Vilyam Batler Yeyts (ing. William Butler Yeats, (Yits, Yets, Eyts kimi də transliterasiya olunur); 13 iyun 1865[…] – 28 yanvar 1939[…], Mentona və ya Rokbrün-Kap-Marten) — ingilis dilində yazan İrlandiya şairi, dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1923).
Vilyam Batler Yeyts | |
---|---|
ing. William Butler Yeats | |
Doğum tarixi | 13 iyun 1865[…] |
Vəfat tarixi | 28 yanvar 1939[…](73 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | şair, dramaturq, yazıçı, siyasətçi, astroloq |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | simvolizm |
Üzvlüyü |
|
Mükafatları | |
Vilyam Batler Yeyts Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Vilyam Batler Yeyts ingiliscə yazan irland şairi və dramaturqdur. Dublində doğulmuşdu. Atası əvvəlcə vəkillik etmək fikrinə düşsə də, sonra rəssam olmağı qərara almışdı. Anası isə zəngin ailədən çıxan, qapalı həyat tərzinə üstünlük verən və hər şeydən tez təsirlənən həssas qadın idi. Onlar bir müddət Londonda yaşadıqlarından Vilyam təhsilini ingilis dilində almışdı. 1880-cı ildə ailə İrlandiyaya qayıtmışdı. Vilyam da atası kimi rəssam olmaq istəyirdi. Hətta bir müddət Metropoliten Gözəl Sənətlər məktəbinin məşğələlərinə davam etmişdi. Lakin sonda poeziyaya maraq bu arzunu üstələmişdi. Onun 1885-ci ildə çap olunan gənclik şeirlərində Spenser və Şellinin güclü təsiri duyulurdu. Bu dövrdə Yeyts kimyagərlik və okkult elmləri ilə də maraqlanırdı. Nəticədə o, Dublin Əlkimyaçılar Cəmiyyətinin yaradıcılarından biri olmuşdu. Sonralar məşhur şair və ictimai xadim kimi tanınanda da bu gənclik marağından əl çəkməmişdi.
"Ossianın səyahətləri və başqa şeirlər" adlı ilk kitabı (1889) şairin öz poetik axtarışlarında irland mifologiyasına və xalq ədəbiyyatı ənənələrinə daha böyük önəm verdiyini göstərirdi. Sənətlə təbiət arasında qarşıdurma və münaqişənin olmadığı, qarşılıqlı ahəngdarlığın hökm sürdüyü bir fəlsəfi-estetik sistem yaratmaq sənətkar kimi Yeytsin ən böyük arzularından biri idi.
Yeyts sözün müsbət mənasında irland millətçisi idi. Xalqının tarixi yaddaşını hərəkətə gətirməyi əsas vəzifəsi sayırdı. İlk dram əsəri "Qrafinya Ketlin"in (1892) eyniadlı qəhrəmanı, əsilzadə qadın Ketlin ac irland kəndlilərini ölümdən xilas etmək üçün ruhunu şeytana satmağa razı olurdu. Bu simvolika hər şeyi İrlandiyanın milli müstəqilliyinə tabe tutmağa çağıran Yeytsin siyasi-ədəbi kredosu sayıla bilərdi.
Həmin mübarizədə onun ən yaxın silahdaşları — özü ingilis olsa da, həyatını irlandların azadlıq mübarizəsinə həsr edən aktrisa və ictimai xadim Mod Honn, Protestant Liqasının üzvü ledi Avqusta Qreqori və gənc irland dramaturqu Con Millinqton Sinq idi. Yeyts sonuncunu Parisdən qayıtmağa və irland kəndliləri arasında yaşamağa təşviq etmişdi. Gənc müəllifin pyesləri milli koloriti, sadə və aydın dili ilə hətta Yeytsin özünün yaradıcılığına əhəmiyyətli təsir göstərmişdi.
Bu üçlüyün birgə səyi ilə 1906-cı ildə Dublində irland milli teatrı yaradılmışdı. Teatr qısa müddətdə irlandların Britaniya asılılığına qarşı mübarizəsinin ideoloji mərkəzlərindən birinə çevrilmişdi. Yeyts Dublin teatrı üçün pyeslər yazır, onun fəaliyyətini genişləndirmək məqsədi ilə ianə toplayır, tamaşaların hazırlanmasında iştirak edirdi. Dramatik və poetik sahədə eyni ilhamla yazıb-yaradan müəllifin adı artıq irland əsilli məşhurların — Oskar Uayld, Ceyms Coys və Ezra Paundun adları ilə bir sırada çəkilirdi.
