Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edir.
Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər.
Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər.
Stokholm sindromu xüsusi ədəbiyyatda "Girovun eyniləşdirmə sindromu" (ing. Hostage Identification Syndrome), "Sağlam fikir sindromu" (ing. Common Sense Syndrome) , "Stokholm amili" (ing. Stockholm Factor), "Girovun yaşama uğrunda mübarizəsi sindromu" (ing. Hostage Survival Syndrome) və sair sinonimlərə malikdir.
Anlayışın tarixi
23 avqust 1973-cü ildə həbsxanadan qaçmış Yan Erik Ulsson Stokholmda yerləşən "Sveriges Kreditbank"ə gələrək onu qarət etməyə başladı, bir polisi yaraladı və üç nəfəri qadın olmaqla (Brigitta Lundblad, Kristin Enmark, Elizabet Oldqren) bankın dörd əməkdaşını girov götürdü. Qarətçinin tələbi ilə onun kamera yoldaşı Klark Ulofsson da polis tərəfindən banka gətirildi.
Avqustun 26-da polislər tavanda deşik açaraq Ulofssonun və girovların şəklini çəkdilər. Lakin Ulsson hazırlıq işlərinin getdiyini hiss edərək atəş açmağa başladı və bildirdi ki, qaz hücumu olarsa, o girovları öldürəcəkdir.
Avqustun 28-də polis qaz tətbiq etməklə hücuma başladı. Yarım saatdan sonra cinayətkarlar təslim oldular, girovlar isə xilas edildi.
Keçmiş girovlar bildirirdilər ki, onlar cinayətkarlardan deyil, polisdən qorxurdular. Çünki qarətçilər onlarla yaxşı davranırdılar. Bəzi məlumatlara görə, onlar öz hesabına Ulsson və Ulofsona vəkil də tutmuşdular.
Məhkəmə prosesi zamanı Ulofsson sübut etdi ki, o Ulssona kömək etmirdi və əksinə, girovları xilas etməyə çalışırdı. O bəraət qazanıb azadlığa çıxdı və azadlıqda olarkən Kristin Enmarkla ailəvi dost oldu. Ulsson isə 10 il həbs cəzası aldı.
Hesab edilir ki, "Stokholm sindromu" anlayışını qeyd edilən hadisəni təhlil edən kriminalist Nils Beyerot (Nils Bejerot) təklif etmişdir. Amerikalı psixiatr Frank Oçberq 1978-ci ildə Stokholm sindromunu ciddi tədqiq etmiş ilk mütəxəssis sayılır və o belə qərara gəlmişdi ki, girovların azad edilməsi ilə bağlı əməliyyat hazırlanarkən girov götürülən şəxsin davranışı mütləq nəzərə alınmalıdır.
Stokholm sindromunun formalaşdığı hallar
Stokholm sindromu aşağıdakı hallarda baş verə bilər:
- Siyasi xarakterli terror aktları (girov götürmə);
- Hərbi əməliyyatlar (məsələn, əsir götürülmə);
- Düşərgə və həbsxanalarda azadlıqdan məhrumetmə;
- Məhkəmə prosedurlarının həyata keçirilməsi;
- Siyasi qrupların və dini sektaların daxilində şəxsiyyətlərarası avtoritar münasibətlərin inkişaf etməsi;
- Milli adətlərin həyata keçirilməsi (məsələn, qız qaçırma);
- İnsanların qul kimi işlədilməsi, şantaj və ya pul alınması üçün oğurlanması;
- Ailədaxili, məişət və ya seksual zorakılıq zamanı.
Tədqiqatçılar güman edirlər ki, Stokholm sindromu əslində psixoloji paradoks, pozuntu və ya sindrom deyil və əslində insanın psixikaya travma yetirən hadisəyə normal reaksiyasıdır. Stokholm sindromu ruhi xəstəliklərin təsnifatının beynəlxalq sistemlərinin heç birinə daxil edilməyib.
Tədqiqatlar onu göstərir ki, Stokholm sindromuna nadir hallarda rast gəlinir. FTB-nun məlumatlarına görə, binada girov götürülmə ilə bağlı 1200-ə yaxın halın ancaq 8%-də Stokholm sindromuna rast gəlinib. Lakin, başqa bir tədqiqatda deyilir ki, 4700 cinayət hadisəsinin təhlili zamanı qurbanların 27%-də bu və ya digər şəkildə Stokholm sindromuna rast gəlinirdi.
Lima sindromu
Stokholm sindromuna əks situasiya, yəni girov götürənlərdə qurbana qarşı simpatiya yarandığı üçün qurbanın azad edilməsi "Lima sindromu" adlanır və bu anlayış 1996-cı ilin dekabrında Limada "Tupak Amaru Şakur adına inqilabi hərəkat" qruplaşması tərəfindən törədilən hadisələrlə bağlı yaranıb[9].
Maraqlı faktlar
- Hələ 1936-cı ildə Stokholm sindromunun əsasında duran psixoloji müdafiə mexanizmini ilk dəfə Anna Freyd təsvir etmişdi və o dövrdə bu mexanizmi "özünü aqressorla eyniləşdirmə" adlandırmışdılar.
- Stokholm sindromuna əks situasiya, yəni girov götürənlərdə qurbana qarşı simpatiya yarandığı üçün qurbanın azad edilməsi "" adlanır və bu anlayış 1996-cı ilin dekabrında Limada "Tupak Amaru Şakur adına inqilabi hərəkat" qruplaşması tərəfindən törədilən hadisələrlə bağlı yaranıb.
- Danışıqlar aparılması ilə məşğul olan ekspertlərdən biri Adam Dolnik hesab edir ki, girov götürülmə ilə bağlı cinayət baş verdikdə polislə cinayətkarlar arasında danışıqlar aparan şəxs istənilən üsullarla Stokholm sindromunun formalaşmasına dəstək verməlidir. Çünki bu halda, girov götürülən şəxsin cinayətkar tərəfindən öldürülməmə ehtimalı yüksəlir.
- Stokholm sindromuna Lavrenyevin "Qırx birinci", Jerar Depardye və Pyer Rişarın çəkildiyi "Qaçanlar" və Brüs Uillisin "Məğlubedilməz" filmlərində (sonuncu filmdə o səhvən "Helsinki sindromu" adlandırılır) rast gəlmək olar.
- "Muse" qrupunun "Absolution" albomunda "Stockholm Syndrome" adlı mahnı var.
- Milyonlarla Şimali Koreyalının vəfat edən Kim Çen İr üçün ağlamağını "Dövlət səviyyəsində Stokholm sindromu" adlandırmışdılar[].
- Mark Tvenin "" romanında Tomun banda qurmaq təklifi ilə bağlı epizodda Stokholm sindromunun mexanizmini təsvir edən epizod var:
- "Axşam xəbərləri" kitabında girovluqda olmuş Cessika Stoun öz qaynatasına və oğluna Stokholm sindromu haqqında danışır.
— …Bura bax, biz qadınları da öldürəcəyik?
— Ben Rocers, mən kəmsavad olsaydım susardım. Qadınları öldürmək! Kitablarda bu barədə heç nə yazılmayıbsa, bu nəyə lazımdır? Onları mağaraya gətirirsən, onlarla mümkün qədər nəzakətlə davranırsan və onlar da yavaş-yavaş sənə vurulurlar və evə qayıtmaq istəmirlər.
İstinadlar
- "На переговоры идет сильный". 2012-04-03 tarixində . İstifadə tarixi: 2014-04-23.
- "Стокгольмский синдром: История, причины, ориентация". 2007-05-14 tarixində . İstifadə tarixi: 2014-04-23.
- Factors Influencing the Development of the Hostage Identification Syndrome [ölü keçid]
- The Stockholm Syndrome Revisited. 2011-10-17 at the Wayback Machine Arthur Slatkin. The Police Chief Magazine, Vol. LXXV, No.12, December 2008.
- "С.Асямов. Стокгольмский синдром: история появления и содержание термина". 2022-03-31 tarixində . İstifadə tarixi: 2014-04-23.
- ‘Stockholm syndrome’: psychiatric diagnosis or urban myth?. 2018-02-28 at the Wayback Machine M. Namnyak, N. Tufton, R. Szekely, M. Toal, S. Worboys, E. L. Sampson — Acta Psychiatrica Scandinavica, Volume 117, Issue 1, pages 4–11, January 2008.
- Arxivlənmiş surət, 2022-07-25 tarixində , İstifadə tarixi: 2014-04-23.
- FBI Law Enforcement Bulletin, № 7, 2007
- "10 странных психических феноменов". 2018-05-20 tarixində . İstifadə tarixi: 2014-04-23.
- "Muse – Stockholm Syndrome". 2022-10-08 tarixində . İstifadə tarixi: 2014-04-23.
- Arxivlənmiş surət, 2021-07-21 tarixində , İstifadə tarixi: 2014-04-23.
- = Страшная клятва нашей шайки http://www.e-reading.ws/chapter.php/125860/45/Tven_-_Priklyucheniya_Toma_Soiiera._Priklyucheniya_Gekl%27berri_Finna.html = Страшная клятва нашей шайки (#bad_url) (#bare_url_missing_title)[ölü keçid].
Ədəbiyyat
- М. М. Решетников. Наброски к психологическому портрету террориста.
- М. М. Решетников.Особенности состояния, поведения и деятельности людей в экстремальных ситуациях с витальной угрозой.
- С. В. Асямов. Стокгольмский синдром: история появления и содержание термина.
- Nils Bejerot. The six day war in Stockholm
Xarici keçidlər
- Stokholm sindromu 2016-03-05 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Stokholm sindromu ing Stockholm Syndrome populyar psixologiyaya aid termin olaraq insan ogurlugu ve ya zorakiliq tetbiqi ve ya bele zorakiliq tetbiqi hadisesi zamani qurbanla aqressor arasinda yaranan birterefli ve ya qarsiliqli simpatiyani mudafie tehtelsuur xarakterli travmatik elaqeni tesvir edir Guclu sokun tesiri altinda girovlar onlari girov goturen sexslere teessubkeslik etmeye onlarin hereketlerine beraet qazandirmaga ve son neticede ozlerini onlarla eynilesdirmeye baslayirlar onlarin ideyalarini qebul edirler ve ozlerinin umumi meqsed namine qurban verilmelerini zeruri hesab edirler Dominant xarakterli aile meiset munasibetleri zamani meiset xarakterli Stokholm sindromu yarana biler Stokholm sindromu xususi edebiyyatda Girovun eynilesdirme sindromu ing Hostage Identification Syndrome Saglam fikir sindromu ing Common Sense Syndrome Stokholm amili ing Stockholm Factor Girovun yasama ugrunda mubarizesi sindromu ing Hostage Survival Syndrome ve sair sinonimlere malikdir Anlayisin tarixiKreditbankenin Stokholmda yerlesen binasi 23 avqust 1973 cu ilde hebsxanadan qacmis Yan Erik Ulsson Stokholmda yerlesen Sveriges Kreditbank e gelerek onu qaret etmeye basladi bir polisi yaraladi ve uc neferi qadin olmaqla Brigitta Lundblad Kristin Enmark Elizabet Oldqren bankin dord emekdasini girov goturdu Qaretcinin telebi ile onun kamera yoldasi Klark Ulofsson da polis terefinden banka getirildi Avqustun 26 da polisler tavanda desik acaraq Ulofssonun ve girovlarin seklini cekdiler Lakin Ulsson hazirliq islerinin getdiyini hiss ederek ates acmaga basladi ve bildirdi ki qaz hucumu olarsa o girovlari oldurecekdir Avqustun 28 de polis qaz tetbiq etmekle hucuma basladi Yarim saatdan sonra cinayetkarlar teslim oldular girovlar ise xilas edildi Kecmis girovlar bildirirdiler ki onlar cinayetkarlardan deyil polisden qorxurdular Cunki qaretciler onlarla yaxsi davranirdilar Bezi melumatlara gore onlar oz hesabina Ulsson ve Ulofsona vekil de tutmusdular Mehkeme prosesi zamani Ulofsson subut etdi ki o Ulssona komek etmirdi ve eksine girovlari xilas etmeye calisirdi O beraet qazanib azadliga cixdi ve azadliqda olarken Kristin Enmarkla ailevi dost oldu Ulsson ise 10 il hebs cezasi aldi Hesab edilir ki Stokholm sindromu anlayisini qeyd edilen hadiseni tehlil eden kriminalist Nils Beyerot Nils Bejerot teklif etmisdir Amerikali psixiatr Frank Ocberq 1978 ci ilde Stokholm sindromunu ciddi tedqiq etmis ilk mutexessis sayilir ve o bele qerara gelmisdi ki girovlarin azad edilmesi ile bagli emeliyyat hazirlanarken girov goturulen sexsin davranisi mutleq nezere alinmalidir Stokholm sindromunun formalasdigi hallarStokholm sindromu asagidaki hallarda bas vere biler Siyasi xarakterli terror aktlari girov goturme Herbi emeliyyatlar meselen esir goturulme Duserge ve hebsxanalarda azadliqdan mehrumetme Mehkeme prosedurlarinin heyata kecirilmesi Siyasi qruplarin ve dini sektalarin daxilinde sexsiyyetlerarasi avtoritar munasibetlerin inkisaf etmesi Milli adetlerin heyata kecirilmesi meselen qiz qacirma Insanlarin qul kimi isledilmesi santaj ve ya pul alinmasi ucun ogurlanmasi Ailedaxili meiset ve ya seksual zorakiliq zamani Tedqiqatcilar guman edirler ki Stokholm sindromu eslinde psixoloji paradoks pozuntu ve ya sindrom deyil ve eslinde insanin psixikaya travma yetiren hadiseye normal reaksiyasidir Stokholm sindromu ruhi xesteliklerin tesnifatinin beynelxalq sistemlerinin hec birine daxil edilmeyib Tedqiqatlar onu gosterir ki Stokholm sindromuna nadir hallarda rast gelinir FTB nun melumatlarina gore binada girov goturulme ile bagli 1200 e yaxin halin ancaq 8 de Stokholm sindromuna rast gelinib Lakin basqa bir tedqiqatda deyilir ki 4700 cinayet hadisesinin tehlili zamani qurbanlarin 27 de bu ve ya diger sekilde Stokholm sindromuna rast gelinirdi Lima sindromuStokholm sindromuna eks situasiya yeni girov goturenlerde qurbana qarsi simpatiya yarandigi ucun qurbanin azad edilmesi Lima sindromu adlanir ve bu anlayis 1996 ci ilin dekabrinda Limada Tupak Amaru Sakur adina inqilabi herekat qruplasmasi terefinden toredilen hadiselerle bagli yaranib 9 Maraqli faktlarHele 1936 ci ilde Stokholm sindromunun esasinda duran psixoloji mudafie mexanizmini ilk defe Anna Freyd tesvir etmisdi ve o dovrde bu mexanizmi ozunu aqressorla eynilesdirme adlandirmisdilar Stokholm sindromuna eks situasiya yeni girov goturenlerde qurbana qarsi simpatiya yarandigi ucun qurbanin azad edilmesi adlanir ve bu anlayis 1996 ci ilin dekabrinda Limada Tupak Amaru Sakur adina inqilabi herekat qruplasmasi terefinden toredilen hadiselerle bagli yaranib Danisiqlar aparilmasi ile mesgul olan ekspertlerden biri Adam Dolnik hesab edir ki girov goturulme ile bagli cinayet bas verdikde polisle cinayetkarlar arasinda danisiqlar aparan sexs istenilen usullarla Stokholm sindromunun formalasmasina destek vermelidir Cunki bu halda girov goturulen sexsin cinayetkar terefinden oldurulmeme ehtimali yukselir Stokholm sindromuna Lavrenyevin Qirx birinci Jerar Depardye ve Pyer Risarin cekildiyi Qacanlar ve Brus Uillisin Meglubedilmez filmlerinde sonuncu filmde o sehven Helsinki sindromu adlandirilir rast gelmek olar Muse qrupunun Absolution albomunda Stockholm Syndrome adli mahni var Milyonlarla Simali Koreyalinin vefat eden Kim Cen Ir ucun aglamagini Dovlet seviyyesinde Stokholm sindromu adlandirmisdilar kim Mark Tvenin romaninda Tomun banda qurmaq teklifi ile bagli epizodda Stokholm sindromunun mexanizmini tesvir eden epizod var Axsam xeberleri kitabinda girovluqda olmus Cessika Stoun oz qaynatasina ve ogluna Stokholm sindromu haqqinda danisir Bura bax biz qadinlari da oldureceyik Ben Rocers men kemsavad olsaydim susardim Qadinlari oldurmek Kitablarda bu barede hec ne yazilmayibsa bu neye lazimdir Onlari magaraya getirirsen onlarla mumkun qeder nezaketle davranirsan ve onlar da yavas yavas sene vurulurlar ve eve qayitmaq istemirler Istinadlar Na peregovory idet silnyj 2012 04 03 tarixinde Istifade tarixi 2014 04 23 Stokgolmskij sindrom Istoriya prichiny orientaciya 2007 05 14 tarixinde Istifade tarixi 2014 04 23 Factors Influencing the Development of the Hostage Identification Syndrome olu kecid The Stockholm Syndrome Revisited 2011 10 17 at the Wayback Machine Arthur Slatkin The Police Chief Magazine Vol LXXV No 12 December 2008 S Asyamov Stokgolmskij sindrom istoriya poyavleniya i soderzhanie termina 2022 03 31 tarixinde Istifade tarixi 2014 04 23 Stockholm syndrome psychiatric diagnosis or urban myth 2018 02 28 at the Wayback Machine M Namnyak N Tufton R Szekely M Toal S Worboys E L Sampson Acta Psychiatrica Scandinavica Volume 117 Issue 1 pages 4 11 January 2008 Arxivlenmis suret 2022 07 25 tarixinde Istifade tarixi 2014 04 23 FBI Law Enforcement Bulletin 7 2007 10 strannyh psihicheskih fenomenov 2018 05 20 tarixinde Istifade tarixi 2014 04 23 Muse Stockholm Syndrome 2022 10 08 tarixinde Istifade tarixi 2014 04 23 Arxivlenmis suret 2021 07 21 tarixinde Istifade tarixi 2014 04 23 Strashnaya klyatva nashej shajki http www e reading ws chapter php 125860 45 Tven Priklyucheniya Toma Soiiera Priklyucheniya Gekl 27berri Finna html Strashnaya klyatva nashej shajki bad url bare url missing title olu kecid EdebiyyatM M Reshetnikov Nabroski k psihologicheskomu portretu terrorista M M Reshetnikov Osobennosti sostoyaniya povedeniya i deyatelnosti lyudej v ekstremalnyh situaciyah s vitalnoj ugrozoj S V Asyamov Stokgolmskij sindrom istoriya poyavleniya i soderzhanie termina Nils Bejerot The six day war in StockholmXarici kecidlerStokholm sindromu 2016 03 05 at the Wayback Machine