Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982).
Niyazi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Niyazi Zülfüqar oğlu Hacıbəyli |
Ləqəbi | Maestro |
Doğum tarixi | 7 (20) avqust 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 1984(71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Zülfüqar Hacıbəyov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar, siyasətçi, film bəstəkarı |
Fəaliyyət illəri | 1934-cü ildən |
Janr | opera |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.
Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür.
Musiqi yaradıcılığı
Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.
Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almaz", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuşdur.
Dirijorluq
Niyazi Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar etmişdir. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Məhz Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934–35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini — "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini — "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.
Ailəsi
Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olmuşdur. Onların tanışlığının maraqlı tarixçəsi vardır:
Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilir. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürürlər.
Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun ailəni min bir əziyyətə düçar edib. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli olmur. Hətta onun həbsxanada öldüyü də bildirilir.
Görkəmli drijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti 21 ünvandakı mənzildə yaşayıb. Muzeyin qapısından dəhlizə daxil olan hər kəsi Niyazinin şəkilləri qarşılayır. Maestronun əzəmətli heykəli də bu mənzildədir. Divarda Niyazinin yaradıcılığını, musiqi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, konsertlərinin nadir afişaları yer alıb.
Muzeyin açılışında Ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü olmuşdur. 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlamışdır. Niyazinin musiqi festivallarında çıxışları, musiqi məktəblərində, hərbçilərlə və s. görüşləri fotoşəkillərdə əks olunubdur. Azərbaycan Dövlət Opera və Balet Teatrı tərəfindən muzeyə daxil olan "Xosrov və Şirin" operasının partiturası da muzey materiallarına daxildir. 5 otaqdan ibarət mənzil muzeyin qonaq otağının divarlarını Niyazi və Həcər xanımın portretləri ilə yanaşı Ejen Dlakruanın rəsm əsəri, İ.Kajvazovskinin "Dənizdə səhər" və naməlum rəssamın "Güllər" əsəri bəzəyir. Kitab şkafında maestronun nadir kitabları qorunur.
Maestroya məxsus 279 material AMEA-nın Tarix Muzeyində saxlanılır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestronun həyat və fəaliyyətinə aid sənədlər qorunur..
2 fevral 2017-ci ildə Bakı şəhəri Niyazi küçəsində dahi sənətkarın abidəsinin açılışı olmuşdur.
Təltif və mükafatları
- SSRİ
- Sosialist Əməyi Qəhrəmanı — 19 avqust 1982
- "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 aprel 1955
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 27 aprel 1940
- "Ermənistan SSR xalq artisti" fəxri adı — 1962
- (2-ci dərəcə) — 1951 (konsert-ifaçılıq fəaliyyətinə görə)
- (2-ci dərəcə) — 1952 ("Gülşən" tamaşasına görə)
- Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967 (konsert-ifaçılıq fəaliyyətinə görə)
- — 23 mart 1976; 19 avqust 1982
- — 2 iyul 1971
- — 28 oktyabr 1967
- — 17 aprel 1938
- — 28 aprel 1977
- "Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının 50 illiyi" yubiley nişanı — 1970
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 1945, 26 dekabr 1972
- Digər dövlətlər
- Beynəlxalq Nehru mükafatı — 1974 ("Çitra" baletinə görə)
- "Kiril və Mefodi" ordeni (Bolqarıstan)
- Bela Bartok adına medal (Macarıstan)
- Karl-Marks-Ştadt şəhərinin medalı (ADR)
- Tbilisinin fəxri vətəndaşı — 1982
Nəsil ağacı
- Üzeyir Hacıbəyovun Ceyhun Hacıbəylinin qardaşı oğludur.
- Zülfüqar Hacıbəyovun oğludur.
