İnhisar və ya monopoliya (yun. μονο — tək; πωλέω — satıram) – müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi hal.
Başqa sözlə inhisar, bazarda bir satıcının və çoxlu sayda alcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəət əldə etməyə imkan verən və marjinal xərclərdən çox yüksək olan inhisar qiyməti ilə xarakterizə edilir. Bundan əlavə inhisarlar qiymətə təsir edəcək qədər böyük bazar gücünə malikdirlər. İnhisar dedikdə ilk növbədə insanın ağlına bir çox qitədə fəaliyyət göstərən transmilli korporasiyalar, dövlət tərəfindən yaradılan böyük şirkətlər gəlir, amma inhisar qismində kiçik firmalar da ola bilər. Məsələn, uzun bir yol üzərində cəmi bir yanacaqdoldurma stansiyası olduğunu fərz edək. Bu zaman yolda qalmaq istəməyən şəxs məcburən buradakı qiymətlərlə razılaşmalı olacaq.
Tarix
Məlum olduğu kimi, bazarın geniş miqyasda inhisarlaşması XIX–XX əsrlərin hüdudlarında (qovuşağında) baş vermişdir. Azad rəqabət İngiltərədə, klassik kapitalizm dövründə müəyyən qədər özünü göstərmişdir (XIX əsrdə). müasir dövrdə "azad rəqabətə" az hallarda (qiymətli kağızlar bazarında, kənd təsərrüfatı məhsulları bazarında) rast gəlmək olur.
Azad rəqabətin dərinləşməsi inhisarların yaranmasına gətirib çıxardı. Korporativ və maliyyə kapitalının meydana gəlməsi ilə azad rəqabəti inhisarçılıq əvəz etdi.
İqtisadiyyatın inhisarlaşması istehsalın və kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində baş vermişdir. Burada elmi-texniki tərəqinin xüsusi rolu olmuşdur.
İnhisarlaşma ilə inhisarçıların sövdələşməsinə imkan yaranır. Sövdələşmə: istehsal ediləcək məhsulun miqdarı haqqında; əmtəələrin satış qiymətləri haqqında; xammal mənbələri haqqında; bazarları öz aralarında bölmək haqqında və s. üzrə olur.
İnhisar bazarının xüsusiyyətləri
İndi isə inhisar bazarının xüsusiyyətlərinə daha sistemli bir şəkildə nəzər yetirək:
- Yalnız bir satıcı vardır.
- Çoxlu sayda alıcı vardır
- Qiyməti firma müəyyənləşdirir
- Mənfəətli bazar
- Bazara daxil olmaq çox çətindir
- Bazarda qiymət ayrı-seçkiliyi mövcuddur.
İnhisarın növləri
İnhisarların aşağıdakı növləri vardır:
- Ticarət sövdələşməsinin yerinə görə. Bunun da iki növü vardır:
a) çoxsaylı alıcılara müəyyən əmtəəni satan müəssisələrin birliyi – inhisar (monopoliya);
b) bütün satıcılardan hər hansı bir məhsulu almaq üzrə təsərrüfatcı birləşmə — monopsoniya. Məsələn, nəhəng bir yeyinti-sənaye korporasiyası bütün kənd təsərrüfatı məhsullarını fermerlərdən satın alır.
- Bazara sahib olmağın miqyasına görə. Bu da öz növbəsində müxtəlif inhisar növlərinə bölünür:
a) ancaq bir sahənin bazar fəaliyyətini əhatə edən — xalis inhisar. Burada bir satıcı fəaliyyət göstərir, satış üçün nəzərdə tutulan əmtəələrin miqdarı və onun qiymətinə tam nəzarət edir. Başqa birisi buraya daxil ola bilməz.
b) milli təsərrüfat səviyyəsində mütləq inhisar yaratmaq olar. Bu dövlətin yaxud onun bir təsərrüfat orqanının əlində olur (məsələn, xarici ticarət inhisarı və s.). eynilə də cəmiyyət miqyasında mütləq monopsoniya fəaliyyət göstərir.
