The Last DeadEnd (azərb. Sonuncu dalan) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və janrlarında olan videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır.
Sonuncu Dalan The Last DeadEnd | |
---|---|
| |
Hazırlayan | AzDimension |
Yayımlayan | Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi |
Buraxılış tarixi | 5 may 2018 |
Janrlar | Survival horror |
Dizaynerlər | Fərid Haqverdiyev Rüstəm Pənahov Rəşad Qədirov Timur Əzisov Cahit Əliyev |
Bəstəkarlar | Toğrul Cəfərov Fərid Aslanov |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows |
Mühərriklər | Unreal Engine 4 |
Oyun rejimləri | Birnəfərli |
Sistem tələbləri | |
İdarəetmə | Klaviatura Xbox 360 qeympadı |
Rəsmi saytı |
Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur.
Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir. Bəzi tənqidçilər oyunu "BioShock Infinite" kimi məşhur oyunlarla müqayisə etmişdilər.
Geympley
Oyunun əhəmiyyətli bir hissəsi birinci şəxsdə keçir, ancaq üçüncü şəxsdə keçən hissələr də var. Oyunun əsas hissəsi Bakı şəhərində, İçərişəhərdə keçir. Oyundakı bəzi yerlər İçərişəhərdəki qarşılığı ilə nöqtəsi-nöqtəsinə eyni hazırlanıb.
Oyunda bir neçə adi düşmənlər, eləcədə bosslar (güclü düşmən) var. Bu personajlar Azərbaycanın milli əfsanələri və folklorundan alınmışdır. Bəzi düşmən personajları məğlub etmək üçün xüsusi yollara üz tutmaq lazımdır.
"" kimi, bu oyunda da çoxlu kitab var. Bu kitablarda oyundakı əşyalar, personajlar, simvollar və başqa şeylər haqda məqalələr var. Oyunda götürülə bilən, hər tərəfdən baxıla bilən və məlumat alına bilən müxtəlif əşyalar var. Bu əşyalar İçərişəhərin ab-havasına uyğun olaraq hazırlanıb. Baş qəhrəmanın geyindiyi texnoloji eynəklə qala divarları daxilində tapılan və qədim dillərdə yazılan yazıları oxumaq olar.
İstehsal
Oyunun istehsalı 2014-cü ildə başlayıb və 2016-cı ildə satışa çıxarılacağı gözlənilirdi, lakin maddi problemlərə görə oyunun inkişafı iki illiyinə dayandırılmışdı.Gənclər və İdman Nazirliyi layihənin məqsədinin "videooyunları vasitəsilə gənclərin Azərbaycan tarix və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompüter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsi" olduğunu açıqlamışdır. Oyun "Unreal Engine 4" videooyun mühərriki ilə hazırlanmışdır.
"Sonuncu Dalan" oyununun hazırlanması Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndini rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" şirkəti tərəfindən həyata keçirilmişdir.
Elan və buraxılış
2014-cü ildə keçirilən I Azərbaycan Beynəlxalq Müdafiə Sənayəsi Sərgisində (ADEX) iştirak edən "AzDimension" şirkəti öz stendində "Sonuncu Dalan"ın rəsmi afişalarından birini yerləşdirmişdi.
"Sonuncu Dalan"ın demo versiyası 2015-ci ildə "Playfield" adlı videooyun müsabiqəsində 300 videooyun arasında 4-cü yeri tutmuşdur. Oyununun rəsmi treyleri Köln şəhərində keçirilən dünya səviyyəli məşhur "" videooyun sərgisində nümayiş etdirilmişdir.
5 aprel 2018-ci il tarixində Bakıda yerləşən "Fairmont Baku" hotelində Gənclər və İdman Nazirliyinin və "AzDimension" şirkətinin birgə təşkilatçılığı ilə "Sonuncu Dalan" videooyununun təqdimat mərasimi keçirilmişdir.
Oyun ilk olaraq 1 may 2018-ci il tarixində satışa çıxarılacaqdı, ancaq bəzi texniki problemlərə görə oyunun buraxılması bir neçə gün gecikdirilmişdir. Oyun mayın 5-də "Steam" virtual mağazasında satışa çıxarılmışdır.