- Əfrasiyab Bədəlbəylinin atasının xalasının nəvəsidir
Hacıbəy Hacıbəyov | Əbdülhüseyn bəy Hacıbəyov (1842–1901) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsmayıl bəy Hacıbəyov (1879–1921) | Sayad Hacıbəyova (1872–1954) | Abuhəyat Hacıbəyova (1880–1951) | Zülfüqar Hacıbəyov (1884–1950) | Üzeyir Hacıbəyov (1885–1948) | Ceyhun Hacıbəyov (1891–1962) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Soltan Hacıbəyov (1919–1974) | Osman Hacıbəyov (1924–1979) | Camal Paşayev (1895–1953) | Niyazi Tağızadə- Hacıbəyov (1912–1984) | Çingiz Hacıbəyov (1913–1971) | Ceyhun Hacıbəyov (1919–1941) | Timuçin Hacıbəyov (1921–1993) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsmayıl Hacıbəyov (1949–2006) | Cəmil Paşayev (1926–1978) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Filmoqrafiya
- Almaz (film, 1936)
- Arazın o tayında (film, 1947)
- Arşın mal alan (film, 1945)
- Axşam konserti (film, 1948)
- Bəstəkar Müslüm Maqomayev (film, 1976)
- Bəxtiyar Vahabzadə (film, 2003)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bir qalanın sirri (film, 1959)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- Doğma xalqıma (film, 1954)
- Əsl dost (film, 1959)
- Fətəli xan (film, 1947)
- İyirminci bahar (film, 1940)
- Kəndlilər (film, 1939)
- Kölgələr sürünür (film, 1958)
- Liderlik missiyası. 1-ci hissə (film, 2008)
- Maestro (film, 2002)
- Maestro Niyazi (film, 1975)
- Maestro Niyazi (film, 1983)
- Maestro Niyazi (film, 2007)
- Mahnı belə yaranır (film, 1957)
- Matteo Falkone (film, 1960)
- Nəğməkar torpaq (film, 1981)
- O qızı tapın (film, 1970)
- Ordenli Azərbaycan (film, 1938)
- Prima (film, 1994)
- Sehrli xalat (film, 1964)
- Tikdim ki, izim qala (film, 1997)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Türk qadınının baharı (film, 1936)
- Uzaq sahillərdə (film, 1958)
- Üzeyir ömrü (film, 1981)
- Yaşasın Azərbaycan artistləri (film, 1938)
- Yeni horizont (film, 1940)
Xatirəsi
1975-ci ildə Rauf Nağıyev tərəfindən istehsalı Maestro Niyazi adlı qısametrajlı sənədli film çəkilmişdir. Film onun həyat və çoxcəhətli yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunmuşdur.
1983-cü ildə Rauf Nağıyev tərəfindən "Azərbaycanfilm" Kinostudiyası istehsalı Maestro Niyazi adlı onun həyat və yaradıcılığına həsr olunmuşdur qısametrajlı sənədli film çəkilmişdir.
İstinadlar
- Niyazi Zulfigar, Knyaz Hacıbäyov // Musicalics (fr.).
- "M. Mükərrəmoğlu — O, musiqi sənətinin zirvəsini fəth edə bildi. Niyazi — 100. Xalq qəzeti.- 2012.- 18 avqust.- S. 5". 2022-03-28 tarixində . İstifadə tarixi: 2013-04-26.
- "Maestro Niyazinin ailə həyatı". 2021-01-27 tarixində . İstifadə tarixi: 2017-01-24.
- "Flora Xəlilzadə. O, orkestrin ürəyi idi. Azərbaycan.- 2012.- 18 avqust.- S. 5". 2022-03-28 tarixində . İstifadə tarixi: 2013-04-26.
- "Sevda İsmayıllı — Niyazi ilə Həcər xanımın sevgi tarixçəsi…". 2016-03-04 tarixində . İstifadə tarixi: 2013-04-26.
- "Təranə Məhərrəmova. Maestronun kimsəsiz muzeyi. Kaspi. −2010. −24 avqust. — S.9". 2022-03-28 tarixində . İstifadə tarixi: 2013-04-26.
