Ötəmiş Hacı ibn Mövlanə Məhəmməd Dosti — XVI əsr tarixçisi.
Ötəmiş Hacı |
---|
Həyatı
Ötəmiş Hacının Mövlanə Məhəmməd Dosti adlı bir şəxsin oğlu olub, Xarəzmdə hökmdarlıq edən Şibanlılardan Yadigar xan sülaləsinin xidmətində olmuş olduğu və hətta onlara vəzirlik etdiyini də öz ifadəsindən anlaşılır.
XVI əsrdə Qızıl Orda sarayının katibi Ötəmiş Hacı Çingiz xan və onun hakimiyyətdə olan sülaləsindən bəhs edən “Çingiznamə” əsəri ilə tanınıb.
Ötəmiş Hacının “Çingiznamə”si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbələrdən biri hesab olunur. Çağatayca XVI əsrdə qələmə alınmış əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyət haqqında geniş bilgi verilir.
Ötəmiş Hacının “Çingiznamə” adlı əsəri Azərbaycan, Qazax, Yapon və Türk dillərinə tərcümə olunaraq nəşr olunub.
Əsər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən və Nəsimi adına Dilçilik İnstitutun doktorantı Dilbər Türksoy tərəfindən tərcümə olunaraq nəşrə hazırlanıb və “Qələm” nəşriyyatında çap olunub.
Qızıl Orda dövləti haqqında aparılan araşdırmalarda əsas qaynaq kimi istifadə olunan “Çingiznamə”nin Daşkənd və Orenburq nüsxələri mövcuddur. Hazırda çap olunan əsər Daşkənd nüsxəsidir. Bu nüsxə ilk dəfə 1992-ci ildə Qazaxıstanda, 2008-ci ildə Yaponiyada, 2009-cu ildə isə Türkiyədə nəşr olunub.
“Çingiznamə”də Batı xandan başlayaraq Toxtamış xan dövrünə qədərki hadisələrlə bağlı önəmli məlumatlar yer alıb. Əsərdəki rəvayətlərin bir çoxu tarixi qaynaqlarındakı məlumatlarla üst-üstə düşür. Bütün bunlar “Çingiznamə”nin önəmli tarixi mənbə kimi əhəmiyyətini artırır. Ötəmiş Hacı əsərdə Qızıl Ordada İslamın qəbulu ilə bağlı məsələyə də toxunur.
Ötəmiş Hacının əsərlərindən biri də "Tarixi-Dost sultan"dır. Bu əsər 1550-ci ildə ərsəyə gəlib. İş sultanın (?-1558) tapşırığı ilə yazıldığı bilinir.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Otemis Haci ibn Movlane Mehemmed Dosti XVI esr tarixcisi Otemis HaciHeyatiOtemis Hacinin Movlane Mehemmed Dosti adli bir sexsin oglu olub Xarezmde hokmdarliq eden Sibanlilardan Yadigar xan sulalesinin xidmetinde olmus oldugu ve hetta onlara vezirlik etdiyini de oz ifadesinden anlasilir XVI esrde Qizil Orda sarayinin katibi Otemis Haci Cingiz xan ve onun hakimiyyetde olan sulalesinden behs eden Cingizname eseri ile taninib Otemis Hacinin Cingizname si Qizil Orda dovleti haqqinda gunumuze qeder gelib catmis en esas menbelerden biri hesab olunur Cagatayca XVI esrde qeleme alinmis eserde Qizil Orda dovletinin hokmdarlari siyasi idareetme sistemi ve sosial medeni veziyyet haqqinda genis bilgi verilir Otemis Hacinin Cingizname adli eseri Azerbaycan Qazax Yapon ve Turk dillerine tercume olunaraq nesr olunub Eser AMEA Nizami adina Edebiyyat Institutunun direktor komekcisi Mehman Hesen ve Nesimi adina Dilcilik Institutun doktoranti Dilber Turksoy terefinden tercume olunaraq nesre hazirlanib ve Qelem nesriyyatinda cap olunub Qizil Orda dovleti haqqinda aparilan arasdirmalarda esas qaynaq kimi istifade olunan Cingizname nin Daskend ve Orenburq nusxeleri movcuddur Hazirda cap olunan eser Daskend nusxesidir Bu nusxe ilk defe 1992 ci ilde Qazaxistanda 2008 ci ilde Yaponiyada 2009 cu ilde ise Turkiyede nesr olunub Cingizname de Bati xandan baslayaraq Toxtamis xan dovrune qederki hadiselerle bagli onemli melumatlar yer alib Eserdeki revayetlerin bir coxu tarixi qaynaqlarindaki melumatlarla ust uste dusur Butun bunlar Cingizname nin onemli tarixi menbe kimi ehemiyyetini artirir Otemis Haci eserde Qizil Ordada Islamin qebulu ile bagli meseleye de toxunur Otemis Hacinin eserlerinden biri de Tarixi Dost sultan dir Bu eser 1550 ci ilde erseye gelib Is sultanin 1558 tapsirigi ile yazildigi bilinir Istinadlar