Qəbul
Buraxılışdan əvvəl
5 aprel 2018-ci il tarixində keçirilən təqdimat mərasimində çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev oyunun əhəmiyyətini yüksək qiymətləndirərək "paytaxtımızın təbliği baxımından "Sonuncu Dalan"ın rolu böyükdür. Artıq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir neçə kompüter oyunu təqdim olunub. Oyunun yaradıcıları gənclərdən ibarət peşəkar bir komandadır. Sevindirici haldır ki, ölkəmizdə belə kreativ düşüncəli və bacarıqlı gənclər var" deyib. Azərbaycanda milli videooyunları çempionatının təşkil edildiyini diqqətə çatdıran nazir müavini ölkədə bu sahəyə böyük marağın olduğunu, daha əvvəllər Qarabağ mövzusunda oyunların istifadəyə verildiyini və gənclər üçün dövlət tərəfindən lazımi şəraitin yaradıldığını vurğulamışdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə "Sonuncu Dalan" videooyununun beynəlxalq standartlara tam cavab verdiyini və keyfiyyətli ilə hazırlandığını bildirib. O, "milli oyunların yaradılması sahəsində artıq ölkəmiz müxtəlif uğurlara imza atıb. Milli oyunlarımız yerli və beynəlxalq sərgilərdə nümayiş olunur və böyük maraq doğurur. Artıq bəzi oyunlarımızın alıcıları da var" demişdir.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov Bakının dünyaya təbliği istiqamətində oyunun əhəmiyyətini yüksək qiymətləndirərək "Bakı hər bir azərbaycanlının ürəyində özünəməxsus yerə malikdir. Paytaxtımız təkcə yerli sakinlərin deyil, həm də əcnəbilərin zövqünü oxşayır. Bütün bu gözəlliklərin, İçərişəhərin tarixinin və arxitekturasının oyunda yer alması əcnəbilər üçün paytaxtımızla tanış olmaq baxımından gözəl imkan yaradır" demişdir.
Buraxılışdan sonra
Rəy toplayıcısı "Metacritic"ə əsasən "Sonuncu Dalan" "ümumiyyətlə yaxşı" rəylər almışdır.
"GameTyrant" işçisi Din Klark oyunu "bəzi xətaları olan əyləncəli bir oyun" adlandırmışdır. O, "Oyunun həm üçüncü, həm də birinci şəxsdən oynanılmasına baxmayaraq, birinci şəxsdən oynanılan hissələr daha maraqlıdır. Oyunun ən əyləncəli hissəsi boss döyüşləridir." deyərək oyunun döyüş sistemini tərifləmişdir. Daha sonra o, "Düşmənlərin süni intellekti çox pis işləyirdi. Oyundakı dialoqlar da çox pis işlənmişdi. Cümlələr birlikdə yaxşı deyildi və söhbətlər heç də təbii görünmürdü. Oyunun pazlları çox sadə idi." deyərək oyuna 6/10 xal vermişdir.
Oyun "Steam" virtual mağazasında yaxşı rəylər almışdır. Bir istifadəçi "oyuna daha yaxşı personaj animasiyaları, dialoq səsləri və əlbəyaxa döyüş sistemi əlavə etmək lazımdır, amma oyun çox əyləncəlidir. Oyunun əsas geympleyi çox yaxşıdır; düşmənlər nə çox gücsüz, nə də ki çox güclüdür; oyunun ab-havası lazımi olanda qorxulu, zəruri olanda isə gözəldir." deyərək oyunu "çox yaxşı bir pis oyun" adlandırmış və 6.8/10 xal vermişdir. "Steam"dəki digər bir istifadəçi "mən bu oyununun doğurudan da yaxşı olmasını istəyirdim, fəqət oyun "" oyunundakı problemlərə bənzər xətalara məruz qalır və heç bir oyun "Unearthed"lə müqayisə edilməyə layiq deyil." yazaraq oyunu pisləmişdir.
İstinadlar
- Malqojota Tjina. "Nadchodzi The Last DeadEnd - przygodówka z elementami FPS i horroru" (polyak). gram.pl. 30 aprel 2018. 17 may 2018 tarixində . İstifadə tarixi: 17 may 2018.
- "The Last DeadEnd". AzDimension. 3 avqust 2013. 2022-03-16 tarixində . İstifadə tarixi: 2018-04-30.
- ""Sonuncu Dalan" oyunun son versiyasını təqdim edib" (az.). ICTNews. 20 may 2015. 14 September 2019 tarixində . İstifadə tarixi: 26 April 2018.
- "Sonuncu Dalan'dan yeni oynanış videosu yayımlandı!" (az.). Bizim GameZone. yanvar 2018. (#cite_web_url)
- ""Sonuncu Dalan" yeni kompüter oyunu təqdim olunub (FOTO)" (az.). trend.az. 5 aprel 2018. 2020-12-05 tarixində . İstifadə tarixi: 2018-04-26.
- "Epizodları Azərbaycanda baş verən məşhur videooyunlar" (az.). infocity.az. 3 iyun 2017.
- Səbinə Quliyeva. "Сыграйте в компьютерную игру-бродилку по Ичеришехер" (rus). Urban.az. 6 aprel 2018. 2018-11-16 tarixində . İstifadə tarixi: 26 aprel 2018.
- "Yeni milli kompüter oyunumuz təqdim olundu - "Sonuncu dalan"" (az.). Kanal 24. 5 aprel 2018.
- Duqi Pauell. "THE LAST DEADEND TO BE RELEASED THIS WEEK" (ingilis). heypoorplayer.com. 1 may 2018. 16 may 2018 tarixində . İstifadə tarixi: 16 may 2018.
- ""Sonuncu dalan" kompüter oyunu ictimaiyyətə təqdim edilib" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 5 aprel 2018.
- "THE LAST DEADEND" (ingilis). Metacritic. 4 may 2018. 16 may 2018 tarixində . İstifadə tarixi: 16 may 2018.
- Din Klark. "A Fun Game With Few Issues" (ingilis). GameTyrant. 15 may 2018. 16 may 2018 tarixində . İstifadə tarixi: 16 may 2018.
- "The Last DeadEnd". Steam.
Xarici keçidlər
Məlumat
- thelastdeadend.com — "Sonuncu Dalan"ın rəsmi saytı
- Sonuncu Dalan "Steam" videooyun satış platformasında (ing.)
- http://azdimension.az/az/2015/10/11/sonuncu-dalan-2/ 2018-04-28 at the Wayback Machine
Treylerlər
- "The Last DeadEnd. Official Game Trailer." — YouTube
- "The Last DeadEnd - Prototype Gameplay." — YouTube
- "Sonuncu Dalan / The Last DeadEnd [Teaser + Pre Alpha Footage"] — YouTube
portalı portalı |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
The Last DeadEnd azerb Sonuncu dalan AzDimension terefinden hazirlanan Azerbaycan Respublikasi Gencler ve Idman Nazirliyi terefinden nesr edilen qorxu elementlerini dasiyan ve doyus macera ve janrlarinda olan videooyun Bu Azerbaycan videooyun sirketi olan AzDimension nun hazirladigi besinci videooyunudur Oyun 5 may 2018 ci il tarixinde Microsoft Windows platformasi ucun Steam de satisa cixarilmisdir Sonuncu Dalan The Last DeadEnd Sonuncu Dalan videooyununun resmi afisasiHazirlayan AzDimensionYayimlayan Azerbaycan Respublikasi Gencler ve Idman NazirliyiBuraxilis tarixi 5 may 2018Janrlar Survival horrorDizaynerler Ferid Haqverdiyev Rustem Penahov Resad Qedirov Timur Ezisov Cahit EliyevBestekarlar Togrul Ceferov Ferid AslanovTexniki melumatPlatformalar Microsoft WindowsMuherrikler Unreal Engine 4Oyun rejimleri BirneferliSistem telebleriIdareetme Klaviatura Xbox 360 qeympadiResmi sayti Oyun esasen Azerbaycan Respublikasinin paytaxti Baki seherine daxil olan Iceriseherde cereyan edir ancaq bezi epizodlarda Xezer denizi sularina qerq olmus Bayil qalasi da gosterilir Oyunun bas qehremani Ferhad Novruzov adli genc bir alimdir Ferhad oz ana vetenine Azerbaycana beynelxalq bir telekanal ucun senedli film cekmeye gelir O burada qedim Zerdustilik dini ile elaqedar qeribe hadiselere sahid olur Oyun tenqidciler terefinden umumiyetle musbet reyler almisdir Oyun derin hekayesi esas geympleyi ve maraqli personajlarina gore teriflenmis ancaq zeif ses aktyorlugu ve animasiyalarina gore tenqidlenmisdir Bezi tenqidciler oyunu BioShock Infinite kimi meshur oyunlarla muqayise etmisdiler GeympleyOyunun ehemiyyetli bir hissesi birinci sexsde kecir ancaq ucuncu sexsde kecen hisseler de var Oyunun esas hissesi Baki seherinde Iceriseherde kecir Oyundaki bezi yerler Iceriseherdeki qarsiligi ile noqtesi noqtesine eyni hazirlanib Oyunda bir nece adi dusmenler elecede bosslar guclu dusmen var Bu personajlar Azerbaycanin milli efsaneleri ve folklorundan alinmisdir Bezi dusmen personajlari meglub etmek ucun xususi yollara uz tutmaq