Əli Məhəmməd oğlu Rəcəbli (1927, Göyəm, Zaqatala rayonu – 12 noyabr 2022, Bakı) — tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi-fond şöbəsinin şöbə müdiri.
Əli Rəcəbli | |
---|---|
Əli Məhəmməd oğlu Rəcəbli | |
Doğum tarixi | 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 2022 |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | numizmat-arxeologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi |
Tanınır | numizmat alim |
Mükafatları | |
Həyatı və təhsili
Professor Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur. Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə "numizmatika" ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur.
Əli Rəcəbli 12 noyabr 2022-ci ildə uzunsürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Elmi fəaliyyəti
Azərbaycan numizmatikasının layiqli nümayəndəsi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Əli Məhəmməd oğlu Rəcəbli respublikamızda numizmatika elminin və numizmatika fondunun əsasını qoymuş məşhur numizmat-arxeoloq, prof. Yevgeni Aleksandroviç Paxomovun yeganə yetirməsi olaraq bu elmin inkişafı üçün bütün səy və bacarığını sərf etmişdir. Əli Rəcəbli 1951-ci ildə S.М.Кirov adına Azərbaycan Dövlət universitetinin (hazırda Bakı Dövlət universiteti) "şərqşünaslıq" fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Tarixi Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) sabiq direktoru, məşhur arxeoloq, professor Saleh Qazıyevin təklifi ilə muzeyin aspiranturasına ("numizmatika" ixtisası üzrə) daxil olmuşdur. 1963-cü ildə Qəbələ rayonunda aşkarlanmış dəfinədəki (158 ədəd) sikkələri təyin və tədqiq edən t.e.d., professor Əli Rəcəbli II Bəhram dövrünə aid çoxsaylı gümüş dirhəmlərin əksəriyyət təşkil etdiyini (154 ədəd) müəyyən etmişdir. 1968-ci ildən hal-hazıradək Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" şöbəsinin müdiri vəzifəsində çalışan Əli Rəcəbli Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı respublikamızda diyarşünaslıq işinin təşkili sahəsində də xüsusi yeri olan aparıcı mütəxəssislərdəndir. Məhz onun səyləri nəticəsində mühafizi olduğu və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidəsinin saxlanıldığı Muzeyin Milli Numizmatika Fondu Azərbaycanın yeganə va zəngin sikkə xəzinəsi, numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapmışdır. Ə. M. Rəcəbli monoqrafiya və çoxsaylı elmi məqalələrin müəllifidir. Onun "Azərbaycan numizmatikası" (Bakı, "Elm və həyat", 1997, rus dilində, 15 ç. v.) monoqrafiyası Azərbaycan dövlətçiliyinin ən bariz rəmzi olan Azərbaycan sikkəsinin ikiminillik tarixini dolğun və yığcam şəkildə əks etdirir.
1953-cü ildən etibarən muzeydə kiçik elmi işçi, baş elmi işçi, Numizmatika fondunun mühafizi, bir müddət direktor müavini və direktor əvəzi vəzifələrində çalışmış Əli Rəcəbli hazırda Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika və epiqrafika şöbəsinin müdiridir.
1963-cü ildə "Səfəvilər dövlətində məskukat işi (XVI–XVIII əsrlər)" mövzusunda namizədlik dissertasiyasını, 2000-ci ildə isə "Azərbaycan numizmatikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli müəllim muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, elmi ekspozisiyasının yaradılmasında əsas iştirakçılardan biri olmaqla yanaşı, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) eksponatlarının təyini və tədqiqi işində də bilavasitə iştirak etmişdir.
