Yolayrıc — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Yolayrıc | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Ərazisi
Yolayrıc - avarca “Нуxlбикь” (“нуxl - yol” və “бикь - ayrıc”) sözünün azərbaycan dilinə tərcümə olunmasından alınmış kənd adıdır.
Yolayrıc kəndi Zaqatala rayonunun inzibati ərazi vahidi kimi rayon mərkəzindən 18 km cənubda, qaraçay çayının sağ sahilində, düzənlik ərazidə yerləşir. Kənd şimaldan Höytala, cənub-şərqdən Danaçı, qərbdən isə III Tala kəndləri ilə həmsərhəddir. Kəndi Höytala ilə su kanalı, Danaçı ilə meşə sahələri, III Tala ilə isə Qaraçay çayı ayırır. Kəndin şimaldan cənuba orta uzunluğu 4 km, şərqdən qərbə isə 2.5 km təşkil edir. Kəndin ərazisi yaşayış məntəqələrindən, iki böyük əkin sahəsindən, şimaldan cənuba doğru uzanan, kəndin təxminən orta hissəsindən keçən əsas yoldan və ona bitişik digər kənddaxili yollardan ibarətdir.
Tarixi
Kəndin salınması XVI əsrin sonlarına XVII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, kənddə yerləşən qəbiristanlıqda oxuna bilən ən qədim qəbir daşı (Hacı Süleyman) XVII əsrə təsadüf edir. Bu isə həmin əsrdə əhalinin məskunlaşmasından və təsərrüfat həyatından xəbər verir. Həmin qəbir daşının qəbiristanlığın ortasında yerləşməsini və onun ilkin basdırılan qəbir daşlarınadək olan məsafəyə uyğun təxmini vaxt keçidi nəzərə alınaraq kəndin salınması həmin dövrə təsadüf olunduğu qənaətinə gəlinmişdir.
Həmin dövrdə kənd düz uzanan yolun sağ və sol tərəflərində salınmış yaşayış evlərindən ibarət olduğundan bu ərazi avarca “düz yol” mənasını verən “Нуxlбитl” (“нуxl - yol” və “битl - düz”) sözü ilə adlandırılmışdır. Deməli, kəndin əsl adı “Нуxlбитl” olmuşdur. Lakin, yerli sakinlər tərəfindən kənd adı “Нуxlбикь” kimi işlədilmişdir. Bu səbəbdən kəndin indiki adı avarca “Нуxlбитl” yox, hazırda işlənən “Нуxlбикь” (“нуxl - yol” və “бикь - ayrıc”) sözünün azərbaycan dilinə tərcümə olunmasından alınan “Yolayrıc” sözü ilə rəsmi adlandırılmışdır.
Əhalisi
Kəndin əhalisini Avarlar təşkil edir. Əhalinin sayı 1500 nəfərə yaxındır. Kəndin əhalisi kənd salınarkən və ilkin təsərrüfat həyatını formalaşdırarkən iştirak etmiş yerli və sonradan Dağıstan ərazisindən buraya köç etmiş gəlmə avarlardan ibarətdir. Gəlmələrin yerlilərlə müqayisədə azlıq təşkil etməsi, nəsillərin artması və bir-birinə qarışması yerli və gəlmə sakinlərin seçilməsinin qarşısını almışdır.
Məşğuliyyəti
Hazırda əhalinin əsas məşguliyyəti fındıqçılıq, tərəvəzçilik və maldarlıqdır.
İnfrastruktur obyektləri
Kəndin əsas infrastruktur obyektlərinə kənd tam orta məktəbi, kənd kitabxanası, kənd məscidi, kənd qəbiristanlığı, kiçik idman meydançası və kənd ATSi aiddir. Bu obyektlər kəndin əsas yolunun üzərində yerləşir. Kəndin ərazisində bu obyektlərdən başqa digər dövlət, özəl, sosial-mədəni tikililər yoxdur.
Dövlət və yerli özünü idarəetməsi
Yolayrıc kəndi rayonun Makov inzibati ərazi dairəsinə daxildir. Kənd yerli özünü idarəetmə sahəsində Makov bələdiyyəsinə tabedir.
Sosial-iqtisadi tədbirlər
2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Faktiki olaraq kəndə təbii qazın verilməsi sentyabr ayından başlanılmışdır.
Əlaqə
Kəndin poçt ünvanı: AZ6229, Zaqatala r., Yolayrıc k.
Kənd ATS kodu: 31
Beynəlxalq yığım forması: +994 24 22 31 0 00
İstinadlar
- Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir. 2021-04-14 at the Wayback Machine socar.az, 17.06.2015 (az.)