lazimdir kimi bu oyunda da coxlu kitab var Bu kitablarda oyundaki esyalar personajlar simvollar ve basqa seyler haqda meqaleler var Oyunda goturule bilen her terefden baxila bilen ve melumat alina bilen muxtelif esyalar var Bu esyalar Iceriseherin ab havasina uygun olaraq hazirlanib Bas qehremanin geyindiyi texnoloji eynekle qala divarlari daxilinde tapilan ve qedim dillerde yazilan yazilari oxumaq olar IstehsalOyunun istehsali 2014 cu ilde baslayib ve 2016 ci ilde satisa cixarilacagi gozlenilirdi lakin maddi problemlere gore oyunun inkisafi iki illiyine dayandirilmisdi Gencler ve Idman Nazirliyi layihenin meqsedinin videooyunlari vasitesile genclerin Azerbaycan tarix ve medeniyyeti ile daha yaxindan tanis olmasi yeni melumat ve biliklerin elde edilmesi genclerin komputer texnologiyasi sahesinde tesebbuskarliginin desteklenmesi oldugunu aciqlamisdir Oyun Unreal Engine 4 videooyun muherriki ile hazirlanmisdir Sonuncu Dalan oyununun hazirlanmasi Azerbaycan Prezidenti Ilham Eliyevin 15 sentyabr 2017 ci il tarixli Serencami ile tesdiq olunmus Azerbaycan gencliyi 2017 2021 ci illerde Dovlet Proqraminin muvafiq yarimbendini rehber tutaraq Gencler ve Idman Nazirliyinin desteyi ile AzDimension sirketi terefinden heyata kecirilmisdir Elan ve buraxilis2014 cu ilde kecirilen I Azerbaycan Beynelxalq Mudafie Senayesi Sergisinde ADEX istirak eden AzDimension sirketi oz stendinde Sonuncu Dalan in resmi afisalarindan birini yerlesdirmisdi Sonuncu Dalan in demo versiyasi 2015 ci ilde Playfield adli videooyun musabiqesinde 300 videooyun arasinda 4 cu yeri tutmusdur Oyununun resmi treyleri Koln seherinde kecirilen dunya seviyyeli meshur videooyun sergisinde numayis etdirilmisdir 5 aprel 2018 ci il tarixinde Bakida yerlesen Fairmont Baku hotelinde Gencler ve Idman Nazirliyinin ve AzDimension sirketinin birge teskilatciligi ile Sonuncu Dalan videooyununun teqdimat merasimi kecirilmisdir Oyun ilk olaraq 1 may 2018 ci il tarixinde satisa cixarilacaqdi ancaq bezi texniki problemlere gore oyunun buraxilmasi bir nece gun gecikdirilmisdir Oyun mayin 5 de Steam virtual magazasinda satisa cixarilmisdir QebulBuraxilisdan evvel 5 aprel 2018 ci il tarixinde kecirilen teqdimat merasiminde cixis eden Gencler ve Idman Nazirinin muavini Intiqam Babayev oyunun ehemiyyetini yuksek qiymetlendirerek paytaxtimizin tebligi baximindan Sonuncu Dalan in rolu boyukdur Artiq Gencler ve Idman Nazirliyinin desteyi ile bir nece komputer oyunu teqdim olunub Oyunun yaradicilari genclerden ibaret pesekar bir komandadir Sevindirici haldir ki olkemizde bele kreativ dusunceli ve bacariqli gencler var deyib Azerbaycanda milli videooyunlari cempionatinin teskil edildiyini diqqete catdiran nazir muavini olkede bu saheye boyuk maragin oldugunu daha evveller Qarabag movzusunda oyunlarin istifadeye verildiyini ve gencler ucun dovlet terefinden lazimi seraitin yaradildigini vurgulamisdir Neqliyyat Rabite ve Yuksek Texnologiyalar Nazirinin muavini Elmir Velizade Sonuncu Dalan videooyununun beynelxalq standartlara tam cavab verdiyini ve keyfiyyetli ile hazirlandigini bildirib O milli oyunlarin yaradilmasi sahesinde artiq olkemiz muxtelif ugurlara imza atib Milli oyunlarimiz yerli ve beynelxalq sergilerde numayis olunur ve boyuk maraq dogurur Artiq bezi oyunlarimizin alicilari da var demisdir Iceriseher Dovlet Tarix Memarliq Qorugu Idaresinin reisi Esger Elekberov Bakinin dunyaya tebligi istiqametinde oyunun ehemiyyetini yuksek qiymetlendirerek Baki her bir azerbaycanlinin ureyinde ozunemexsus yere malikdir Paytaxtimiz tekce yerli sakinlerin deyil hem de ecnebilerin zovqunu oxsayir Butun bu gozelliklerin Iceriseherin tarixinin ve arxitekturasinin oyunda yer almasi ecnebiler ucun paytaxtimizla tanis olmaq baximindan gozel imkan yaradir demisdir Buraxilisdan sonra Rey toplayicisi Metacritic e esasen Sonuncu Dalan umumiyyetle yaxsi reyler almisdir GameTyrant iscisi Din Klark oyunu bezi xetalari olan eylenceli bir oyun adlandirmisdir O Oyunun hem ucuncu hem de birinci sexsden oynanilmasina baxmayaraq birinci sexsden oynanilan hisseler daha maraqlidir Oyunun en eylenceli hissesi boss doyusleridir deyerek oyunun doyus sistemini teriflemisdir Daha sonra o Dusmenlerin suni intellekti cox pis isleyirdi Oyundaki dialoqlar da cox pis islenmisdi Cumleler birlikde yaxsi deyildi ve sohbetler hec de tebii gorunmurdu Oyunun pazllari cox sade idi deyerek oyuna 6 10 xal vermisdir Oyun Steam virtual magazasinda yaxsi reyler almisdir Bir istifadeci oyuna daha yaxsi personaj animasiyalari dialoq sesleri ve elbeyaxa doyus sistemi elave etmek lazimdir amma oyun cox eylencelidir Oyunun esas geympleyi cox yaxsidir dusmenler ne cox gucsuz ne de ki cox gucludur oyunun ab havasi lazimi olanda qorxulu zeruri olanda ise gozeldir deyerek oyunu cox yaxsi bir pis oyun adlandirmis ve 6 8 10 xal vermisdir Steam deki diger bir istifadeci men bu oyununun dogurudan da yaxsi olmasini isteyirdim feqet oyun oyunundaki problemlere benzer xetalara meruz qalir ve hec bir oyun Unearthed le muqayise edilmeye layiq deyil yazaraq oyunu pislemisdir IstinadlarMalqojota Tjina Nadchodzi The Last DeadEnd przygodowka z elementami FPS i horroru polyak gram pl 30 aprel 2018 17 may 2018 tarixinde Istifade tarixi 17 may 2018 The Last DeadEnd AzDimension 3 avqust 2013 2022 03 16 tarixinde Istifade tarixi 2018 04 30 Sonuncu Dalan oyunun son versiyasini teqdim edib az ICTNews 20 may 2015 14 September 2019 tarixinde Istifade tarixi 26 April 2018 Sonuncu Dalan dan yeni oynanis videosu yayimlandi az Bizim GameZone yanvar 2018 cite web url Sonuncu Dalan yeni komputer oyunu teqdim olunub FOTO az trend az 5 aprel 2018 2020 12 05 tarixinde Istifade tarixi 2018 04 26 Epizodlari Azerbaycanda bas veren meshur videooyunlar az infocity az 3 iyun 2017 Sebine Quliyeva Sygrajte v kompyuternuyu igru brodilku po Icherisheher rus Urban az 6 aprel 2018 2018 11 16 tarixinde Istifade tarixi 26 aprel 2018 Yeni milli komputer oyunumuz teqdim olundu Sonuncu dalan az Kanal 24 5 aprel 2018 Duqi Pauell THE LAST DEADEND TO BE RELEASED THIS WEEK ingilis heypoorplayer com 1 may 2018 16 may 2018 tarixinde Istifade tarixi 16 may 2018 Sonuncu dalan komputer oyunu ictimaiyyete teqdim edilib az Azerbaycan Dovlet Informasiya Agentliyi 5 aprel 2018 THE LAST DEADEND ingilis Metacritic 4 may 2018 16 may 2018 tarixinde Istifade tarixi 16 may 2018 Din Klark A Fun Game With Few Issues ingilis GameTyrant 15 may 2018 16 may 2018 tarixinde Istifade tarixi 16 may 2018 The Last DeadEnd Steam Xarici kecidlerMelumat thelastdeadend com Sonuncu Dalan in resmi sayti Sonuncu Dalan Steam videooyun satis platformasinda ing http azdimension az az 2015 10 11 sonuncu dalan 2 2018 04 28 at the Wayback MachineTreylerler The Last DeadEnd Official Game Trailer YouTube The Last DeadEnd Prototype Gameplay YouTube Sonuncu Dalan The Last DeadEnd Teaser Pre Alpha Footage YouTube Videooyunlar portali Azerbaycan portali