"Buynuz" xalçaları — Qarabağ tipinin Qarabağ qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır.
Xalça | |
Buynuz | |
---|---|
Xalça haqqında məlumatlar | |
Tam adı | Buynuz xalçaları |
Məktəbi | |
Növü | Xovlu xalçalar |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
Digər məlumatlar | |
azcarpetmuseum.az/en/sin… azcarpetmuseum.az/az/sin… |
Ümumi məlumat
"Buynuz" xalçaları Qarabağ tipinə daxildir. Onlar Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz" xalçaları yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz" xalçaları "Tapança", "Gəncə" və s. adlarını daşımışdır.
Bədii analiz
Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir. Buynuz təsvirlərinə qədim türk xalqlarının xalçaçılıq əsərlərində, ağac məmulatlarında, keçə məmulatlarında tez-tez rast gəlinir. 1958-ci ildə İran Azərbaycanının cənub-qərbində Həsənli təpəsində qazıntılar zamanı aşkar edilmiş eramızdan əvvəl IX–VIII əsrlərə aid qızıl camın üzərində tanrılar, eləcə də eramızdan əvvəl III minilliyin sonlarında yaşamış Akkadın müqəddəs hökmdarı Naramsin (Naram-Suen; Naram-Sin Akkadlı) buynuzlu təsvir edilmişdir
İndi də Azərbaycanın bir sıra rayonlarında qapı və darvazlardan mərdlik və cəsarətin simvolu kimi buynuzlu heyvanın başı asılır. Qeyd etmək lazımdır ki, realistik üsulla və ya üslublaşdırılmış formada təsvir olunan incəsənət abidələrində qoçun və ya öküzün buynuzları mərdlik və cəsarət rəmzi hesab edilirdi. Lakin sonluqları bir–birinə yaxın yerləşdirilimiş, yəni yarımay və ya daha dəqiqi, ayın göründüyü birinci gündən yeddinci günədək olan halı formasında təsvir edilmiş buynuzlar güc və qoçaqlıq simvolu deyil, Ayın şərti təsviri hesab edilirdi ki, astrokult tərəfdarları bunu müqəddəs və ilahi qüvvə kimi qəbul edirdilər. Yaxın Şərq, Qafqaz və xüsusilə də türk xalqlarının dekorativ incəsənəti üçün səciyyəvi olan buynuz təsvirinə yalnız bu xalçada rast gəlinmir. Müxtəlif formalarda bu təsvirə digər xalçalarda və başqa sənət əsərlərində rast gəlmək olar. Xalqımızın bu xalçaya "Buynuz" adını verməsi heç də təsadüfi deyildir. Ara sahəsinin kompozisiyasının bütünlüklə üslublaşdırılmış buynuzlardan təşkil olunduğu bu xalçanın meydana gəlməsi fantastik təsəvvür və inanclarla bağlıdır. Buynuzların təsviri müasir dövrdə öz ilkin mənasını itirmişdir və hal–hazırda yalnız ornamental–dekorativ əhəmiyyətə malikdir. Xalçanın ara sahəsinin bəzəyini təşkil edən, formasına görə bir–birinə bənzəyən elementlər bədii ənənəyə və ümumqəbul edilmiş qaydaya görə, üfüqi şəkildə bir–birinin ardınca sıra ilə düzülür. Bu "buynuz"ların assimetrik quruluşu həm xalçaya canlılıq gətirir, həm də belə xalçaları istənilən ölçüdə toxumaq imkanı verir. Bu "buynuz"ların ətrafında yerləşmiş, xalçanın əsas elementini təşkil edən detallar bu kompozisiyada boşluqları dolduran element rolunu oynayır. "Buynuz"ların rənglərinin müxtəlifliyi xalçanın ümumi ahəngdar çalarına xələl gətirmir.
Texniki xüsusiyyətlər
"Buynuz" xalçaları müxtəlif ölçüdə toxunur. XVIII–XIX əsrlərdə xalı–gəbə komplektində toxunan "Buynuz xalçaları"na da rast gəlinirdi. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 30X30-dan 36X36-dək düyün yerləşir (hər kvadrat metrdə 90 000-dən 150 000-dək düyün). Xovun uzunluğu: 7–9 mm-dir.