Zaqatala rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yolayric Azerbaycan Respublikasinin Zaqatala rayonunun inzibati erazi vahidinde kend Yolayric41 33 50 sm e 46 29 11 s u Olke AzerbaycanRayon Zaqatala rayonuTarixi ve cografiyasiSaat qursagi UTC 04 00Xeriteni goster gizle YolayricErazisiYolayric avarca Nuxlbik nuxl yol ve bik ayric sozunun azerbaycan diline tercume olunmasindan alinmis kend adidir Yolayric kendi Zaqatala rayonunun inzibati erazi vahidi kimi rayon merkezinden 18 km cenubda qaracay cayinin sag sahilinde duzenlik erazide yerlesir Kend simaldan Hoytala cenub serqden Danaci qerbden ise III Tala kendleri ile hemserheddir Kendi Hoytala ile su kanali Danaci ile mese saheleri III Tala ile ise Qaracay cayi ayirir Kendin simaldan cenuba orta uzunlugu 4 km serqden qerbe ise 2 5 km teskil edir Kendin erazisi yasayis menteqelerinden iki boyuk ekin sahesinden simaldan cenuba dogru uzanan kendin texminen orta hissesinden kecen esas yoldan ve ona bitisik diger kenddaxili yollardan ibaretdir TarixiKendin salinmasi XVI esrin sonlarina XVII esrin evvellerine tesaduf edir Bele ki kendde yerlesen qebiristanliqda oxuna bilen en qedim qebir dasi Haci Suleyman XVII esre tesaduf edir Bu ise hemin esrde ehalinin meskunlasmasindan ve teserrufat heyatindan xeber verir Hemin qebir dasinin qebiristanligin ortasinda yerlesmesini ve onun ilkin basdirilan qebir daslarinadek olan mesafeye uygun texmini vaxt kecidi nezere alinaraq kendin salinmasi hemin dovre tesaduf olundugu qenaetine gelinmisdir Hemin dovrde kend duz uzanan yolun sag ve sol tereflerinde salinmis yasayis evlerinden ibaret oldugundan bu erazi avarca duz yol menasini veren Nuxlbitl nuxl yol ve bitl duz sozu ile adlandirilmisdir Demeli kendin esl adi Nuxlbitl olmusdur Lakin yerli sakinler terefinden kend adi Nuxlbik kimi isledilmisdir Bu sebebden kendin indiki adi avarca Nuxlbitl yox hazirda islenen Nuxlbik nuxl yol ve bik ayric sozunun azerbaycan diline tercume olunmasindan alinan Yolayric sozu ile resmi adlandirilmisdir EhalisiKendin ehalisini Avarlar teskil edir Ehalinin sayi 1500 nefere yaxindir Kendin ehalisi kend salinarken ve ilkin teserrufat heyatini formalasdirarken istirak etmis yerli ve sonradan Dagistan erazisinden buraya koc etmis gelme avarlardan ibaretdir Gelmelerin yerlilerle muqayisede azliq teskil etmesi nesillerin artmasi ve bir birine qarismasi yerli ve gelme sakinlerin secilmesinin qarsisini almisdir MesguliyyetiHazirda ehalinin esas mesguliyyeti findiqciliq terevezcilik ve maldarliqdir Infrastruktur obyektleriKendin esas infrastruktur obyektlerine kend tam orta mektebi kend kitabxanasi kend mescidi kend qebiristanligi kicik idman meydancasi ve kend ATSi aiddir Bu obyektler kendin esas yolunun uzerinde yerlesir Kendin erazisinde bu obyektlerden basqa diger dovlet ozel sosial medeni tikililer yoxdur Dovlet ve yerli ozunu idareetmesiYolayric kendi rayonun Makov inzibati erazi dairesine daxildir Kend yerli ozunu idareetme sahesinde Makov belediyyesine tabedir Sosial iqtisadi tedbirler2015 ci ilin iyun ayinin 17 de kende ilk defe olaraq tebii qaz verilmisdir Faktiki olaraq kende tebii qazin verilmesi sentyabr ayindan baslanilmisdir ElaqeKendin poct unvani AZ6229 Zaqatala r Yolayric k Kend ATS kodu 31 Beynelxalq yigim formasi 994 24 22 31 0 00IstinadlarZaqatala rayonunun 5 kendine ilk defe tebii qaz verilmisdir 2021 04 14 at the Wayback Machine socar az 17 06 2015 az Zaqatala rayonu ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Kend ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin