Herat döyüşü — 1729-cu il iyul ayında səfəvilər və Abdali əfqanları arasında baş verən döyüş
Herat döyüşü | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
| |||
Tarix | iyul, 1729 | ||
Yeri | Herat, Əfqanıstan | ||
Nəticəsi | Mütləq Səfəvi qələbəsi. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Döyüşə hazırlıq
Kafirqala zəfərinin xəbəri Nadir xana çatdıqdan sonra o, vaxt itirmədən abdali ordugahı və hisarına doğru hərəkət etməyi əmr etdi. Özü isə piyada qüvvələri ilə birlikdə süvarilərin ardınca yola düşdü. Qarşıdakı döyüş hər iki tərəf üçün həlledici əhəmiyyət kəsb edirdi. Hansı taktikanı seçməmişdən əvvəl Nadir düşmənin döyüşqabağı mövqelərini öyrəndi. Bunun üçün tanınmış sərkərdələrindən olan , Səlim bəy Mərvini, Allahqulu bəy Əfşarı, Canəli bəyi və yüz nəfərlik bir dəstəni özü ilə götürüb əfqanlara yaxın olan bir nöqtəyə yollandı, oradan əfqanların qüvvələrini və döyüş mövqelərini müşahidə etdi. Nadir əfqanların döyüşqabağı düzülüşünə əsasən hansı taktikaya əl ata biləcəklərini müəyyənləşdirdi. Nadir belə bir qənaətə gəldi ki, əfqanlar uğur qazanmaq üçün bütün istiqamətlərdən hücuma keçməyi planlaşdırırlar. Onların bu niyyəti Nadirə də qoşununu müvafiq şəkildə qruplaşdırmağa imkan verdi. O, topçuları, zənburəkçiləri və tüfəngdarları dörd dəstəyə böldü və hər dəstəni bir istiqamətdə yerləşdirərək qoşunun dörd tərəfdən atəş müdafiəsini təmin etdi. Əfqanlar hansı istiqamətdən hücum edərdilərsə, həmin istiqamətdən Nadir qoşununun atəş zərbəsi ilə qarşılaşmalı olacaqdılar. O, üç min nəfərlik xüsusi bir dəstə yaradıb qoşunların mərkəzində yerləşdirdi və həmin dəstəyə tapşırıq verdi ki, əfqan süvariləri hansı istiqamətdən tüfəngdarların üstünə hücum edərsə, o istiqamətdən əfqanlara qarşı döyüşə qoşulsun. Bütünlükdə isə, Nadir öz qoşununu beş xətt üzrə eşelonlaşdırdı. Ön sırada toplar, ikinci sırada zənburəklər, üçüncü sırada cəzayirçilər (ağır tüfənglərlə silahlananlar), dördüncü sırada tüfəngdarlar (yüngül tüfənglərlə silahlananlar) və nəhayət beşinci sırada isə piyadalar mövqe tutdular. Mənbələrdə göstərilməsə də çox güman ki, süvarilər də arxa sıralarda mövqe tutmuşdular. Nadirin düşündüyü plana görə nəzərdə tutulmuşdu ki, əfqanlara ilk zərbəni topçular vursun. Əfqanlar böyük sürət nümayiş etdirib topçuların xəttini aşsaydılar onda zənburəklərin zərbəsi altına düşəcəkdilər. sırası da yarılsa idi, onda əfqanlar ağır və yüngül tüfənglərin atəşi altına düşməli idi. Əgər əfqanlar onların da sırasını yarıb Nadir qoşunlarının mövqelərinin mərkəzi hissəsinə yol tapsaydılar, onda piyadalar döyüşün ağırlığını öz üzərinə götürməli və əfqanların hücumunun qarşısını almalı idilər.
Döyüşün gedişatı
Döyüşqabağı mövqelərdə möhkəmləndikdən sonra Nadir iki gün əvvəlki döyüşlərdə xüsusi fərqlənmiş Niyazqulu bəyə tapşırıq verdi ki, bir dəstə ilə döyüş meydanına atılsın və əfqanları döyüşə girməyə sövq etsin. Niyazqulu bəyin irəli çıxması ilə əfqanlar tərəfindən də İsfəndiyar bəyin rəhbərliyi altında bir dəstə qabağa atıldı və bu dəstələr arasında döyüş başladı. Həmin dəstələr arasında döyüş bir saat davam etdi. Göstərilən vaxt ərzində əfqanların sayı artmağa başladı. Qarşı tərəfin sayının artmasının Niyazqulu bəyin dəstəsi üçün təhlükəli ola biləcəyini görən Nadir bu dəstəni geriyə çağırdı. Niyazqulu bəyin geri çəkilən dəstəsi əfqanlar tərəfindən təqib olundu. Bunun ardınca əfqanların əsas qüvvələri də döyüşə qoşulub Nadir qoşunlarının üzərinə hücuma keçdilər. Ola bilsin ki, Nadir Niyazqulu bəyin dəstəsini geri çəkməklə əfqanları daha irəli gəlməyə sövq etmək və bununla da onları top atəşinin təsiri altına salmaq istəyirdi. Əfqanlar irəliyə atılaraq Nadirin mövqelərinin ilk xəttinə, topların yerləşdiyi mövqelərə çatdılar. İtkilər verməsinə baxmayaraq əfqanlar böyük sürətlə hücumlarını davam etdirərək Nadirin nəinki topçularının, hətta zənburəkçilərinin və cəzayirçilərinin mövqelərini də arxada qoydular. Hər xətdə baş verən gərgin döyüşlər əfqanların müqavimətini qırmağa bəs etmədi. Nadirin bəlkə də gözləmədiyi halda əfqanlar tüfəngdarların da mövqelərini arxada qoyub qoşunların mərkəzinə qədər irəliləyə bildilər. Başlıcası isə əfqanlar bir neçə döyüş xəttini adlayaraq hələ də güclü döyüş aparmaqda davam edirdilər. Malik olduqları say üstünlüyü isə əfqanlara əldə edilən uğurları genişləndirməyə imkan verirdi. Döyüşün gedişində dəyişiklik yaradılmayacağı təqdirdə daha ağır nəticələr qarşıya çıxa bilərdi. Nadir üç minlik süvari dəstəsi ilə döyüş meydanının ən həssas nöqtəsinə atılıb əvvəlcə əfqanların qarşısını aldı, onlara ağır zərbə endirdi. Nəticədə əfqanların az bir hissəsi döyüşdən salamat çıxıb geri qaçmağa başladı. Nadirin əmri ilə onun sərkərdələri qaçan əfqanları təqib etdilər və onlara daha çox itkilər yetirdilər.
Nəticə
"Aləm Ara-ye Naderi"də mövcud olan məlumata görə, son dərəcə gərgin keçən bu döyüşdə Nadirin qüvvələrindən 280 nəfər, əfqanlardan isə 28 min nəfər həlak oldu . Nadirin ən istedadlı sərkərdələrindən olan Niyazqulu bəy də bu döyüşdə qarşı tərəfdən atılan güllənin qurbanı oldu. Bu sərkərdənin həlak olması Nadiri son dərəcə kədərləndirdi. Onun göstərişi ilə Niyazqulu bəyin cənazəsi Məşhədə göndərildi və İmam Rzanın məqbərəsi yanında dəfn edildi. Bu sərkərdənin yaxınları və qohumları isə Nadir tərəfindən maliyyə təminatına götürüldü. Əfqanlar üzərində qazanılan bu qələbə həm Nadir üçün, həm də Şah Təhmasib üçün əhəmiyyətli bir qələbə idi. Həmin qələbə ilə abdali əfqanlarına güclü zərbə endirildi və onların iradəsi qırıldı.
Mənbə
- Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
- Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- Sadat, Sayad. NADİR ŞAH DÖNEMİNDE AFGANİSTAN. Sakarya. 2017.
- Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.
İstinadlar
- Sadat, 2017. səh. 43
- Süleymanov, 2010. səh. 149
- Süleymanov, 2010. səh. 150
- Süleymanov, 2010. səh. 152
- Sadat, 2017. səh. 44
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Herat doyusu 1729 cu il iyul ayinda sefeviler ve Abdali efqanlari arasinda bas veren doyus Herat doyusuNadirin yurusleriHerat seheri etrafiTarix iyul 1729Yeri Herat EfqanistanNeticesi Mutleq Sefevi qelebesi Munaqise terefleriSefeviler Imperiyasi Abdali efqanlariKomandan lar Nadir xan Efsar Hacibey xan Allahyar xanItkiler28 nefer 28 min neferDoyuse hazirliqKafirqala zeferinin xeberi Nadir xana catdiqdan sonra o vaxt itirmeden abdali ordugahi ve hisarina dogru hereket etmeyi emr etdi Ozu ise piyada quvveleri ile birlikde suvarilerin ardinca yola dusdu Qarsidaki doyus her iki teref ucun helledici ehemiyyet kesb edirdi Hansi taktikani secmemisden evvel Nadir dusmenin doyusqabagi movqelerini oyrendi Bunun ucun taninmis serkerdelerinden olan Selim bey Mervini Allahqulu bey Efsari Caneli beyi ve yuz neferlik bir desteni ozu ile goturub efqanlara yaxin olan bir noqteye yollandi oradan efqanlarin quvvelerini ve doyus movqelerini musahide etdi Nadir efqanlarin doyusqabagi duzulusune esasen hansi taktikaya el ata bileceklerini mueyyenlesdirdi Nadir bele bir qenaete geldi ki efqanlar ugur qazanmaq ucun butun istiqametlerden hucuma kecmeyi planlasdirirlar Onlarin bu niyyeti Nadire de qosununu muvafiq sekilde qruplasdirmaga imkan verdi O topculari zenburekcileri ve tufengdarlari dord desteye boldu ve her desteni bir istiqametde yerlesdirerek qosunun dord terefden ates mudafiesini temin etdi Efqanlar hansi istiqametden hucum ederdilerse hemin istiqametden Nadir qosununun ates zerbesi ile qarsilasmali olacaqdilar O uc min neferlik xususi bir deste yaradib qosunlarin merkezinde yerlesdirdi ve hemin desteye tapsiriq verdi ki efqan suvarileri hansi istiqametden tufengdarlarin ustune hucum ederse o istiqametden efqanlara qarsi doyuse qosulsun Butunlukde ise Nadir oz qosununu bes xett uzre eselonlasdirdi On sirada toplar ikinci sirada zenburekler ucuncu sirada cezayirciler agir tufenglerle silahlananlar dorduncu sirada tufengdarlar yungul tufenglerle silahlananlar ve nehayet besinci sirada ise piyadalar movqe tutdular Menbelerde gosterilmese de cox guman ki suvariler de arxa siralarda movqe tutmusdular Nadirin dusunduyu plana gore nezerde tutulmusdu ki efqanlara ilk zerbeni topcular vursun Efqanlar boyuk suret numayis etdirib topcularin xettini assaydilar onda zenbureklerin zerbesi altina dusecekdiler sirasi da yarilsa idi onda efqanlar agir ve yungul tufenglerin atesi altina dusmeli idi Eger efqanlar onlarin da sirasini yarib Nadir qosunlarinin movqelerinin merkezi hissesine yol tapsaydilar onda piyadalar doyusun agirligini oz uzerine goturmeli ve efqanlarin hucumunun qarsisini almali idiler Doyusun gedisatiDoyusqabagi movqelerde mohkemlendikden sonra Nadir iki gun evvelki doyuslerde xususi ferqlenmis Niyazqulu beye tapsiriq verdi ki bir deste ile doyus meydanina atilsin ve efqanlari doyuse girmeye sovq etsin Niyazqulu beyin ireli cixmasi ile efqanlar terefinden de Isfendiyar beyin rehberliyi altinda bir deste qabaga atildi ve bu desteler arasinda doyus basladi Hemin desteler arasinda doyus bir saat davam etdi Gosterilen vaxt erzinde efqanlarin sayi artmaga basladi Qarsi terefin sayinin artmasinin Niyazqulu beyin destesi ucun tehlukeli ola bileceyini goren Nadir bu desteni geriye cagirdi Niyazqulu beyin geri cekilen destesi efqanlar terefinden teqib olundu Bunun ardinca efqanlarin esas quvveleri de doyuse qosulub Nadir qosunlarinin uzerine hucuma kecdiler Ola bilsin ki Nadir Niyazqulu beyin destesini geri cekmekle efqanlari daha ireli gelmeye sovq etmek ve bununla da onlari top atesinin tesiri altina salmaq isteyirdi Efqanlar ireliye atilaraq Nadirin movqelerinin ilk xettine toplarin yerlesdiyi movqelere catdilar Itkiler vermesine baxmayaraq efqanlar boyuk suretle hucumlarini davam etdirerek Nadirin neinki topcularinin hetta zenburekcilerinin ve cezayircilerinin movqelerini de arxada qoydular Her xetde bas veren gergin doyusler efqanlarin muqavimetini qirmaga bes etmedi Nadirin belke de gozlemediyi halda efqanlar tufengdarlarin da movqelerini arxada qoyub qosunlarin merkezine qeder irelileye bildiler Baslicasi ise efqanlar bir nece doyus xettini adlayaraq hele de guclu doyus aparmaqda davam edirdiler Malik olduqlari say ustunluyu ise efqanlara elde edilen ugurlari genislendirmeye imkan verirdi Doyusun gedisinde deyisiklik yaradilmayacagi teqdirde daha agir neticeler qarsiya cixa bilerdi Nadir uc minlik suvari destesi ile doyus meydaninin en hessas noqtesine atilib evvelce efqanlarin qarsisini aldi onlara agir zerbe endirdi Neticede efqanlarin az bir hissesi doyusden salamat cixib geri qacmaga basladi Nadirin emri ile onun serkerdeleri qacan efqanlari teqib etdiler ve onlara daha cox itkiler yetirdiler Netice Alem Ara ye Naderi de movcud olan melumata gore son derece gergin kecen bu doyusde Nadirin quvvelerinden 280 nefer efqanlardan ise 28 min nefer helak oldu Nadirin en istedadli serkerdelerinden olan Niyazqulu bey de bu doyusde qarsi terefden atilan gullenin qurbani oldu Bu serkerdenin helak olmasi Nadiri son derece kederlendirdi Onun gosterisi ile Niyazqulu beyin cenazesi Meshede gonderildi ve Imam Rzanin meqberesi yaninda defn edildi Bu serkerdenin yaxinlari ve qohumlari ise Nadir terefinden maliyye teminatina goturuldu Efqanlar uzerinde qazanilan bu qelebe hem Nadir ucun hem de Sah Tehmasib ucun ehemiyyetli bir qelebe idi Hemin qelebe ile abdali efqanlarina guclu zerbe endirildi ve onlarin iradesi qirildi MenbeMehman Suleymanov Nadir sah PDF Pervin Darabadi elmi redaktor 741 Eliyarli Suleyman Azerbaycan tarixi Uzaq kecmisden 1870 ci illere qeder Baki Azerbaycan nesriyyati 1996 Sadat Sayad NADIR SAH DONEMINDE AFGANISTAN Sakarya 2017 Axworthy Michael The Sword of Persia Nader Shah from Tribal Warrior to Conquering Tyrant I B Tauris 2006 IstinadlarSadat 2017 seh 43 Suleymanov 2010 seh 149 Suleymanov 2010 seh 150 Suleymanov 2010 seh 152 Sadat 2017 seh 44