ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi.
Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir.
Bəyannamənin mətni
Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir.
Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir.
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur. Həmin bu kolonistlər də həmçinin uzun müddətdir ki, müxtəlif sıxıntılara düçar olublar və ancaq zərurət onları keçmiş dövlət quruluşunu dəyişməyə məcbur edir.
Hazırda taxtda olan Böyük Britaniya kralının hökmranlıq tarixi əslində bizim ştatlarda mütləqiyyəti bərqərar etmək kimi birbaşa məqsəd güdən, ardı-arası kəsilməyən zülm və zillət tarixidir. Bunu sübuta yetirmək üçün dünyanın nəzərinə aşağıdakı faktları çatdırırıq:
- Kral camaatın güzəranı üçün gərəkli və xeyirli olan qanunlara razılıq vermirdi.
- O, qubernatorlara qadağan etmişdi ki, nə qədər təxirəsalınmaz olsa belə, özü təsdiq etməyincə heç bir qanun qüvvəyə minməsin. Həmin qanunların tətbiqi bu yolla dayandırılanda onlara zərrəcə məhəl qoymurdu.
- O, geniş, əhalisi çox bölgələrin sakinlərinə sərfəli, zalımlara isə xatalı görünən, qanunvericilik qurumunda təmsil hüququndan əl çəkməyincə mənafelərinə uyğun qanunları qəbul etməyə icazə vermirdi.
- O, qanunvericiləri fiziki cəhətdən yormaq, beləliklə də onların iradəsini yalnız özünə tabe etdirmək məqsədilə toplantıları ucqar məskənlərdə, arxivlərdən uzaq, narahat yerlərdə çağırtdırırdı.
- O, qanunverici məclisləri həmin səbəbdən dəfələrlə buraxmışdı, çünki onlar xalqa məxsus hüquqların kral tərəfindən pozulmasına qətiyyətlə müqavimət göstərirdilər.
- Kral qanunvericiləri buraxandan sonra uzun müddət yeni seçkilər keçirmək istəmir, bu zaman ləğv oluna bilməyən qanunvericilik camaatın əlinə keçir, ölkə zəifləyir, xarici müdaxiləyə, daxili sarsıntılara uğrayırdı.
- O, əhalinin bu ştatlarda məskunlaşmasına, əcnəbilərin burada oturaqlaşması barədə mövcud qaydaların tətbiqinə maneçilik törədir, mühacirəti şirnikləndirən və torpaq paylarının alınmasına ixtiyar verən yeni qanunların təsdiqinə mane olurdu.
- O, ədliyyənin icrasına yol vermir, məhkəmələrin yaranışı haqda qanuna qol qoymurdu.
- O, hakimlərin qulluq müddətini, məvacibini istədiyi kimi müəyyən edir, onları təkcə öz iradəsindən asılı vəziyyətə salırdı.
- O, saysız-hesabsız vəzifələr təsis edir, üstümüzə xalqı soyub-sıxışdıran məmurlar dəstəsi göndərirdi.
- O, qanunverici məclislərimizin razılığı olmadan dinclik dövründə torpaqlarımızda daimi ordu saxlayırdı.
- O, hərbi hakimiyyəti müstəqil etməyə və mülki qurumdan üstün tutmağa çalışırdı.