1970-ci ildə "Fədakar əməyə görə" medalı ilə təltif olunmuş, 1972-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş Əli Rəcəbli Azərbaycan numizmatik abidələrinin toplanılması, pasportlaşdırılması, öyrənilməsi və nəşri sahəsində xüsusi xidmətləri ilə seçilir. Onun səyi nəticəsində rəhbərlik etdiyi və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan muzeyin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılır. AMEA-nın Azərbaycan Tarixi Muzeyinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şuralarının üzvü olan, respublikamızda və xaricdə keçirilən elmi simpozium və konfranslarda müntəzəm iştirak edən, numizmatika fənnini tədris edən hörmətli professor bir sıra dissertasiyalara opponentlik etməklə yanaşı elmi məsləhətçi kimi də biliyini əsirgəmir. 18 – 22 aprel 2017-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" elmi-fond şöbəsinin müdiri, t.e.d., prof. Əli Rəcəbli Rusiya Federasiyasının Veliki Novqorod şəhərində keçirilən XIX Ümumrusiya Numizmatika Konfransında iştirak edərək "Şirvanşahların nadir sikkələri" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə V Məhəmməd ibn Əhməd (981–991), Qubad ibn Yəzid (1043–1049) və Burhan Əlinin (1540 – 1549) nadir sikkələrinə əsaslanaraq Azərbaycan tarixinin qeyd edilən dövrü ilə əlaqədar məlumatlara yenidən nəzər salmağın vacibliyi diqqətə çatdırılmışdır..
Erməni saxtakarlığına qarşı mübarizəsi
2018-ci il 26 – 29 sentyabr tarixlərində Ermitajda keçirilmiş II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A. Akopyanın və P. Petrovun bir məruzəsi daxil edilmişdir :"Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747–1827). Şərqi Ermənistan xanlıqları sözündən sonra mötərizədə İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqları yazılmışdır. Bununla bağlı muzeyin Elmi Şurası Ermitajın direktoru M. Piotrovskiyə və konfransın təşkilat komitəsinə etiraz məktubu göndərilmişdir. Məktubda saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma "Şəri Ermənistan" adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilmiş və A. Akopyanın və P. Petrovun məruzəsinin konfransın proqramından çıxarılması tələb edilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində erməni təxribatının qarşısı alınmış, məruzədən "Şərqi Ermənistan xanlıqları" ifadəsi çıxarılmış, həmçinin muzeyin "Numizmatika və Epiqrafika" şöbsinin müdiri, professor Əli Rəcəblinin konfransda çıxış etməsi təmin olunmuşdur.
Əli Rəcəblinin yetirdiyi tarix üzrə fəlsəfə doktorları və elmi işlər:
1. 2007-ci il — Qasımova Sənubər Abbas-Ağa qızı. "Azərbaycan dövlətçilik rəmzləri tarixi qaynaq kimi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)". İxtisas: arxeologiya.
2. 2013-cü il — Məmmədova Aygün Musa qızı. "Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi". İxtisas: arxeologiya.
3. 2015-ci il — Cəfərov Mayis Vəliməmməd oğlu. "Azərbaycan Respublikasının cənub-şərq regionunda numizmatik tapıntılar Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi". İxtisas: Vətən tarixi.
Yarıməsirlik ömrünü Azərbaycan numizmatikasına həsr etmiş elmi -tədqiqat və pedaqoji fəaliyyətində yüksək elmi səviyyəsi ilə fərqlənən, mütəxəssis və dəyərli alim -Əli Rəcəbli ömrünün sonuna qədər elmi fəaliyyətilə məşğul olub.
Əsas elmi nailiyyətləri
Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan pul tarixinin öyrənilməsi, numizmatik materialın toplanması və tədqiqi kimi mühüm problemlərin öyrənilməsi ilə məşğul olmuşdur.
Nəşr olunmuş kitabları
1.Нумизматика Азербайджана. Баку, Элм ва хаят, 1997, 232 с.
2."Azərbaycan sikkələri" (Azərbaycan, rus və ingilis dillərində). Bakı: Xalqbank, 2012, 357 s.
3.Монетное дело азербайджанского государства Сефевидов. Bakı: Ziya, 2014, 231 s.
4. Şirvanşahlar dövlətində sikkə zərbi (Azərbaycan, rus və ingilis dillərində). Bakı; Elm və təhsil, 2015, 240 s.
5. Qafqaz pulları (Azərbaycan, rus, ingilis dillərində). Bakı: Elm, 2016, 337 s.
6. Sikkə və dövlətçilik (Azərbaycan və rus dillərində). Bakı, AFpoliqrafAF, 2017, 182 s.
7."Qaraqoyunlu və Ağqoyunlu sikkələri". Bakı: 2019, 118 s.
