Cambattista Marino(it. Giambattista Marino); 14 oktyabr 1569, Neapol — 25 mart 1625, orda) — İtalyan şair.
Cambattista Marino | |
---|---|
it. Giambattista Marino | |
Doğum tarixi | 14 oktyabr 1569 |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 1625[…](55 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı, dramaturq |
Fəaliyyət illəri | 1590–1625 |
İstiqamət | barokko |
Janrlar | Sonet, Madriqal |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Marino XVII əsrin ən böyük şairi kimi təkcə İtaliyada deyil, həm də bütün Avropa ölkələrində geniş şöhrət qazanmışdır. Onun barokko cərəyanının yayıldığı bütün ölkələrdə çoxlu ardıcılları və təqlidçiləri olmuşdur. Marino Barokko şeirinin ən səciyyəvi nümayəndələrindən biridir. O, öz dövrünə görə şeirin mövzu dairəsini genişləndirdi. Şair belə hesab edirdi ki, təbiətdə insan hiss və duyğularının qavraya biləcəyi hər şey poeziyanın mövzusu olmağa layiqdir. Marino aşiqanə şeirə yeni boyalar gətirdi. XVI əsrin lirik şairlərindən fərqli olaraq Marinonun təsvir etdiyi sevgili surəti daha konkret və realdır. Onun şeirlərində qadının cismani gözəlliyindən alınan həzz və ləzzətin təsviri mühüm yer tutur. Bununla yanaşı onun əsərlərində dərinlik yoxdur, söz, ifadə və obrazların ecazkar əlvanlığı daha çox diqqəti cəlb edir.
Canbattista Marino 1569-cu ildə Neapolda anadan olmuşdur. o, çox tez-tez dəyişən, macəralarla dolu bir həyat keçirmişdir. Şair gah həbsxanalara düşmüş. Edam təhlükəsi qarşısında qalmış, gah da böyük zadəganların və kralların saraylarında yaşayaraq şöhrət və hörmət qazanmışdır. Atasa Cövan Françesko ədəbiyyat həvəskarı olan ziyalı bir hüquqşünas idi. Onun evində tez-tez Neapolun şair və yazıçıları toplaşardı. Belə bir şərait və mühit gənc Marinonun gələcəyini müəyyənləşdirmiş, onda şeirə həvəs oyatmışdır. Qoca Marino oğlunun hüquqşünas olmasını istəyirdi, ancaq Marino şeirə daha çox həvəs göstərir, Vergili, Aristo, Tasso, Sannadzaro kimi şairləri oxuyurdu. Şairin sonralar xatırladığı kimi, gənc yaşlarında o, həftədə bir dəfə Sannadzaronun qəbrini ziyarət edərmiş. Atası oğlundan bir şey çıxmayacağını yəqin edəndən sonra onu evdən qovur. Marino bu əhvalatı sonralar "Adonis" poemasında istehzalı bir təbəssümlə xatırlamışdır. O, ata evindən qovulandan bir qədər sonra dostlarının köməyi ilə hersoq İnniqo de Qevarın yanında üç il katib işləyir, sonra Neapol admiralı knyaz Matteo di Kandanın yanında işləyir. Katiblik sənəti ona şeirlə məşğul olmaq üçün xeyli sərbəst vaxt və imkan yaradırdı. Şən, hazırcavab, istiqanlı Marino Neapolda çoxlu dostlar qazanır, yüngül bir həyat keçirirdi. Varlı bir Neapol tacirinin qızı ilə sevgi macərası və gözlənilmədən qızın ölümü onun həbsxanaya düşməsinə səbəb olur. Markiz Mansonun köməyi ilə həbsdən qurtaran şair yeni bir təhlükəli işə düşür. Həbsxanada olan və ölüm gəzləyən bir dostunu xilas etməyə çalışan Marino arxiyepiskop adından saxta bir fərman düzəldir. Fırıldağın üstü açılır, xilas etmək istədiyi dostunu edam edirlər. Marinonu da belə bir aqibət gözləyirdi. Yenə də Mansonun köməyi ilə Marino Romaya qaçır. Romada Marino yüksək rütbəli ruhanilərin yanında qulluq edir. O cümlədən, kardinal Pyetro Aldobrandininin katibi olur. Kardinalla birlikdə Ravenna və Turinə gedir. Turin hersoqunun sarayında o daha böyük nüfuz və hörmət qazanır. 1609-cu ildə onu hersoqluğun ən yüksək mükafatı olan Müqəddəs Mavrini və Lazar ilə mükafatlandırırlar. Bundan sonra o, Kavaler /qəhrəman/ Marino adı ilə tanınır. Karl Emmanuelin yaxın adamlarından olan adlı bir şair Marinonun şeirlərində tənqid edildiyindən bir neçə dəfə ona atəş açır, lakin Marinonu deyil, onun yanında olan bir gənci yaralayır. Hersoq onu həbs etdirir. Lakin Marino alicənablıqla öz düşmənini ölümdən qurtarır. 1611-ci ildə Marino özü həbsxanaya düşür. Marinonun həbs olunmasının səbəbi dəqiq məlum deyildir, lakin tədqiqatçılar belə hesab edirlər ki, bu, şairin dilinin dinc durmaması, şeirlərində Savoya hersoqunun özünü də tənqid etməsi ilə bağlıdır. Şairin dostları və pərəstişkarları bu dəfə də onu həbsdən qurtarırlar. Gözlənilmədən Marino Marqarita de Valuadan Parisə gəlmək haqqında dəvət alır. Şair sevinclə bu dəvəti qəbul edir və ləngimədən Parisə yollanır. İtalyan şairini Mariya Mediçinin sarayında hörmətlə qarşılayırlar. O, XIII Lüdovikin sarayında da böyük müvəffəqiyyət qazanır. Marino səkkiz il Parisdə yaşayır, fransız ədəbiyyatına güclü təsir göstərir. Teofil de Vio, Sent-Aman, Onore Dürfe, Madlena və Jorj de Snüderilor, Sirano de Berjerak kimi sənətkarlarla yanaşı Malerb özü də təsirdən yaxa qurtara bilmir. Bualo etiraf edir ki, "İtalyan muzasının məhsulu" olan barokko "hamının ağlını başından alaraq" fransızlar arasında təsəvvürə gəlməz bir sürətlə yayılmağa başladı. Marinonun yaratdığı yeni poetik üslub İtaliya və Fransadan sonra İngiltərə və İspaniyada geniş şöhrət qazandı. İspan dramaturqu Lope de Veqa Marinoya yüksək qiymət verərək ona ayrıca bir komediya həsr etmişdir. Lope de Veqa bütün müasir rəssamlardan Rubensi, bütün müasir şairlərdən Marinonu üstün tutmuş və yazmışdır: "Marino eşitmənin böyük rəssamı, Rubens görmənin böyük şairidir". Ölümündən bir il əvvəl İtaliyaya qayıdan şairi vətəninin şəhərlərində görünməmiş bir hörmətlə qarşılayırlar. Neapolda şair öləndə onu knyazlara məxsus bir təmtəraqla basdırırlar, bütün İtaliya şairə yas saxlayır.
Yaradıcılığı
Marino məhsuldar bir ədib idi. Nəsrlə onun "Mü-qəddəs dini mövzularda sözlər" və ölümündən sonra çap olunan "Məktublar" əsərləri vardır. Şeir sahəsində o, mədhiyyələr, epitalamlar və s. əsərlər yazmış, istehzalı sonetləri isə "Murtoleidlər" adı ilə tanınmışdır. Lakin Marino bir barokko şairi kimi "Lira" adı ilə çap olunan lirik şeirlərin,"Adonis", "Körpələrin qırğını" kimi poemalar, "Tütək" kitabında toplanan pastoral və mifoloji idilliyaların, "Qalereya" adlı kitabında toplanan və ayrı-ayrı rəsm əsərlərinə yazılmış qısa mənzumələrin müəllifi kimi tanınmışdır.
Marinonun hər bir əsəri müasirlərinin diqqətini cəlb etmiş və böyük uğurla qarşılanmışdır. Marinonun ardıcıllarının – marinistlərin sayı artıq şairin öz sağlığında yetmiş beşə çatmışdır. Marino başda olmaqla marinistlər Petrarka və onun davamçılarının qadını idealizə etməsini və mücərrədləşdirməsini bəyənmirdilər. Marino xəyali yox, real qadınları sevir, vəsf edir, lakin ideallaşdırmırdı. B.Telezio və C.Ç.Vanini kimi mütəfəkkirlərin təsiri altında olan Marino əsərlərində panteist və naturfəlsəfi ideyalara meyl göstərmişdir. Bir çox cəhətlərdən Vanini ilə həmkar olan Marino əsl fikirlərini çox vaxt yalan pərdəsi altında gizləməyə məcbur olmuşdur. O, Vanini kimi dili çıxardılıb, diri-diri yandırılmaq istəməmişdir. C.Bruno, Qaliley kimi müəlliflərin əsərləri ilə də o, tanış idi. Dünyagörüşü onların əsərləri əsasında formalaşmışdır. Marino dini laqeydliyini, panteizmini, bütpərəstliyini Vaniniyə nisbətən daha çox pərdələməyə çalışmışdır.
Marinonun lirik şeirləri arasında sonet və başqa intibah şeiri şəkilləri üstünlük edir. Marino öz fantaziyası, axtarış və tapıntıları ilə köhnə formaları yeniləşdirirdi. O, poeziyanın əsas məqsədini heyrətləndirmək, təəccüb-ləndirmək, məftun etməkdə görürdü. Onun fikrincə, təəccübləndirməyi bacarmayan şair gedib at qaşovlasın. "Şairin qavrayışının təzəliyi və gözlənilməzliyi heç vaxt yoxsulluq, qıtlıq hiss etməməlidir."