- O, bizləri quruluşumuza və qanunlarımıza yad olan hakimiyyətə tabe etdirməkdən ötrü başqaları ilə sazişə girirdi, qeyri-qanuni hökumətin aktlarını çap etdirməklə aşağıdakı riyakar məqsədlər güdürdü:
- aramızda iri hərbi hissələr yerləşdirmək;
- adamlarımızı qətlə yetirən hərbçiləri qurama məhkəmələrlə müdafiə etmək;
- Yer kürəsinin digər hissələri ilə ticarət əlaqələrimizi kəsmək;
- bizimlə razılaşdırmadan üstümüzə vergilər qoymaq;
- əksər hallarda bizi andlılar məhkəməsindən məhrum etmək;
- bizləri okeanın o tayına yollamaq və uydurma cinayətlər üstündə mühakimə etmək;
- qonşu əyalətdə (Kanada nəzərdə tutulur) azad ingilis qanunları sistemini yoxa çıxarmaq, orada özbaşınalığa söykənən quruluş yaratmaq və onun sərhədlərini elə genişlətmək ki, həmin quruluş bizə görk olsun, mütləqiyyətin bizim tərəflərdə yayılmasına vasitəçilik etsin; qanunları ləğv etməklə bizim idarəçilik sistemini kökündən dəyişdirmək;
- qanunverici məclisləri buraxmaqla bizim əvəzimizə hər cür qanun-qaydaların qəbul edilməsinə yiyə çıxmaq.
- Kral bizə yiyə durmadı, bizə himayə göstərməkdən əl çəkib müharibəyə əl atdı.
- O, dənizlərimizdə quldurluq edir, sahillərimizi qarət edir, şəhərlərimizi oda qalayır, həmvətənlərimizi öldürürdü. İndi də hətta qatı barbarlıq dövründə belə rast gəlinməyən, azad bir millətin hökmdarına yaraşmayan amansızlıqla, namərdcəsinə başladığı qırğın, qarət və qəddarlığı sona yetirmək üçün əcnəbi muzdlulardan ibarət orduları üstümüzə göndərir.
- O, açıq dənizdə əsir düşən soydaşlarımızı öz yurdlarına qarşı silah işlətməyə məcbur edirdi və beləcə, onlar ya dost-doğmalarının cəlladına çevrilir, ya da özləri onların əlindən əcəl tapırdılar.
- O, öz içərimizdə nifaq törədir, həm də yaşından, cinsindən asılı olmayaraq önünə keçəni qırıb-çatan vəhşi hinduları bizim camaatımızla salışdırmağa cəhd göstərirdi.
Bu dərdləri çəkdikcə zaman-zaman acizanə şəkildə də olsa öz hüquqlarımızın bərpasını diləmişik. Bu barədə dönə-dönə etdiyimiz xahişlərə yeganə cavab isə yeni haqsızlıqlar olub.
Müstəbid keyfiyyətlərə malik hökmdar azad xalqın hökmdarı ola bilməz.
İngilis soydaşlarımız da yadımızdan çıxmayıb. Vaxtaşırı onların nəzərinə çatdırmışıq ki, onların qanunverici palataları bizi qanunsuz şəkildə özlərinə tabe etdirmək niyyətindədir. Mühacirətimizə və köçüb burada məskən salmağımıza səbəb olan şəraiti xatırlatmışıq. Onlara xas fitri alicənablıq və ədalət hissini andırmaqla aramızdakı qan qohumluğuna da and vermişik ki, əvvəl-axır aramıza ayrılıq gətirəsi, eləcə də əlaqələrimizi üzən və bizə qarşı yönələn haqsızlığı yamanlayıb qınasınlar. Ancaq onlar nə haqqın, nə də qan qohumluğunun səsinə etina göstərmədilər. Odur ki, ayrılmağımızın labüdlüyü ilə barışası olmalıyıq və bundan sonra onlara münasibətimiz özgə xalqlara necədirsə elə olacaqdır, belə ki, müharibədə düşmən, dinc vaxtda dostuq.
Ona görə də biz, yəni Amerika Birləşmiş Ştatlarının nümayəndələri Ali Konqresə toplaşıb və niyyətimizin səmimiliyinə Ulu Tanrını şahid çağırıb rəhmdil camaatımızın iradəsinə tabe oluruq və xalqın adından təntənəli şəkildə, uca səslə bəyan edirik — necə ki, bir ixtiyar sahibi, bizim birləşmiş müstəmləkələr indən belə azad və müstəqil Ştatlar olacaq, yəni onlar Britaniya taxt-tacına sadiq olmaqdan yaxasını qurtarır və beləliklə, Böyük Britaniya ilə hər cür siyasi əlaqələr büsbütün ləğv edilir. Bundan sonra Ştatların kiməsə müharibə elan etməyə, sülh bağlamağa, ittifaqa girməyə, ticarət aparmağa və azad dövlətlərin malik olduqları digər hüquqları həyata keçirməyə tam haqqı var.