- "SSRİ Xalq artisti N.Z.Tağızadə-Hacıbəyova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1982-ci il tarixli Fərmanı" (PDF). anl.az (az.). Azərbaycan Milli Kitabxanası. 19 avqust 1982. 1 iyul 2020 tarixində (PDF). İstifadə tarixi: 1 iyul 2020.
- "Тагизаде-Гаджибеков Ниязи Зульфугарович". warheroes.ru (rus). 1 iyul 2020 tarixində . İstifadə tarixi: 1 iyul 2020.
- M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının və Azərbaycan Dövlət filarmoniyasının Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak edən işçilərinin təltif edilməsi haqqında SSRİ Baş Soveti Prezidiumunun 17 aprel 1938-ci il tarixli Fərmanı
- "N.Z.Tağızadə (Niyazi) yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif еdilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1972-ci il tarixli Fərmanı" (PDF). anl.az (az.). Azərbaycan Milli Kitabxanası. 26 dekabr 1972. 1 iyul 2020 tarixində (PDF). İstifadə tarixi: 1 iyul 2020.
Xarici keçidlər
- İzlə (fraqment)
- Maestro Niyazi — simfonik muğam Rast
- Müslüm Maqomayev — Arzu romansı — sözləri: Rəsul Rza
- Vətən haqqında mahnı — sözləri: Süleyman Rüstəm
- Şövkət Ələkbərova və Maestro Niyazi — Qaragilə (xalq mahnısı)-ifa edir Şövkət Ələkbərova
- . "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu adli diger sexsler haqqinda da meqaleler var bax Niyazi ad Niyazi Zulfuqar bey oglu Tagizade Hacibeyov 7 20 avqust 1912 Tiflis 2 avqust 1984 Baki meshur azerbaycanli dirijor ve bestekar Azerbaycan Dovlet simfonik orkestrinin bas dirijoru Azerbaycan Dovlet Filarmoniyasinin direktoru 1979 cu ilden SSRI xalq artisti 1959 2 defe Stalin mukafati ve 2 defe Lenin ordeni laureati Beynelxalq Nehru mukafati laureati 1974 Sosialist Emeyi Qehremani 1982 NiyaziUmumi melumatlarDogum adi Niyazi Zulfuqar oglu HacibeyliLeqebi MaestroDogum tarixi 7 20 avqust 1912Dogum yeri Tiflis Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 2 avqust 1984 1984 08 02 71 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanVetendasligi SSRIAtasi Zulfuqar HacibeyovMusiqici melumatlariFealiyyeti dirijor bestekar siyasetci film bestekariFealiyyet illeri 1934 cu ildenJanr operaTehsili Rusiya Musiqi Akademiyasi d Baki Musiqi Akademiyasi Irevan Dovlet Konservatoriyasi d Uzvluyu SSRI Bestekarlar IttifaqiMukafatlari 1982 1982 1976 1971 1967 1938 1977 1959 1955 1951 1952 1967 Vikianbarda elaqeli mediafayllarHeyati ve fealiyyetiNiyazi Tagizade 1912 ci il avqustun 20 de Tiflis seherinde ziyali ailesinde dogulub Anasi Boyukxanim ixtisasca hekim olub Atasi Zulfuqar Hacibeyov Azerbaycanda musiqili teatrin banilerinden ve dahi Azerbaycan bestekari Uzeyir Hacibeyovun qardasi idi Usaqliq illerinden Uzeyir Hacibeyov Muslum Maqomayev Ebdurrehim Haqverdiyev Celil Memmedquluzade Necef bey Vezirov Huseyn Cavid kimi dovrunun taninmis senet adamlari gorkemli yazicilar arasinda boyuyub Tagizade soyadi onun anasinin oz soyadi deyildi Anasinin yegane dayisi Heydereli Tagizade inqilabci idi Onun facieli qetlinden sonra o bu soyadi dasimagi ozune borc bilib Niyazi de soyadi yasatmaq ucun Tagizade Hacibeyov soyadini oz secimi ile goturmusdur Musiqi yaradiciligiNiyazi ilk musiqi tehsilini Y A Sefferlinq adina mektebde skripka sinifinde oxumaqla alib Sonradan atasi Zulfuqar Hacibeyov ve emisi Uzeyir Hacibeyovun tovsiyesi ile tehsilini 1925 1926 ci illerde Moskvada Mixail Fabianovic Qnessinin bestekarliq sinifinde davam etdirir 1929 1930 cu illerde ise Leninqrad indiki Sankt Peterburq Merkezi Musiqi Texnikumunda bestekarliq sinifinde tehsil alir Ancaq hemin seherin havasi ona dusmediyinden ve darixdigindan bu tehsil ocagini bitire bilmeyib Niyazi Z Hacibeylinin Asiq Qerib U Hacibeylinin Arsin mal alan ve s eserlerinin yeni redaksiyalarini hazirlamis Azerbaycan xalq mahnilarini Xumar oldum Qaragile Ay beri bax Kucelere su sepmisem ve s simfonik orkestr ucun islemis 1935 ci ilde Rast ve Sur mugamlarini nota salmisdir Niyazi 1934 cu ilde Zaqatala suitasi ni yazmis 1944 cu ilde ikihisseli Qehremanliq simfoniyasi uzerinde isini bitirmisdir Azerbaycan musiqisinde ilk simfonik eserlerin muelliflerinden olan Niyazi milli simfonizmin tesekkulu ve inkisafinda ehemiyyetli rol oynamisdir Niyazinin 1942 ci ilde yazdigi Xosrov ve Sirin operasi musiqi dramaturgiyasinin coxplanli olmasi psixoloji gerginliyi xor sehneleri ve opera epizodlarinin ifadeliliyi ile ferqlenir Onun 1949 cu ilde yazdigi Rast simfonik mugami dramaturji bitkinliyi guclu emosional tesiri zengin melodikasi xususile harmonik dilinin elvanligi ve ifadeliliyi ile ferqlenir Rast muellifin idaresi ile bir cox xarici olkelerde seslenmis Cexiyada Suprafon ABS de Rikordi musiqi sirketleri terefinden qrammofon valina yazilmisdir 1951 1952 ci illerde Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinin dirijoru islemis Niyazi 1951 ve 1952 ci illerde SSRI Dovlet mukafatina layiq gorulmusdur Azerbaycan milli dirijorluq mektebinin formalasmasi Niyazinin adi ile baglidir Onun yozumunda milli bestekarlarin bir cox eserleri o cumleden U Hacibeylinin Koroglu operasi dunya musiqisinin qizil fonduna daxil olmusdur Niyazi M Maqomayevin Nergiz Q Qarayev ve C Haciyevin Veten F Emirovun Sevil P Caykovskinin Qaratoxmaq qadin A Borodinin Knyaz Iqor J Bizenin Karmen C Puccininin Bohema B Smetananin Satilmis gelin operalarini S Hacibeyovun Gulsen Q Qarayevin 7 gozel Ildirimli yollarla baletlerini tamasaya hazirlamisdir 1959 cu ilde SSRI xalq artisti adina layiq gorulen Niyazi 1961 ci ilde S M Kirov adina Leninqrad Opera ve Balet Teatrinin bas dirijoru teyin olunmusdur SSRI nin en meshur teatrlarindan birine rehberlik etmek o dovrde onun bir musiqici kimi boyuk nufuzundan xeber verirdi O burada A Melikovun Mehebbet efsanesi baletinin ilk tamasasini hazirlamisdir Hemcinin P Caykovskinin Yatmis gozel ve S Prokofyevin Das cicek baletlerinin yeni qurulusuna dirijorluq etmis hemin baletlerle Parisin Qrand Opera Londonun Kovent Qarden teatrlarinda qastrol tamasalari vermis ve boyuk ugur qazanmisdir Muqavile esasinda xarici olkelerde islemek teklifi alan dirijor ona bir azerbaycanli kimi dogma olan Turkiyeni secmisdir Niyazi P Caykovskinin Yevgeni Onegin ve Qaratoxmaq qadin C Verdinin Aida operalarina Ankara Opera ve Balet Teatrinda turk bestekari E Sayqunun Koroglu operasina IstanbulOpera Teatrinda ilk qurulus vermis onun ilk tamasasina ve Yunus Imre oratoriyasina dirijorluq etmisdir Ifaciliq seneti taninmis senetkarlar D Sostakovic S Q Sarayev K Sekki B Tarcan V Dobias ve b terefinden yuksek qiymetlendirilen Niyazi Azerbaycana qayidaraq Dovlet Akademik Opera ve Balet Teatrinin bedii rehberi ve bas dirijoru teyin edilmisdir Niyazinin Konsert valsi ve s simfonik eserleri fortepiano ile orkestr ucun konserti klassik musiqi eserleri hesab olunur O Tebrizim Daglar qizi Veten haqqinda mahni Arzu mahnilarinin muellifidir Niyazi E Haqverdiyevin Dagilan tifaq C Cabbarlinin Almaz S Vurgunun Vaqif A Korneycukun Polad qartal dram tamasalarina hemcinin Almaz Kendliler Feteli xan ve s kinofilmlere yazilmis musiqilerin muellifidir 1979 cu ilde Niyazi Azerbaycan Dovlet Filarmoniyasinin direktoru teyin olunmusdur DirijorluqNiyazi Avropa ve Asiyanin bir sira olkelerinde coxlu sayda dirijor kimi muveffeqiyyetli cixislar etmisdir Niyazi meshur hind filosofu R Taqorun Citranqoda felsefi drami uzre Citra baletini yazmisdir Bu balet boyuk ugurla bir cox seherlerde numayis etdirilmisdir Baletde Niyazi hind xalq musiqisinin ritm ve intonasiyalarindan orkestrovkada hind musiqi aletlerinin seslenmesini xatirladan tembrlerden istifade etmisdir Niyazi Azerbaycan musiqisinin ifaciliq problemlerine dair bir cox meqalelerin muellifidir O hemcinin Azerbaycan Sovet Ensiklopediyasinin redaksiya surasinin uzvu olmusdur Azerbaycan dirijorluq mektebinin formalasmasi ve inkisafi onun adi ile baglidir Mehz Niyazi Azerbaycan dirijorluq mektebinin banisidir Q Ropov P Ryazanov L Rudolfun bestekarliq mesgelelerinde istirak eden Niyazi dirijorluq fealiyyetine 1934 35 ci illerde baslayir 1935 ci ilde ilk defe olaraq Azerbaycan xalq musiqisinin klassik numunelerini Rast ve Sur u nota kocurur 1937 ci ilde Mirze Feteli Axundzade adina Opera ve Balet teatrinda dirijorluq vezifesine devet olunur 1938 ci ilde Moskva seherinde kecirilen Azerbaycan inceseneti ongunluyunde Muslum Maqomayev bestekar in Nergiz operasina dirijorluq edir Uzeyir Hacibeyovun Koroglu Qara Qarayevin ve Covdet Haciyevin Veten Fikret Emirovun Sevil operalarinin Arif Melikovun Mehebbet efsanesi baletinin dirijorlugunu da Niyazi etmisdir 1946 ci ilde genc dirijorlarin baxis musabiqesinin laureati adini qazanir 1949 cu ilde en meshur eserini Rast simfonik mugamini yazir Boyuk senetkar muxtelif vaxtlarda Azerbaycan SSR in xalq artisti SSRI xalq artisti adlarina U Hacibeyov adina Azerbaycan dovlet mukafatina SSRI dovlet mukafatina Citra baletine gore Cevahirlel Nehru adina beynelxalq mukafata layiq gorulmusdur Azerbaycan Dovlet Simfonik Orkestrinin bedii rehberi ve dirijoru olmusdur AilesiNiyazinin boyuk bestekar ve dirijor olmasinda esas destekcilerinden biri de omur gun yoldasi Hecer xanim olmusdur Onlarin tanisliginin maraqli tarixcesi vardir Bir gun Maestro Niyazi Bakiya qayidandan sonra Dagistan Maarif Komissarligina sobe mudiri gonderilir Irandan olan eslen Cenubi Azerbaycanli telebe olan Hecer xanimla da ele Mahacqalada tanis olur Hecer xanimin qardasi Eli Isgender Mahacqaladaki Iran konsullugunda calisirmis Eli Isgenderin tesebbusu ile bir gun Niyazinin ailesini qonaq cagirirlar ve yaxin munasibetleri yaranir Niyazi bey Hecer xanimi burada gorur ve bir birlerine asiq olurlar Sonradan bu ailenin Irana geri donmek fikri oldugundan Hecerin Niyazi ile yaxinlasmasini engellemek isteyirler 1932 ci ilin sonlari Hecergilin ailesi Irana kocmeli olur Hecerin ailesi bu izdivaca hec cur razi olmur Gencler 1933 cu ilde qacib gizlince evlenmek qerarina gelirler Ele bele de edirler Bir muddet Agdasda qohumlarigilde qalirlar Evliliklerinin ilk illeri eziyyetli kecir Cunki hemin dovrde Hacibeyovlar ailesinin maddi veziyyeti yaxsi deyildi Hecer xanimin sovet pasportu olmadigindan molla kebini kesdirirler Onlarin nigahi 1940 ci ilde resmilesdirilir Gencler harda nece yasayacaqlarini bilmirmisler Butun cetinliklere baxmayaraq onlar duz 51 il birge xosbext omur sururler Niyazi beyle Hecer xanimin ovladi olmayib Bezi menbelerde qeyd edilir ki onlarin ovladlari olmadigindan qohumlarindan Ceyhun adli oglani ovladliga goturubler Ceyhun boyudukden sonra narkotik aludecisine cevrilir Ele aile drami bundan sonra baslayib Ceyhun aileni min bir eziyyete ducar edib Sonradan muxtelif vaxtlarda hebse dusen Ceyhunun aqibeti ise belli olmur Hetta onun hebsxanada olduyu de bildirilir Maestronun ev muzeyiGorkemli drijor 1958 ci ilden omrunun sonuna qeder Bakida Bulbul prospekti 21 unvandaki menzilde yasayib Muzeyin qapisindan dehlize daxil olan her kesi Niyazinin sekilleri qarsilayir Maestronun ezemetli heykeli de bu menzildedir Divarda Niyazinin yaradiciligini musiqi xadimleri ile goruslerini eks etdiren fotosekiller konsertlerinin nadir afisalari yer alib Muzeyin acilisinda Umummilli lider Heyder Eliyevin xususi tesebbusu olmusdur 1994 cu il sentyabrin 18 de menzil muzey fealiyyete baslamisdir Niyazinin musiqi festivallarinda cixislari musiqi mekteblerinde herbcilerle ve s gorusleri fotosekillerde eks olunubdur Azerbaycan Dovlet Opera ve Balet Teatri terefinden muzeye daxil olan Xosrov ve Sirin operasinin partiturasi da muzey materiallarina daxildir 5 otaqdan ibaret menzil muzeyin qonaq otaginin divarlarini Niyazi ve Hecer xanimin portretleri ile yanasi Ejen Dlakruanin resm eseri I Kajvazovskinin Denizde seher ve namelum ressamin Guller eseri bezeyir Kitab skafinda maestronun nadir kitablari qorunur Maestroya mexsus 279 material AMEA nin Tarix Muzeyinde saxlanilir Salman Mumtaz adina Edebiyyat ve Incesenet Arxivinde Elyazmalar Institutunda Sesyazmalari Arxivinde de maestronun heyat ve fealiyyetine aid senedler qorunur 2 fevral 2017 ci ilde Baki seheri Niyazi kucesinde dahi senetkarin abidesinin acilisi olmusdur Teltif ve mukafatlariSSRISosialist Emeyi Qehremani 19 avqust 1982 SSRI xalq artisti fexri adi 9 iyun 1959 Azerbaycan SSR xalq artisti fexri adi 30 aprel 1955 Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 27 aprel 1940 Ermenistan SSR xalq artisti fexri adi 1962 Stalin mukafati 2 ci derece 1951 konsert ifaciliq fealiyyetine gore Stalin mukafati 2 ci derece 1952 Gulsen tamasasina gore Uzeyir Hacibeyov adina Azerbaycan SSR Dovlet mukafati 1967 konsert ifaciliq fealiyyetine gore Lenin ordeni 23 mart 1976 19 avqust 1982 Oktyabr inqilabi ordeni 2 iyul 1971 Qirmizi emek bayragi ordeni 28 oktyabr 1967 Seref nisani ordeni 17 aprel 1938 Emek veterani medali 28 aprel 1977 Qafqazin mudafiesine gore medali 1941 1945 ci iller Boyuk Veten muharibesinde Almaniya uzerinde qelebeye gore medali 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medali Azerbaycan SSR Lenin Komsomolu Gencler Ittifaqinin 50 illiyi yubiley nisani 1970 Azerbaycan SSR Ali Sovetinin Fexri Fermani 1945 26 dekabr 1972Diger dovletlerBeynelxalq Nehru mukafati 1974 Citra baletine gore Kiril ve Mefodi ordeni Bolqaristan Bela Bartok adina medal Macaristan Karl Marks Stadt seherinin medali ADR Tbilisinin fexri vetendasi 1982Nesil agaciUzeyir Hacibeyovun Ceyhun Hacibeylinin qardasi ogludur Zulfuqar Hacibeyovun ogludur Efrasiyab Bedelbeylinin atasinin xalasinin nevesidir Hacibey Hacibeyov Ebdulhuseyn bey Hacibeyov 1842 1901 Ismayil bey Hacibeyov 1879 1921 Sayad Hacibeyova 1872 1954 Abuheyat Hacibeyova 1880 1951 Zulfuqar Hacibeyov 1884 1950 Uzeyir Hacibeyov 1885 1948 Ceyhun Hacibeyov 1891 1962 Soltan Hacibeyov 1919 1974 Osman Hacibeyov 1924 1979 Camal Pasayev 1895 1953 Niyazi Tagizade Hacibeyov 1912 1984 Cingiz Hacibeyov 1913 1971 Ceyhun Hacibeyov 1919 1941 Timucin Hacibeyov 1921 1993 Ismayil Hacibeyov 1949 2006 Cemil Pasayev 1926 1978 FilmoqrafiyaAlmaz film 1936 Arazin o tayinda film 1947 Arsin mal alan film 1945 Axsam konserti film 1948 Bestekar Muslum Maqomayev film 1976 Bextiyar Vahabzade film 2003 Bir mehelleden iki nefer film 1957 Bir qalanin sirri film 1959 Cazibe quvvesi film 1964 film kinoalmanax Dogma xalqima film 1954 Esl dost film 1959 Feteli xan film 1947 Iyirminci bahar film 1940 Kendliler film 1939 Kolgeler surunur film 1958 Liderlik missiyasi 1 ci hisse film 2008 Maestro film 2002 Maestro