekdiyi Siddetin sonu filminde bir epizodda resm eseri canlandirilmisdi Venders eserin rejissorlar ucun cazibedar oldugunu bildirmisdi Berk seker 2005 filminde de resm eseri ile bagli epizodlar vardir Filmde Hayli ile Ceffin gorusdukleri restoranin adi Yuxusuzlar dir ve sonra Hayli Ceffe uzerinde eserin sekli olan koynek alir Indiana Cons ve Bullur kelle kralligi filminin restoran sehnesinde de eserdeki ile eyni veziyyet musahide olunur Xarici kecidlerArtic edu Archive com MakmillianARTIC ing Art Institute of Chicago http www visual arts cork com paintings analysis nighthawks htm https www artic edu artworks 111628 nighthawks Art Institute of Chicago 1879 https www artic edu artworks 111628