Dambur — Dağıstanın yerli əhalisinin iki simli musiqi alətinin adı. Bəzi Dağıstan xalqları onu "dinda" və "çanq" adlandırırlar. ləzgilər, avarlar, qumuqlar onu "Pandur" adlandırır. Azərbaycanın Balakən, Qax, Şəki və Zaqatala bölgəsində yerli əhali arasında populyar musiqi alətidir..
Dambur | |
---|---|
| |
Təsnifat | simli musiqi aləti |
Mənşə ölkəsi | Qafqaz xalqları |
İfaçılar | Damburçu |
Türk xalqlarının tənbur musiqi aləti ilə yaxınlıq təşkil edir.
Tarixi
Dambur ən çox dağlıq ərazilərdə yayılmışdır. Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır.
Alətin mənşəyi eramızdan əvvəlki dövrə, dağlarda heyvandarlığın təşəkkülü zamanına təsadüf edir. Hazırda o, ənənəvi olaraq təbiət hadisələrinə hörmətlə yanaşan, yağış və günəş çağırma rituallarına riayət edən avarların İslamdan əvvəlki inanclarının yadigarı hesab olunur.
XXI əsrin ilk onilliyində dambur sənətinə peşəkar maraq Şərqi Avropa Akustika Assosiasiyası və Avropa Akustika Assosiasiyası (EAA) və digər ictimai strukturlar tərəfindən göstərilmişdir. Damburun (pandur, dində və çəng) simli qoparılan ağaç-kumuzla əvəzlənməsi ilə bağlı məlumatlar təsdiqini tapmır.
Balakən, Zaqatala Qax və Şəki bölgəsinin tanınmış ifaçıları kimi, Haylaçı Sənəm Hacı qızı Məmmədova (1887–1978), Ata Yetərov, Kamal Atayev, Osman Kamlayev və başqalarının göstərmək olar. Müasir dövrdə Dardoqqazlı Mamed Məmmədov,İbadulla Qarayev, Damburçu Mehdi, Murad Avşalan, Ata Bilal, Krişkom Mustalı, Musalı Hacı, Yetim (Hacıyev) Ərəbiddin, Əfqan Rəhmanov və başqaları damburun tanınmış ifaçıları olmaqla yanaşı, bu alətin təbliğı və gələcək nəslə yadigar kimi ötürülməsində xidmətləri danılmazdır.
Xüsusiyyəti
Damburun əsas hissələri bunlardı: Çalovabənzər gövdə (çanaq), azca geriyə əyilmiş kəllə (tac), Qolla kəlləni birləşdirən kəmik xərək (körpücük), ağacdan hazırlanmış və gövdə üzərində yerləşdirilmiş kiçik xərək, kiçik ölçülü qol (buna sapağ da deyilir), qolun üzərində 5–7 ədəd ağacdan pərçim edilmiş pərdə (bənd). Qədim zamanlarda telləri iri mal-qaranın damarlarından hazırlanırdı. Lakin, sonralar tellər üçün, ipəkdən, metal tellərdən və hətta müasir dövrdə sintetik materiallardan da istifadə olunur. Alətin 2–3, bəzən də 5 teli olur. Damburun tellərinin bir ucu aşıxlara düyünlənir, digər ucu isə xərəklərin üzərindən keçmək şərti ilə gövdənin aşağı hissəsində yerləşdirilən qarmağa düyünlənir. Alət aşıxlar vasitəsilə tənzimlənir. Gövdənin üzlüyü üzərində damburun özünəməxsus akustik səslnməsi və estetik baxımdan gözəl görünməsi üçün, bəzəkli rezonator oyuqları açılır. Bəzən gövdənin yan tərəfində də bu cür oyuqlar olur. Gövdə ağ tut ("Calğa") ağacının, yaxud da cökə ağacının kötüyündən, "qol" — qoz ağacından, "kəllə" — heyva ağacından, "aşıxlar" isə qoz, şabalıd və ya armud ağacından hazırlanır. Gövdənin aşağı tərəfində bəzən diş kimi çıxıntılı olur. Gövdənin üzlüyü bir qayda olaraq şam ağacından nazik formada düzəldilir və gövdənin açıq hissəsinə yapışdırılır.
Bəzən at tükünün iplərindən istifadə olunur. Dar uzun gövdə bident (trident) ilə bitir. Uzunluğu heç vaxt 1 metrdən çox deyil.
Dambur ifaçılığında sağ əlin barmaq işlətmə texnikasının böyük rolu var.
Səsləndirməyə görə, Avropa musiqi mədəniyyətinin nümayəndələri üçün qeyri-adi olan olduqca aşağı musiqi xüsusiyyətlərinə malikdir. Bir sıra ekspertlərin fikrincə, köhnə Dağıstan alətində solo ifa mədəniyyəti mərsiyə şəklində tərənnüm etməyə yaxındır.
İstinadlar
- Abbasqulu Nəcəfzadə. Tənbur ailəsinin bir üzvü — balakən damburu 2020-09-19 at the Wayback Machine. konservatoriya.az (az.)
- Тамур — М. А. Коркмасова. Музыкальная энциклопедия.
Ədəbiyyat
- Гасанов Г., Дагестанская музыка, в сб.: Дагестанский альманах, (Пятигорск), 1937;
- Ханукаев Х., Плоткин М., Дагестанская народная музыка, Махачкала, 1948;
- Вертков К., Благодатов Г., Язовицкая Э., Атлас музыкальных инструментов народов СССР, М., 1963, 1975, с. 147.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dambur Dagistanin yerli ehalisinin iki simli musiqi aletinin adi Bezi Dagistan xalqlari onu dinda ve canq adlandirirlar lezgiler avarlar qumuqlar onu Pandur adlandirir Azerbaycanin Balaken Qax Seki ve Zaqatala bolgesinde yerli ehali arasinda populyar musiqi aletidir Dambur Cahan avar folklor qrupu Xaribulbul Musiqi Festivalinda damburda Dun quri yo mahnisini ifa edirTesnifat simli musiqi aletiMense olkesi Qafqaz xalqlariIfacilar Damburcu Turk xalqlarinin tenbur musiqi aleti ile yaxinliq teskil edir TarixiDambur en cox dagliq erazilerde yayilmisdir Yerli musiqi aleti kimi neinki Azerbaycanin simal qerb bolgesi hem de Simali Qafqaz xalqlarinin bir coxu damburdan istifade edir Tenburun bir novu olan damburun Azerbaycan erazisinde cox derin tarixi koku vardir Aletin menseyi eramizdan evvelki dovre daglarda heyvandarligin tesekkulu zamanina tesaduf edir Hazirda o enenevi olaraq tebiet hadiselerine hormetle yanasan yagis ve gunes cagirma rituallarina riayet eden avarlarin Islamdan evvelki inanclarinin yadigari hesab olunur XXI esrin ilk onilliyinde dambur senetine pesekar maraq Serqi Avropa Akustika Assosiasiyasi ve Avropa Akustika Assosiasiyasi EAA ve diger ictimai strukturlar terefinden gosterilmisdir Damburun pandur dinde ve ceng simli qoparilan agac kumuzla evezlenmesi ile bagli melumatlar tesdiqini tapmir Balaken Zaqatala Qax ve Seki bolgesinin taninmis ifacilari kimi Haylaci Senem Haci qizi Memmedova 1887 1978 Ata Yeterov Kamal Atayev Osman Kamlayev ve basqalarinin gostermek olar Muasir dovrde Dardoqqazli Mamed Memmedov Ibadulla Qarayev Damburcu Mehdi Murad Avsalan Ata Bilal Kriskom Mustali Musali Haci Yetim Haciyev Erebiddin Efqan Rehmanov ve basqalari damburun taninmis ifacilari olmaqla yanasi bu aletin tebligi ve gelecek nesle yadigar kimi oturulmesinde xidmetleri danilmazdir XususiyyetiDamburun esas hisseleri bunlardi Calovabenzer govde canaq azca geriye eyilmis kelle tac Qolla kelleni birlesdiren kemik xerek korpucuk agacdan hazirlanmis ve govde uzerinde yerlesdirilmis kicik xerek kicik olculu qol buna sapag da deyilir qolun uzerinde 5 7 eded agacdan percim edilmis perde bend Qedim zamanlarda telleri iri mal qaranin damarlarindan hazirlanirdi Lakin sonralar teller ucun ipekden metal tellerden ve hetta muasir dovrde sintetik materiallardan da istifade olunur Aletin 2 3 bezen de 5 teli olur Damburun tellerinin bir ucu asixlara duyunlenir diger ucu ise xereklerin uzerinden kecmek serti ile govdenin asagi hissesinde yerlesdirilen qarmaga duyunlenir Alet asixlar vasitesile tenzimlenir Govdenin uzluyu uzerinde damburun ozunemexsus akustik seslnmesi ve estetik baximdan gozel gorunmesi ucun bezekli rezonator oyuqlari acilir Bezen govdenin yan terefinde de bu cur oyuqlar olur Govde ag tut Calga agacinin yaxud da coke agacinin kotuyunden qol qoz agacindan kelle heyva agacindan asixlar ise qoz sabalid ve ya armud agacindan hazirlanir Govdenin asagi terefinde bezen dis kimi cixintili olur Govdenin uzluyu bir qayda olaraq sam agacindan nazik formada duzeldilir ve govdenin aciq hissesine yapisdirilir Bezen at tukunun iplerinden istifade olunur Dar uzun govde bident trident ile bitir Uzunlugu hec vaxt 1 metrden cox deyil Dambur ifaciliginda sag elin barmaq isletme texnikasinin boyuk rolu var Seslendirmeye gore Avropa musiqi medeniyyetinin numayendeleri ucun qeyri adi olan olduqca asagi musiqi xususiyyetlerine malikdir Bir sira ekspertlerin fikrince kohne Dagistan aletinde solo ifa medeniyyeti mersiye seklinde terennum etmeye yaxindir IstinadlarAbbasqulu Necefzade Tenbur ailesinin bir uzvu balaken damburu 2020 09 19 at the Wayback Machine konservatoriya az az Tamur M A Korkmasova Muzykalnaya enciklopediya EdebiyyatGasanov G Dagestanskaya muzyka v sb Dagestanskij almanah Pyatigorsk 1937 Hanukaev H Plotkin M Dagestanskaya narodnaya muzyka Mahachkala 1948 Vertkov K Blagodatov G Yazovickaya E Atlas muzykalnyh instrumentov narodov SSSR M 1963 1975 s 147 Hemcinin baxTenbur Musiqi ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin