Tiplər nəzəriyyəsi-maddələr sadə qeyri-üzvi maddələrdən (tiplərdən) törəyir və öz hidrogenlərinin qalıqlarla əvəz olunmasında əmələ gəlir. Bu nəzəriyyə radikallar nəzəriyyəsinin əksinə olaraq, molekulun dəyişən hissəsini əsas tutur, üzvi maddələrin reaksiyaları ilə qeyri-üzvi maddələrinin reaksiyaları arasında böyük oxşarlıq olduğunu irəli sürürdü.
Əsas tiplər
Ilk dövrdə bu nəzəriyyəni radikallar nəzəriyyəsinə zidd tutur və hətta radikal kəlməsini işlətməyərək, onu qalıqla əvəz edirdilər. Əsas tiplər H2O, HCl, NH3 və daha sonra CH4 qəbul olunmuşdur. Bu tiplərdə hidrogeni qalıqlarla əvəz edir və üzvi birləşmələrin bu, yaxud başqa tipə mənsubiyyətini aydınlaşdırmaqla onları müxtəlif siniflərə ayrırdılar. Məsələn, spirtlər, efirlər, turşular və onların törəmələri su tipinə aid edilir. Əsas tiplərdən törəyən üzvi maddələr bu tiplərin reaksiyalarını verməli idi. Su tipinə aid edilən spirtlərin su kimi natrium və PCl3 ilə reaksiyaya girməsi buna bir dəlil idi.
Qatışıq və mürəkkəb tiplər
Tiplər nəzəriyyəsini inkişaf etdirərək metan tipini aşkar etdi və beləliklə, tiplər sistemində doymuş karbohidrogenlərə yer tapmadı. Daha sonra tapılan bəzi maddələri məlum tiplərə aid etmək mümkün olmadığı üçün qatışıq və mürəkkəb tiplər irəli sürüldü.
Xassələri
Tiplər nəzəriyyəsi xassələrinə görə bir-birinə yaxın üzvi birləşmələrin siniflərə toplanmasını, habelə hər sinifdə olan maddələrin fiziki xassələrinin tapılması, məlum olmayan müxtəlif maddələrin alınması üsulları və xassələrini əvvəlcədən söyləmək üçün imkan yaradırdı.
Əsas nöqsanı
Tiplər nəzəriyyəsinin əsas nöqsanı molekulun birtərəfli öyrənilməsi və maddənin ikinci hissəsi olan radikalların nəzərdən yayınması idi. Halbuki maddənin dərindən tanınması üçün birləşmənin hərtərəfli öyrənilməsi tələb olunurdu. Bundan başqa, öyrənilən üzvi birləşmələrin sayı artdıqca, onların tiplərə mənsubiyyəti məsələsində mübahisələr törənirdi, çünki birləşməni müəyyən tipə aid etmək üçün ümumi prinsip tapmaq mümkün olmur. Çox vaxt müxtəlif alimlər eyni maddəni müxtəlif tiplərə aid edirdilər. Buna baxmayaraq, tiplər nəzəriyyəsi kimyanın inkişafında böyük rol oynamış, valentlik anlayışının meydana çıxmasına səbəb olmuş və quruluş nəzəriyyəsinə yol açmışdır. 1853-cü ildə Frankland metal-üzvi birləşmələr üzərində işləyərkən müxtəlif metalların bir atomunun müxtəlif miqdarda radikalı birləşdirməsi üzərində müşahidələr aparmış, nəticədə valentlik qanununu tapmışdır. . Keçən əsrin ortalarına qədər üzvi kimyada hökm sürən radikal və tiplər nəzəriyyəsindən başqa, eterin nəzəriyyəsi və nüvələr nəzəriyyəsi kimi bir çox az əhəmiyyətli nəzəriyyələr də meydana çıxmışdı.
Mənbə
- M. Mövsümzadə, P. Qurbanov "Üzvi kimya", Bakı, 1983.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tipler nezeriyyesi maddeler sade qeyri uzvi maddelerden tiplerden toreyir ve oz hidrogenlerinin qaliqlarla evez olunmasinda emele gelir Bu nezeriyye radikallar nezeriyyesinin eksine olaraq molekulun deyisen hissesini esas tutur uzvi maddelerin reaksiyalari ile qeyri uzvi maddelerinin reaksiyalari arasinda boyuk oxsarliq oldugunu ireli sururdu Esas tiplerIlk dovrde bu nezeriyyeni radikallar nezeriyyesine zidd tutur ve hetta radikal kelmesini isletmeyerek onu qaliqla evez edirdiler Esas tipler H2O HCl NH3 ve daha sonra CH4 qebul olunmusdur Bu tiplerde hidrogeni qaliqlarla evez edir ve uzvi birlesmelerin bu yaxud basqa tipe mensubiyyetini aydinlasdirmaqla onlari muxtelif siniflere ayrirdilar Meselen spirtler efirler tursular ve onlarin toremeleri su tipine aid edilir Esas tiplerden toreyen uzvi maddeler bu tiplerin reaksiyalarini vermeli idi Su tipine aid edilen spirtlerin su kimi natrium ve PCl3 ile reaksiyaya girmesi buna bir delil idi Qatisiq ve murekkeb tiplerTipler nezeriyyesini inkisaf etdirerek metan tipini askar etdi ve belelikle tipler sisteminde doymus karbohidrogenlere yer tapmadi Daha sonra tapilan bezi maddeleri melum tiplere aid etmek mumkun olmadigi ucun qatisiq ve murekkeb tipler ireli suruldu XasseleriTipler nezeriyyesi xasselerine gore bir birine yaxin uzvi birlesmelerin siniflere toplanmasini habele her sinifde olan maddelerin fiziki xasselerinin tapilmasi melum olmayan muxtelif maddelerin alinmasi usullari ve xasselerini evvelceden soylemek ucun imkan yaradirdi Esas noqsaniTipler nezeriyyesinin esas noqsani molekulun birterefli oyrenilmesi ve maddenin ikinci hissesi olan radikallarin nezerden yayinmasi idi Halbuki maddenin derinden taninmasi ucun birlesmenin herterefli oyrenilmesi teleb olunurdu Bundan basqa oyrenilen uzvi birlesmelerin sayi artdiqca onlarin tiplere mensubiyyeti meselesinde mubahiseler torenirdi cunki birlesmeni mueyyen tipe aid etmek ucun umumi prinsip tapmaq mumkun olmur Cox vaxt muxtelif alimler eyni maddeni muxtelif tiplere aid edirdiler Buna baxmayaraq tipler nezeriyyesi kimyanin inkisafinda boyuk rol oynamis valentlik anlayisinin meydana cixmasina sebeb olmus ve qurulus nezeriyyesine yol acmisdir 1853 cu ilde Frankland metal uzvi birlesmeler uzerinde isleyerken muxtelif metallarin bir atomunun muxtelif miqdarda radikali birlesdirmesi uzerinde musahideler aparmis neticede valentlik qanununu tapmisdir Kecen esrin ortalarina qeder uzvi kimyada hokm suren radikal ve tipler nezeriyyesinden basqa eterin nezeriyyesi ve nuveler nezeriyyesi kimi bir cox az ehemiyyetli nezeriyyeler de meydana cixmisdi MenbeM Movsumzade P Qurbanov Uzvi kimya Baki 1983