Əfqanıstanda futbol — Əfqanıstanda iki ən məşhur idman növündən biri. Tarixi qədim olsa da Əfqanıstan milli futbol komandası bir çox illər ərzində fəaliyyətsiz olmuş, Əfqanıstan Futbol Federasiyası 1948-ci ildən FİFA-ya üzv olmuşdur. Təhlükəsizlik məsələlərinə görə ölkədə futbolda iştirak yüksək səviyyədə deyil.
"Taliban" dövrü
"Taliban"ın hakimiyyəti illərində ciddi qadağalar qoyulmuşdu. Ölkədəki stadionların çoxu edam qərarlarının icrası zamanı istifadə olunurdu. Həmin dövrdə Əfqanıstanda futbol qarşılaşmaları məhz ölkədə baş verən hadisələrin fonunda keçirilirdi. "Taliban" tərəfdarları futbolçuların müasir geyimini "ədəbsiz" sayaraq, onlara şort geyinməyi qadağan etmişdir. Oyunçular isti yay aylarında belə, meydanda şalvarla mübarizə aparmağa məcbur edilirdilər. Amma hər şeyə baxmayaraq, əfqan xalqı yenə də "Qazi" stadionunu doldurur, özlərini sevimlilərinin oyunlarına baxmaqdan məhrum etmirdilər. Amma tribunalara əllərindəki şallaqla nəzarət edən taliblər, yüksək səslə azarkeşlik edənləri, görüşü izləməyə gələn qadınları aşkar edir, cəzalandırırdılar.
Belə vaxtlarda "Qazi" stadionu təkcə futbol matçlarının deyil, həm də kütləvi edamların məkanı idi. Belə ki, çox vaxt İslama zidd əməllər törətmiş şəxslər oyunun fasiləsində nəqliyyat vasitələri ilə meydana gətirilir, minlərlə insanın gözləri önündə daş-qalaq edilir, ən yaxşı halda isə güllələnirdilər. Stadionun səsucaldanlarından isə mahnı və ya azarkeşləri coşdurmaq üçün şüarlar yox, "Quran" ayələri səslənirdi.
Çempionatı
İlki 1946-cı ildə keçirilmiş çempionat 2012-ci ilə qədər Kabil Şəhər Liqası adlandırılıb. 2008-ci ildə davam edən müharibə səbəbi ilə keçirilməyən çempionatın formal olara qalibi "Ordu Kabil" klubu seçilib. Ümumilikdə isə Kabil Premyer Liqasını 3 dəfə "Ordu Kabil", 3 dəfə "Feruzi", 2 dəfə isə "Biq Beə" klubu qazanıb. 2012-ci ildə çempionatın Əfqanıstan Premyer Liqası adlanmasına qərar verilir və elə həmin ilin avqust ayında iştirak üçün 8 yeni klub təsis olunur. Çempionatın adı dəyişsə də, indi də çıxış edən klubların hamısı paytaxt Kabili təmsil edir. 2014-cü ildə baş tutan son çempionat formata uyğun olaraq cəmi 1 ay (28 avqust - 3 oktyabr) davam edib və qrup sistemi ilə keçirilib və liqanın bütün qarşılaşmaları "AFF Stadium"da keçirilib. Çempionatda aşağıdakı 8 komanda iştirak edib:
- "Ded Abasin";
- "Ded Maivand Atalan";
- "Ded Spind Qar Bazan";
- "Mayhay Amur";
- "Oqaban Hindiquş";
- "Şahin Azmayi";
- "Simurq Alborz";
- "Tufan Harriod".
Çempionatda 17 qarşılaşma keçirilib, 70 qol vurulub (matç başına 4.12 qol). Ən bol qollu oyun oktyabrın 3-də "Ded Spirinq Bazan" və "Ded Maivan Atalan" komandaları arasında 5:5 hesabı ilə başa çatan üçüncülük uğrunda qarşılaşma idi. Finalda "Oqaban Hindiquş" komandasını 3:2 hesabı ilə məğlub edən "Şahin Azmayi" isə tarixində 2-ci dəfə bu titula sahib çıxdı. Həmin mövsümün bombardiri çempion klubun futbolçusu M.Rza Rezayi (6 qol) olub.