Britaniya ağalığına qarşı irland üsyanı zamanı (1916) Yeyts Londonda idi. O, əvvəlcə İrlandiya adından danışanların amansızlığından sarsılmışdı. Sonra isə qanlı mübarizənin iştirakçılarını, ilk növbədə sıralarında üç nəfər söz adamının da olduğu 16 qurbanı — Britaniya məhkəməsinin qərarı ilə dar ağacından asılmaqla edam edilən milli mücadilə qurbanlarını şeirlərində hərarətlə vəsf etmişdi.
Bu üsyandan iki il sonra İrlandiya müstəqilliyinə qovuşdu. Ümummilli şair kimi tanınan Yeyts ölkə parlamentinin ilk senatorları sırasında yer aldı. 1923-cü ildə isə Nobel laureatı oldu. Mükafatın məhz irlandiyalı müəllifə verilməsində yaradıcılıq amili ilə yanaşı siyasi konyuktura da öz rolunu oynamışdı. İsveç Akademiyası növbəti laureatı irland sənətkarları arasından seçməklə Avropanın siyasi xəritəsindəki yeni dövlətə öz mənəvi dəstəyini ifadə etmək istəmişdi.
Müstəqillik savaşında Vilyam Yeytsin də mühüm xidmətləri olmuşdu. Təsadüfi deyil ki, Nobel mükafatı ona "yüksək bədii formada milli ruhu ifadə edən ilhamlı poetik yaradıcılığına görə" verilmişdi. İsveç Akademiyasının üzvü Per Halmstrem Yeytsi "irland-kelt dirçəlişinin mərkəzi siması" adlandırmış, onun "yüksək poetik tələblərə cavab verən sənətkar" olmaqla yanaşı həm də xalqla bağlılığını heç zaman itirməməsini" şəxsiyyətinin mühüm məziyyətlərindən biri kimi qeyd etmişdi.
"İrland dramatik hərəkatlı" adlı Nobel mühazirəsində Yeyts özü də əsas diqqəti ədəbi fəaliyyətindən daha çox ölkəsinin müstəqillik uğrunda mübarizədəki xidmətlərinə yönəltmişdi. İlk növbədə o, mübarizə yoldaşlarını — həyatdan erkən köçmüş Sinqi və ledi Qreqorini xatırlamışdı: "Burada sizin kralın əlindən İsveç Akademiyasının yüksək mükafatını alanda düşündüm ki, sağ tərəfimdə çoxdan vəfat etmiş gənc bir adam, sol tərəfimdə isə, şükürlər olsun ki, bu gün də yaşayan orta yaşlı bir qadın dayanmalı idi".
Yeyts Nobel laureatı olandan sonra yaradıcılığı yüksələn xətlə inkişaf edən və yeni, uğurlu əsərlər yaradan azsaylı sənətkarlardan idi. Həyatının son 15 ilini o, İrlandiyanın milli şairi kimi böyük sayqı və ehtiram şəraitində yaşamışdı. Səhhətindəki problemlərə baxmayaraq bu illərdə "Qüllə" (1928), "Dairəvi pilləkən və digər şeirlər" (1933) kitablarında toplanan əsərlərini yaratmışdı. Dünyanın bir çox ölkələrinə səyahət edən şair əsas diqqəti İrlandiyanın tarix və mədəniyyətinin təbliğinə yönəltmişdi. O, İrlandiya və Britaniyanın bir sıra universitetlərinin fəxri doktoru adına layiq görülmüşdü.
Fransız riverasında vəfat edən şair vəsiyyətinə uyğun şəkildə 1948-ci ildə vətənində torpağa tapşırılmışdı. Müasir irland şairi Şeymas Hininin fikrincə, Yeyts öz əsərləri ilə hər bir irlandı "bir daha sənətin Allah tərəfindən yaradıldığı və sənətdən kənar sivilizasiyasının qeyri-mümkünlüyü həqiqətinə" inandırmışdı.
Əsərləri
- "Qrafinya Ketlin" (ing. The Countess Kathleen, 1892), şeirlə yazılmış dram;
- "Kelt alaqaranlığı" (ing. The Celtic Twilight, 1893), irland folkloru haqqında məqalələr məcmuəsi;
- "The Land of Hearts Desire", şeirlə yazılmış pyes (1894);
- "A Book of Irish Verses" (1895), irland balladaları antologiyası;
- "Poems" (1895);
- "The Secret Rose" (1897), orijinal və irland xalq nağıllarından götürülmüş və yüksək səviyyəli incə prozayla yazılmış nağıllar məcmuəsi;
- "The Wind among the Reeds" (1899), poema;
- "The Shadowy Waters" (1900), sonralar drama çevirdiyi poema;
- "Ideas of Good and Evil" (1903), məqalələr məcmuəsi;
- "In the Seven Woods" (1903), mövzuları əsasən irland eposundan götürülmüş şeirlər.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- William Butler Yeats (nid.).