Elmi məqalələri
1. Qədim pullar silinməz tarixdir: (Tariximiz sikkələr güzgüsündə) /Ə.Rəcəbli./Kredo.-2010.- 13 noyabr.- S. 8.
2.Tək odur fələk taclı, Süleyman üzüklü şah[Mətn]/Ə.Rəcəbli.//Mədəniyyət.-2011.- 16 sentyabr.- S. 12.
3. Dəfinənin gümüş dirhəmləri [Mətn] /Ə.Rəcəbli.//Panorama.-1998.- 4 avqust.
4.Azərbaycan sikkəsi və dövlətçilik [Mətn] /Ə.Rəcəbli.//Elm.-2012.- 5 iyun.- S. 6-7.
5. Görkəmli alim, tarixçi - numizmat [Mətn] /Ə.Rəcəbli.//Xalq qəzeti.-2005.- 10 mart.- S.5.
6. "Sikkə çox vacib dövlətçilik rəmzidir":Elm, təhsil və həyat.-2009.- 10 iyul.- S. 1; 5.
Təltif və mükafatları
1. Fədakar əməyə görə medalı (1970)
2. "Əməkdar mədəniyyət işçisi" fəxri adı (1972)
3. Tərəqqi medalı (2010).
4. AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən A. A. Bakıxanov adına medalla təltif olunmuşdur. (2017)
5. V Filexpo sərgisinin qızıl medalla təltif olunmuşdu (2018).
İstinadlar
- Rəcəbli, Əli // Çex Milli Hakimiyyət Məlumat bazası.
- . 2016-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07.
- "Arxivlənmiş surət". 2020-08-15 tarixində . İstifadə tarixi: 2016-06-08.
- "Arxivlənmiş surət". 2022-12-10 tarixində . İstifadə tarixi: 2024-04-04.
- "AMEA-nın saytı". 2023-09-29 tarixində . İstifadə tarixi: 2024-04-04.
- "Arxivlənmiş surət". 2017-12-25 tarixində . İstifadə tarixi: 2016-06-07.
- Aygün Məmmədova. 2016–2017-ci illərdə Milli Azərbaycan Tarixi MuzeyininNumizmatika fonduna təqdim olunan numizmatik materiallar S. 110–113 2022-03-27 at the Wayback Machine / Milli Azərbaycan Tarixi Muzeyi-2017. Bakı, 2017.
- Əliyeva N. Numizmatika elminə dəyərli töhfə (Prof. Əli Rəcəblinin "Sikkə və dövlətçilik" kitabı haqqında). Elmi-ictimai jurnal Cild 6, № 1 mart 2019 s. 63–64
- Aygün Məmmədova. Azərbaycan numizmatikasinin layiqli tədqiqatçı-alimi – Əli Rəcəbli. səh.461–462. Azərbaycan Tarix Muzeyi. Bakı,2007.
- Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan pul tarixinin öyrənilməsi, numizmatik materialın toplanması və tədqiqi
- "Arxivlənmiş surət". 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-06-30.
Xarici keçidlər
- Ə.Cəfərov/Əli Rəcəbli - Ustad alim və müəllimlərimiz [Mətn] : Azərbaycan numizmatika elminin banisi
- "Arxivlənmiş surət". 2021-06-24 tarixində . İstifadə tarixi: 2016-06-07.
- https://www.anl.az/down/meqale/medeniyyet/2022/noyabr/823631.html[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eli Mehemmed oglu Recebli 1927 Goyem Zaqatala rayonu 12 noyabr 2022 Baki tarix elmleri doktoru professor numizmat arxeoloq Azerbaycan Tarixi Muzeyinin Numizmatika ve Epiqrafika elmi fond sobesinin sobe mudiri Eli RecebliEli Mehemmed oglu RecebliDogum tarixi 1927Dogum yeri Goyem Zaqatala rayonu Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 12 noyabr 2022 2022 11 12 Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanElm sahesi numizmat arxeologiyaElmi derecesi tarix elmleri doktoruElmi adi professorTehsili Azerbaycan Dovlet Universitetinin Serqsunasliq fakultesiTaninir numizmat alimMukafatlariHeyati ve tehsiliProfessor Eli Mehemmed oglu Recebli 1927 ci il avqustun 2 de Zaqatala rayonunun Goyem kendinde anadan olmusdur Eli Recebli 1951 ci ilde Azerbaycan Dovlet Universitetinin indiki Baki Dovlet Universiteti serqsunasliq fakultesini ferqlenme diplomu ile bitirdikden sonra Azerbaycan Dovlet Muzeyinin hazirda Milli Azerbaycan Tarixi Muzeyi direktoru meshur arxeoloq Saleh Qaziyevin teklifi ile numizmatika ixtisasi uzre respublikada ilk aspirant olaraq muzeyin aspiranturasina daxil olmusdur Eli Recebli 12 noyabr 2022 ci ilde uzunsuren xestelikden sonra Baki seherinde vefat edib Elmi fealiyyetiAzerbaycan numizmatikasinin layiqli numayendesi emekdar medeniyyet iscisi tarix elmleri doktoru professor Eli Mehemmed oglu Recebli respublikamizda numizmatika elminin ve numizmatika fondunun esasini qoymus meshur numizmat arxeoloq prof Yevgeni Aleksandrovic Paxomovun yegane yetirmesi olaraq bu elmin inkisafi ucun butun sey ve bacarigini serf etmisdir Eli Recebli 1951 ci ilde S M Kirov adina Azerbaycan Dovlet universitetinin hazirda Baki Dovlet universiteti serqsunasliq fakultesini ferqlenme diplomu ile bitirdikden sonra Azerbaycan Tarixi Muzeyinin hazirda Milli Azerbaycan Tarixi Muzeyi sabiq direktoru meshur arxeoloq professor Saleh Qaziyevin teklifi ile muzeyin aspiranturasina numizmatika ixtisasi uzre daxil olmusdur 1963 cu ilde Qebele rayonunda askarlanmis definedeki 158 eded sikkeleri teyin ve tedqiq eden t e d professor Eli Recebli II Behram dovrune aid coxsayli gumus dirhemlerin ekseriyyet teskil etdiyini 154 eded mueyyen etmisdir 1968 ci ilden hal haziradek Milli Azerbaycan Tarixi Muzeyinin Numizmatika ve epiqrafika sobesinin mudiri vezifesinde calisan Eli Recebli Milli Azerbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasinin yaradicilarindan biri olmaqla yanasi respublikamizda diyarsunasliq isinin teskili sahesinde de xususi yeri olan aparici mutexessislerdendir Mehz onun seyleri neticesinde muhafizi oldugu ve 150 minden cox sikke ve diger maddi medeniyyet abidesinin saxlanildigi Muzeyin Milli Numizmatika Fondu Azerbaycanin yegane va zengin sikke xezinesi numizmatik tedqiqatlar merkezi kimi sohret tapmisdir E M Recebli monoqrafiya ve coxsayli elmi meqalelerin muellifidir Onun Azerbaycan numizmatikasi Baki Elm ve heyat 1997 rus dilinde 15 c v monoqrafiyasi Azerbaycan dovletciliyinin en bariz remzi olan Azerbaycan sikkesinin ikiminillik tarixini dolgun ve yigcam sekilde eks etdirir 1953 cu ilden etibaren muzeyde kicik elmi isci bas elmi isci Numizmatika fondunun muhafizi bir muddet direktor muavini ve direktor evezi vezifelerinde calismis Eli Recebli hazirda Milli Azerbaycan Tarixi Muzeyinde Numizmatika ve epiqrafika sobesinin mudiridir 1963 cu ilde Sefeviler