Onu da qeyd edək ki, Əfqanıstan çempionatının yayım hüququ "Tolo Tv" və "Lemar Tv" kanallarına məxsusdur.
Stadionları
Ölkədəki 2-3 beynəlxalq stadiondan biri olan "Qazi" stadionu hazırda azarkeş tutumuna görə (30000 nəfər) ölkənin ən böyük stadionudur. Burada ilk matç 1 yanvar 1941-ci il tarixində Əfqanıstan və İran milli komandaları arasında keçirilib və qarşılaşma 0:0 hesabı ilə başa çatıb. 2011-ci ildə meydança bərpa edilib - təbii ot örtüyü süni ot örtüyü ilə dəyişdirilib. Bunda əsas səbəb yay aylarında Əfqanıstanda havaların çox isti keçməsi, eləcə də içməli su problemi idi. 15 dekabr 2011-ci ildə isə stadionda açılış mərasimi təşkil etdi. Sözügedən mərasimdə ABŞ-nin bu ölkədəki elçisi və prezidenti kimi şəxslər vardı. Stadiondan hazırda Əfqanıstan milli futbol komandası ilə yanaşı, qonşu əyalət və ölkələrin qarşılaşmaları üçün də istifadə olunur.
2013-cü ilin sentyabr ayında UEFA prezidenti Mişel Platini də bu stadionu ziyarət edib. Burada xüsusi mərasimlə qarşılanan Platini təşkil olunan mətbuat konfransında əfqan futbolçu və məşqçilərin təhsilinə UEFA tərəfindən yardım ediləcəyini bildirmişdi. Əfqanıstan Futbol Federasiyasının prezidenti də UEFA-nın onlara yardım vəd etdiyini bildirmişdi.
2014-cü ildəki liqanın bütün qarşılaşmalarının keçirildiyi "AFF Stadium" isə 2012-ci ildə istifadəyə verilib və tutumu 7.000 nəfərdir. Bu arenanın da ot örtüyü sünidir.
Milli komanda
Əfqanıstan yığma komandası 1922-ci ildən mövcud olsa da, ölkənin futbol federasiyası yalnız 1948-ci ildə FİFA-ya üzv ola bilib. 1954-cü ildə isə qurucu üzvlərdən biri kimi Asiya Futbol Konfederasiyasına qatılıb. 1996-2001-ci illərdə "Taliban" rejiminin təzyiqlərinə məruz qalan milli komanda rəsmi oyunlara çıxmayıb. Nəhayət, 2002-ci ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında iştirak edən milli komanda ilk matçında meydan sahibinə 0:2 hesabı ilə məğlub olub. Hazırda bosniya və herseqovinalı baş məşqçi çalışdırdığı milli komanda FİFA-nın reytinq cədvəlində 134-cü pillədə yer alıb (2015 sentyabr). Bu siyahıda milli komandanın tarixində ən yüksək göstəricisi 2014-cü ilin aprel ayında qeydə alınmış 122-ci pillədir.
Əfqanıstan millisinin ən böyük uğuru 2013-cü ildə keçirilən Cənubi Asiya Kubokundakı çempionluqdur və bu, həddindən artıq çətin vəziyyətdə olan ölkə üçün dünya çempionluğuna bərabər nailiyyət hesab olunur. Elə həmin il 2013-cü ilin "Qızıl Top" mükafatının təqdimetmə mərasimində Əfqanıstan Futbol Federasiyasının təmsilçisinə FİFA-nın "feyr-pley" mükafatı verilmişdi.
