IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir.
IV Mustafa | |
---|---|
osman. مصطفى رابع osman. Mustafâ-i râbi‘ | |
29 may 1807 – 28 iyul 1808 | |
Əvvəlki | III Səlim |
Sonrakı | II Mahmud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1779 |
Doğum yeri | |
Vəfat tarixi | 17 noyabr 1808(29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | I Əbdülhəmid |
Anası | Aişə Səniyəpərvər Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür.
Səltənət illəri
Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə () taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı. Məclisin sonunda üsyançıların dövlət işlərinə qarışmamaq şərtiylə, bağışlanacaqlarına dair söz verildi və fərman hazırlandı (31 may 1807). Ertəsi gün fərmanı təsdiqləyən Sultan Mustafa üsyançıları bağışlayacağına dair and içdi. Ancaq çox keçmədən bunun heç bir faydasının olmadığı aşkarlandı və bütün dövlət idarəsi saray çevrilişini tərtibləyənlərin əlinə keçdi. Beləliklə, Sultan Mustafa səltənəti qısa zamanda peşmançılıq, dövlət strukturunda axsama və islahat tərəfdarları ilə əleyhdarları arasındakı mübarizə meydanına çevrildi.
O əsnada 1806-cı ildə başlayan Rusiya-Osmanlı müharibəsi davam edirdi və sədrəzəm İbrahim Hilmi Paşa orduyla birlikdə cəbhədə idi. Buna baxmayaraq İstanbulda baş tutan hadisələrin sədası bura qədər gəlib çıxmışdı. Belə ki, ayaqlanan yeniçərilər sədrəzəmi ordugahdan qovmuş, önəmli ordu zabitləri cəbhədən qaçmış, üsyanı tərtibləyənlərdən yeniçəri ağası Pəhlivan ağa öz tərəfdarları tərəfindən öldürülmüş, sədarət möhürü verilsə də, ordudakı iğtişaşların önü alına bilməmişdi. Ordunun bu vəziyyəti isə rusların cəbhədə irəliləməsinə səbəb olmuşdu. 24 avqust 1807-ci ildə bağlanan bir illik atəşkəs müddəti isə paytaxtda baş tutan saray çevrilişinin orduda çıxardığı iğtişaşlarla keçdi. İstanbulda Sultan Səlimin taxtdan endirilməsiylə nəticələnən üsyanın memarlarından Kösə Musa Paşa və şeyxülislam Mehmed Əfəndi isə üsyanın idarəsini əlindən çıxarmış, Musa Paşanın istehfasının ardından sabiq sultanın can düşməni Təyyar Mahmud Paşa sədarət naibliyinə gətirilmişdi (noyabr 1807). Ancaq çox keçmədən şeyxülislamla münasibətləri pisləşən Təyyar Mahmud Paşa vəzifədən alındı (mart 1808). Digər yandan Sultan Səlim tərəfdarlarını ətrafında toplamağa başlayan Rusçuk (indiki Ruse) əyanlarından Ələmdar Mustafa Paşa paytaxta doğru irəliləməkdə idi. 19 iyul 1808-ci ildə İstanbula daxil olan Ələmdar Mustafa Paşa şəhərdakı əmin-amanlığı təmin etdi. Qabaqçı Mustafa edam edildi və şeyxülislam vəzifədən alınaraq yerinə gətirildi. Ələmdar Mustafa Paşanın yanında toplananlar Sultan Səlimi yenidən taxta çıxarmaq, Sultan Mustafanın ətrafındakılar isə ondan dərhal qurtulmağın yollarını axtarırdılar. Nəhayət, vəziyyəti ələ alan Ələmdar Mustafa Paşa basqın tərtibləyərək sədrəzəmi həbs etdi və Sultan Səlimi taxta çıxarmaq məqsədilə saraya yönəldi. Şeyxülislam Arif Əfəndi ağsaqqal olaraq saraya göndərildi və Sultan Səlimin sülh və əmin-amanlıqla taxta çıxarılması tələb edildi. Ancaq Sultan Mustafanın əmriylə saray qapıları bağlandı və Sultan Səlimlə, sülalənin yeganə şahzadəsi olan Şahzadə Mahmudun otaqlarına cəlladlar göndərildi. Sultan Səlim vəhşicəsinə şəhid edilsə də, Şahzadə Mahmud saray xidmətçilərinin yardımıyla xilas edildi və Sultan Mustafanın yerinə taxta çıxarıldı (28 iyul 1808). Sultan Mustafa və anası saray çevrilişini qəbul etmədilər və "Mən taxtdan enmədim ki, Mahmudu taxta çıxarasınız" deyə qışqıran Sultan Mustafa yeni padşahın imamlarından Əhməd Kamil Əfəndi tərəfindən sakitləşdirildi və Şimşirlik bölümünə həbs edildi. Otağa zorla daxil olan üsyançıları təhqir etməyə başlayan anası Səniyəpərvər Sultan isə zorla hərəm otaqlarından birinə həbs edildi.
Ölümü
Bu hadisələrin ardından başlayan Ələmdar Mustafa Paşanın qısa sədarəti dönəmində həbs tutulan Sultan Mustafa yenidən taxta çıxarılması üçün gizli yazışmalar aparmışdır. Ələmdar Mustafa Paşanın 3 ay sonra sui-qəsdlə öldürülməsi və ayaqlanan yeniçərilərin saraya yönəlməsinin ardından Sultan Mustafa qardaşının əmriylə dərhal edam edildi (17 noyabr 1808). Abdullah Ramiz Əfəndi, Qazı Əbdürrəhman Paşa, Seyid Əli Əfəndi və İncə Mehmed bəy tərəfindən belindəki qurşaqla boğulan Sultan Mustafanın cənazəsi mərasimlə saraydan çıxarıldı və Sultan Əbdülhəmid türbəsinə atasının yanına dəfn edildi.
Ailəsi
Hərəmxanası
- Şevkinur Başqadınəfəndi (d. 1784 — ö. 1812) — Məzarı Sultan Əbdülhəmid türbəsindədir.
- Dilpəzir Qadınəfəndi (d. 1784 — ö. 1809)
- Səyyarə Qadınəfəndi (d. 1786 — ö. 1817) — Məzarı Sultan Əbdülhəmid türbəsindədir.
- Peykidil Sultan (ö. 29 iyul 1808) — Saray çevrilişi əsnasında Sultan Səlimin qatillərini hərəmə alaraq onlara yol göstərmiş, bu səbəblə sabiq padşahın xanımlarından Rüfət Qadınəfəndinin istəyi və II Mahmudun əmriylə Qız qalasına aparılaraq edam edildi. Cəsədi İstanbul boğazına atıldı.
Oğlan uşaqları
- Şahzadə Əhməd (d. 1809) — 1 sutka sonra vəfat etmişdir.
Qız uşaqları
- Əminə Sultan (d. 6 may 1808 — ö. 13 noyabr 1809)
İstinadlar
- Mustafa IV // Encyclopædia Britannica (ing.).
- Feridun M. Emecen, "Osmanlı Hanedanına Alternatif Arayışlar Üzerine Bazı Örnekler ve Mülahazalar", İslâm Araştırmaları Dergisi, sy. 6, İstanbul 2001, s. 63–76;
- a.mlf., "Kabakcı İsyanı Akabinde Hazırlanan Hüccet-i Şer‘iyye", Türk Kültürü İncelemeleri Dergisi, sy. 4, İstanbul 2001, s. 33–48;
- İsmail Hakkı Uzunçarşılı, Meşhur Rumeli Âyanlarından Tirsinikli İsmail, Yılık Oğlu Süleyman Ağalar ve Alemdar Mustafa Paşa, İstanbul 1942, tür.yer.;
- Georg Oğulukyan’ın Ruznamesi: 1806–1810 İsyanları, III. Selim, IV. Mustafa, II. Mahmud ve Alemdar Mustafa Paşa (trc. H. D. Andreasyan), İstanbul 1972, tür.yer.;
- Kemal Beydilli, Türk Bilim ve Matbaacılık Tarihinde Mühendishâne, Mühendishâne Matbaası ve Kütüphânesi: 1776–1826, İstanbul 1995, s. 79–89;
- Kethüda Said Efendi Tarihi (haz. Ahmet Özcan, yüksek lisans tezi, 1999), Kırıkkale Üniversitesi Sosyal Bilimler Enstitüsü, tür.yer.;
- "Ne Refet Kadına, ne de Peykidil'e yar olan saray? - Milli Gazete". 2023-07-14 tarixində . İstifadə tarixi: 2023-07-14.
Mənbə
- Çelebizâde Âsım, Târih, İstanbul 1282, II, tür.yer.;
- Câbî Ömer Efendi, Târih (haz. Mehmet Ali Beyhan), Ankara 2003, I-II, tür.yer.;
- Mustafa Necib, Tarihçe, İstanbul 1280, tür.yer.;
- Mustafa Nûri Paşa, Netâyicü’l-vukūât (nşr. Mehmed Gālib Bey), İstanbul 1327, IV, 60;
- Cevdet, Târih, II, 129;
- Mufassal Osmanlı Tarihi, İstanbul 1962, V, 2819, 2826, 2829;
- J. de Saint-Denys, Révolution de Constantinople en 1807 et 1808, Paris 1819, II, tür.yer.;
- Zinkeisen, Geschichte, VII, 464, 552-553;
- O. F. von Schlechta-Wssehrd, Die Revolutionen in Constantinopel in den Jahren 1807 und 1808, Wien 1882, tür.yer.;
- Enver Ziya Karal, Osmanlı Tarihi, Ankara 1947-62 → Ankara 1983, V, 84;
- Cemal Erksan, Selim III ve Alemdar Mustafa Paşa, İstanbul 1950, tür.yer.;
- Danişmend, Kronoloji, IV, 87-92, 97;
- Cevat Eren, Selim III’ün Biyografisi, İstanbul 1964, s. 68;
- Fikret Sarıcaoğlu, Kendi Kaleminden Bir Padişahın Portresi: Sultan I. Abdülhamid (1774-1789), İstanbul 2001, tür.yer.;
- Fahri Ç. Derin, “Yayla İmamı Risâlesi”, TED, sy. 3 (1973), s. 213-272;
- a.mlf., “Tüfengçibaşı Ârif Efendi Tarihçesi”, TTK Belleten, XXXVIII/151 (1974), s. 379-443;
- M. Cavid Baysun, “IV. Mustafa”, İA, VIII, 708-714;
- J. H. Kramers, “Muṣṭafā IV”, EI2 (İng.), VII, 709-710.
Xarici keçidlər
IV Mustafa Doğum: 8 sentyabr 1779 Vəfat: 17 noyabr 1808 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri III Səlim | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 29 may 1807-28 iyul 1808 | Xələfləri II Mahmud |
Sünni İslam titulları | ||
Sələfləri III Səlim | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri II Mahmud |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
IV Mustafa Osmanli turkcesi سلطان الرابع مصطفى Mustafa i rabi 8 sentyabr 1779 Konstantinopol 17 noyabr 1808 Konstantinopol 29 cu Osmanli padsahi 93 cu Islam xelifesidir IV Mustafaosman مصطفى رابع osman Mustafa i rabi 29 cu Osmanli sultani Padsah 29 may 1807 28 iyul 1808EvvelkiIII SelimSonrakiII MahmudSexsi melumatlarDogum tarixi 8 sentyabr 1779 1779 09 08 Dogum yeri KonstantinopolVefat tarixi 17 noyabr 1808 1808 11 17 29 yasinda Vefat yeri KonstantinopolDefn yeri Sultan Ebdulhemid turbesiFealiyyeti rehber d Atasi I EbdulhemidAnasi Aise Seniyeperver SultanAilesi Osmanli xanedaniDini islam Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 8 sentyabr 1779 cu ilde dunyaya gelmisdir Atasi 27 Osmanli sultani I Ebdulhemid anasi ise bolqar esilli Aise Seniyeperver Sultandir Sahzadelik illerinde sarayda klassik tehsil almis qardasi Sahzade Mahmudla birlikde atasinin seherdeki teftislerinde istirak etmisdir Atasinin vefatinin ardindan 7 aprel 1789 taxta cixan emisi Sultan Selim ovladi olmadigi ucun qardasi usaqlarina nevazis gostermisdir Bu donemde sarayda rahat bir heyat surmusdur Seltenet illeri Sultan Selim terefinden basladilan herbi ve burokratik islahatlar yeniceri ve ulemalarin muxalifetiyle yarimciq qaldi ve tertiblenen bir saray cevrilisi ile taxtdan endirilerek Simsirlik bolumune hebs edilen Sultan Selimin yerine IV Mustafa taxta cixarildi 29 may 1807 Usyanin ardindan sedaret naibi Kose Musa Pasa Qabaqci Mustafa seyxulislam Mehmed Efendi basqazilar ve yeniceri ocaginin onde gelen zabitlerinin istirakiyla bir meclis toplandi Meclisin sonunda usyancilarin dovlet islerine qarismamaq sertiyle bagislanacaqlarina dair soz verildi ve ferman hazirlandi 31 may 1807 Ertesi gun fermani tesdiqleyen Sultan Mustafa usyancilari bagislayacagina dair and icdi Ancaq cox kecmeden bunun hec bir faydasinin olmadigi askarlandi ve butun dovlet idaresi saray cevrilisini tertibleyenlerin eline kecdi Belelikle Sultan Mustafa selteneti qisa zamanda pesmanciliq dovlet strukturunda axsama ve islahat terefdarlari ile eleyhdarlari arasindaki mubarize meydanina cevrildi Sultan Mustafaya aid tugrali ferman O esnada 1806 ci ilde baslayan Rusiya Osmanli muharibesi davam edirdi ve sedrezem Ibrahim Hilmi Pasa orduyla birlikde cebhede idi Buna baxmayaraq Istanbulda bas tutan hadiselerin sedasi bura qeder gelib cixmisdi Bele ki ayaqlanan yeniceriler sedrezemi ordugahdan qovmus onemli ordu zabitleri cebheden qacmis usyani tertibleyenlerden yeniceri agasi Pehlivan aga oz terefdarlari terefinden oldurulmus sedaret mohuru verilse de ordudaki igtisaslarin onu alina bilmemisdi Ordunun bu veziyyeti ise ruslarin cebhede irelilemesine sebeb olmusdu 24 avqust 1807 ci ilde baglanan bir illik ateskes muddeti ise paytaxtda bas tutan saray cevrilisinin orduda cixardigi igtisaslarla kecdi Istanbulda Sultan Selimin taxtdan endirilmesiyle neticelenen usyanin memarlarindan Kose Musa Pasa ve seyxulislam Mehmed Efendi ise usyanin idaresini elinden cixarmis Musa Pasanin istehfasinin ardindan sabiq sultanin can dusmeni Teyyar Mahmud Pasa sedaret naibliyine getirilmisdi noyabr 1807 Ancaq cox kecmeden seyxulislamla munasibetleri pislesen Teyyar Mahmud Pasa vezifeden alindi mart 1808 Diger yandan Sultan Selim terefdarlarini etrafinda toplamaga baslayan Ruscuk indiki Ruse eyanlarindan Elemdar Mustafa Pasa paytaxta dogru irelilemekde idi 19 iyul 1808 ci ilde Istanbula daxil olan Elemdar Mustafa Pasa seherdaki emin amanligi temin etdi Qabaqci Mustafa edam edildi ve seyxulislam vezifeden alinaraq yerine getirildi Elemdar Mustafa Pasanin yaninda toplananlar Sultan Selimi yeniden taxta cixarmaq Sultan Mustafanin etrafindakilar ise ondan derhal qurtulmagin yollarini axtarirdilar Nehayet veziyyeti ele alan Elemdar Mustafa Pasa basqin tertibleyerek sedrezemi hebs etdi ve Sultan Selimi taxta cixarmaq meqsedile saraya yoneldi Seyxulislam Arif Efendi agsaqqal olaraq saraya gonderildi ve Sultan Selimin sulh ve emin amanliqla taxta cixarilmasi teleb edildi Ancaq Sultan Mustafanin emriyle saray qapilari baglandi ve Sultan Selimle sulalenin yegane sahzadesi olan Sahzade Mahmudun otaqlarina celladlar gonderildi Sultan Selim vehsicesine sehid edilse de Sahzade Mahmud saray xidmetcilerinin yardimiyla xilas edildi ve Sultan Mustafanin yerine taxta cixarildi 28 iyul 1808 Sultan Mustafa ve anasi saray cevrilisini qebul etmediler ve Men taxtdan enmedim ki Mahmudu taxta cixarasiniz deye qisqiran Sultan Mustafa yeni padsahin imamlarindan Ehmed Kamil Efendi terefinden sakitlesdirildi ve Simsirlik bolumune hebs edildi Otaga zorla daxil olan usyancilari tehqir etmeye baslayan anasi Seniyeperver Sultan ise zorla herem otaqlarindan birine hebs edildi Olumu Bu hadiselerin ardindan baslayan Elemdar Mustafa Pasanin qisa sedareti doneminde hebs tutulan Sultan Mustafa yeniden taxta cixarilmasi ucun gizli yazismalar aparmisdir Elemdar Mustafa Pasanin 3 ay sonra sui qesdle oldurulmesi ve ayaqlanan yenicerilerin saraya yonelmesinin ardindan Sultan Mustafa qardasinin emriyle derhal edam edildi 17 noyabr 1808 Abdullah Ramiz Efendi Qazi Ebdurrehman Pasa Seyid Eli Efendi ve Ince Mehmed bey terefinden belindeki qursaqla bogulan Sultan Mustafanin cenazesi merasimle saraydan cixarildi ve Sultan Ebdulhemid turbesine atasinin yanina defn edildi AilesiHeremxanasi Sevkinur Basqadinefendi d 1784 o 1812 Mezari Sultan Ebdulhemid turbesindedir Dilpezir Qadinefendi d 1784 o 1809 Seyyare Qadinefendi d 1786 o 1817 Mezari Sultan Ebdulhemid turbesindedir Peykidil Sultan o 29 iyul 1808 Saray cevrilisi esnasinda Sultan Selimin qatillerini hereme alaraq onlara yol gostermis bu sebeble sabiq padsahin xanimlarindan Rufet Qadinefendinin isteyi ve II Mahmudun emriyle Qiz qalasina aparilaraq edam edildi Cesedi Istanbul bogazina atildi Oglan usaqlari Sahzade Ehmed d 1809 1 sutka sonra vefat etmisdir Qiz usaqlari Emine Sultan d 6 may 1808 o 13 noyabr 1809 IstinadlarMustafa IV Encyclopaedia Britannica ing Feridun M Emecen Osmanli Hanedanina Alternatif Arayislar Uzerine Bazi Ornekler ve Mulahazalar Islam Arastirmalari Dergisi sy 6 Istanbul 2001 s 63 76 a mlf Kabakci Isyani Akabinde Hazirlanan Huccet i Ser iyye Turk Kulturu Incelemeleri Dergisi sy 4 Istanbul 2001 s 33 48 Ismail Hakki Uzuncarsili Meshur Rumeli Ayanlarindan Tirsinikli Ismail Yilik Oglu Suleyman Agalar ve Alemdar Mustafa Pasa Istanbul 1942 tur yer Georg Ogulukyan in Ruznamesi 1806 1810 Isyanlari III Selim IV Mustafa II Mahmud ve Alemdar Mustafa Pasa trc H D Andreasyan Istanbul 1972 tur yer Kemal Beydilli Turk Bilim ve Matbaacilik Tarihinde Muhendishane Muhendishane Matbaasi ve Kutuphanesi 1776 1826 Istanbul 1995 s 79 89 Kethuda Said Efendi Tarihi haz Ahmet Ozcan yuksek lisans tezi 1999 Kirikkale Universitesi Sosyal Bilimler Enstitusu tur yer Ne Refet Kadina ne de Peykidil e yar olan saray Milli Gazete 2023 07 14 tarixinde Istifade tarixi 2023 07 14 MenbeCelebizade Asim Tarih Istanbul 1282 II tur yer Cabi Omer Efendi Tarih haz Mehmet Ali Beyhan Ankara 2003 I II tur yer Mustafa Necib Tarihce Istanbul 1280 tur yer Mustafa Nuri Pasa Netayicu l vukuat nsr Mehmed Galib Bey Istanbul 1327 IV 60 Cevdet Tarih II 129 Mufassal Osmanli Tarihi Istanbul 1962 V 2819 2826 2829 J de Saint Denys Revolution de Constantinople en 1807 et 1808 Paris 1819 II tur yer Zinkeisen Geschichte VII 464 552 553 O F von Schlechta Wssehrd Die Revolutionen in Constantinopel in den Jahren 1807 und 1808 Wien 1882 tur yer Enver Ziya Karal Osmanli Tarihi Ankara 1947 62 Ankara 1983 V 84 Cemal Erksan Selim III ve Alemdar Mustafa Pasa Istanbul 1950 tur yer Danismend Kronoloji IV 87 92 97 Cevat Eren Selim III un Biyografisi Istanbul 1964 s 68 Fikret Saricaoglu Kendi Kaleminden Bir Padisahin Portresi Sultan I Abdulhamid 1774 1789 Istanbul 2001 tur yer Fahri C Derin Yayla Imami Risalesi TED sy 3 1973 s 213 272 a mlf Tufengcibasi Arif Efendi Tarihcesi TTK Belleten XXXVIII 151 1974 s 379 443 M Cavid Baysun IV Mustafa IA VIII 708 714 J H Kramers Muṣṭafa IV EI2 Ing VII 709 710 Xarici kecidlerIV MustafaOsmanli sulalesiDogum 8 sentyabr 1779 Vefat 17 noyabr 1808Hakimiyyet titullariSelefleri III Selim Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 29 may 1807 28 iyul 1808 Xelefleri II MahmudSunni Islam titullariSelefleri III Selim Islam Xelifesi خلافة إسلامية Xelefleri II Mahmud