Şeyx Yusif türbəsi — Azərbaycanın Xaçmaz şəhəri ərazisində yerləşən türbə.
Şeyx Yusif türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xaçmaz |
Yerləşir | Şıxlar kəndi |
Tikilmə tarixi | XV əsr |
İstinad nöm. | 4301 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Mövlana Şeyx Yusifin türbəsi ikiotaqlıdır. Türbədə bir neçə qəbir var. Bir məzarın başdaşında yazılıb: "Bu qəbir Mövlana Şeyx Yusif oğlu mərhum Məhəmməd Əlinindir. Səkkiz yüz altıncı il" (1403–1404-cü il). Bir müddət İbrahimxəlil və Umsələməd adlı ər-arvad bu türbənin qorunub saxlanması üçün böyük zəhmət çəkiblər. Buna görə İbrahimxəlili 1937-ci ildə Sibirə göndərib əmlakını müsadirə ediblər, lakin ondan törəmələr abidənin bərpasını davam etdiriblər. Nəvəsi Əflatun Məmmədov camaatın köməkliyi ilə burada aman evi tikdirib. Şeyx Yusifin nəvəsi Teyyub Seyid Hacıbala oğlu 1986-cı ildə türbəni bərpa etdirib.
Azərbaycanda ən çox ziyarət edilən övliyalardan biri də Şeyx Yusif əfəndidir.
Haşimilər nəslindən olan və soykökü Həzrət Əli və Həzrət Fatimə vasitəsi ilə Peyğəmbər əfəndimizə bağlanan Şeyx Yusifin şəcərəsi bu gün Xaçmaz rayonunun Seyidlər kəndindəki törəmələrinin evində saxlanmaqdadır. Tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir.
Abbasqulu ağa Bakıxanov Mövlana Şeyx Molla Yusif haqqında "Gülüstani-İrəm" əsərində belə məlumat verir:
"Onun ulu babaları Qubanın Müskür nahiyəsinə Qarabağdan gəlmişlər. Şeyx cənabları hicri səkkizinci əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Bakuvidən (XIV–XV əsrlər) irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır. Şeyxin məzarı və onların yurdu olan kənd Şıxlar adı ilə adlanmışdır. Bakıda (Əlyazmalar fondunda) qorunan və ona aid edilən "Bəyanül əsrar lit-talibin" və "Silsilətül-uyun" adlı əlyazma əsərlərində adı Yusif əl-Şirvaniəl Müsküri kimi qeyd edilib. Bir müqəddimə və 24 fəsildən ibarət olan "Bəyanül-əsrar" kitabı əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və ədəbinə aid olan geniş mövzuları müxtəsər bir surətdə izah edir.
Hicri səkkizinci əsrin axırlarında vəfat etmişdir.
Tədqiqatçı Mehmet Rıhtımın araşdırmalarına görə Şeyx Yusifin vəfat tarixi 1485 miladi ilidir. Onun atası Şirvanın qazil-quzatı və dövrünün nüfuzlu alimlərindən olub. İlk təhsilini atasından alaraq, doqquz yaşında Quranı oxumağı tam öyrənib başa çatıb; həddi-buluğa yetəndə dərs deməyə başlayıb.
Sonralar Həccə gedərək Misir, Qüds, İsgəndəriyyə, Bağdad və Şamda olub; buradakı böyük alimlərdən dərs alaraq, elmi biliklərini təkmilləşdirib. Daha sonra Şamaxıya gələrək elm tədrisi ilə məşğul olub.
Seyid Yəhya Bakuvidən dərs almağı Yusifə Həzrət Peyğəmbərimiz yuxusunda tövsiyə etmişdir. Yusif Əfəndi dərhal Bakıya gələrək, Seyid Yəhyaya yetişdi və ona mürid oldu. Yeri gəlmişkən, qeyd edim ki, sufilikdə uca məqam (dərəcə) qazanmaq üçün mürid mütləq ildə bir dəfə xəlvətə girməlidir. Yəni, qırx gün qaranlıq otaqda tək-tənha qalaraq, ancaq su və xurma ilə qidalanır və "Quran" oxuyur. Bu müddətdə mürid ancaq tualet ehtiyacını ödəmək üçün bir neçə dəqiqəliyə otaqdan çıxır və onda da heç kəslə danışmır. Şeyxinin əmri ilə Yusif əfəndi də xəlvətə girərək, çətin riyazətlər ilə böyük mərtəbələr keçdi və xəlifəlik məqamına çatdı.
Seyid Yəhya onu irşad üçün Şamaxıya göndərdi. Burada onun ətrafına yüzlərlə mürid toplandı.
Nəzminin yazdığına görə Seyid Yəhya Bakuvi ölümündən əvvəl xəlifələri və müridləri toplayaraq: "Məndən sonra səccadə və Allahın əmanəti Məxdumundur"- dedi (Bakuvi əzizləmə mənasında Yusifə "Məxdum" təxəllüsü vermişdi),
lakin Seyid Yəhya dünyasını dəyişəndə onun ortancıl oğlu Fətullah atasının səccadəsində oturdu. Yusif Məxdum da ona güzəşdə gedərək, müridləri sakitləşdirdi.
Daha sonra Şeyx Yusif Şamaxıya gələrək, burada irşad etdi. Bir müddətdən sonra isə, Qubanın Müskür nahiyəsində fəaliyyətini davam etdirdi.
Qəbri-şərifi Xaçmazın Şıxlar kəndindəki günbəzdədir. Həmin günbəzdə Şeyxin oğlu Məhəmməd Əminin və digər şeyxlərin də qəbirləri vardır.
AMEA-nın Arxeologiya İnsitutunun professoru Məşədixanım Nemətova Məhəmməd Əminin qəbrinin üstündəki ərəbcə yazını bu cür tərcümə edir:
"Bu qəbir Mövlana Şeyx Yusifin oğlu, mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altmışıncı il" (1455–1456 miladi ili).
M. Nemətovanın tədqiqatlarından o da məlum olur ki, Şeyx Yusifin digər övladları və nəvələri də onun yolunu davam etdirərək, şeyxlik titulu qazanıblar. Bunu günbəzdən çöldəki qəbrlərin üstündəki yazıların tərcüməsindən görmək olur:
"O əbədidir, əzəmətlidir. Bu, Şeyx Yusif Müskürünün övladı, mərhum, bağışlanmış Şeyx Əşrəfindir".
"Bu qəbrin sahibi Şeyx Əşrəfin oğlu rəhmətlik, günahları bağışlanmış İsgəndərindir. Allah ona rəhmət eləsin".
"Bu qəbr Şeyx Mövlana Yusifin övladlarından Şeyx Əşrəfin oğlu Şeyx Tahirindir. Allah ona rəhmət eləsin. Səfər ayı".
Şeyx Yusif əfəndinin mənalı həyat yolu və fəaliyyəti bütün dövrlərdə tədqiqatçılar üçün maraq kəsb edib.
Mənbə
- Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı:
- Paşa Yaqub — Şeyx Yusif Müşküri haqqında bilmədiklərimiz…
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seyx Yusif turbesi Azerbaycanin Xacmaz seheri erazisinde yerlesen turbe Seyx Yusif turbesiOlke AzerbaycanSeher XacmazYerlesir Sixlar kendiTikilme tarixi XV esrAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 4301EhemiyyetiYerli ehemiyyetliSeyx Yusif turbesiMovlana Seyx Yusifin turbesi Movlana Seyx Yusifin turbesi ikiotaqlidir Turbede bir nece qebir var Bir mezarin basdasinda yazilib Bu qebir Movlana Seyx Yusif oglu merhum Mehemmed Elinindir Sekkiz yuz altinci il 1403 1404 cu il Bir muddet Ibrahimxelil ve Umselemed adli er arvad bu turbenin qorunub saxlanmasi ucun boyuk zehmet cekibler Buna gore Ibrahimxelili 1937 ci ilde Sibire gonderib emlakini musadire edibler lakin ondan toremeler abidenin berpasini davam etdiribler Nevesi Eflatun Memmedov camaatin komekliyi ile burada aman evi tikdirib Seyx Yusifin nevesi Teyyub Seyid Hacibala oglu 1986 ci ilde turbeni berpa etdirib Azerbaycanda en cox ziyaret edilen ovliyalardan biri de Seyx Yusif efendidir Hasimiler neslinden olan ve soykoku Hezret Eli ve Hezret Fatime vasitesi ile Peygember efendimize baglanan Seyx Yusifin seceresi bu gun Xacmaz rayonunun Seyidler kendindeki toremelerinin evinde saxlanmaqdadir Tam adi Yusif ibn Eli el Fazil el Huseyni kunyesi Ebul Fuyuzat leqebi Ziyaeddindir Abbasqulu aga Bakixanov Movlana Seyx Molla Yusif haqqinda Gulustani Irem eserinde bele melumat verir Onun ulu babalari Qubanin Muskur nahiyesine Qarabagdan gelmisler Seyx cenablari hicri sekkizinci esrin ortalarinda dunyaya gelmisdir Teriqet merasimini tekmil etdikden sonra Seyid Yehya Bakuviden XIV XV esrler irsad xirqesi almis ve teriqet saliklerinin uzune feyz ve teblig qapilarini acmisdir Seyxin mezari ve onlarin yurdu olan kend Sixlar adi ile adlanmisdir Bakida Elyazmalar fondunda qorunan ve ona aid edilen Beyanul esrar lit talibin ve Silsiletul uyun adli elyazma eserlerinde adi Yusif el Sirvaniel Muskuri kimi qeyd edilib Bir muqeddime ve 24 fesilden ibaret olan Beyanul esrar kitabi esyanin maddi ve menevi xususiyyetlerine teriqet sahibleri ve fuqeranin adet ve edebine aid olan genis movzulari muxteser bir suretde izah edir Hicri sekkizinci esrin axirlarinda vefat etmisdir Tedqiqatci Mehmet Rihtimin arasdirmalarina gore Seyx Yusifin vefat tarixi 1485 miladi ilidir Onun atasi Sirvanin qazil quzati ve dovrunun nufuzlu alimlerinden olub Ilk tehsilini atasindan alaraq doqquz yasinda Qurani oxumagi tam oyrenib basa catib heddi buluga yetende ders demeye baslayib Sonralar Hecce gederek Misir Quds Isgenderiyye Bagdad ve Samda olub buradaki boyuk alimlerden ders alaraq elmi biliklerini tekmillesdirib Daha sonra Samaxiya gelerek elm tedrisi ile mesgul olub Seyid Yehya Bakuviden ders almagi Yusife Hezret Peygemberimiz yuxusunda tovsiye etmisdir Yusif Efendi derhal Bakiya gelerek Seyid Yehyaya yetisdi ve ona murid oldu Yeri gelmisken qeyd edim ki sufilikde uca meqam derece qazanmaq ucun murid mutleq ilde bir defe xelvete girmelidir Yeni qirx gun qaranliq otaqda tek tenha qalaraq ancaq su ve xurma ile qidalanir ve Quran oxuyur Bu muddetde murid ancaq tualet ehtiyacini odemek ucun bir nece deqiqeliye otaqdan cixir ve onda da hec kesle danismir Seyxinin emri ile Yusif efendi de xelvete girerek cetin riyazetler ile boyuk mertebeler kecdi ve xelifelik meqamina catdi Seyid Yehya onu irsad ucun Samaxiya gonderdi Burada onun etrafina yuzlerle murid toplandi Nezminin yazdigina gore Seyid Yehya Bakuvi olumunden evvel xelifeleri ve muridleri toplayaraq Menden sonra seccade ve Allahin emaneti Mexdumundur dedi Bakuvi ezizleme menasinda Yusife Mexdum texellusu vermisdi lakin Seyid Yehya dunyasini deyisende onun ortancil oglu Fetullah atasinin seccadesinde oturdu Yusif Mexdum da ona guzesde gederek muridleri sakitlesdirdi Daha sonra Seyx Yusif Samaxiya gelerek burada irsad etdi Bir muddetden sonra ise Qubanin Muskur nahiyesinde fealiyyetini davam etdirdi Qebri serifi Xacmazin Sixlar kendindeki gunbezdedir Hemin gunbezde Seyxin oglu Mehemmed Eminin ve diger seyxlerin de qebirleri vardir AMEA nin Arxeologiya Insitutunun professoru Mesedixanim Nemetova Mehemmed Eminin qebrinin ustundeki erebce yazini bu cur tercume edir Bu qebir Movlana Seyx Yusifin oglu merhum Mehemmed Eminindir Sekkiz yuz altmisinci il 1455 1456 miladi ili M Nemetovanin tedqiqatlarindan o da melum olur ki Seyx Yusifin diger ovladlari ve neveleri de onun yolunu davam etdirerek seyxlik titulu qazaniblar Bunu gunbezden coldeki qebrlerin ustundeki yazilarin tercumesinden gormek olur O ebedidir ezemetlidir Bu Seyx Yusif Muskurunun ovladi merhum bagislanmis Seyx Esrefindir Bu qebrin sahibi Seyx Esrefin oglu rehmetlik gunahlari bagislanmis Isgenderindir Allah ona rehmet elesin Bu qebr Seyx Movlana Yusifin ovladlarindan Seyx Esrefin oglu Seyx Tahirindir Allah ona rehmet elesin Sefer ayi Seyx Yusif efendinin menali heyat yolu ve fealiyyeti butun dovrlerde tedqiqatcilar ucun maraq kesb edib MenbeMesedixanim Nemet Azerbaycanda pirler Baki Pasa Yaqub Seyx Yusif Muskuri haqqinda bilmediklerimiz Xarici kecidler 1 http www moderator az news 156413 htmlHemcinin baxYusif Muskuri