- William Butler Yeats // Internet Broadway Database (ing.). 2000.
- Archivio Storico Ricordi. 1808.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Yeys Qutenberq layihəsində
- Vilyam Batler Yeytsin bioqrafiyası, əsərləri (rusca), foto şəkilləri
- Vilyam Yeytsin əsərləri (rusca)
- www.nli.ie/yeats — National Library of Ireland Yeats Exhibition (en)
- "Simvolizm", 2015-ci il.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vilyam Batler Yeyts ing William Butler Yeats Yits Yets Eyts kimi de transliterasiya olunur 13 iyun 1865 28 yanvar 1939 Mentona ve ya Rokbrun Kap Marten ingilis dilinde yazan Irlandiya sairi dramaturqu Edebiyyat uzre Nobel mukafati laureati 1923 Vilyam Batler Yeytsing William Butler YeatsDogum tarixi 13 iyun 1865 1865 06 13 Vefat tarixi 28 yanvar 1939 1939 01 28 73 yasinda Vefat yeri Mentona ve yaRokbrun Kap MartenFealiyyeti sair dramaturq yazici siyasetci astroloqEserlerinin dili ingilis diliIstiqamet simvolizmUzvluyu Kral Edebiyyat Cemiyyeti d MukafatlariVilyam Batler Yeyts Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiVilyam Batler Yeyts ingilisce yazan irland sairi ve dramaturqdur Dublinde dogulmusdu Atasi evvelce vekillik etmek fikrine dusse de sonra ressam olmagi qerara almisdi Anasi ise zengin aileden cixan qapali heyat terzine ustunluk veren ve her seyden tez tesirlenen hessas qadin idi Onlar bir muddet Londonda yasadiqlarindan Vilyam tehsilini ingilis dilinde almisdi 1880 ci ilde aile Irlandiyaya qayitmisdi Vilyam da atasi kimi ressam olmaq isteyirdi Hetta bir muddet Metropoliten Gozel Senetler mektebinin mesgelelerine davam etmisdi Lakin sonda poeziyaya maraq bu arzunu ustelemisdi Onun 1885 ci ilde cap olunan genclik seirlerinde Spenser ve Sellinin guclu tesiri duyulurdu Bu dovrde Yeyts kimyagerlik ve okkult elmleri ile de maraqlanirdi Neticede o Dublin Elkimyacilar Cemiyyetinin yaradicilarindan biri olmusdu Sonralar meshur sair ve ictimai xadim kimi taninanda da bu genclik maragindan el cekmemisdi Ossianin seyahetleri ve basqa seirler adli ilk kitabi 1889 sairin oz poetik axtarislarinda irland mifologiyasina ve xalq edebiyyati enenelerine daha boyuk onem verdiyini gosterirdi Senetle tebiet arasinda qarsidurma ve munaqisenin olmadigi qarsiliqli ahengdarligin hokm surduyu bir felsefi estetik sistem yaratmaq senetkar kimi Yeytsin en boyuk arzularindan biri idi Yeyts sozun musbet menasinda irland milletcisi idi Xalqinin tarixi yaddasini herekete getirmeyi esas vezifesi sayirdi Ilk dram eseri Qrafinya Ketlin in 1892 eyniadli qehremani esilzade qadin Ketlin ac irland kendlilerini olumden xilas etmek ucun ruhunu seytana satmaga razi olurdu Bu simvolika her seyi Irlandiyanin milli musteqilliyine tabe tutmaga cagiran Yeytsin siyasi edebi kredosu sayila bilerdi Hemin mubarizede onun en yaxin silahdaslari ozu ingilis olsa da heyatini irlandlarin azadliq mubarizesine hesr eden aktrisa ve ictimai xadim Mod Honn Protestant Liqasinin uzvu ledi Avqusta Qreqori ve genc irland dramaturqu Con Millinqton Sinq idi Yeyts sonuncunu Parisden qayitmaga ve irland kendlileri arasinda yasamaga tesviq etmisdi Genc muellifin pyesleri milli koloriti sade ve aydin dili ile hetta Yeytsin ozunun yaradiciligina ehemiyyetli tesir gostermisdi Bu ucluyun birge seyi ile 1906 ci ilde Dublinde irland milli teatri yaradilmisdi Teatr qisa muddetde irlandlarin Britaniya asililigina qarsi mubarizesinin ideoloji merkezlerinden birine cevrilmisdi Yeyts Dublin teatri ucun pyesler yazir onun fealiyyetini genislendirmek meqsedi ile iane toplayir tamasalarin hazirlanmasinda istirak edirdi Dramatik ve poetik sahede eyni ilhamla yazib yaradan muellifin adi artiq irland esilli meshurlarin Oskar Uayld Ceyms Coys ve Ezra Paundun adlari ile bir sirada cekilirdi Britaniya agaligina qarsi irland