Niyazi film 1975 Maestro Niyazi film 1983 Maestro Niyazi film 2007 Mahni bele yaranir film 1957 Matteo Falkone film 1960 Negmekar torpaq film 1981 O qizi tapin film 1970 Ordenli Azerbaycan film 1938 Prima film 1994 Sehrli xalat film 1964 Tikdim ki izim qala film 1997 Tikdim ki izim qala III film film 1998 Turk qadininin bahari film 1936 Uzaq sahillerde film 1958 Uzeyir omru film 1981 Yasasin Azerbaycan artistleri film 1938 Yeni horizont film 1940 Xatiresi1975 ci ilde Rauf Nagiyev terefinden Azerbaycanfilm Kinostudiyasi istehsali Maestro Niyazi adli qisametrajli senedli film cekilmisdir Film onun heyat ve coxcehetli yaradiciligina ictimai fealiyyetine hesr olunmusdur 1983 cu ilde Rauf Nagiyev terefinden Azerbaycanfilm Kinostudiyasi istehsali Maestro Niyazi adli onun heyat ve yaradiciligina hesr olunmusdur qisametrajli senedli film cekilmisdir IstinadlarNiyazi Zulfigar Knyaz Hacibayov Musicalics fr M Mukerremoglu O musiqi senetinin zirvesini feth ede bildi Niyazi 100 Xalq qezeti 2012 18 avqust S 5 2022 03 28 tarixinde Istifade tarixi 2013 04 26 Maestro Niyazinin aile heyati 2021 01 27 tarixinde Istifade tarixi 2017 01 24 Flora Xelilzade O orkestrin ureyi idi Azerbaycan 2012 18 avqust S 5 2022 03 28 tarixinde Istifade tarixi 2013 04 26 Sevda Ismayilli Niyazi ile Hecer xanimin sevgi tarixcesi 2016 03 04 tarixinde Istifade tarixi 2013 04 26 Terane Meherremova Maestronun kimsesiz muzeyi Kaspi 2010 24 avqust S 9 2022 03 28 tarixinde Istifade tarixi 2013 04 26 SSRI Xalq artisti N Z Tagizade Hacibeyova Sosialist Emeyi Qehremani adi verilmesi haqqinda SSRI Ali Soveti Reyaset Heyetinin 19 avqust 1982 ci il tarixli Fermani PDF anl az az Azerbaycan Milli Kitabxanasi 19 avqust 1982 1 iyul 2020 tarixinde PDF Istifade tarixi 1 iyul 2020 Tagizade Gadzhibekov Niyazi Zulfugarovich warheroes ru rus 1 iyul 2020 tarixinde Istifade tarixi 1 iyul 2020 M F Axundov adina Azerbaycan Dovlet Opera ve Balet Teatrinin ve Azerbaycan Dovlet filarmoniyasinin Moskvada Azerbaycan inceseneti dekadasinda istirak eden iscilerinin teltif edilmesi haqqinda SSRI Bas Soveti Prezidiumunun 17 aprel 1938 ci il tarixli Fermani N Z Tagizade Niyazi yoldasin Azerbaycan SSR Ali Sovetinin Fexri Fermani ile teltif edilmesi haqqinda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 26 dekabr 1972 ci il tarixli Fermani PDF anl az az Azerbaycan Milli Kitabxanasi 26 dekabr 1972 1 iyul 2020 tarixinde PDF Istifade tarixi 1 iyul 2020 Xarici kecidlerVikianbarda Niyazi ile elaqeli mediafayllar var Izle fraqment Maestro Niyazi simfonik mugam Rast Muslum Maqomayev Arzu romansi sozleri Resul Rza Veten haqqinda mahni sozleri Suleyman Rustem Sovket Elekberova ve Maestro Niyazi Qaragile xalq mahnisi ifa edir Sovket Elekberova Virtual Qarabag IKT Merkezinin resmi portali az virtualkarabakh az 2013 2017 12 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 14