Qadın futbolu
Əfqanıstanda milli baryerləri aşmağa müvəffəq olan futbolçu qadınlar arasında 2014-cü ildə futbol üzrə ilk ölkə çempionatı keçirilib. Ölkə tarixinin həmin ilk qadın premyer liqasında 8 müstəqil klubu təmsil edən komandalar mübarizə aparıb. İlk çempionatın ilk yarımfinalçıları "Əfqan Klubu" və "Ədalət Klubu" olub. Paytaxt Kabildə baş tutan matç o qədər də diqqət çəkməyib və qadın futbolçular tamamilə boş olan tribuna qarşısında oynayıblar.
İstinadlar
- Hodge, Nathan. "Soccer Offers New Heroes in Afghanistan - WSJ". Online.wsj.com. 2013-10-11. 2014-01-05 tarixində . İstifadə tarixi: 2015-02-18.
- Qadiry, Tahir. "Roshan Afghan Premier League a hit with fans". BBC News. September 22, 2012. 2022-07-24 tarixində . İstifadə tarixi: 2012-09-24.
- Əfqanıstanda milli futbol yığması alqışlarla qarşılanıb 2013-09-13 at the Wayback Machine. azadliq.org, 12.09.2013 (az.)
- Ürfan Məmmədzadə. Futbolun acıları unutdurduğu ölkə- YAZI 2015-09-16 at the Wayback Machine. korner.az, 31.08.2015 (az.)
- Afghanistan - List of Champions 2012-10-07 at the Wayback Machine. rsssf.com (ing.)
- Afghanistan 2014: Afghan Premier League 2020-02-20 at the Wayback Machine. rsssf.com (ing.)
- Stampede in Kabul match 2015-04-08 at the Wayback Machine. sports.ndtv.com, 25.07.2007 (ing.)
- Champions for Women’s Rights in Afghanistan Use Sports - See more at: http://exchanges.state.gov/us/spotlight/champions-womens-rights-afghanistan-use-sports#sthash.1gs1WRgC.dpuf 2021-07-28 at the Wayback Machine. exchanges.state.gov (ing.)
- Nigar Abaszadə. Əfqanıstanda qadın futbolçular ilkə imza atdılar[ölü keçid]. anspress.com, 07.06.2014 (az.)
Xarici keçidlər
- Əfqanıstan Futbol Federasiyasının rəsmi saytı 2007-10-13 at the Wayback Machine
- rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Efqanistanda futbol Efqanistanda iki en meshur idman novunden biri Tarixi qedim olsa da Efqanistan milli futbol komandasi bir cox iller erzinde fealiyyetsiz olmus Efqanistan Futbol Federasiyasi 1948 ci ilden FIFA ya uzv olmusdur Tehlukesizlik meselelerine gore olkede futbolda istirak yuksek seviyyede deyil Efqanistan milli futbol komandasi qirmizi formali Taliban dovru Taliban in hakimiyyeti illerinde ciddi qadagalar qoyulmusdu Olkedeki stadionlarin coxu edam qerarlarinin icrasi zamani istifade olunurdu Hemin dovrde Efqanistanda futbol qarsilasmalari mehz olkede bas veren hadiselerin fonunda kecirilirdi Taliban terefdarlari futbolcularin muasir geyimini edebsiz sayaraq onlara sort geyinmeyi qadagan etmisdir Oyuncular isti yay aylarinda bele meydanda salvarla mubarize aparmaga mecbur edilirdiler Amma her seye baxmayaraq efqan xalqi yene de Qazi stadionunu doldurur ozlerini sevimlilerinin oyunlarina baxmaqdan mehrum etmirdiler Amma tribunalara ellerindeki sallaqla nezaret eden talibler yuksek sesle azarkeslik edenleri gorusu izlemeye gelen qadinlari askar edir cezalandirirdilar Taliban terefinden stadionda edam Bele vaxtlarda Qazi stadionu tekce futbol matclarinin deyil hem de kutlevi edamlarin