Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur.
Şəmistan Əyyubov | |
---|---|
Şəmistan Mahmud oğlu Əyyubov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dağ Kəsəmən, Qazax qəzası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Həyat yoldaşı | Pəri Abdulla qızı Əyyubova |
Dini | Şiə İslam |
Həyatı
Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb.
Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi. Xalq Komissarları Şurası tərəfindən daima təqib edilirdi. Nəhayət Şəmistan Əyyubov, Azərbaycan SSRİ Fövqəladə Komissiyası tərəfindən həbs edilib. 3 aylıq həbsdən sonra azad olunsada, "şübhəli ünsür" kimi partiyadan uzaqlaşdırılıb. Lakin 1937-ci ilin qara günləri komissar Şəmistan Əyyubovun da qapısını döyür. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçilik fəaliyyətlərində günahlandırır və birinci kateqoriya ilə güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubov güllələnir. Güllələndikdən sonra, SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə, Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) "vətən xaini"nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə 8 il müddətində azadlıqdan məhrum edilir.
Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saxlanan koloniyaya göndərirlər.
Həmçinin bax
İstinadlar
- . Bir kəndin repressiyası (PDF). Nərmin Yayın Evi. 2018. 34–37. 2021-04-19 tarixində (PDF). İstifadə tarixi: 2021-04-19.
- Rüfət Soltan. "Sarı Şəmistan niyə güllələndi? – 37-nin daha bir cavabsız sualı". publika.az (az.). 23.03.2017. 2021-08-29 tarixində . İstifadə tarixi: 18.03.2021.
- Xəyalə Muradlı. "40 ilin "Yeddi oğul"u". lent.az (az.). 21.04.2010. 18.03.2021 tarixində . İstifadə tarixi: 03.05.2016.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Semistan Mahmud oglu Eyyubov Azerbaycan Kommunist Partiyasinin feali inqilabci bolsevik Xalq arasinda Sari Semistan adi ile meshur olmusdur Semistan EyyubovSemistan Mahmud oglu EyyubovSexsi melumatlarDogum tarixi 1895Dogum yeri Dag Kesemen Qazax qezasiVefat tarixi 5 yanvar 1937Vefat yeri Baki Azerbaycan SSRHeyat yoldasi Peri Abdulla qizi EyyubovaDini Sie IslamHeyatiSemistan Mahmud oglu Eyyubov 1895 ci ilde Qazax qezasinin Dag Kesemen kendinde ekinci ailesinde dunyaya gelib 1918 ci ilin oktyabr ayinda 23 yasli Semistan Eyyubov bolsevik partiyasinin uzvu olub 1924 cu ilde banditizme qarsi mubarizenin feal istirakcisi kimi taninib Inqilabin mezlum xalqlara seadet getireceyine sidq urekle inanan Semistan Eyyubov konullu olaraq Qizil Ordu siralarina qosulub Zakaspi Endican Aktube cebhelerinde bas veren doyuslerde istirak edib 30 cu illerde Qazax rayon Partiya Komitesinin katibi Yevlax pambiq zavodunun direktoru Bilesuvar rayon Icraiyye Komitesinin sedri Azerbaycan Toxucular Ittifaqinin sedri kimi mesul vezifelerde calisib Semistan Eyyubov 20 ci illerde olkede hokm suren derebeylik ve cinayetkar quldur destelere qarsi mubarizede aktiv istirak edib Sari Semistanin fealligi ve cinayet toreden sexsleri kimliyinden asili olmayaraq hebs eletdirmesi partiya daxilinde bir coxlarini narahat edirdi Xalq Komissarlari Surasi terefinden daima teqib edilirdi Nehayet Semistan Eyyubov Azerbaycan SSRI Fovqelade Komissiyasi terefinden hebs edilib 3 ayliq hebsden sonra azad olunsada subheli unsur kimi partiyadan uzaqlasdirilib Lakin 1937 ci ilin qara gunleri komissar Semistan Eyyubovun da qapisini doyur SSRI Ali Mehkemesinin Herbi Kollegiyasinin seyyar sessiyasi onu eksinqilabci trotskici ve milletcilik fealiyyetlerinde gunahlandirir ve birinci kateqoriya ile gullelenmeye mehkum edir 1937 ci il yanvarin 5 den 6 a kecen gece Semistan Eyyubov gullelenir Gullelendikden sonra SSRI XDIK nin 1938 ci il 9 aprel tarixli qerari ile Peri xanim Abdulla qizi Eyyubova Vekilova Semed Vurgunun qohumlarindandir veten xaini nin heyat yoldasi kimi cezasini Islah Emek Dusergesinde cekmekle 8 il muddetinde azadliqdan mehrum edilir Dord usaq anasi Peri xanim Mordoviyaya surgun olunur Boyuk oglu 15 yasli Mahmud hebs edilerek Bayil hebsxanasina salinir 11 yasli Ismayil 14 yasli Gulzar ve 13 yasli Edileni ise Suvelandaki bezprizornikler saxlanan koloniyaya gonderirler Hemcinin baxBoyuk temizlemeIstinadlar Bir kendin repressiyasi PDF Nermin Yayin Evi 2018 34 37 2021 04 19 tarixinde PDF Istifade tarixi 2021 04 19 Rufet Soltan Sari Semistan niye gullelendi 37 nin daha bir cavabsiz suali publika az az 23 03 2017 2021 08 29 tarixinde Istifade tarixi 18 03 2021 Xeyale Muradli 40 ilin Yeddi ogul u lent az az 21 04 2010 18 03 2021 tarixinde Istifade tarixi 03 05 2016