Şimal İES (tam adı: Şimal İstilik Elektrik Stansiyası) — Şimal İstilik Elektrik Stansiyası Bakıda yerləşir. İki elektrik stansiyasından ibarətdir: Şimal-1 və Şimal-2. Hər ikisi bir mərkəzdən idarə olunur. Ümumi gücü ildə 5.7 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. İki elektrik stansiyası Azərbaycan Respublikasında elektrik enerjisi istehsalının 20% -ni və Bakıda və Abşeron yarımadasında təxminən 40-50% -ni təmin edir.
Şimal İES | |
---|---|
Şimal istilik elektrik stansiyası | |
| |
Ümumi məlumatlar | |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 1950 |
İstismara verilib | 2002 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 800 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Əsas yanacaq | Qaz |
Turbin tipi | Buxar |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
|
1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.
Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisisteminin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.
Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
“Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. Bu məqsədlə Xəzər dənizindən 140 metr uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti və ümumi məhsuldarlığı saatda 52 min kubmetr olan sahil nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması üçün boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının təmin edilməsi və su ehtiyatının yaradılması məqsədilə ərazidə duzsuzlaşdırma qurğusu və digər zəruri infrastruktur yaradılıb. Stansiyanın yanğın təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə yanğınsöndürmə sistemi də müasir səviyyədə qurulub.
Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb.
İstinadlar
- "Azərbaycanda olan elektrik stansiyalarının siyahısı" (rus). ternopilinfo.in.ua. İstifadə tarixi: 2019-09-11.[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Simal IES tam adi Simal Istilik Elektrik Stansiyasi Simal Istilik Elektrik Stansiyasi Bakida yerlesir Iki elektrik stansiyasindan ibaretdir Simal 1 ve Simal 2 Her ikisi bir merkezden idare olunur Umumi gucu ilde 5 7 milyard kilovat saat elektrik enerjisi istehsal edir Iki elektrik stansiyasi Azerbaycan Respublikasinda elektrik enerjisi istehsalinin 20 ni ve Bakida ve Abseron yarimadasinda texminen 40 50 ni temin edir Simal IESSimal istilik elektrik stansiyasiSimal Istilik Elektrik Stansiyasinin birinci blokuUmumi melumatlarSahibi Azerenerji ASCStatus IslekTikilme tarixi 1950Istismara verilib 2002Istismarci Azerenerji ASCEsas xususiyyetleriElektrik enerjisi gucu 800 MVtAvadanliq xususiyyetleriEsas yanacaq QazTurbin tipi BuxarYerlesmesi40 29 56 sm e 50 12 32 s u Olke AzerbaycanSimal IES 1950 ci illerde iki merhelede istifadeye verilen Simal Elektrik Stansiyasinin 1988 ci ilde birinci 1998 ci ilde ikinci novbesi tam kohneldiyinden istismardan cixarilmisdi 1998 ci ilde ulu onder Heyder Eliyev Yaponiyaya seferi zamani 400 meqavatliq Simal 1 Elektrik Stansiyasinin tikintisi ucun olkemize investisiya celb olunmasina nail olub Belelikle 2000 ci ilde esasi qoyulan 400 meqavatliq Simal 1 stansiyasi 2002 ci ilde istismara verilib 2011 ci ilde ise Prezident Ilham Eliyevin istiraki ile erazisi 104 9 hektar gucu 400 meqavatliq Simal 2 Elektrik Stansiyasinin temeli qoyulub Oten ilin payizindan baslayaraq Simal 2 Elektrik Stansiyasinin tikinti ve qurasdirma prosesleri suretlendirilerek 2019 cu ilde isler tamamlanib Umumi qoyulus gucu 800 MVt olan Simal 1 ve Simal 2 elektrik stansiyalarinin vahid merkezden idare edilmesi istismar prosesinde emeliyyatlarin operativliyinin temin olunmasi ve ekstremal qeza veziyyetlerinde isde pozuntularin operativ aradan qaldirilmasi nezere alinaraq erazide Merkezi Idareetme Binasi insa edilib Binada elektrik stansiyasinin tarixini eks etdiren eksponatlarin sergilendiyi muzey de fealiyyet gosterir Burada iclas ve konfrans zallari da yaradilib Yeni istifadeye verilen idareetme binasinda