Marino lirik şairdir. Onun ən yaxşı şeirləri sevginin və təbiətin tərənnümünə həsr olunmuşdur. Onun 1614-cü ildə tamamlanan "Lira" şeirlər kitabında aşiqanə motivlər həyatda hər şeyin keçici olduğunu təsdiq edən motivlərlə həmahəng verilmişdir. Şairin aşiqanə duyğuları onun təbiət duyğularından təcrid olunmur, insanla təbiət arasındakı sərhədlər bir-birinə keçir, hansının harada başlayıb, harada qurtardığı bilinmir. Barokko memarlıq abidələri ətraf təbiətlə bir-birinə keçdiyi kimi, Marinonun şeirlərində də təbiətlə insanın duyğuları arasındakı sərhədlər əriyib yox olur.
Bir dön dənizə bax: hər dalğa onda
Sanki mürgü vurur, səngiyir külək.
Ulduzdan tac qoyur gecələr fələk,
Mavi geyimini atır bir anda.
Orda rəqs eyləyir aydın, nur saçan,
Göylərdə bulud yox, sahil işıqlı,
Cəzb edir o çılpaq, o yaraşıqlı.
Gümüş çöllərində göyün Ay bu an,
İşıqlar saçan Ay eyləyir artıq
Dəniz sahilində təzə oyunla,
Balıqları ulduz, ulduzu balıq.
Dərinlik cəzb edir odur daima,
Görünün qüdrətli bir sehrkarlıq,
Olur dəniz səthi büllur bir səma.
Bu sonetdə insanın hisləri ilə yer və göy üzvi bir vəhdətdə və qarşılıqlı əlaqədə əks etdirilmişdir. İnsanın baxışları, bənzətmələri, təsəvvürləri yerlə göy, dənizlə səma, çılpaq bir qadınla ay arasında heç bir sərhəd, ayrılıq, uzaqlıq görmür. Yer, göy və insanı onun hissləri, meylləri ilə birlikdə bir bütöv halında tərənnüm edir. Marinonun şeirləri bəzi formal xüsusiyyətlərinə görə Petrarkanı və yeni şirin üslubu xatırlatsa da, onun Petrarka ilə əlaqəsi, yaxınlığı çox azdır. Marinonun şeirlərinə və qəhrəmanlarına xas olan sensualizm /hissilik/ yeni bir dövrün məhsulu idi. Onun şeirlərində dünyəvi sevgi duyğusu üstünlük təşkil edir. Marino belə hesab edirdi ki, o öz əsərləri ilə Tasso və Ariostonu geridə qoymuşdur, çünki onun "Adonis" poeması həcmcə "Azad edilmiş Yerusəlim" və "Çılğın Roland"dan böyükdür. O özünü təkcə yeni ədəbi məktəbin banisi yox, həm də öz dövrünün ən böyük şairi sayırdı. Şairin zəngin ədəbi irsində başqalarından iqtibaslar da çoxdur. O, Petrarka, Politsiano, Sannadzaro, Montemayor, Lope de Veqa, Kamoens və latın poeziyasından çoxlu misraları, hətta bəzən bütöv bəndləri götürüb öz əsərlərinə daxil edirdi. Onun irsində Dantenin ayrı-ayrı misraları ilə səsləşən çoxlu sətirlər də tapmaq mümkündür. Lakin bütün iqtibaslar Marinonun qələmi altında dəyişir, yeni şəkildə səslənirdi. Petrarkanın əflatuni sevgi izharları onda açıq erotikaya çevrilirdi. Marino götürdüyü hər şeyi öz düşüncə-lərinin, yaradıcılıq axtarışlarının içərisində əridir, yeni şəkildə mənalandırır və onların özgələrdən götürmə olduğu qətiyyən hiss olunmur. Marinonun şeirləri ahəngdarlığı, səlisliyi, rəvanlığı, forma və ahəng əlvanlığı ilə seçilir. Məhz bu cəhətinə görə onun şeirləri asanlıqla musiqiyə salınırdı. Bəzi hallarda o, dostluq işlətdiyi bəstəkarlar üçün musiqi mətnləri yazırdı.
Marinonun həcmcə ən iri əsəri "Adonis" poemasıdır. Qırx beş min misradan ibarət olan bu poemada Venera ilə Adonisin sevgisi və bu sevginin nəticəsindən bəhs edilir. Veneranın Adonisə vurulması, Adonisin vəhşi qaban tərəfindən parçalanması və onun şərəfinə təşkil edilən oyunlar antik ədəbiyyatdan və əsatirdən də yaxşı məlumdur. Marino Ovidi, Apuley, Lukretsi, Klavdian, Politsiano, Sannadzaro və başqalarından götürdüyü motivlər əsasında orijinal və əlvan bir əsər yaratmışdır. "Adonis" çoxlu ricətlər və əlavə epizodlarla zənginləşdirilmiş mürəkkəb bir əsərdir.