"Buynuz" xalçaları ən yaxşı Qarabağ xalçalarından hesab edilir.
Həmçinin bax
İstinadlar
- rstml Karabakh Carpets – Designs and Patterns (ing.). 2010.
- "Керимов Л. Азербайджанский ковёр. III том". 2023-09-06 tarixində . İstifadə tarixi: 2023-09-01.
- Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 170. http://web2.anl.az:81/read/page.php?bibid=33541&pno=88 2023-09-06 at the Wayback Machine
- Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 172. http://web2.anl.az:81/read/page.php?bibid=33541&pno=89 2023-09-06 at the Wayback Machine
- R. H. Dyson. Ninth Century Men in Western Iran, səh. 10
- Milli Azərbaycan Tarixi Muzeyi — 2020. Bakı, "Elm və təhsil", 2020. Афет Керимова. Чаша из Хасанлу как источник для изучения верований в древнем Азербайджане. s.48. chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/http://azhistorymuseum.gov.az/uploads/books/files/2022/04/azhistorymuseum.gov.az_689_Tarix_toplu_2020.pdf
- Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 173. http://web2.anl.az:81/read/page.php?bibid=33541&pno=89 2023-09-06 at the Wayback Machine
- Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 174. http://web2.anl.az:81/read/page.php?bibid=33541&pno=90 2023-09-06 at the Wayback Machine
- "Buynuz xalçası". 2016-03-04 tarixində . İstifadə tarixi: 2011-09-11.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Buynuz xalcalari Qarabag tipinin Qarabag qrupuna daxil olan Azerbaycan xovlu xalcalaridir XalcaBuynuzXalca haqqinda melumatlarTam adi Buynuz xalcalariMektebiNovu Xovlu xalcalarOlke AzerbaycanToxunmasi haqqinda melumatlarUslubu Qarabag xalcaciliq mektebiDiger melumatlarazcarpetmuseum az en sin azcarpetmuseum az az sin Umumi melumat Buynuz xalcalari Qarabag tipine daxildir Onlar Qarabagin muxtelif xalcaciliq menteqelerinde hazirlanirdi Esas istehsal merkezleri Horadiz ve Fuzuli rayonunun diger xalcaciliq menteqeleri idi XIX esrde Gencenin xalcaciliq muessiselerine daxil olan Buynuz xalcalari yerli xalcalarin texniki xususiyyetlerini ehtiva ederek onlarla assimlyasiyaya ugramisdir Gencede inkisaf ederek Buynuz xalcalari Tapanca Gence ve s adlarini dasimisdir Bedii analizQedim zamanlarda Merkezi Asiyada Yaxin Serqde o cumleden Azerbaycanda buynuzlu heyvanlar muqeddes hesab edilirdi Evvelce teserrufatla mehsul yigimi ile daha sonralar totemcilikle lap sonralar ise astronomik anlayislarla elaqedar olaraq buynuzlu heyvanlar muxtelif tesevvur ve remzlere malik olmuslar Hele qedim zamanlardan buynuz kisilik merdlik ve qocaqliq remzi hesab edilir Buynuz tesvirlerine qedim turk xalqlarinin xalcaciliq eserlerinde agac memulatlarinda kece memulatlarinda tez tez rast gelinir 1958 ci ilde Iran Azerbaycaninin cenub qerbinde Hesenli tepesinde qazintilar zamani askar edilmis eramizdan evvel IX VIII esrlere aid qizil camin uzerinde tanrilar elece de eramizdan evvel III minilliyin sonlarinda yasamis Akkadin muqeddes hokmdari Naramsin Naram Suen Naram Sin Akkadli buynuzlu tesvir edilmisdir Hesenlitepede askar edilmis qizil cam Indi de Azerbaycanin bir sira rayonlarinda qapi ve darvazlardan merdlik ve cesaretin simvolu kimi buynuzlu heyvanin basi asilir Qeyd etmek lazimdir ki realistik usulla ve ya uslublasdirilmis formada