- Meydana gəlməsinin xarakteri və səbəblərinə görə aşağıdakı inhisar birlikləri fərqlənir:
A) Təbii inhisar. Bu inhisara öz sərəncamında nadir və sərbəst təkrar olunmayan istehsal ünsürləri olan mülkiyyətçi və təsərrüfat orqanı malikdir (məsələn, az tapılan metal, pambıq yaxud üzüm yetişən torpaq sahəsinə malik olan). Texnoloji xüsusiyyətinə görə analoqu olmayan istehsal sahəsi də təbii inhisara aiddir. Bu inhisar növündə istehsal olunan əmtəənin əvəzləyicisi olmur.
B) Açıq inhisar. Bu qanuni əsasda yaradılır. Inhisarın bu növü rəqabətdən qorunmaq üçün yaradılır. Bunlara aiddir: patent sistemi, müəlliflik hüququ, əmtəə nişanları.
Süni inhisar
Şərti süni adlandırılan bu inhisar yüksək mənfəət götürmək məqsədilə yaradılır. Bu zaman başqalarının bazara daxil olmasına maneə yaradılır (məsələn, xammal mənbələrini ələ keçirir, enerjidən məhrum etdirir, bankdan kredit almasına mane olur və s.); rəqibinə nisbətən daha yüksək texnologiya tətbiq edir; daha böyük həcmdə kapital tətbiq edib və səmərə əldə edir; keyfiyyətli reklam vasitəsilə rəqibini sıxışdırır.
İnhisarın formaları
İnhisarın aşağıdakı formaları vardır: kartel, sindikat, trest, konsern və konqlomerat.
- Kartel – bir sahənin bir neçə sənaye müəssisəsinin ittifaqıdır. Onun iştirakçıları istehsal vasitələri və məhsul üzərində mülkiyyətini saxlayır, yaradılmış məhsulu bazarda özü satır. Fəaliyyət kvota əsasında (istehsal olunan məhsulda hər kəsin payı, qiymət, satış bazarı haqqında razılaşma və s.) həyata keçirilir.
- Sindikat – yekcins məhsullar istehsal edən bir neçə müəssisənin birliyidir. Istehsalın maddi şərtləri üzərində iştirakçıların mülkiyyəti saxlanılır. Istehsal olunmuş məhsul ümumi orqan tərəfindən reallaşdırılır.
- Trest – qrup müəssisələrin inhisar birliyidir ki, istehsal vasitələri və hazır məhsul üzərində birgə mülkiyyətdir.
- Konsern – formal müstəqilliyə malik müəssisələrin ittifaqıdır. Bu ittifaqa sənayenin müxtəlif sahələri, ticarət, nəqliyyat və banklar daxil olur. Baş firma qalanlarının fəaliyyətinə maliyyə nəzarəti həyata keçirir. Müasir dövrdə konsernlər geniş miqyas almışdır.
- Konqlomerat – aralarında istehsal və digər funksional əlaqə olmayan bir çox firmaların iri bir inhisar birliyi tərəfindən özünə tabe edilməsi yolu ilə udulmasıdır. Burada firmalara vahid mərkəzdən maliyyə rəhbərliyi həyata keçirilir. Təsisçilər təsis mənfəəti əldə edirlər. Bu birliyə daxil olan firmalar müxtəlif əməliyyatları icra edirlər.
İngiltərə və Almaniyada siqaret bazarının 94 %-i üç istehsalçının əlindədir. Fransada siqaret və soyuducu istehsalının 100 %-i üç istehsalçının əlindədir. Beləliklə, oliqopoliya şəraitində bazar ya bir neçə istehsalçı arasında bölünmüşdür, yaxud da bazarın bir hissəsi iri firmaların əlindədir, qalan hissəsi isə çoxsaylı xırda istehsalçıların (inhisarçı rəqabətçilərin) ixtiyarındadır. Nə qədər az sayda istehsalçı bazarı öz aralarında bölürsə, orada inhisarçılıq güclüdür. Miqyas effekti ilə bağlı olan istehsal texnologiyası oliqopoliyanın meydana gəlməsi səbəblərindəndir və sahəyə daxil olmağın təbii maneəsidir. Oliqopolist bazara daxil olmağın çətinliyinin başqa bir səbəbi patentləşdirmə və lisenziyalaşdırmadır. Resurslar üzərində nəzarət, reklam üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunması da oliqopolist sahəyə daxil olmağı çətinləşdirir. Oliqopolist firmalar sabit mənfəət əldə edirlər.