mekani idi Bele ki cox vaxt Islama zidd emeller toretmis sexsler oyunun fasilesinde neqliyyat vasiteleri ile meydana getirilir minlerle insanin gozleri onunde das qalaq edilir en yaxsi halda ise gullelenirdiler Stadionun sesucaldanlarindan ise mahni ve ya azarkesleri cosdurmaq ucun suarlar yox Quran ayeleri seslenirdi CempionatiEsas meqale Esas meqale Efqan Premyer Liqasi Ilki 1946 ci ilde kecirilmis cempionat 2012 ci ile qeder Kabil Seher Liqasi adlandirilib 2008 ci ilde davam eden muharibe sebebi ile kecirilmeyen cempionatin formal olara qalibi Ordu Kabil klubu secilib Umumilikde ise Kabil Premyer Liqasini 3 defe Ordu Kabil 3 defe Feruzi 2 defe ise Biq Bee klubu qazanib 2012 ci ilde cempionatin Efqanistan Premyer Liqasi adlanmasina qerar verilir ve ele hemin ilin avqust ayinda istirak ucun 8 yeni klub tesis olunur Cempionatin adi deyisse de indi de cixis eden klublarin hamisi paytaxt Kabili temsil edir 2014 cu ilde bas tutan son cempionat formata uygun olaraq cemi 1 ay 28 avqust 3 oktyabr davam edib ve qrup sistemi ile kecirilib ve liqanin butun qarsilasmalari AFF Stadium da kecirilib Cempionatda asagidaki 8 komanda istirak edib Ded Abasin Ded Maivand Atalan Ded Spind Qar Bazan Mayhay Amur Oqaban Hindiqus Sahin Azmayi Simurq Alborz Tufan Harriod Cempionatda 17 qarsilasma kecirilib 70 qol vurulub matc basina 4 12 qol En bol qollu oyun oktyabrin 3 de Ded Spirinq Bazan ve Ded Maivan Atalan komandalari arasinda 5 5 hesabi ile basa catan ucunculuk ugrunda qarsilasma idi Finalda Oqaban Hindiqus komandasini 3 2 hesabi ile meglub eden Sahin Azmayi ise tarixinde 2 ci defe bu titula sahib cixdi Hemin movsumun bombardiri cempion klubun futbolcusu M Rza Rezayi 6 qol olub Onu da qeyd edek ki Efqanistan cempionatinin yayim huququ Tolo Tv ve Lemar Tv kanallarina mexsusdur Stadionlari Qazi stadionu Olkedeki 2 3 beynelxalq stadiondan biri olan Qazi stadionu hazirda azarkes tutumuna gore 30000 nefer olkenin en boyuk stadionudur Burada ilk matc 1 yanvar 1941 ci il tarixinde Efqanistan ve Iran milli komandalari arasinda kecirilib ve qarsilasma 0 0 hesabi ile basa catib 2011 ci ilde meydanca berpa edilib tebii ot ortuyu suni ot ortuyu ile deyisdirilib Bunda esas sebeb yay aylarinda Efqanistanda havalarin cox isti kecmesi elece de icmeli su problemi idi 15 dekabr 2011 ci ilde ise stadionda acilis merasimi teskil etdi Sozugeden merasimde ABS nin bu olkedeki elcisi ve prezidenti kimi sexsler vardi Stadiondan hazirda Efqanistan milli futbol komandasi ile yanasi qonsu eyalet ve olkelerin qarsilasmalari ucun de istifade olunur 2013 cu ilin sentyabr ayinda UEFA prezidenti Misel Platini de bu stadionu ziyaret edib Burada xususi merasimle qarsilanan Platini teskil olunan metbuat konfransinda efqan futbolcu ve mesqcilerin tehsiline UEFA terefinden yardim edileceyini bildirmisdi Efqanistan Futbol Federasiyasinin prezidenti de UEFA nin onlara yardim ved etdiyini bildirmisdi 2014 cu ildeki liqanin butun qarsilasmalarinin kecirildiyi AFF Stadium ise 2012 ci ilde istifadeye verilib