Kioto Universiteti (yap. 京都大学) — Yaponiyanın Honşu adasının Kioto şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın ikinci ən qədim universitetidir. Dünyanın qədim və ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindəndir.
Kioto Universiteti 京大 | |
---|---|
京都大学 | |
Əsası qoyulub | 1897 |
Tip | Dövlət |
Tələbə sayı | 2270 |
Şəhər | Kioto şəhəri |
Ölkə | |
Sayt | kyoto-u.ac.jp/ja |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
18 iyun 1897-ci ildə Yaponiya imperatoru ölkədə ikinci ali məktəbin - Kioto İmperator Universitetinin yaradılması haqqında sərəncam imzalayır. 1899-cu ildə universitetdə hüquq və tibb fakültələri, universitet hospitalı, 1906-cı ildə filologiya, elm və texnika fakültələri yaradılır. 1914-cü ildə elm və texnika fakültəsi mühəndislik və elm fakültələrinə bölünür. 1919-cu ildə burada iqtisadiyyat fakültəsi açılır.
Universitetin fəaliyyəinin ilkin dövründə bu ali məktəbə prezident Yaponiyanın Təhsil Nazirliyi tərəfindən seçilir. Lakin universitetin professor-müəllim heyəti buna etiraz edir, muxtariyyət tələb edərək, 1915-ci ildən rəhbərlərini özləri seçməyə başlayırlar. 1923-cü ildə universitetdə kənd təsərrüfatı fakültəsi yaradılır və tələbələrin sayı xeyli artır. II Dünya müharibəsinə qədər və müharibə illərində Kioto İmperator Universiteti durğunluq dövrünü yaşayır.
Müharibədən sonra universitetdə liberal atmosfer bərpa olunur. 1947-ci ildə Yaponiyada orta məktəb təhsili haqqında qanun qəbul olunur. Nəticədə, ümumilikdə bütün təhsil sistemində geniş islahatlar aparılır. 1947-ci ilin oktyabrında Kioto İmperator Universitetinin adı dəyişdirilir və Kioto Universiteti olur. Həmin ilin mayından Kioto Universitetində 3 illik təhsil 4 illə əvəz edilir. 1894-cü ildən Yaponiyada liberal incəsənət təhsili verən və Ali Məktəb adı ilə fəaliyyət göstərən təhsil ocağı yarım əsr sonra (1949-cu il) Kioto Universitetinə birləşdirilir. 1953-cü ilin aprelində yeni tədrisin nizamlanması məqsədilə burada ali məktəbdən sonrakı təhsil çərçivəsində ədəbiyyat, elm, hüquq, iqtisadiyyat, əczaçılıq, maşınqayırma, kənd təsərrüfatı və s. ixtisaslar öyrədilir.
1954-cü ildə universitetdə Azad İncəsənət və Elm İnstitutu, 1955-ci ildə Təhsil haqqında qanuna əlavələr nəticəsində Tibb Məktəbi yaradılır. 1960-cı ildə Tibb Məktəbi iki instituta - Tibb və Əczaçılıq institutlarına bölünür. 1992-ci ilin oktyabrında Azad İncəsənət İnstitutunun adı İnsanın Kompleks Tədqiqatı fakültəsi olur. Burada tədricən Hüquq və Ekologiya, Energetika, Asiya və Afrika Regional Tədqiqatlar, İnformatika, Bioelmlər və Qlobal Ekologiya Tədqiqatları ali məktəbləri yaradılır.
2004-cü ildə Molekulyar Biologiya və Genetika Mərkəzi, Beynəlxalq İnnovasiyalar Cəmiyyəti, İnformasiyaların İdarəolunması İnstitutu açılır. 2005-ci ildə universitetin kitabxanası internet şəbəkəsinə qoşulur, 2006-cı ildə Menecment Ali Məktəbi, Nano-Tibb Təhsilinin Birləşməsi Qrupu, Qadın Tədqiqatçılar Mərkəzi açılır. 2007-ci ildə həkimlərin təkmilləşdirilməsi üçün Mühəndislik tədqiqat Qrupu, Vəhşi Təbiətin öyrənilməsi Mərkəzi, 2008-ci ildə isə Kosmosun Sinergetik Tədqiqatı Qrupu yaradılır.
Müasir vəziyyəti
Kioto Universitetinin əsas kampusu Kioto şəhərinin mərkəzində yerləşən Yoşidadır. Kampus Əsas, Cənub, Şimal, Qərb, Tibb, Əczaçılıq, Universitet Xəstəxanaları hissələrindən ibarətdir. Bu kampusda yerləşən binalar çox qədimdir və müxtəlif üslublarda inşa edilib. Binalar, əsasən, qırmızı kərpicdən tikilib.
Universitetin simvolu olan Yüzilliyin Zalı adlı saat qülləsi məhz bu kampusda yerləşir. Udzi kampusu əsas kampusdan 20 kilometr cənubdadır. Əvvəllər imperator ordusuna məxsus olan bu ərazi 1949-cu ildə universitetə verilib. Kampus Qokaşo və Udzi hissələrindən ibarətdir. Burada təbii elmlər və energetika fakültələri, elmi-tədqiqat institutları və mərkəzləri yerləşir. Katsura kampusu əsas kampusdan 7 kilometr qərbdədir və 2003-cü ilin oktyabrında yaradılıb. Yerləşdiyi rayonun adı verilən bu kampusda texnologiya elmlərinə aid korpuslar yerləşir. Əvvəllər Yoşida kampusunda fəaliyyət göstərən Mühəndislik və İnformatika ali məktəbləri sonradan Katsura kampusuna köçürülüb.
Hazırda Kioto Universitetində bakalavrlar üçün 10, magistr və doktorantlar üçün 20 məktəb, 13 elmi-tədqiqat institutu, 30 təhsil mərkəzi fəaliyyət göstərir.
Bakalavrlar üçün məktəblər: İnsanın kompleks tədqiqatı, Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Təbii elmlər, Tibb, Əczaçılıq, Mühəndislik, Kənd təsərrüfatı.
Magistr və doktorantlar üçün məktəblər: Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Elm, Tibb, Əczaçılıq, Mühəndislik, Kənd Təsərrüfatı, İnsan və Ekologiya Elmləri, Energetika, Asiya və Afrika Regional Tədqiqatları, İnformatika, Bioelmlər, Qlobal Ekologiya Tədqiqatları, Dövlətin İdarəolunması, Menecment, Kioto Hüquqşünaslıq, İctimai Səhiyyə və Tibbi Texnologiya Kolleci.
Elmi-tədqiqat institutları: Kimya, Humanitar, Sərhəd Tibb elmləri, Perspektivli Enerji, Sabit Ətraf Mühit, Təbii Fəlakətin Xəbərdarlığı, Yukava Nəzəri Fizika, Virus, Nüvə Tədqiqatları, İqtisadiyyat, Riyaziyyat, Primatlar, Cənub-Şərqi Asiya.
Təhsil mərkəzləri: Hesablama Texnikası və Media Elmləri, Radiasiya Biologiyası, Ekoloji Tədqiqatlar, Kompleks Regionşünaslıq, Radioizotop Tədqiqatları, Ətraf Mühitin Mühafizəsi, Beynəlxalq, Ali Təhsil Sahəsi üzrə Qabaqcıl Təcrübənin İnkişafı, İnnovasiya Əməkdaşlığı, Aşağı Temperatur və Material Elmləri Tədqiqatı, Tarla Elmləri, Fundamental Kimya, Konsultasiya Mərkəzi, Kokoro Tədqiqat, Vəhşi Təbiətin öyrənilməsi, Arxeologiya Əməliyyatları, Səhiyyə Xidməti, Nano-Tibb Təhsilinin Birləşməsi, Sabit Elmlər, Gələcək Nəslə Şərait (Yol açma), "Karyera-yol" Cavan Alimlərə Yardım, Kosmosun Sinergetik Tədqiqatı, Əczaçılıq Sahəsi üzrə Cavan Liderlər Qrupu, Birinci Beynəlxalq Tədqiqat Təşəbbüsü, Afrika Regional Tədqiqat Mərkəzi, Qadın Tədqiqatçılar üçün Mərkəz, Riskli Biznes Laboratoriyası, Səhiyyə və Tibb Xidmətləri, Kioto Universiteti Muzeyi, Kioto Universitetinin arxivləri.
Kitabxanası
Kioto Universitetinin kitabxanası 1899-cu ildə yaradılıb. Universitetin ayrılıqda 85 kitabxanası mövcuddur. Bunlar Əsas, Udzi, Jinkan, Yukava, Oboda, Kurri və s. kitabxanalardır. Demək olar ki, bütün ixtisaslara aid ayrıca kitabxana var. Ümumilikdə kitabxana sisteminə 6256000 kitab, 89000 jurnal daxildir. Kitabxana İnternet şəbəkəsinə qoşulub. Oxucular rəqəmsal kitabxanada 24000 adda elektron jurnal, 60-dan çox verilənlər bazası, 3300 nadir kitab kolleksiyası, elektron kitablar, müxtəlif resurslarla tanış ola bilirlər.