Oliqopoliyanın mühüm cəhətlərindən biri sahə firmalarının qarşılıqlı asılılığıdır. Onlar rəqib olsalar da partnyordurlar. Biri iş görmək istədikdə başqalarının marağını da nəzərə almalıdır. Çünki, onun mənfəətinin miqdarı digər partnyorların müəyyən etdikləri istehsalın həcmindən və qiymətlərdən asılıdır. Məsələn, əgər oliqopolist firma çox az istehsal edirsə, onda məhsulun qiyməti yuxarı olacaq, əksinə çox istehsal edərsə qiymətlər sahənin qiymətinin səviyyəsindən aşağı olacaq. Bu isə başqalarının mənfi reaksiyasına səbəb olacaqdır. Hər iki halda firmanın mənfəəti aşağı düşə bilər. Buna görə də, oliqopolist sahə iştirakçıları qiymətlə qarşılıqlı asılı olurlar.
Oliqopolistlər öz aralarında sövdələşə bilməzlər. Çünki, antiinhisar qanunvericiliyi buna icazə vermir. Gizli sövdələşmə isə risklidir, üstü açıla bilər.
Qiymət ayrı-seçkiliyi
Qiymət ayrıseçkilkiyi inhisarçıya daha çox mənfəət əldə etməyə imkan verən bir haldır. Belə ki, bu zaman satıcı məhsulu hər alıcıya müxtəlif qiymətə sata bilir. Başqa sözlə alıcı, inhisarçının mənfəətini yüksəltmək üçün hər alıcıya uyğun olaraq məhsula qiymət təyin etməsidir. Bu zaman ən çox rast gəlinən misal dərsliklərin ayrı-ayrı ölkələrdə fərqli qiymətlərə satəlmasıdır. Məsələn, bir iqtisadi nəzəriyyə kitabının, Avropa və digər inkişaf etməkdə olan ölkələrdə baha qiymətə satıldığı halda, zəif inkişaf etmiş ölkələrdə ucuz qiymətə satışa çıxarılır. Müəlliflik hüququndan istifadə edən yazıçı kitabın Afrika ölkələrində yüksək gəlirli ölkələrdə olduğu kimi baha qiymətə satılmayacağını başa düşür. Həmçinin alıcının kitabı ucuza gətirməkdən ötəri Afrikaya yollanmayacağınıda anlayır. Bu səbəbdən Afrikada kitabın qiyməti 20 dollara, Avropada isə 150 dollara satışa çıxarılır. Bu nə qədər Avropalı alıcılar üçün ədalərsiz görünsə də müəllifin bu hərəkəti Afrikalı alıcıların cibinə uyğun olduğundan onlar kitab əldə edə bilir. Nəticə də qiymət ayrı-seçkiliyi iqtisadi səmərəni artırır.
İnhisar müəssisəsinin bağlanma nöqtəsi
Əgər inhisarçının orta dəyişən xərcləri heç bir istehsal həcmində qiymətdən aşağı enmirsə, başqa sözlə tələb əyrisi orta dəyişən xərclər əyrisindən aşağıdadırsa, inhisarçı fəaliyyətini qısamüddətlli dövrdə dayandıra bilər. Bu bazarın mövsümi olmasından, eləcə də digər səbəblərdən asılıdır. Məsələn Bakıda yalnız bir kursun fəaliyyət göstərdiyini fərz edin. Yay tətilində o qiymətləri nə qədər aşağı salsa da hər kəs istirahətdə olduğundan tələb aşağı olacaq və kurs fəaliyyətini müvəqqəti dayandırmalı olacaqdır.
İstinadlar
- Монополија // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 51.
- Goodwin, N; Nelson, J; Ackerman, F; Weisskopf, T (2009). Microeconomics in Context (2nd ed.). Sharpe. Səh. 315
- Samuelson, William F.; Marks, Stephen G. (2003). Managerial Economics (4th ed.). Wiley. Səh. 104
- Frank, Robert H. (2008). Microeconomics and Behavior (7th ed.). McGraw-Hill. .
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Inhisar ve ya monopoliya yun mono tek pwlew satiram mueyyen mehsul ve ya xidmetin yalniz bir sexs ve ya sirket terefinden teqdim edildiyi hal Basqa sozle inhisar bazarda bir saticinin ve coxlu sayda alcinin oldugu bazardir Bu bazar reqabetin ve evezedici emteelerin yoxlugu elece de yuksek menfeet elde etmeye imkan veren ve marjinal xerclerden cox yuksek olan inhisar qiymeti ile xarakterize edilir Bundan elave inhisarlar qiymete tesir edecek qeder boyuk bazar gucune malikdirler Inhisar dedikde ilk novbede insanin aglina bir cox qitede fealiyyet gosteren transmilli korporasiyalar dovlet terefinden yaradilan boyuk sirketler gelir amma inhisar qisminde kicik firmalar da ola biler Meselen uzun bir yol uzerinde cemi bir yanacaqdoldurma stansiyasi oldugunu ferz edek Bu zaman yolda qalmaq istemeyen sexs mecburen buradaki qiymetlerle razilasmali olacaq TarixMelum oldugu kimi bazarin genis miqyasda inhisarlasmasi XIX XX esrlerin hududlarinda qovusaginda bas vermisdir Azad reqabet Ingilterede klassik kapitalizm dovrunde mueyyen qeder ozunu gostermisdir XIX esrde muasir dovrde azad reqabete az hallarda qiymetli kagizlar bazarinda kend teserrufati mehsullari bazarinda rast gelmek olur Azad reqabetin derinlesmesi inhisarlarin yaranmasina getirib cixardi Korporativ ve maliyye kapitalinin meydana gelmesi ile azad reqabeti inhisarciliq evez etdi Iqtisadiyyatin inhisarlasmasi istehsalin ve kapitalin temerkuzlesmesi ve merkezlesmesinin neticesinde bas vermisdir Burada elmi texniki tereqinin xususi rolu olmusdur Inhisarlasma ile inhisarcilarin sovdelesmesine imkan yaranir Sovdelesme istehsal edilecek mehsulun miqdari haqqinda emteelerin satis qiymetleri haqqinda xammal menbeleri haqqinda bazarlari oz aralarinda bolmek haqqinda ve s uzre olur Inhisar bazarinin xususiyyetleriIndi ise inhisar bazarinin xususiyyetlerine daha sistemli bir sekilde nezer yetirek Yalniz bir satici vardir Coxlu sayda alici vardir Qiymeti firma mueyyenlesdirir Menfeetli bazar Bazara daxil olmaq cox cetindir Bazarda qiymet ayri seckiliyi movcuddur Inhisarin novleriInhisarlarin asagidaki novleri vardir Ticaret sovdelesmesinin yerine gore Bunun da iki novu vardir a coxsayli alicilara mueyyen emteeni satan muessiselerin birliyi inhisar monopoliya b butun saticilardan her hansi bir mehsulu almaq uzre teserrufatci birlesme monopsoniya Meselen neheng bir yeyinti senaye korporasiyasi butun kend teserrufati mehsullarini fermerlerden satin alir Bazara sahib olmagin miqyasina gore Bu da oz novbesinde muxtelif inhisar novlerine bolunur a ancaq bir sahenin bazar fealiyyetini ehate eden xalis inhisar Burada bir satici fealiyyet gosterir satis ucun nezerde tutulan emteelerin miqdari ve onun qiymetine tam nezaret edir Basqa birisi buraya daxil ola bilmez b