Günəştəpə — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Eneolit və Erkən Tunc dövrünə aid olan yaşayış yeri Füzuli şəhərinin şimalında, Köndələnçayın sağ sahilində yerləşir.
Günəştəpə yaşayış yeri | |
---|---|
Günəştəpə yaşayış yeri | |
Status | Ölkə əhəmiyyətli |
Şəhər | Füzuli şəhəri |
Yerləşir | Köndələnçayın sağ sahilində |
Kəşf tarixi | E.ə. II-I minilliklər |
Abidənin İlk Tunc dövrünə aid mədəni təbəqəsinin qalınlığı 2 m-dir. Bu təbəqədə qaya parçaları və çay daşlarından tikilmiş, gil məhlulu ilə bərkidilmiş dairəvi formalı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Binanın diametri 7 m- dir. Divarların ətrafında xeyli suvaq və çiy kərpic parçalarının qeydə alınması, divarların daş təməl üzərində çiy kərpicdən tikildiyini göstərir.
E.ə. II minillikdə Günəştəpə qəbiristana çevrilmişdir. Оrоnim iki — "Günəş" və "təpə terminlərindən ibarətdir. Həmin ərazini Günəş şüası çоx tutduğu üçün əraziyə Günəştəpə deyilir. Tədqiqatlar Günəştəpənin e. ə. V-III minilliklərdə оturaq əkinçi-maldar əhaliyə məxsus оlduğunu göstərir.
1964-cü ildə aparılmış arxeoloji qazıntılar zamanı yaşayış yerindən Kür-Araz mədəniyyəti üçün xarakterik olan qara cilalı gil qab parçaları, daş və sümükdən hazırlanmış əmək alətləri, heykəlciklər, əkinçilik alətləri və s. aşkar edilmişdir. Arxeoloji qazıntılar Günəştəpə yaşayış yerinin Erkən Tunc dövrünün yalnız müəyyən mərhələsində mövcud olduğunu göstərir.
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.
Xarici keçidlər
- (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2019-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2020.
- "Qarabağda tunc dövrü boyalı qablar istehsalı ocaqları". anl.az. İstifadə tarixi: 3 noyabr 2020.
İstinadlar
- Günəştəpə yaşayış yeri[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gunestepe Azerbaycanin Fuzuli rayonu erazisinde qedim yasayis yeri Eneolit ve Erken Tunc dovrune aid olan yasayis yeri Fuzuli seherinin simalinda Kondelencayin sag sahilinde yerlesir Gunestepe yasayis yeriGunestepe yasayis yeriStatus Olke ehemiyyetliSeher Fuzuli seheriYerlesir Kondelencayin sag sahilindeKesf tarixi E e II I minillikler Abidenin Ilk Tunc dovrune aid medeni tebeqesinin qalinligi 2 m dir Bu tebeqede qaya parcalari ve cay daslarindan tikilmis gil mehlulu ile berkidilmis dairevi formali yasayis binasinin qaliqlari askar olunmusdur Binanin diametri 7 m dir Divarlarin etrafinda xeyli suvaq ve ciy kerpic parcalarinin qeyde alinmasi divarlarin das temel uzerinde ciy kerpicden tikildiyini gosterir E e II minillikde Gunestepe qebiristana cevrilmisdir Oronim iki Gunes ve tepe terminlerinden ibaretdir Hemin erazini Gunes suasi cox tutdugu ucun eraziye Gunestepe deyilir Tedqiqatlar Gunestepenin e e V III minilliklerde oturaq ekinci maldar ehaliye mexsus oldugunu gosterir 1964 cu ilde aparilmis arxeoloji qazintilar zamani yasayis yerinden Kur Araz medeniyyeti ucun xarakterik olan qara cilali gil qab parcalari das ve sumukden hazirlanmis emek aletleri heykelcikler ekincilik aletleri ve s askar edilmisdir Arxeoloji qazintilar Gunestepe yasayis yerinin Erken Tunc dovrunun yalniz mueyyen merhelesinde movcud oldugunu gosterir MenbeVeli Baxseli oglu Baxseliyev Azerbaycan arxeologiyasi Ali mekteb telebeleri ucun vesait I cild Baki Elm 2007 Xarici kecidler az Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2019 09 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 3 noyabr 2020 Qarabagda tunc dovru boyali qablar istehsali ocaqlari anl az Istifade tarixi 3 noyabr 2020 IstinadlarGunestepe yasayis yeri olu kecid