Bu bəyannaməyə sübut olaraq və Allah-təalanın imdadına güvənərək, bu yolda heç nəyimizi əsirgəmədən, malımızı, canımızı qurban verməyə, öz şərəfimizi daim uca tutmağa and içirik.
2 dolların arxasında İstiqlaliyyәt bәyannamәsinin imzalandığı sәhnә tәsvir edilmişdir.
Həmçinin bax
Xarici keçidlər
- Kitabxana.org - Xoşbəxtliyə canatma hüququ 2007-07-28 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
ABS Istiqlaliyyet Beyannamesi tarixi sened ve siyasi felsefe manifesti 1776 ci il iyulun 4 de 2 ci Kontinental Konqres terefinden qebul edilmisdir Beyanname mustemlekelerin metropoliyadan ayrilmasini ve yeni musteqil dovletin Amerika Birlesmis Statlarinin yaranmasini xalqin suverenliyi ideyasini butun insanlarin qanun qarsisinda beraberliyini ve yasamaq azadliq ve xosbextlik arzusunda olmaq huququnu elan etdi ABS Istiqlaliyyet Beyannamesi Beyanname o dovr ABS fedrasiyasina daxil olan 13 stat terefinden yekdillikle qebul edilmisdir Beyannamenin metniYaradan oz bendelerine mueyyen toxunulmaz huquqlar bexs etmisdir onlarin sirasina yasamaq azadliq seadete canatma huququ da daxildir Beser tarixinde ele bir meqam yetisir ki her hansi xalq onu basqa bir xalqa baglayan siyasi elaqeleri qirib atmaga tebietin ve Yaradanin ona bexs etdiyi qanunlara uygun olaraq dunya dovletleri arasinda musteqil kimdense asili olmadan movqe tutmaga calisir ve bele olanda hemin xalq beseriyyetin reyine ehtiram elameti kimi ozunun musteqilliye canatma sebeblerini hec seksiz ki izah etmelidir Biz bunu subuta ehtiyaci olmayan bir heqiqet sayiriq ki butun insanlar beraberhuquqlu yaradilib ve Yaradan oz bendelerine mueyyen toxunulmaz huquqlar bexs edibdir onlarin sirasina yasamaq azadliq seadete canatma huququ da daxildir Bele huquqlarin temin edilmesi ucun insanlar edaletli idare olunanlarin raziligina guvenen hokumet qurur odur ki her hansi dovlet hemin huquqlari pozarsa xalqin onu deyismeye legv etmeye evezindese hemin prinsiplere dayanan insanlarin emin amanligina ve guzeranina daha yuksek teminat veren yeni qurulus yaratmaga haqqi vardir Elbette saglam suur derk edir ki coxdan beri formalasmis idarecilik usullari xirda ve oteri sebeblere gore evez edilmemelidir cunki kecmisin tecrubesi gosterir ki insanlar ozlerinin alisdiqlari heyat terzini deyismekdense serin hokmune mumkun olduqca dozmeye daha meyllidirler Ancaq uzunmuddetli azginliq ve zillet yegane ve ardicil meqsed xalqi sonu gorunmeyen despotizme tabe etdirmek meqsedi dasiyirsa onda bu cur iqtidari devirmek ve ozunun gelecek eminamanligini temin eden etibarli bir zemin yaratmaq xalqin haqqi ve borcudur Hemin bu kolonistler de hemcinin uzun muddetdir ki muxtelif sixintilara ducar olublar ve ancaq zeruret onlari kecmis dovlet qurulusunu deyismeye mecbur edir Hazirda taxtda olan Boyuk Britaniya kralinin hokmranliq tarixi eslinde bizim statlarda mutleqiyyeti berqerar etmek kimi birbasa meqsed guden ardi arasi kesilmeyen zulm ve zillet tarixidir Bunu subuta yetirmek ucun dunyanin nezerine asagidaki faktlari catdiririq Kral camaatin guzerani ucun gerekli ve xeyirli olan qanunlara raziliq vermirdi O qubernatorlara qadagan etmisdi ki ne qeder texiresalinmaz olsa bele ozu tesdiq etmeyince hec bir qanun quvveye minmesin Hemin qanunlarin tetbiqi bu yolla dayandirilanda onlara zerrece mehel qoymurdu O genis ehalisi cox bolgelerin sakinlerine serfeli zalimlara ise xatali gorunen qanunvericilik qurumunda temsil huququndan el cekmeyince menafelerine uygun qanunlari qebul etmeye icaze vermirdi O qanunvericileri fiziki cehetden yormaq belelikle de onlarin iradesini yalniz ozune tabe etdirmek meqsedile toplantilari ucqar meskenlerde arxivlerden uzaq narahat yerlerde cagirtdirirdi O qanunverici meclisleri hemin sebebden defelerle buraxmisdi cunki onlar xalqa mexsus huquqlarin kral terefinden pozulmasina qetiyyetle muqavimet gosterirdiler Kral qanunvericileri buraxandan sonra uzun muddet yeni seckiler kecirmek istemir bu zaman legv oluna bilmeyen qanunvericilik camaatin eline kecir olke zeifleyir xarici mudaxileye daxili sarsintilara ugrayirdi O ehalinin bu statlarda meskunlasmasina ecnebilerin burada oturaqlasmasi barede movcud qaydalarin tetbiqine manecilik toredir muhacireti sirniklendiren ve torpaq paylarinin alinmasina ixtiyar veren yeni qanunlarin tesdiqine mane olurdu O edliyyenin icrasina yol vermir mehkemelerin yaranisi haqda qanuna qol qoymurdu O hakimlerin qulluq muddetini mevacibini istediyi kimi mueyyen edir onlari tekce oz iradesinden asili veziyyete salirdi O saysiz hesabsiz vezifeler tesis edir ustumuze xalqi soyub sixisdiran memurlar destesi gonderirdi O qanunverici meclislerimizin raziligi olmadan dinclik dovrunde torpaqlarimizda daimi ordu saxlayirdi O herbi hakimiyyeti musteqil etmeye ve mulki qurumdan ustun tutmaga calisirdi O bizleri qurulusumuza ve qanunlarimiza yad olan hakimiyyete tabe etdirmekden otru basqalari ile sazise girirdi qeyri qanuni hokumetin aktlarini cap etdirmekle asagidaki riyakar meqsedler gudurdu aramizda iri herbi hisseler yerlesdirmek adamlarimizi qetle yetiren herbcileri qurama mehkemelerle mudafie etmek Yer kuresinin diger hisseleri ile ticaret elaqelerimizi kesmek bizimle razilasdirmadan ustumuze vergiler qoymaq ekser hallarda bizi andlilar mehkemesinden mehrum etmek bizleri okeanin o tayina yollamaq ve uydurma cinayetler ustunde muhakime etmek qonsu eyaletde Kanada nezerde tutulur azad ingilis qanunlari sistemini yoxa cixarmaq orada ozbasinaliga soykenen qurulus yaratmaq ve onun serhedlerini ele genisletmek ki hemin qurulus bize gork olsun mutleqiyyetin bizim tereflerde yayilmasina vasitecilik etsin qanunlari legv etmekle bizim idarecilik sistemini kokunden deyisdirmek qanunverici meclisleri buraxmaqla bizim evezimize her cur qanun qaydalarin qebul edilmesine yiye cixmaq Kral bize yiye durmadi bize himaye gostermekden el cekib muharibeye el