Muzeyi
Kioto Universitetinin muzeyi ali məktəbin yarandığı gündən fəaliyyət göstərir. Bu vaxtadək muzey Yaponiyanın tarixinə, mədəniyyətinə, elminə, texnologiyasına və s. aid 2,5 milyondan çox əşya toplayıb. İstənilən şəxsə həmin nümunələrlə tanış olmaq imkanı yaradılıb.
Yataqxanaları
Yerli tələbələrin qalmaları üçün əsas kampusda dörd yataqxana var. Bunlar Yoşida-Re, Kumano-Re, qızlar üçün Coşi-Re, magistr və doktorantlar üçün Muromati-Re yataqxanalarıdır.
Əcnəbi tələbələrin və tədqiqatçıların yaşaması üçün Kioto Universitetində üç beynəlxalq yataqxana mövcuddur - Şuqakuin, Udzi, Ohbaku. Burada qalmaq istəyənlər aprel və oktyabr aylarında müraciət edə bilərlər. Kirayə haqqı otağın ölçüsündən və şəraitindən asılıdır. Mətbəxi, İnternetə çıxışı olan birnəfərlik mənzilin biraylıq qiyməti 11700 yendir. İkinəfərlik yerin qiyməti 18900, ailə üçün nəzərdə tutulmuş mənzilin qiyməti isə 28400 yen təşkil edir. Burada, həmçinin, tələbələrin yaşaması üçün özəl mənzillər mövcuddur, qiymətlər isə 25000-45000 yen arasında dəyişir. özəl mənzillərdə qalanlar əlavə olaraq bir sıra vergilər, depozitlər ödəməlidir.
Səhiyyə Xidməti
Kioto Universitetində Səhiyyə Xidməti fəaliyyət göstərir. Bu xidmət hər il bütün tələbələri və universitetin əməkdaşlarını müayinə edir, onlara sağlamlıqları haqqında sertifikat verir, xəstə tələbələri müalicə edir. Xidmətin daxili təbabət, psixiatriya, dermatologiya, oftalmologiya, otolarinqologiya, ortopediya, stomatologiya və s. departamentləri var. Səhiyyə Xidmətinin ofisləri Katsura, Udzi, Kumatori kampuslarında yerləşir. Universitetdə, həmçinin, müxtəlif bədbəxt hadisələrdən sığorta kampaniyaları mövcuddur.
Kontingent
Hazırda Kioto Universitetinin işçi heyətinin ümumi sayı 5400 nəfərdir. Onların 2900-ü müəllim, 2500-ü inzibati işçidir. 2008-ci ilin oktyabrından universitetin prezidenti Hirosi Matsumotodur. O, Kioto Universitetində elektronika sahəsi üzrə bakalavr, magistr və doktorantura pillələrində təhsil alıb.
Kioto Universitetinin tələbələrin ümumi sayı 22700 nəfərə bərabərdir. Tələbələrin 13400-nü bakalavr, 9300-nü isə magistrant və doktorantlar təşkil edir. Universitetdə təhsil alan əcnəbi tələbələrin sayı 1353 nəfərdir. Burada bütün qitələrdən olan tələbələr təhsil alır.
Xarici əlaqələri
Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Büdcəsi
Kioto Universitetinin illik gəlirləri ümumilikdə 140688 milyon yapon yeni təşkil edir. Bu məbləğin 60874 milyonu universitet rəhbərliyinin qrantlarına, 24680 milyonu xəstəxana gəlirlərinə, 22872 milyonu xarici mənbələrdən daxil olan gəlirlərə, 12975 milyonu təhsil haqqına, 12845 milyonu subsidiya xidmətlərindən daxil olan, 6442 milyon yeni isə ümumi gəlirlərə aiddir.
Universitetin illik xərcləri 138915 milyon yenə bərabərdir. Xərclərin 63009 milyonunu tədris və tədqiqat xərcləri, 24846 milyonunu xəstəxana xərcləri, 6470 milyonunu idarəetmə xərcləri, 12845 milyonunu texniki xidmətlər, 23903 milyonunu sənaye müəssisələrinə olan xərclər, 4803 milyonunu müxtəlif borcların ödənişi, 3039 milyon yenini isə ümumi xərclər təşkil edir.