vahid dispetcer idareetme merkezi ve stansiyanin mikro SCADA sistemi yaradilib Stansiyanin enerjisisteminin umumi idareetme sistemine inteqrasiyasi ucun serverler qurasdirilib ve optik kabel xetti cekilib Yeni binada stansiyaya aid olan butun kommunikasiya elaqelerinin vahid sxeme uygun birlesdirilmesi temin edilib Simal 1 ve Simal 2 elektrik stansiyalarinin birlikde il erzinde gozlenilen istehsali 5 7 milyard kilovat saatdir Stansiyada Yaponiyanin Mitsubishi sirketinin istehsali olan 138 MVt gucunde buxar 267 MVt gucunde qaz turbinleri 560 MVA gucunde elektrik generatoru ve onlarin komekci sistemleri qurasdirilib Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gucunde olan blok transformatordan qapali tipli yarimstansiya vasitesile elektrik verilis xetlerine oturulur Muxtelif gerginlik sinfine malik olan paylayici qurgular arasinda elaqeni temin etmek ucun 2 avtotransformator qurasdirilib Burada istehsal olunan elektrik enerjisinin oturulmesi meqsedile Abseron regionunda 220 kV luq dairevi sxem qurulub Simal Elektrik Stansiyasinin Sumqayit ES ve Abseron YS ile elaqelendirilmesi ucun 65 kilometr uzunlugunda 220 kV luq dord hava elektrik verilisi xetti istismara verilib Qeza rejimlerinde stansiyanin vacib sistemlerinin elektrik enerjisi ile qidalandirilmasi ucun qeza dizel generatoru qurasdirilaraq xususi serfiyyat sxemine qosulub ve avtomatik ehtiyatdan qosulmasi temin edilib Simal 1 ve Simal 2 elektrik stansiyalari birlikde respublika uzre elektrik enerjisi istehsalinin 20 faizini Baki ve Abseron yarimadasi uzre 40 50 faizini teskil edecek Simal Elektrik Stansiyasi enerjisistemin texniki iqtisadi gostericilerinin yaxsilasdirilmasina esasli tesir etmekle yanasi il erzinde 77 milyon kubmetr tebii qazin qenaetine ve regionlardan Baki seherine verilen enerjinin miqdarinin 20 faiz azalmasi neticesinde elektrik enerjisinin uzaq mesafeden oturulmesinden yaranan 199 milyon kVts elektrik enerjisi itkisine qenaet olunmasina imkan yaradacaq Bundan basqa Simal Elektrik Stansiyasi 57 4 faiz faydali is emsalina malikdir ki bu da Cenubi Qafqaz regionunda en yuksek faydali is emsali demekdir Elektrik stansiyasi il erzinde 3 2 milyard kVts elektrik enerji istehsal edecek ve her bir kVts elektrik enerjisinin buraxilisina 214 3 qram serti yanacaq serf edilecek ki bu da enerjisistemin umumi gostericisinden 65 qram azdir Stansiyani yuksek tezyiqli yanacaqla temin etmek meqsedile yeralti qaz kemeri qaz tenzimleyici ve temizleyici qovsaq qazqizdirici qurgular ve kompressor stansiyasi tikilib Stansiyanin buxar turbinlerinin kondensatorlari ve avadanliqlari Xezer denizinden goturulen su vasitesile soyudulur Bu meqsedle Xezer denizinden 140 metr uzunlugunda soyuducu su kanali hovuz su xetti ve umumi mehsuldarligi saatda 52 min kubmetr olan sahil nasos stansiyasi o cumleden buxar turbininin kondensatorundan cixan soyuducu suyun Xezer denizine qaytarilmasi ucun boru xetti insa olunub Stansiyanin texniki ve icmeli suya olan telebatinin temin edilmesi ve su ehtiyatinin yaradilmasi meqsedile erazide duzsuzlasdirma qurgusu ve diger zeruri infrastruktur yaradilib Stansiyanin yangin tehlukesizliyinin temin edilmesi ucun erazide yanginsondurme sistemi de muasir seviyyede qurulub Etraf muhitin muhafizesi meqsedile stansiyada eksosmos qurgusu xususi ekoloji monitorinq sistemi senaye tullantilarinin ve cirkab sularinin temizlenmesi qurgulari insa olunub Stansiyanin avadanliqlarinin normal istismari ve reqlament uzre texniki xidmetin aparilmasi meqsedile stansiyada ekspress ve kimya elektrotexniki ve sinaq diaqnostika laboratoriyalari muxtelif muasir dezgahlarla komplektlesdirilmis mexaniki temir emalatxanasi ve qapali merkezi anbar binasi tikilib tehlukesizliyin temin edilmesi meqsedile zeruri isler gorulub videomusahide sistemi yaradilib Istinadlar Azerbaycanda olan elektrik stansiyalarinin siyahisi rus ternopilinfo in ua Istifade tarixi 2019 09 11 olu kecid