dovletinde meskukat isi XVI XVIII esrler movzusunda namizedlik dissertasiyasini 2000 ci ilde ise Azerbaycan numizmatikasi movzusunda doktorluq dissertasiyasini mudafie etmis Eli muellim muzeyin movzu ekspozisiya planlarinin tertibinde muzey ekspozisiyasinin teskili ve reekspozisiya islerinde elmi ekspozisiyasinin yaradilmasinda esas istirakcilardan biri olmaqla yanasi habele respublikanin bir sira diyarsunasliq muzeylerinin Naxcivan Zaqatala Xiskedere Masalli Samaxi Gence eksponatlarinin teyini ve tedqiqi isinde de bilavasite istirak etmisdir 1970 ci ilde Fedakar emeye gore medali ile teltif olunmus 1972 ci ilde Emekdar medeniyyet iscisi adina layiq gorulmus Eli Recebli Azerbaycan numizmatik abidelerinin toplanilmasi pasportlasdirilmasi oyrenilmesi ve nesri sahesinde xususi xidmetleri ile secilir Onun seyi neticesinde rehberlik etdiyi ve 150 minden cox sikke ve diger maddi medeniyyet abidelerinden ibaret kolleksiyalara sfragistika medal seneti faleristika filateliya bonistika malik olan muzeyin Numizmatika ve Komekci tarixi fenn materiallari fondlari respublikanin vahid numizmatik tedqiqatlar merkezi ve MDB mekaninda en zengin numizmatik fondlardan biri sayilir AMEA nin Azerbaycan Tarixi Muzeyinin ve AMEA nin Arxeologiya ve Etnoqrafiya Institutunun elmi suralarinin uzvu olan respublikamizda ve xaricde kecirilen elmi simpozium ve konfranslarda muntezem istirak eden numizmatika fennini tedris eden hormetli professor bir sira dissertasiyalara opponentlik etmekle yanasi elmi meslehetci kimi de biliyini esirgemir 18 22 aprel 2017 ci ilde AMEA Milli Azerbaycan Tarixi Muzeyinin Numizmatika ve epiqrafika elmi fond sobesinin mudiri t e d prof Eli Recebli Rusiya Federasiyasinin Veliki Novqorod seherinde kecirilen XIX Umumrusiya Numizmatika Konfransinda istirak ederek Sirvansahlarin nadir sikkeleri adli meruze ile cixis etmisdir Meruzede V Mehemmed ibn Ehmed 981 991 Qubad ibn Yezid 1043 1049 ve Burhan Elinin 1540 1549 nadir sikkelerine esaslanaraq Azerbaycan tarixinin qeyd edilen dovru ile elaqedar melumatlara yeniden nezer salmagin vacibliyi diqqete catdirilmisdir Ermeni saxtakarligina qarsi mubarizesi 2018 ci il 26 29 sentyabr tarixlerinde Ermitajda kecirilmis II Beynelxalq Serq numizmatikasi konfransinin proqramina A Akopyanin ve P Petrovun bir meruzesi daxil edilmisdir Serqi Ermenistan xanliqlarinda Irevan Naxcivan Qarabag Gence sikke isi 1747 1827 Serqi Ermenistan xanliqlari sozunden sonra moterizede Irevan Naxcivan Qarabag Gence xanliqlari yazilmisdir Bununla bagli muzeyin Elmi Surasi Ermitajin direktoru M Piotrovskiye ve konfransin teskilat komitesine etiraz mektubu gonderilmisdir Mektubda saxta ermeni iddialarina soykenen meruze muelliflerinin qondarma Seri Ermenistan adi altinda ezeli Azerbaycan torpaqlarini teqdim etmesine etiraz bildirilmis ve A Akopyanin ve P Petrovun meruzesinin konfransin proqramindan cixarilmasi teleb edilmisdir Milli Azerbaycan Tarixi Muzeyinin AMEA Reyaset Heyeti ve Azerbaycan Respublikasi Xarici Isler Nazirliyi ile birge fealiyyeti neticesinde ermeni texribatinin qarsisi alinmis meruzeden Serqi Ermenistan xanliqlari ifadesi cixarilmis hemcinin muzeyin Numizmatika ve Epiqrafika sobsinin mudiri professor Eli Receblinin konfransda cixis etmesi temin olunmusdur Eli Receblinin yetirdiyi tarix uzre felsefe doktorlari ve elmi isler 1 2007 ci il Qasimova Senuber Abbas Aga qizi Azerbaycan dovletcilik remzleri tarixi qaynaq kimi Milli Azerbaycan Tarixi Muzeyinin materiallari esasinda