Təhsil haqqı
Kioto Universitetində bir-illik təhsil haqqı tələbənin təhsil aldığı fakültədən asılı olaraq, orta hesabla 535800-804000 yen arasında dəyişir. Təhsil haqqının daha çox tələb olunduğu fakültə isə hüquqdur. Bir semestr təhsil almaq tələbəyə fakültədən asılı olaraq, təxminən, 267900-402000 yenə başa gəlir. Qəbul imtahanında iştirak etmək üçün bakalavr üzrə 17000, magistratura və doktorantura üzrə isə 30000 yen ödənilməsi tələb olunur. Qəbul üçün məbləğ universitetə ərizə ilə müraciət edilərkən ödənilir. Birinci semestr üzrə təhsil haqqı, adətən, apreldə, ikinci semestr üzrə isə oktyabrda ödənilir. ödəniş bank köçürməsi ilə də mümkündür. Yüksək balla qəbul olunan, dərslərə mütəmadi gələn, əlaçı, maliyyə çətinlikləri ilə üzləşən tələbələr təhsil haqqından bütünlükdə və ya yarısından azad oluna bilərlər ("tuition exempton" - təhsil haqqından azad edilmə). Bununla bağlı istənilən tələbə universitetə müraciət edə bilər, lakin yerlər məhdud olduğu üçün tələbələr seçim turundan keçməlidir.
Kioto Universitetində yuxarıda sadalanan keyfiyyətlərə malik olan tələbələrə təqaüdlər verilir. Bakalavrda oxuyan tələbələr hər ay 125000, magistrantlar 154000, doktorantlar isə 155000 yen təqaüd alır. Universitetin bir sıra regionlarında yerləşən müəssisələrində təhsil alan tələbələrə hər ay 2000, 3000 yen məbləğində vəsait verilir.
Yaponiya Tələbə Xidməti Təşkilatı (JASSO) Yaponiya universitetlərində təhsil alan əcnəbi tələbələrə təqaüdlər təklif edir. 2009-2010-cu tədris ilində JASSO-nun Tokio Universitetində bakalavrlar üçün ayırdığı təqaüdün (ing. scholarship) məbləği ayda 48000, magistr və doktorantlar üçün isə 65000 yen təşkil edir. Universitetlər iyunun əvvəllərində JASSO-ya müraciət edir. JASSO komissiyası tərəfindən seçim turu aparılır və müsabiqədən müvəffəqiyyətlə keçmiş tələbələr haqqında məlumat universitetlərə iyul ayının əvvəllərində verilir. Həmçinin bu təşkilat tələbə mübadiləsi çərçivəsində Yaponiya universitetlərinə qısa müddətdə tədqiqat üçün gələn tələbələrə təqaüd ayırır. 2009-2010-cu tədris ilində həmin vəsaitin məbləği 80000 yendir.
Kioto Universitetində təhsil alan əcnəbi tələbələr öz dövlətləri tərəfindən təqaüdlər alırlar. Dünyanın bir çox universitetlərində olduğu kimi, burada da müxtəlif təqaüdlər mövcuddur.
Tələbənin biraylıq xərcləri, ümumilikdə, qidalanması, yataqxana xərcləri, istirahəti və s. daxil olmaqla onun necə yaşamasından asılı olaraq, təxminən, 134000 yen təşkil edir.
Reytinqi
2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
30 | 21 | 22 | 22 | 22 | 23 | 24 | 24 | 27 | 26 | 26 | 26 | 26 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
38 | 36 | 35 | 35 | 32 | 25 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – Tayvanın sabiq prezidenti;
- – Yaponiyanın sabiq Baş naziri;
- – Yaponiyanın sabiq Baş naziri;
- – Yaponiyanın sabiq Baş naziri;
- – Yaponiyanın sabiq Baş naziri;
- – Yaponiyanın sabiq Baş naziri;
- – Tayvanın sabiq Baş naziri;
- Hideki Yukava – Yaponiyanın ilk Nobel mükafatçısı, fizika üzrə (1949);
- – fizika üzrə Nobel mükafatı laureatı (1965);
- Keniçi Fukui – kimya üzrə Nobel mükafatı laureatı (1981);
- – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (1987);
- – sülh üzrə Nobel mükafatı laureatı (1991);
- – kimya üzrə Nobel mükafatı laureatı (2001);
- – fizika üzrə Nobel mükafatı laureatı (2008);
- – fizika üzrə Nobel mükafatı laureatı (2008).
Həmçinin bax
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Kyoto Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 19.02.2010, № 07. (az.)