Şair antik allahlara xristian müqəddəslərindən daha artıq bir ehtiramla yanaşır. Poemada panteist bir ruh hakimdir. Marino geniş açılmış ulduzlu səmanı barokkonun nəhəng bir labirinti kimi təsəvvür edir. Bəzən dünya ona bir mif kimi görünür. Şair planetlərin təsvirində daha çox Qalileyin mövqeyində durur, o, kainatın quruluşu haqqında Ptolomey sistemini qəbul etmir. Antik və İntibah dövrü müəllifləri ayın səthini hamar hesab edirdilərsə, Marino Qalileyin arxasınca ayın səthini dağlıq və qeyri hamar olduğunu söyləyir. "Adonis" poemasının onuncu nəğməsində oxuyuruq: "Bizim zəmanəmizə məlum olmayan teleskopun kəşfini sən başa çatdırdın, Qaliley. Bu kəşf bizdən uzaq olan predmetləri güclü şəkildə böyüdərək bizə yaxınlaşdırdı. Bircə sən onların hamısının hərəkətini izləyirsən, onlar harada gizlənsələr də, ey yeni Endimion, sən onları örtüsüz, çılpaq şəkildə görə bilərsən". Bu və digər qeydlər, mülahizələr göstərir ki, Marino Qalileyin əsərləri ilə yaxından tanış imiş. Marino Veneranın Adonisə olan sevgisini zarafatyana bir incəliklə, açıq-saçıq aşiqanə eyhamlarla nəql edir. Onun misraları oynaqlığı, zərifliyi, qafiyələrinin gözəlliyi ilə diqqəti cəlb edir. Marinonun üslubunun əsasını, orijinallığını gözlənilməz istiarələr, bənzətmələr, müqayisələr təşkil edir. Gözlənilməz söz birləşmələri, nitqin qəfil dönüşləri qeyri-adi bir tərzdə işlədilən bənzətmələr Marinonu yenilikçi bir şair kimi tanıtdırmışdır. Şair çox vaxt bir-birini inkar edən anlayışları yanaşı işlədir. Məsələn, "alim nadan", "lal natiq", "varlı dilənçi", "sevincli ağrı". Marino ulduzlar haqqında danışanda onları "əbədi məhəbbət qığılcımları", "göyün zərif rəqqasələri", "gündüzün dəfnində yandırılan məşəllər" və s. adlandırır. Şairin işlətdiyi bu tipli bənzətmələr oxucunu heyran edir, tilsimləyir, şairi yeni bir düha kimi qiymətləndirməyə məcbur edir. Oxucu elə düşünür ki, Marino poeziyada hələ heç kəsə bəlli olmayan yeni bir aləm açmışdır. Marino əksər halda şən görünür, lakin bu şənlik ümidsizlik və bədbinlikdən doğan bir hal idi, həyatın bütün həyəcan və narahatlıqlarının mənasız olduğunu anlamaqdan irəli gəlirdi. Bir halda ki, dünyanı düzəltmək mümkün deyildir, qəm çəkmək nəyə gərəkdir? Bir halda ki, kainatın müəmmalarını həll etmək mümkün deyildir, baş sındırmağa nə ehtiyac var? Hər şeyi unudub şən, qayğısız olmaq daha yaxşı deyilmi? Özünü və özgələrini aldatmaq, hər şeyi unutmaq kəskin irtica dövründə həyatın şəri qarşısında yeganə çıxış yolu kimi görünürdü. Həyat və insan haqqında ciddi düşündüyü vaxtlarda o, həqiqəti söyləyir. Bu həqiqət isə acıdır, kədərlidir. İnsan bu dünyaya gəldiyi gündən Gözləri açılır yaş tökmək üçün. Bir barokko şairi kimi Marino belə hesab edir ki, dünya həyat ziddiyyətlər və əksliklərlə doludur. Bu əksliklər və ziddiyyətlər bir-birinə bağlanaraq dünyanı məhv olmağa qoymur. Bunun üçün Marino Fransa həyatı üzərində apardığı müşahidələri misal gətirir. "Fransa büsbütün uyğunsuzluq və biçimsizliklərlə doludur. Bunlar nəsə razılıqsız bir razılıq əmələ gətirərək onun mövcudluğunu təmin edir. Adətlər, çevrilişlər, əcaib, qəddar ehtiraslar daim, aramsız vətən mü-haribələri nizamsız qarışıqlıqlar, qeyri-mülayim, ifratçılıqlar, hərcmərclik, çaşbaşlıq və nadanlıq – bir sözlə, onu dağıtmalı, məhv etməli olan hər şey, əslində hansı bir möcüzə iləsə onu qoruyub saxlayır." Məlum olduğu kimi, klassisistlərə görə həyatda hər şey aydın və ahəngdardır, vahid bir intizama tabedir. Barokko şairinə görə, əksinə, hər şey ziddiyyətli, sistemsiz, nizamsız və parçalanmış bir şəkildədir. Marinonun şeirlərində, məktublarında bu xüsusiyyətlər bir sistem şəklin-də əks olunmuşdur.