usyani zamani 1916 Yeyts Londonda idi O evvelce Irlandiya adindan danisanlarin amansizligindan sarsilmisdi Sonra ise qanli mubarizenin istirakcilarini ilk novbede siralarinda uc nefer soz adaminin da oldugu 16 qurbani Britaniya mehkemesinin qerari ile dar agacindan asilmaqla edam edilen milli mucadile qurbanlarini seirlerinde heraretle vesf etmisdi Bu usyandan iki il sonra Irlandiya musteqilliyine qovusdu Umummilli sair kimi taninan Yeyts olke parlamentinin ilk senatorlari sirasinda yer aldi 1923 cu ilde ise Nobel laureati oldu Mukafatin mehz irlandiyali muellife verilmesinde yaradiciliq amili ile yanasi siyasi konyuktura da oz rolunu oynamisdi Isvec Akademiyasi novbeti laureati irland senetkarlari arasindan secmekle Avropanin siyasi xeritesindeki yeni dovlete oz menevi desteyini ifade etmek istemisdi Musteqillik savasinda Vilyam Yeytsin de muhum xidmetleri olmusdu Tesadufi deyil ki Nobel mukafati ona yuksek bedii formada milli ruhu ifade eden ilhamli poetik yaradiciligina gore verilmisdi Isvec Akademiyasinin uzvu Per Halmstrem Yeytsi irland kelt dircelisinin merkezi simasi adlandirmis onun yuksek poetik teleblere cavab veren senetkar olmaqla yanasi hem de xalqla bagliligini hec zaman itirmemesini sexsiyyetinin muhum meziyyetlerinden biri kimi qeyd etmisdi Irland dramatik herekatli adli Nobel muhaziresinde Yeyts ozu de esas diqqeti edebi fealiyyetinden daha cox olkesinin musteqillik ugrunda mubarizedeki xidmetlerine yoneltmisdi Ilk novbede o mubarize yoldaslarini heyatdan erken kocmus Sinqi ve ledi Qreqorini xatirlamisdi Burada sizin kralin elinden Isvec Akademiyasinin yuksek mukafatini alanda dusundum ki sag terefimde coxdan vefat etmis genc bir adam sol terefimde ise sukurler olsun ki bu gun de yasayan orta yasli bir qadin dayanmali idi Yeyts Nobel laureati olandan sonra yaradiciligi yukselen xetle inkisaf eden ve yeni ugurlu eserler yaradan azsayli senetkarlardan idi Heyatinin son 15 ilini o Irlandiyanin milli sairi kimi boyuk sayqi ve ehtiram seraitinde yasamisdi Sehhetindeki problemlere baxmayaraq bu illerde Qulle 1928 Dairevi pilleken ve diger seirler 1933 kitablarinda toplanan eserlerini yaratmisdi Dunyanin bir cox olkelerine seyahet eden sair esas diqqeti Irlandiyanin tarix ve medeniyyetinin tebligine yoneltmisdi O Irlandiya ve Britaniyanin bir sira universitetlerinin fexri doktoru adina layiq gorulmusdu Fransiz riverasinda vefat eden sair vesiyyetine uygun sekilde 1948 ci ilde veteninde torpaga tapsirilmisdi Muasir irland sairi Seymas Hininin fikrince Yeyts oz eserleri ile her bir irlandi bir daha senetin Allah terefinden yaradildigi ve senetden kenar sivilizasiyasinin qeyri mumkunluyu heqiqetine inandirmisdi Eserleri Qrafinya Ketlin ing The Countess Kathleen 1892 seirle yazilmis dram Kelt alaqaranligi ing The Celtic Twilight 1893 irland folkloru haqqinda meqaleler mecmuesi The Land of Hearts Desire seirle yazilmis pyes 1894 A Book of Irish Verses 1895 irland balladalari antologiyasi Poems 1895 The Secret Rose 1897 orijinal ve irland xalq nagillarindan goturulmus ve yuksek seviyyeli ince prozayla yazilmis nagillar mecmuesi The Wind among the Reeds 1899 poema The Shadowy Waters 1900 sonralar drama cevirdiyi poema Ideas of Good and Evil 1903 meqaleler mecmuesi In the Seven Woods 1903 movzulari esasen irland eposundan goturulmus seirler IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 William Butler Yeats nid William Butler Yeats Internet Broadway Database ing 2000 Archivio Storico Ricordi 1808 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerYeys Qutenberq layihesinde Vilyam Batler Yeytsin bioqrafiyasi eserleri rusca foto sekilleri Vilyam Yeytsin eserleri rusca www nli ie yeats National Library of Ireland Yeats Exhibition en Simvolizm 2015 ci il Hemcinin bax