İstinadlar
- "Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". 2022-03-27 tarixində . İstifadə tarixi: 2016-02-21.
- 17 Members 2022-07-09 at the Wayback Machine. aearu.org (ing.)
- . Shanghai Ranking Consultancy. 2014. 2020-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- "Academic Ranking of World Universities 2011". 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "QS World University Rankings (2015)". 2016-02-06 tarixində . İstifadə tarixi: 2015-09-27.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- . 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
Xarici keçidlər
- kyoto-u.ac.jp — Kioto Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kioto Universiteti yap 京都大学 Yaponiyanin Honsu adasinin Kioto seherinde yerlesen ali tehsil muessisesi olkenin en aparici ali tehsil ocaqlarindan olan Yeddi Milli Universitetden biridir Asiyanin en nufuzlu universitetlerinden hesab olunan bu tehsil muessisesi Yaponiyanin ikinci en qedim universitetidir Dunyanin qedim ve en nufuzlu elmi tedqiqat merkezlerindendir Kioto Universiteti 京大京都大学35 01 34 sm e 135 46 51 s u Esasi qoyulub 1897Tip DovletTelebe sayi 2270Seher Kioto seheriOlke YaponiyaSayt kyoto u ac jp ja Vikianbarda elaqeli mediafayllarTarixi18 iyun 1897 ci ilde Yaponiya imperatoru olkede ikinci ali mektebin Kioto Imperator Universitetinin yaradilmasi haqqinda serencam imzalayir 1899 cu ilde universitetde huquq ve tibb fakulteleri universitet hospitali 1906 ci ilde filologiya elm ve texnika fakulteleri yaradilir 1914 cu ilde elm ve texnika fakultesi muhendislik ve elm fakultelerine bolunur 1919 cu ilde burada iqtisadiyyat fakultesi acilir Universitetin fealiyyeinin ilkin dovrunde bu ali mektebe prezident Yaponiyanin Tehsil Nazirliyi terefinden secilir Lakin universitetin professor muellim heyeti buna etiraz edir muxtariyyet teleb ederek 1915 ci ilden rehberlerini ozleri secmeye baslayirlar 1923 cu ilde universitetde kend teserrufati fakultesi yaradilir ve telebelerin sayi xeyli artir II Dunya muharibesine qeder ve muharibe illerinde Kioto Imperator Universiteti durgunluq dovrunu yasayir Muharibeden sonra universitetde liberal atmosfer berpa olunur 1947 ci ilde Yaponiyada orta mekteb tehsili haqqinda qanun qebul olunur Neticede umumilikde butun tehsil sisteminde genis islahatlar aparilir 1947 ci ilin oktyabrinda Kioto Imperator Universitetinin adi deyisdirilir ve Kioto Universiteti olur Hemin ilin mayindan Kioto Universitetinde 3 illik tehsil 4 ille evez edilir 1894 cu ilden Yaponiyada liberal incesenet tehsili veren ve Ali Mekteb adi ile fealiyyet gosteren tehsil ocagi yarim esr sonra 1949 cu il Kioto Universitetine birlesdirilir 1953 cu ilin aprelinde yeni tedrisin nizamlanmasi meqsedile burada ali mektebden sonraki tehsil cercivesinde edebiyyat elm huquq iqtisadiyyat eczaciliq masinqayirma kend teserrufati ve s ixtisaslar oyredilir 1954 cu ilde universitetde Azad Incesenet ve Elm Institutu 1955 ci ilde Tehsil haqqinda qanuna elaveler neticesinde Tibb Mektebi yaradilir 1960 ci ilde Tibb Mektebi iki instituta Tibb ve Eczaciliq institutlarina bolunur 1992 ci ilin oktyabrinda Azad Incesenet Institutunun adi Insanin Kompleks Tedqiqati fakultesi olur Burada tedricen Huquq ve Ekologiya Energetika Asiya ve Afrika Regional Tedqiqatlar Informatika Bioelmler ve Qlobal Ekologiya Tedqiqatlari ali mektebleri yaradilir 2004 cu ilde Molekulyar Biologiya ve Genetika Merkezi Beynelxalq Innovasiyalar Cemiyyeti Informasiyalarin Idareolunmasi Institutu acilir 2005 ci ilde universitetin kitabxanasi internet sebekesine qosulur 2006 ci ilde Menecment Ali Mektebi Nano Tibb Tehsilinin Birlesmesi Qrupu Qadin Tedqiqatcilar Merkezi acilir 2007 ci ilde hekimlerin tekmillesdirilmesi