ve tutumu 7 000 neferdir Bu arenanin da ot ortuyu sunidir Milli komandaEsas meqale Efqanistan milli futbol komandasiEfqanistan milli futbol komandasi 1920 ci iller Kabil Efqanistan Efqanistan yigma komandasi 1922 ci ilden movcud olsa da olkenin futbol federasiyasi yalniz 1948 ci ilde FIFA ya uzv ola bilib 1954 cu ilde ise qurucu uzvlerden biri kimi Asiya Futbol Konfederasiyasina qatilib 1996 2001 ci illerde Taliban rejiminin tezyiqlerine meruz qalan milli komanda resmi oyunlara cixmayib Nehayet 2002 ci ilde Cenubi Koreyada kecirilen Asiya Oyunlarinda istirak eden milli komanda ilk matcinda meydan sahibine 0 2 hesabi ile meglub olub Hazirda bosniya ve herseqovinali bas mesqci calisdirdigi milli komanda FIFA nin reytinq cedvelinde 134 cu pillede yer alib 2015 sentyabr Bu siyahida milli komandanin tarixinde en yuksek gostericisi 2014 cu ilin aprel ayinda qeyde alinmis 122 ci pilledir Efqanistan millisinin en boyuk uguru 2013 cu ilde kecirilen Cenubi Asiya Kubokundaki cempionluqdur ve bu heddinden artiq cetin veziyyetde olan olke ucun dunya cempionluguna beraber nailiyyet hesab olunur Ele hemin il 2013 cu ilin Qizil Top mukafatinin teqdimetme merasiminde Efqanistan Futbol Federasiyasinin temsilcisine FIFA nin feyr pley mukafati verilmisdi Qadin futboluQadin millisinin kapitani Zehra Mahmudi Efqanistanda milli baryerleri asmaga muveffeq olan futbolcu qadinlar arasinda 2014 cu ilde futbol uzre ilk olke cempionati kecirilib Olke tarixinin hemin ilk qadin premyer liqasinda 8 musteqil klubu temsil eden komandalar mubarize aparib Ilk cempionatin ilk yarimfinalcilari Efqan Klubu ve Edalet Klubu olub Paytaxt Kabilde bas tutan matc o qeder de diqqet cekmeyib ve qadin futbolcular tamamile bos olan tribuna qarsisinda oynayiblar IstinadlarHodge Nathan Soccer Offers New Heroes in Afghanistan WSJ Online wsj com 2013 10 11 2014 01 05 tarixinde Istifade tarixi 2015 02 18 Qadiry Tahir Roshan Afghan Premier League a hit with fans BBC News September 22 2012 2022 07 24 tarixinde Istifade tarixi 2012 09 24 Efqanistanda milli futbol yigmasi alqislarla qarsilanib 2013 09 13 at the Wayback Machine azadliq org 12 09 2013 az Urfan Memmedzade Futbolun acilari unutdurdugu olke YAZI 2015 09 16 at the Wayback Machine korner az 31 08 2015 az Afghanistan List of Champions 2012 10 07 at the Wayback Machine rsssf com ing Afghanistan 2014 Afghan Premier League 2020 02 20 at the Wayback Machine rsssf com ing Stampede in Kabul match 2015 04 08 at the Wayback Machine sports ndtv com 25 07 2007 ing Champions for Women s Rights in Afghanistan Use Sports See more at http exchanges state gov us spotlight champions womens rights afghanistan use sports sthash 1gs1WRgC dpuf 2021 07 28 at the Wayback Machine exchanges state gov ing Nigar Abaszade Efqanistanda qadin futbolcular ilke imza atdilar olu kecid anspress com 07 06 2014 az Xarici kecidlerVikianbarda Efqanistanda futbol ile elaqeli mediafayllar var Efqanistan Futbol Federasiyasinin resmi sayti 2007 10 13 at the Wayback Machine resmi sayti