milli teserrufat seviyyesinde mutleq inhisar yaratmaq olar Bu dovletin yaxud onun bir teserrufat orqaninin elinde olur meselen xarici ticaret inhisari ve s eynile de cemiyyet miqyasinda mutleq monopsoniya fealiyyet gosterir Meydana gelmesinin xarakteri ve sebeblerine gore asagidaki inhisar birlikleri ferqlenir A Tebii inhisar Bu inhisara oz serencaminda nadir ve serbest tekrar olunmayan istehsal unsurleri olan mulkiyyetci ve teserrufat orqani malikdir meselen az tapilan metal pambiq yaxud uzum yetisen torpaq sahesine malik olan Texnoloji xususiyyetine gore analoqu olmayan istehsal sahesi de tebii inhisara aiddir Bu inhisar novunde istehsal olunan emteenin evezleyicisi olmur B Aciq inhisar Bu qanuni esasda yaradilir Inhisarin bu novu reqabetden qorunmaq ucun yaradilir Bunlara aiddir patent sistemi muelliflik huququ emtee nisanlari Suni inhisarSerti suni adlandirilan bu inhisar yuksek menfeet goturmek meqsedile yaradilir Bu zaman basqalarinin bazara daxil olmasina manee yaradilir meselen xammal menbelerini ele kecirir enerjiden mehrum etdirir bankdan kredit almasina mane olur ve s reqibine nisbeten daha yuksek texnologiya tetbiq edir daha boyuk hecmde kapital tetbiq edib ve semere elde edir keyfiyyetli reklam vasitesile reqibini sixisdirir Inhisarin formalariInhisarin asagidaki formalari vardir kartel sindikat trest konsern ve konqlomerat Kartel bir sahenin bir nece senaye muessisesinin ittifaqidir Onun istirakcilari istehsal vasiteleri ve mehsul uzerinde mulkiyyetini saxlayir yaradilmis mehsulu bazarda ozu satir Fealiyyet kvota esasinda istehsal olunan mehsulda her kesin payi qiymet satis bazari haqqinda razilasma ve s heyata kecirilir Sindikat yekcins mehsullar istehsal eden bir nece muessisenin birliyidir Istehsalin maddi sertleri uzerinde istirakcilarin mulkiyyeti saxlanilir Istehsal olunmus mehsul umumi orqan terefinden reallasdirilir Trest qrup muessiselerin inhisar birliyidir ki istehsal vasiteleri ve hazir mehsul uzerinde birge mulkiyyetdir Konsern formal musteqilliye malik muessiselerin ittifaqidir Bu ittifaqa senayenin muxtelif saheleri ticaret neqliyyat ve banklar daxil olur Bas firma qalanlarinin fealiyyetine maliyye nezareti heyata kecirir Muasir dovrde konsernler genis miqyas almisdir Konqlomerat aralarinda istehsal ve diger funksional elaqe olmayan bir cox firmalarin iri bir inhisar birliyi terefinden ozune tabe edilmesi yolu ile udulmasidir Burada firmalara vahid merkezden maliyye rehberliyi heyata kecirilir Tesisciler tesis menfeeti elde edirler Bu birliye daxil olan firmalar muxtelif emeliyyatlari icra edirler Ingiltere ve Almaniyada siqaret bazarinin 94 i uc istehsalcinin elindedir Fransada siqaret ve soyuducu istehsalinin 100 i uc istehsalcinin elindedir Belelikle oliqopoliya seraitinde bazar ya bir nece istehsalci arasinda bolunmusdur yaxud da bazarin bir hissesi iri firmalarin elindedir qalan hissesi ise coxsayli xirda istehsalcilarin inhisarci reqabetcilerin ixtiyarindadir Ne qeder az sayda istehsalci bazari oz aralarinda bolurse orada inhisarciliq gucludur Miqyas effekti ile bagli olan istehsal texnologiyasi oliqopoliyanin meydana gelmesi sebeblerindendir ve saheye daxil olmagin tebii maneesidir