ucun Muhendislik tedqiqat Qrupu Vehsi Tebietin oyrenilmesi Merkezi 2008 ci ilde ise Kosmosun Sinergetik Tedqiqati Qrupu yaradilir Muasir veziyyetiKioto Universitetinin esas kampusu Kioto seherinin merkezinde yerlesen Yosidadir Kampus Esas Cenub Simal Qerb Tibb Eczaciliq Universitet Xestexanalari hisselerinden ibaretdir Bu kampusda yerlesen binalar cox qedimdir ve muxtelif uslublarda insa edilib Binalar esasen qirmizi kerpicden tikilib Universitetin simvolu olan Yuzilliyin Zali adli saat qullesi mehz bu kampusda yerlesir Udzi kampusu esas kampusdan 20 kilometr cenubdadir Evveller imperator ordusuna mexsus olan bu erazi 1949 cu ilde universitete verilib Kampus Qokaso ve Udzi hisselerinden ibaretdir Burada tebii elmler ve energetika fakulteleri elmi tedqiqat institutlari ve merkezleri yerlesir Katsura kampusu esas kampusdan 7 kilometr qerbdedir ve 2003 cu ilin oktyabrinda yaradilib Yerlesdiyi rayonun adi verilen bu kampusda texnologiya elmlerine aid korpuslar yerlesir Evveller Yosida kampusunda fealiyyet gosteren Muhendislik ve Informatika ali mektebleri sonradan Katsura kampusuna kocurulub Hazirda Kioto Universitetinde bakalavrlar ucun 10 magistr ve doktorantlar ucun 20 mekteb 13 elmi tedqiqat institutu 30 tehsil merkezi fealiyyet gosterir Bakalavrlar ucun mektebler Insanin kompleks tedqiqati Filologiya Pedaqogika Huquq Iqtisadiyyat Tebii elmler Tibb Eczaciliq Muhendislik Kend teserrufati Magistr ve doktorantlar ucun mektebler Filologiya Pedaqogika Huquq Iqtisadiyyat Elm Tibb Eczaciliq Muhendislik Kend Teserrufati Insan ve Ekologiya Elmleri Energetika Asiya ve Afrika Regional Tedqiqatlari Informatika Bioelmler Qlobal Ekologiya Tedqiqatlari Dovletin Idareolunmasi Menecment Kioto Huquqsunasliq Ictimai Sehiyye ve Tibbi Texnologiya Kolleci Elmi tedqiqat institutlari Kimya Humanitar Serhed Tibb elmleri Perspektivli Enerji Sabit Etraf Muhit Tebii Felaketin Xeberdarligi Yukava Nezeri Fizika Virus Nuve Tedqiqatlari Iqtisadiyyat Riyaziyyat Primatlar Cenub Serqi Asiya Tehsil merkezleri Hesablama Texnikasi ve Media Elmleri Radiasiya Biologiyasi Ekoloji Tedqiqatlar Kompleks Regionsunasliq Radioizotop Tedqiqatlari Etraf Muhitin Muhafizesi Beynelxalq Ali Tehsil Sahesi uzre Qabaqcil Tecrubenin Inkisafi Innovasiya Emekdasligi Asagi Temperatur ve Material Elmleri Tedqiqati Tarla Elmleri Fundamental Kimya Konsultasiya Merkezi Kokoro Tedqiqat Vehsi Tebietin oyrenilmesi Arxeologiya Emeliyyatlari Sehiyye Xidmeti Nano Tibb Tehsilinin Birlesmesi Sabit Elmler Gelecek Nesle Serait Yol acma Karyera yol Cavan Alimlere Yardim Kosmosun Sinergetik Tedqiqati Eczaciliq Sahesi uzre Cavan Liderler Qrupu Birinci Beynelxalq Tedqiqat Tesebbusu Afrika Regional Tedqiqat Merkezi Qadin Tedqiqatcilar ucun Merkez Riskli Biznes Laboratoriyasi Sehiyye ve Tibb Xidmetleri Kioto Universiteti Muzeyi Kioto Universitetinin arxivleri KitabxanasiKioto Universitetinin kitabxanasi 1899 cu ilde yaradilib Universitetin ayriliqda 85 kitabxanasi movcuddur Bunlar Esas Udzi Jinkan Yukava Oboda Kurri ve s kitabxanalardir Demek olar ki butun ixtisaslara aid ayrica kitabxana var Umumilikde kitabxana sistemine 6256000 kitab 89000 jurnal daxildir Kitabxana Internet sebekesine qosulub Oxucular reqemsal kitabxanada 24000 adda elektron jurnal 60 dan cox verilenler bazasi 3300 nadir kitab kolleksiyasi elektron kitablar muxtelif resurslarla tanis ola bilirler MuzeyiKioto Universitetinin muzeyi ali mektebin yarandigi gunden fealiyyet gosterir Bu vaxtadek muzey Yaponiyanin tarixine medeniyyetine elmine texnologiyasina ve s aid 2 5 milyondan cox esya toplayib Istenilen sexse hemin numunelerle tanis olmaq imkani yaradilib YataqxanalariYerli telebelerin qalmalari ucun esas kampusda