XVII əsri çox vaxt onun adı ilə marinizm əsri adlan-dırır və "seçentizm" /sençento – XVII əsr deməkdir/ marinizmin sinonimi kimi işlənir. Belə bir meyl Marinonun yaradıcılığının XVII əsrin ən mühüm, səciyyəvi hadisəsi olduğunu təsdiq edir. Təsadüfi deyil ki, XVII əsr İtaliya şairlərinin çoxu onun ardıcılları və davamçıları olmuşlar.
Xarici keçidlər
- Martini A. MARINO, Giovan Battista // Dizionario Biografico degli Italiani (it.). 2008. Vol. 70.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- RKDartists (nid.).
- Archivio Storico Ricordi. 1808.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cambattista Marino it Giambattista Marino 14 oktyabr 1569 Neapol 25 mart 1625 orda Italyan sair Cambattista Marinoit Giambattista MarinoDogum tarixi 14 oktyabr 1569Dogum yeri Neapol Napoli KralligiVefat tarixi 25 mart 1625 1625 03 25 55 yasinda Vefat yeri Neapol Napoli KralligiFealiyyeti sair yazici dramaturqFealiyyet illeri 1590 1625Istiqamet barokkoJanrlar Sonet Madriqal Vikianbarda elaqeli mediafayllarLira 1674HeyatiMarino XVII esrin en boyuk sairi kimi tekce Italiyada deyil hem de butun Avropa olkelerinde genis sohret qazanmisdir Onun barokko cereyaninin yayildigi butun olkelerde coxlu ardicillari ve teqlidcileri olmusdur Marino Barokko seirinin en seciyyevi numayendelerinden biridir O oz dovrune gore seirin movzu dairesini genislendirdi Sair bele hesab edirdi ki tebietde insan hiss ve duygularinin qavraya bileceyi her sey poeziyanin movzusu olmaga layiqdir Marino asiqane seire yeni boyalar getirdi XVI esrin lirik sairlerinden ferqli olaraq Marinonun tesvir etdiyi sevgili sureti daha konkret ve realdir Onun seirlerinde qadinin cismani gozelliyinden alinan hezz ve lezzetin tesviri muhum yer tutur Bununla yanasi onun eserlerinde derinlik yoxdur soz ifade ve obrazlarin ecazkar elvanligi daha cox diqqeti celb edir Canbattista Marino 1569 cu ilde Neapolda anadan olmusdur o cox tez tez deyisen maceralarla dolu bir heyat kecirmisdir Sair gah hebsxanalara dusmus Edam tehlukesi qarsisinda qalmis gah da boyuk zadeganlarin ve krallarin saraylarinda yasayaraq sohret ve hormet qazanmisdir Atasa Covan Francesko edebiyyat heveskari olan ziyali bir huquqsunas idi Onun evinde tez tez Neapolun sair ve yazicilari toplasardi Bele bir serait ve muhit genc Marinonun geleceyini mueyyenlesdirmis onda seire heves oyatmisdir Qoca Marino oglunun huquqsunas olmasini isteyirdi ancaq Marino seire daha cox heves gosterir Vergili Aristo Tasso Sannadzaro kimi sairleri oxuyurdu Sairin sonralar xatirladigi kimi genc yaslarinda o heftede bir defe Sannadzaronun qebrini ziyaret edermis Atasi oglundan bir sey cixmayacagini yeqin edenden sonra onu evden qovur Marino bu ehvalati sonralar Adonis poemasinda istehzali bir tebessumle xatirlamisdir O ata evinden qovulandan bir qeder sonra dostlarinin komeyi ile hersoq Inniqo de Qevarin yaninda uc il katib isleyir sonra Neapol admirali knyaz Matteo di Kandanin yaninda isleyir Katiblik seneti ona seirle mesgul olmaq ucun xeyli serbest vaxt ve imkan yaradirdi Sen hazircavab istiqanli Marino Neapolda coxlu dostlar qazanir yungul bir heyat kecirirdi Varli bir Neapol tacirinin qizi ile sevgi macerasi ve gozlenilmeden qizin olumu onun hebsxanaya dusmesine sebeb olur Markiz Mansonun komeyi ile hebsden qurtaran sair yeni bir tehlukeli ise dusur Hebsxanada olan ve olum gezleyen bir dostunu xilas etmeye calisan Marino arxiyepiskop adindan saxta bir ferman duzeldir Firildagin ustu acilir xilas etmek istediyi dostunu edam edirler Marinonu da bele bir aqibet gozleyirdi Yene de Mansonun komeyi ile Marino Romaya qacir Romada Marino yuksek rutbeli ruhanilerin yaninda qulluq edir O cumleden kardinal Pyetro Aldobrandininin katibi olur Kardinalla birlikde Ravenna ve Turine gedir Turin hersoqunun sarayinda o daha boyuk nufuz ve hormet qazanir 1609 cu ilde onu hersoqlugun en yuksek mukafati olan Muqeddes Mavrini ve Lazar ile mukafatlandirirlar Bundan sonra o Kavaler qehreman Marino adi ile taninir Karl Emmanuelin yaxin adamlarindan olan adli bir sair Marinonun seirlerinde tenqid edildiyinden bir nece defe ona ates acir lakin Marinonu deyil onun yaninda olan bir genci yaralayir Hersoq onu hebs etdirir Lakin Marino alicenabliqla oz dusmenini olumden qurtarir 1611 ci ilde Marino ozu hebsxanaya dusur Marinonun hebs olunmasinin sebebi deqiq melum deyildir lakin tedqiqatcilar bele hesab edirler ki bu sairin dilinin dinc durmamasi seirlerinde Savoya hersoqunun ozunu de tenqid etmesi ile baglidir Sairin dostlari ve perestiskarlari bu defe de onu hebsden qurtarirlar Gozlenilmeden Marino Marqarita de Valuadan Parise gelmek haqqinda devet alir Sair sevincle bu deveti qebul edir ve lengimeden Parise yollanir Italyan sairini Mariya Medicinin sarayinda hormetle qarsilayirlar O XIII Ludovikin sarayinda da boyuk muveffeqiyyet qazanir Marino sekkiz il Parisde yasayir fransiz edebiyyatina guclu tesir gosterir Teofil de Vio Sent Aman Onore Durfe Madlena ve Jorj de Snuderilor Sirano de Berjerak kimi senetkarlarla yanasi Malerb ozu de tesirden yaxa qurtara bilmir Bualo etiraf edir ki Italyan muzasinin mehsulu olan barokko haminin aglini basindan alaraq fransizlar arasinda tesevvure gelmez bir suretle yayilmaga basladi Marinonun yaratdigi yeni poetik uslub Italiya ve Fransadan sonra Ingiltere ve Ispaniyada genis sohret qazandi Ispan dramaturqu Lope de Veqa Marinoya yuksek qiymet vererek ona ayrica bir komediya hesr etmisdir Lope de Veqa butun muasir ressamlardan Rubensi butun muasir sairlerden Marinonu ustun tutmus ve yazmisdir Marino esitmenin boyuk ressami Rubens gormenin boyuk sairidir Olumunden bir il evvel Italiyaya qayidan sairi veteninin seherlerinde gorunmemis bir hormetle qarsilayirlar Neapolda sair olende onu knyazlara mexsus bir temteraqla basdirirlar butun Italiya saire yas saxlayir YaradiciligiMarino mehsuldar bir edib idi Nesrle onun Mu qeddes dini movzularda sozler ve olumunden sonra cap olunan Mektublar eserleri vardir Seir sahesinde o medhiyyeler epitalamlar ve s eserler yazmis istehzali sonetleri ise Murtoleidler adi ile taninmisdir Lakin Marino bir barokko sairi kimi Lira adi ile cap olunan lirik seirlerin Adonis Korpelerin qirgini kimi poemalar Tutek kitabinda toplanan pastoral ve mifoloji idilliyalarin Qalereya adli kitabinda toplanan ve ayri ayri resm eserlerine yazilmis qisa menzumelerin muellifi kimi taninmisdir Marinonun her bir eseri muasirlerinin diqqetini celb etmis ve boyuk ugurla qarsilanmisdir Marinonun ardicillarinin marinistlerin sayi artiq sairin oz sagliginda yetmis bese catmisdir Marino basda olmaqla marinistler Petrarka ve onun davamcilarinin qadini idealize etmesini ve mucerredlesdirmesini beyenmirdiler Marino xeyali yox real qadinlari sevir vesf edir lakin ideallasdirmirdi B Telezio ve C C Vanini kimi mutefekkirlerin tesiri altinda olan Marino eserlerinde panteist ve naturfelsefi ideyalara meyl gostermisdir Bir cox cehetlerden Vanini ile hemkar olan Marino esl fikirlerini cox vaxt yalan perdesi altinda gizlemeye mecbur olmusdur O Vanini kimi dili cixardilib diri diri yandirilmaq istememisdir C Bruno Qaliley kimi muelliflerin eserleri ile de o tanis idi Dunyagorusu onlarin eserleri esasinda formalasmisdir Marino dini laqeydliyini panteizmini butperestliyini Vaniniye nisbeten daha cox perdelemeye calismisdir Marinonun lirik seirleri arasinda sonet ve basqa intibah seiri sekilleri ustunluk edir Marino oz fantaziyasi axtaris ve tapintilari ile kohne formalari yenilesdirirdi O poeziyanin esas meqsedini heyretlendirmek teeccub lendirmek meftun etmekde gorurdu Onun fikrince teeccublendirmeyi bacarmayan sair gedib at qasovlasin Sairin qavrayisinin tezeliyi ve gozlenilmezliyi hec vaxt yoxsulluq qitliq hiss etmemelidir Marino lirik sairdir Onun en yaxsi seirleri sevginin ve tebietin terennumune hesr olunmusdur Onun 1614 cu ilde tamamlanan Lira seirler kitabinda asiqane motivler heyatda her seyin kecici oldugunu tesdiq eden motivlerle hemaheng verilmisdir Sairin asiqane duygulari onun tebiet duygularindan tecrid olunmur insanla tebiet arasindaki serhedler bir birine kecir hansinin harada baslayib harada qurtardigi bilinmir Barokko memarliq abideleri etraf tebietle bir birine kecdiyi kimi Marinonun seirlerinde de tebietle insanin duygulari arasindaki serhedler eriyib yox olur Bir don denize bax her dalga onda Sanki murgu vurur sengiyir kulek Ulduzdan tac qoyur geceler felek Mavi geyimini atir bir anda Orda reqs eyleyir aydin nur sacan Goylerde bulud yox sahil isiqli Cezb edir o cilpaq o yarasiqli Gumus collerinde goyun Ay bu an Isiqlar sacan Ay eyleyir artiq Deniz sahilinde teze oyunla Baliqlari ulduz ulduzu baliq Derinlik cezb edir odur daima Gorunun qudretli bir sehrkarliq Olur deniz sethi bullur bir sema Bu sonetde insanin hisleri ile yer ve goy uzvi bir vehdetde ve qarsiliqli elaqede eks etdirilmisdir Insanin baxislari benzetmeleri tesevvurleri yerle goy denizle sema cilpaq bir qadinla ay arasinda hec bir serhed ayriliq uzaqliq gormur Yer goy ve insani onun hissleri meylleri ile birlikde bir butov halinda terennum edir Marinonun seirleri bezi formal xususiyyetlerine gore Petrarkani ve yeni sirin uslubu xatirlatsa da onun Petrarka ile elaqesi yaxinligi cox azdir Marinonun seirlerine ve qehremanlarina xas olan sensualizm hissilik yeni bir dovrun mehsulu idi Onun seirlerinde dunyevi sevgi duygusu ustunluk teskil edir Marino bele hesab edirdi ki o oz eserleri ile Tasso ve Ariostonu geride qoymusdur cunki onun Adonis poemasi hecmce Azad edilmis Yeruselim ve Cilgin Roland dan boyukdur O ozunu tekce yeni edebi mektebin banisi yox hem de oz dovrunun en boyuk sairi sayirdi Sairin zengin edebi irsinde basqalarindan iqtibaslar da coxdur O Petrarka Politsiano Sannadzaro Montemayor Lope de Veqa Kamoens ve latin poeziyasindan coxlu misralari hetta bezen butov bendleri goturub oz eserlerine daxil edirdi Onun irsinde Dantenin ayri ayri misralari ile seslesen coxlu setirler de tapmaq mumkundur Lakin butun iqtibaslar Marinonun qelemi altinda deyisir yeni sekilde seslenirdi Petrarkanin eflatuni sevgi izharlari onda aciq erotikaya cevrilirdi Marino goturduyu her seyi oz dusunce lerinin yaradiciliq axtarislarinin icerisinde eridir yeni sekilde menalandirir ve onlarin ozgelerden goturme oldugu qetiyyen hiss olunmur Marinonun seirleri ahengdarligi selisliyi revanligi forma ve aheng elvanligi ile secilir Mehz bu cehetine gore onun seirleri asanliqla musiqiye salinirdi Bezi hallarda o dostluq isletdiyi bestekarlar ucun musiqi metnleri yazirdi Marinonun hecmce en iri eseri Adonis poemasidir Qirx bes min misradan ibaret olan bu poemada Venera ile Adonisin sevgisi ve bu sevginin neticesinden behs edilir Veneranin Adonise vurulmasi Adonisin vehsi qaban terefinden parcalanmasi ve onun serefine teskil edilen oyunlar antik edebiyyatdan ve esatirden de yaxsi melumdur Marino Ovidi Apuley Lukretsi Klavdian Politsiano Sannadzaro ve basqalarindan goturduyu motivler esasinda orijinal ve elvan bir eser yaratmisdir Adonis coxlu ricetler ve elave epizodlarla zenginlesdirilmis murekkeb bir eserdir Sair antik allahlara xristian muqeddeslerinden daha artiq bir ehtiramla yanasir Poemada panteist bir ruh hakimdir Marino genis acilmis ulduzlu semani barokkonun neheng bir labirinti kimi tesevvur edir Bezen dunya ona bir mif kimi gorunur Sair planetlerin tesvirinde daha cox Qalileyin movqeyinde durur o kainatin qurulusu haqqinda Ptolomey sistemini qebul etmir Antik ve Intibah dovru muellifleri ayin sethini hamar hesab edirdilerse Marino Qalileyin arxasinca ayin sethini dagliq ve qeyri hamar oldugunu soyleyir Adonis poemasinin onuncu negmesinde oxuyuruq Bizim zemanemize melum olmayan teleskopun kesfini sen basa catdirdin Qaliley Bu kesf bizden uzaq olan predmetleri guclu sekilde boyuderek bize yaxinlasdirdi Birce sen onlarin hamisinin hereketini izleyirsen onlar harada gizlenseler de ey yeni Endimion sen onlari ortusuz cilpaq sekilde gore bilersen Bu ve diger qeydler mulahizeler gosterir ki Marino Qalileyin eserleri ile yaxindan tanis imis Marino Veneranin Adonise olan sevgisini zarafatyana bir incelikle aciq saciq asiqane eyhamlarla neql edir Onun misralari oynaqligi zerifliyi qafiyelerinin gozelliyi ile diqqeti celb edir Marinonun uslubunun esasini orijinalligini gozlenilmez istiareler benzetmeler muqayiseler teskil edir Gozlenilmez soz birlesmeleri nitqin qefil donusleri qeyri adi bir terzde isledilen benzetmeler Marinonu yenilikci bir sair kimi tanitdirmisdir Sair cox vaxt bir birini inkar eden anlayislari yanasi isledir Meselen alim nadan lal natiq varli dilenci sevincli agri Marino ulduzlar haqqinda danisanda onlari ebedi mehebbet qigilcimlari goyun zerif reqqaseleri gunduzun defninde yandirilan meseller ve s adlandirir Sairin isletdiyi bu tipli benzetmeler oxucunu heyran edir tilsimleyir sairi yeni bir duha kimi qiymetlendirmeye mecbur edir Oxucu ele dusunur ki Marino poeziyada hele hec kese belli olmayan yeni bir alem acmisdir Marino ekser halda sen gorunur lakin bu senlik umidsizlik ve bedbinlikden dogan bir hal idi heyatin butun heyecan ve narahatliqlarinin menasiz oldugunu anlamaqdan ireli gelirdi Bir halda ki dunyani duzeltmek mumkun deyildir qem cekmek neye gerekdir Bir halda ki kainatin muemmalarini hell etmek mumkun deyildir bas sindirmaga ne ehtiyac var Her seyi unudub sen qaygisiz olmaq daha yaxsi deyilmi Ozunu ve ozgelerini aldatmaq her seyi unutmaq keskin irtica dovrunde heyatin seri qarsisinda yegane cixis yolu kimi gorunurdu Heyat ve insan haqqinda ciddi dusunduyu vaxtlarda o heqiqeti soyleyir Bu heqiqet ise acidir kederlidir Insan bu dunyaya geldiyi gunden Gozleri acilir yas tokmek ucun Bir barokko sairi kimi Marino bele hesab edir ki dunya heyat ziddiyyetler ve eksliklerle doludur Bu ekslikler ve ziddiyyetler bir birine baglanaraq dunyani mehv olmaga qoymur Bunun ucun Marino Fransa heyati uzerinde apardigi musahideleri misal getirir Fransa busbutun uygunsuzluq ve bicimsizliklerle doludur Bunlar nese raziliqsiz bir raziliq emele getirerek onun movcudlugunu temin edir Adetler cevrilisler ecaib qeddar ehtiraslar daim aramsiz veten mu haribeleri nizamsiz qarisiqliqlar qeyri mulayim ifratciliqlar hercmerclik casbasliq ve nadanliq bir sozle onu dagitmali mehv etmeli olan her sey eslinde hansi bir mocuze ilese onu qoruyub saxlayir Melum oldugu kimi klassisistlere gore heyatda her sey aydin ve ahengdardir vahid bir intizama tabedir Barokko sairine gore eksine her sey ziddiyyetli sistemsiz nizamsiz ve parcalanmis bir sekildedir Marinonun seirlerinde mektublarinda bu xususiyyetler bir sistem seklin de eks olunmusdur XVII esri cox vaxt onun adi ile marinizm esri adlan dirir ve secentizm sencento XVII esr demekdir marinizmin sinonimi kimi islenir Bele bir meyl Marinonun yaradiciliginin XVII esrin en muhum seciyyevi hadisesi oldugunu tesdiq edir Tesadufi deyil ki XVII esr Italiya sairlerinin coxu onun ardicillari ve davamcilari olmuslar Xarici kecidler Sair ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Martini A MARINO Giovan Battista Dizionario Biografico degli Italiani it 2008 Vol 70 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 RKDartists nid Archivio Storico Ricordi 1808