Ixtisas arxeologiya 2 2013 cu il Memmedova Aygun Musa qizi Ereb Xilafeti dovrunde Azerbaycanda sikke zerbi ve pul dovriyyesi Ixtisas arxeologiya 3 2015 ci il Ceferov Mayis Velimemmed oglu Azerbaycan Respublikasinin cenub serq regionunda numizmatik tapintilar Azerbaycan tarixinin oyrenilmesinde menbe kimi Ixtisas Veten tarixi Yarimesirlik omrunu Azerbaycan numizmatikasina hesr etmis elmi tedqiqat ve pedaqoji fealiyyetinde yuksek elmi seviyyesi ile ferqlenen mutexessis ve deyerli alim Eli Recebli omrunun sonuna qeder elmi fealiyyetile mesgul olub Esas elmi nailiyyetleriAzerbaycan dovletciliyinin muhum atributlarindan biri olan pul tarixinin oyrenilmesi numizmatik materialin toplanmasi ve tedqiqi kimi muhum problemlerin oyrenilmesi ile mesgul olmusdur Nesr olunmus kitablari1 Numizmatika Azerbajdzhana Baku Elm va hayat 1997 232 s 2 Azerbaycan sikkeleri Azerbaycan rus ve ingilis dillerinde Baki Xalqbank 2012 357 s 3 Monetnoe delo azerbajdzhanskogo gosudarstva Sefevidov Baki Ziya 2014 231 s 4 Sirvansahlar dovletinde sikke zerbi Azerbaycan rus ve ingilis dillerinde Baki Elm ve tehsil 2015 240 s 5 Qafqaz pullari Azerbaycan rus ingilis dillerinde Baki Elm 2016 337 s 6 Sikke ve dovletcilik Azerbaycan ve rus dillerinde Baki AFpoliqrafAF 2017 182 s 7 Qaraqoyunlu ve Agqoyunlu sikkeleri Baki 2019 118 s Elmi meqaleleri1 Qedim pullar silinmez tarixdir Tariximiz sikkeler guzgusunde E Recebli Kredo 2010 13 noyabr S 8 2 Tek odur felek tacli Suleyman uzuklu sah Metn E Recebli Medeniyyet 2011 16 sentyabr S 12 3 Definenin gumus dirhemleri Metn E Recebli Panorama 1998 4 avqust 4 Azerbaycan sikkesi ve dovletcilik Metn E Recebli Elm 2012 5 iyun S 6 7 5 Gorkemli alim tarixci numizmat Metn E Recebli Xalq qezeti 2005 10 mart S 5 6 Sikke cox vacib dovletcilik remzidir Elm tehsil ve heyat 2009 10 iyul S 1 5 Teltif ve mukafatlari1 Fedakar emeye gore medali 1970 2 Emekdar medeniyyet iscisi fexri adi 1972 3 Tereqqi medali 2010 4 AMEA Reyaset Heyetinin qerari ile AMEA nin prezidenti akademik Akif Elizade terefinden A A Bakixanov adina medalla teltif olunmusdur 2017 5 V Filexpo sergisinin qizil medalla teltif olunmusdu 2018 IstinadlarRecebli Eli Cex Milli Hakimiyyet Melumat bazasi 2016 05 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 06 07 Arxivlenmis suret 2020 08 15 tarixinde Istifade tarixi 2016 06 08 Arxivlenmis suret 2022 12 10 tarixinde Istifade tarixi 2024 04 04 AMEA nin sayti 2023 09 29 tarixinde Istifade tarixi 2024 04 04 Arxivlenmis suret 2017 12 25 tarixinde Istifade tarixi 2016 06 07 Aygun Memmedova 2016 2017 ci illerde Milli Azerbaycan Tarixi MuzeyininNumizmatika fonduna teqdim olunan numizmatik materiallar S 110 113 2022 03 27 at the Wayback Machine Milli Azerbaycan Tarixi Muzeyi 2017 Baki 2017 Eliyeva N Numizmatika elmine deyerli tohfe Prof Eli Receblinin Sikke ve dovletcilik kitabi haqqinda Elmi ictimai jurnal Cild 6 1 mart 2019 s 63 64 Aygun Memmedova Azerbaycan numizmatikasinin layiqli tedqiqatci alimi Eli Recebli seh 461 462 Azerbaycan Tarix Muzeyi Baki 2007 Azerbaycan dovletciliyinin muhum atributlarindan biri olan pul tarixinin oyrenilmesi numizmatik materialin toplanmasi ve tedqiqi Arxivlenmis suret 2021 07 09 tarixinde Istifade tarixi 2021 06 30 Xarici kecidlerE Ceferov Eli Recebli Ustad alim ve muellimlerimiz Metn Azerbaycan numizmatika elminin banisi Arxivlenmis suret 2021 06 24 tarixinde Istifade tarixi 2016 06 07 https www anl az down meqale medeniyyet 2022 noyabr 823631 html olu kecid