dord yataqxana var Bunlar Yosida Re Kumano Re qizlar ucun Cosi Re magistr ve doktorantlar ucun Muromati Re yataqxanalaridir Ecnebi telebelerin ve tedqiqatcilarin yasamasi ucun Kioto Universitetinde uc beynelxalq yataqxana movcuddur Suqakuin Udzi Ohbaku Burada qalmaq isteyenler aprel ve oktyabr aylarinda muraciet ede bilerler Kiraye haqqi otagin olcusunden ve seraitinden asilidir Metbexi Internete cixisi olan birneferlik menzilin birayliq qiymeti 11700 yendir Ikineferlik yerin qiymeti 18900 aile ucun nezerde tutulmus menzilin qiymeti ise 28400 yen teskil edir Burada hemcinin telebelerin yasamasi ucun ozel menziller movcuddur qiymetler ise 25000 45000 yen arasinda deyisir ozel menzillerde qalanlar elave olaraq bir sira vergiler depozitler odemelidir Sehiyye XidmetiKioto Universitetinde Sehiyye Xidmeti fealiyyet gosterir Bu xidmet her il butun telebeleri ve universitetin emekdaslarini muayine edir onlara saglamliqlari haqqinda sertifikat verir xeste telebeleri mualice edir Xidmetin daxili tebabet psixiatriya dermatologiya oftalmologiya otolarinqologiya ortopediya stomatologiya ve s departamentleri var Sehiyye Xidmetinin ofisleri Katsura Udzi Kumatori kampuslarinda yerlesir Universitetde hemcinin muxtelif bedbext hadiselerden sigorta kampaniyalari movcuddur KontingentHazirda Kioto Universitetinin isci heyetinin umumi sayi 5400 neferdir Onlarin 2900 u muellim 2500 u inzibati iscidir 2008 ci ilin oktyabrindan universitetin prezidenti Hirosi Matsumotodur O Kioto Universitetinde elektronika sahesi uzre bakalavr magistr ve doktorantura pillelerinde tehsil alib Kioto Universitetinin telebelerin umumi sayi 22700 nefere beraberdir Telebelerin 13400 nu bakalavr 9300 nu ise magistrant ve doktorantlar teskil edir Universitetde tehsil alan ecnebi telebelerin sayi 1353 neferdir Burada butun qitelerden olan telebeler tehsil alir Xarici elaqeleriSerqi Asiya Tedqiqat Universitetleri Assosiasiyasinin uzvudur BudcesiKioto Universitetinin illik gelirleri umumilikde 140688 milyon yapon yeni teskil edir Bu meblegin 60874 milyonu universitet rehberliyinin qrantlarina 24680 milyonu xestexana gelirlerine 22872 milyonu xarici menbelerden daxil olan gelirlere 12975 milyonu tehsil haqqina 12845 milyonu subsidiya xidmetlerinden daxil olan 6442 milyon yeni ise umumi gelirlere aiddir Universitetin illik xercleri 138915 milyon yene beraberdir Xerclerin 63009 milyonunu tedris ve tedqiqat xercleri 24846 milyonunu xestexana xercleri 6470 milyonunu idareetme xercleri 12845 milyonunu texniki xidmetler 23903 milyonunu senaye muessiselerine olan xercler 4803 milyonunu muxtelif borclarin odenisi 3039 milyon yenini ise umumi xercler teskil edir Tehsil haqqiKioto Universitetinde bir illik tehsil haqqi telebenin tehsil aldigi fakulteden asili olaraq orta hesabla 535800 804000 yen arasinda deyisir Tehsil haqqinin daha cox teleb olundugu fakulte ise huquqdur Bir semestr tehsil almaq telebeye fakulteden asili olaraq texminen 267900 402000 yene basa gelir Qebul imtahaninda istirak etmek ucun bakalavr uzre 17000 magistratura ve doktorantura uzre ise 30000 yen odenilmesi teleb olunur Qebul ucun mebleg universitete erize ile muraciet edilerken odenilir Birinci semestr uzre tehsil haqqi adeten aprelde ikinci semestr uzre ise oktyabrda odenilir odenis bank kocurmesi ile de mumkundur Yuksek balla qebul olunan derslere mutemadi gelen elaci maliyye cetinlikleri ile uzlesen telebeler tehsil haqqindan butunlukde ve ya yarisindan azad oluna bilerler tuition exempton tehsil haqqindan azad edilme Bununla bagli istenilen telebe universitete muraciet ede biler lakin yerler mehdud oldugu ucun telebeler secim turundan kecmelidir Kioto Universitetinde yuxarida sadalanan keyfiyyetlere