tesvir olunan incesenet abidelerinde qocun ve ya okuzun buynuzlari merdlik ve cesaret remzi hesab edilirdi Lakin sonluqlari bir birine yaxin yerlesdirilimis yeni yarimay ve ya daha deqiqi ayin gorunduyu birinci gunden yeddinci gunedek olan hali formasinda tesvir edilmis buynuzlar guc ve qocaqliq simvolu deyil Ayin serti tesviri hesab edilirdi ki astrokult terefdarlari bunu muqeddes ve ilahi quvve kimi qebul edirdiler Yaxin Serq Qafqaz ve xususile de turk xalqlarinin dekorativ inceseneti ucun seciyyevi olan buynuz tesvirine yalniz bu xalcada rast gelinmir Muxtelif formalarda bu tesvire diger xalcalarda ve basqa senet eserlerinde rast gelmek olar Xalqimizin bu xalcaya Buynuz adini vermesi hec de tesadufi deyildir Ara sahesinin kompozisiyasinin butunlukle uslublasdirilmis buynuzlardan teskil olundugu bu xalcanin meydana gelmesi fantastik tesevvur ve inanclarla baglidir Buynuzlarin tesviri muasir dovrde oz ilkin menasini itirmisdir ve hal hazirda yalniz ornamental dekorativ ehemiyyete malikdir Xalcanin ara sahesinin bezeyini teskil eden formasina gore bir birine benzeyen elementler bedii eneneye ve umumqebul edilmis qaydaya gore ufuqi sekilde bir birinin ardinca sira ile duzulur Bu buynuz larin assimetrik qurulusu hem xalcaya canliliq getirir hem de bele xalcalari istenilen olcude toxumaq imkani verir Bu buynuz larin etrafinda yerlesmis xalcanin esas elementini teskil eden detallar bu kompozisiyada bosluqlari dolduran element rolunu oynayir Buynuz larin renglerinin muxtelifliyi xalcanin umumi ahengdar calarina xelel getirmir Texniki xususiyyetler Buynuz xalcalari muxtelif olcude toxunur XVIII XIX esrlerde xali gebe komplektinde toxunan Buynuz xalcalari na da rast gelinirdi Duyunlerin sixligi her kvadrat desimetrde 30X30 dan 36X36 dek duyun yerlesir her kvadrat metrde 90 000 den 150 000 dek duyun Xovun uzunlugu 7 9 mm dir Buynuz xalcalari en yaxsi Qarabag xalcalarindan hesab edilir Hemcinin baxQarabag xalcaciliq mektebiIstinadlarrstml Karabakh Carpets Designs and Patterns ing 2010 Kerimov L Azerbajdzhanskij kovyor III tom 2023 09 06 tarixinde Istifade tarixi 2023 09 01 Lyatif Kerimov Azerbajdzhanskij kover Tom III Baku Gyandzhlik 1983 str 170 http web2 anl az 81 read page php bibid 33541 amp pno 88 2023 09 06 at the Wayback Machine Lyatif Kerimov Azerbajdzhanskij kover Tom III Baku Gyandzhlik 1983 str 172 http web2 anl az 81 read page php bibid 33541 amp pno 89 2023 09 06 at the Wayback Machine R H Dyson Ninth Century Men in Western Iran seh 10 Milli Azerbaycan Tarixi Muzeyi 2020 Baki Elm ve tehsil 2020 Afet Kerimova Chasha iz Hasanlu kak istochnik dlya izucheniya verovanij v drevnem Azerbajdzhane s 48 chrome extension efaidnbmnnnibpcajpcglclefindmkaj http azhistorymuseum gov az uploads books files 2022 04 azhistorymuseum gov az 689 Tarix toplu 2020 pdf Lyatif Kerimov Azerbajdzhanskij kover Tom III Baku Gyandzhlik 1983 str 173 http web2 anl az 81 read page php bibid 33541 amp pno 89 2023 09 06 at the Wayback Machine Lyatif Kerimov Azerbajdzhanskij kover Tom III Baku Gyandzhlik 1983 str 174 http web2 anl az 81 read page php bibid 33541 amp pno 90 2023 09 06 at the Wayback Machine Buynuz xalcasi 2016 03 04 tarixinde Istifade tarixi 2011 09 11