Oliqopolist bazara daxil olmagin cetinliyinin basqa bir sebebi patentlesdirme ve lisenziyalasdirmadir Resurslar uzerinde nezaret reklam ucun boyuk meblegde maliyye vesaiti teleb olunmasi da oliqopolist saheye daxil olmagi cetinlesdirir Oliqopolist firmalar sabit menfeet elde edirler Oliqopoliyanin muhum cehetlerinden biri sahe firmalarinin qarsiliqli asililigidir Onlar reqib olsalar da partnyordurlar Biri is gormek istedikde basqalarinin maragini da nezere almalidir Cunki onun menfeetinin miqdari diger partnyorlarin mueyyen etdikleri istehsalin hecminden ve qiymetlerden asilidir Meselen eger oliqopolist firma cox az istehsal edirse onda mehsulun qiymeti yuxari olacaq eksine cox istehsal ederse qiymetler sahenin qiymetinin seviyyesinden asagi olacaq Bu ise basqalarinin menfi reaksiyasina sebeb olacaqdir Her iki halda firmanin menfeeti asagi duse biler Buna gore de oliqopolist sahe istirakcilari qiymetle qarsiliqli asili olurlar Oliqopolistler oz aralarinda sovdelese bilmezler Cunki antiinhisar qanunvericiliyi buna icaze vermir Gizli sovdelesme ise risklidir ustu acila biler Qiymet ayri seckiliyiQiymet ayriseckilkiyi inhisarciya daha cox menfeet elde etmeye imkan veren bir haldir Bele ki bu zaman satici mehsulu her aliciya muxtelif qiymete sata bilir Basqa sozle alici inhisarcinin menfeetini yukseltmek ucun her aliciya uygun olaraq mehsula qiymet teyin etmesidir Bu zaman en cox rast gelinen misal dersliklerin ayri ayri olkelerde ferqli qiymetlere satelmasidir Meselen bir iqtisadi nezeriyye kitabinin Avropa ve diger inkisaf etmekde olan olkelerde baha qiymete satildigi halda zeif inkisaf etmis olkelerde ucuz qiymete satisa cixarilir Muelliflik huququndan istifade eden yazici kitabin Afrika olkelerinde yuksek gelirli olkelerde oldugu kimi baha qiymete satilmayacagini basa dusur Hemcinin alicinin kitabi ucuza getirmekden oteri Afrikaya yollanmayacaginida anlayir Bu sebebden Afrikada kitabin qiymeti 20 dollara Avropada ise 150 dollara satisa cixarilir Bu ne qeder Avropali alicilar ucun edalersiz gorunse de muellifin bu hereketi Afrikali alicilarin cibine uygun oldugundan onlar kitab elde ede bilir Netice de qiymet ayri seckiliyi iqtisadi semereni artirir Inhisar muessisesinin baglanma noqtesiEger inhisarcinin orta deyisen xercleri hec bir istehsal hecminde qiymetden asagi enmirse basqa sozle teleb eyrisi orta deyisen xercler eyrisinden asagidadirsa inhisarci fealiyyetini qisamuddetlli dovrde dayandira biler Bu bazarin movsumi olmasindan elece de diger sebeblerden asilidir Meselen Bakida yalniz bir kursun fealiyyet gosterdiyini ferz edin Yay tetilinde o qiymetleri ne qeder asagi salsa da her kes istirahetde oldugundan teleb asagi olacaq ve kurs fealiyyetini muveqqeti dayandirmali olacaqdir IstinadlarMonopoliјa Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VII ҹild Misir Prado Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1983 S 51 Goodwin N Nelson J Ackerman F Weisskopf T 2009 Microeconomics in Context 2nd ed Sharpe Seh 315 Samuelson William F Marks Stephen G 2003 Managerial Economics 4th ed Wiley Seh 104 Frank Robert H 2008 Microeconomics and Behavior 7th ed McGraw Hill ISBN 978 0 07 126349 8 Xarici kecidler