atdi O denizlerimizde quldurluq edir sahillerimizi qaret edir seherlerimizi oda qalayir hemvetenlerimizi oldururdu Indi de hetta qati barbarliq dovrunde bele rast gelinmeyen azad bir milletin hokmdarina yarasmayan amansizliqla namerdcesine basladigi qirgin qaret ve qeddarligi sona yetirmek ucun ecnebi muzdlulardan ibaret ordulari ustumuze gonderir O aciq denizde esir dusen soydaslarimizi oz yurdlarina qarsi silah isletmeye mecbur edirdi ve belece onlar ya dost dogmalarinin celladina cevrilir ya da ozleri onlarin elinden ecel tapirdilar O oz icerimizde nifaq toredir hem de yasindan cinsinden asili olmayaraq onune keceni qirib catan vehsi hindulari bizim camaatimizla salisdirmaga cehd gosterirdi Bu derdleri cekdikce zaman zaman acizane sekilde de olsa oz huquqlarimizin berpasini dilemisik Bu barede done done etdiyimiz xahislere yegane cavab ise yeni haqsizliqlar olub Mustebid keyfiyyetlere malik hokmdar azad xalqin hokmdari ola bilmez Ingilis soydaslarimiz da yadimizdan cixmayib Vaxtasiri onlarin nezerine catdirmisiq ki onlarin qanunverici palatalari bizi qanunsuz sekilde ozlerine tabe etdirmek niyyetindedir Muhaciretimize ve kocub burada mesken salmagimiza sebeb olan seraiti xatirlatmisiq Onlara xas fitri alicenabliq ve edalet hissini andirmaqla aramizdaki qan qohumluguna da and vermisik ki evvel axir aramiza ayriliq getiresi elece de elaqelerimizi uzen ve bize qarsi yonelen haqsizligi yamanlayib qinasinlar Ancaq onlar ne haqqin ne de qan qohumlugunun sesine etina gostermediler Odur ki ayrilmagimizin labudluyu ile barisasi olmaliyiq ve bundan sonra onlara munasibetimiz ozge xalqlara necedirse ele olacaqdir bele ki muharibede dusmen dinc vaxtda dostuq Ona gore de biz yeni Amerika Birlesmis Statlarinin numayendeleri Ali Konqrese toplasib ve niyyetimizin semimiliyine Ulu Tanrini sahid cagirib rehmdil camaatimizin iradesine tabe oluruq ve xalqin adindan tenteneli sekilde uca sesle beyan edirik nece ki bir ixtiyar sahibi bizim birlesmis mustemlekeler inden bele azad ve musteqil Statlar olacaq yeni onlar Britaniya taxt tacina sadiq olmaqdan yaxasini qurtarir ve belelikle Boyuk Britaniya ile her cur siyasi elaqeler busbutun legv edilir Bundan sonra Statlarin kimese muharibe elan etmeye sulh baglamaga ittifaqa girmeye ticaret aparmaga ve azad dovletlerin malik olduqlari diger huquqlari heyata kecirmeye tam haqqi var Bu beyannameye subut olaraq ve Allah tealanin imdadina guvenerek bu yolda hec neyimizi esirgemeden malimizi canimizi qurban vermeye oz serefimizi daim uca tutmaga and icirik 2 dollarin arxasinda Istiqlaliyyәt bәyannamәsinin imzalandigi sәhnә tәsvir edilmisdir Hemcinin baxMusteqillik gunu ABS ABS Istiqlal muharibesi ABS KonstitusiyasiXarici kecidlerKitabxana org Xosbextliye canatma huququ 2007 07 28 at the Wayback Machine Tarix ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Etdiyiniz redakteleri menbe ve istinadlarla esaslandirmagi unutmayin