malik olan telebelere teqaudler verilir Bakalavrda oxuyan telebeler her ay 125000 magistrantlar 154000 doktorantlar ise 155000 yen teqaud alir Universitetin bir sira regionlarinda yerlesen muessiselerinde tehsil alan telebelere her ay 2000 3000 yen mebleginde vesait verilir Yaponiya Telebe Xidmeti Teskilati JASSO Yaponiya universitetlerinde tehsil alan ecnebi telebelere teqaudler teklif edir 2009 2010 cu tedris ilinde JASSO nun Tokio Universitetinde bakalavrlar ucun ayirdigi teqaudun ing scholarship meblegi ayda 48000 magistr ve doktorantlar ucun ise 65000 yen teskil edir Universitetler iyunun evvellerinde JASSO ya muraciet edir JASSO komissiyasi terefinden secim turu aparilir ve musabiqeden muveffeqiyyetle kecmis telebeler haqqinda melumat universitetlere iyul ayinin evvellerinde verilir Hemcinin bu teskilat telebe mubadilesi cercivesinde Yaponiya universitetlerine qisa muddetde tedqiqat ucun gelen telebelere teqaud ayirir 2009 2010 cu tedris ilinde hemin vesaitin meblegi 80000 yendir Kioto Universitetinde tehsil alan ecnebi telebeler oz dovletleri terefinden teqaudler alirlar Dunyanin bir cox universitetlerinde oldugu kimi burada da muxtelif teqaudler movcuddur Telebenin birayliq xercleri umumilikde qidalanmasi yataqxana xercleri istiraheti ve s daxil olmaqla onun nece yasamasindan asili olaraq texminen 134000 yen teskil edir Reytinqi Academic Ranking of World Universities deki yeri 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 201530 21 22 22 22 23 24 24 27 26 26 26 26 QS World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1138 36 35 35 32 25Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Tayvanin sabiq prezidenti Yaponiyanin sabiq Bas naziri Yaponiyanin sabiq Bas naziri Yaponiyanin sabiq Bas naziri Yaponiyanin sabiq Bas naziri Yaponiyanin sabiq Bas naziri Tayvanin sabiq Bas naziri Hideki Yukava Yaponiyanin ilk Nobel mukafatcisi fizika uzre 1949 fizika uzre Nobel mukafati laureati 1965 Kenici Fukui kimya uzre Nobel mukafati laureati 1981 tibb ve fiziologiya uzre Nobel mukafati laureati 1987 sulh uzre Nobel mukafati laureati 1991 kimya uzre Nobel mukafati laureati 2001 fizika uzre Nobel mukafati laureati 2008 fizika uzre Nobel mukafati laureati 2008 Hemcinin bax Universitet portaliMenbeLamiye Eliyeva Dunya universitetleri Kyoto Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 19 02 2010 07 az Istinadlar Birlesmis Milletler Teskilatinin Iqlim deyismeleri haqqinda Cercive Konvensiyasina dair Kioto Protokolunun B Elavesine edilmis elavenin tesdiq olunmasi barede AZERBAYCAN RESPUBLIKASININ QANUNU 2022 03 27 tarixinde Istifade tarixi 2016 02 21 17 Members 2022 07 09 at the Wayback Machine aearu org ing Shanghai Ranking Consultancy 2014 2020 11 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 26 aprel 2015 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 12 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 Academic Ranking of World Universities 2011 2012 08 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2012 06 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2019 03 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 10 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 25 QS World University Rankings 2015 2016 02 06 tarixinde Istifade tarixi 2015 09 27 QS World University Rankings 2014 2016 02 05 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2013 2016 10 21 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2012 2019 05 02 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2011 2012 05 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 2011 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 Xarici kecidlerkyoto u ac jp Kioto Universitetinin resmi sayti