Ləmbəran xalçaları — Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xaça növü.
Xalça | |
Ləmbəran xalçaları | |
---|---|
Ümumi məlumat
Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal – şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Hələ lap qədim zamanlarda Bərdə yüksək keyfiyyətli xovlu xalçaların toxunduğu yer kimi məşhur idi. Lənbəranda toxunmuş zililər, , cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Sənətkarlıqda əvvəllər Xanqərvənd kəndi ilə rəqabət aparan Ləmbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı. XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları ixracatda mühüm yer tuturdu.
Bədii analiz
"Ləmbəran xalçası" bir neçə variantda hazırlanırdı.
- Birinci variant.
Bu xalçalar bitki naxışları ilə bəzədilirdi. Orta sahənin kompozisiyası "Bəndi–rumi" əsasında yaradılmışdır. Orta sahədə assimetrik formada düzülmüş naxışlar xalçaya mükəmməllik bəxş edir. Xalçanın kənarını Qarabağ xalçaları üçün səciyyəvi olan haşiyələr təşkil edir.
- İkinci variant.
Bu xalçalara hamar fonlu "Ləmbəran xalçaları" daxildir. İstanbulun "Türk və İslam əsərləri muzesi"ndə XVI əsrdə hazırlanmış "Ləmbəran" xalçasının II variantı qorunmaqdadır. Bu xalçanın mərkəzində tünd–qırmızı fonda sadə formalı qel yerləşdirilimişdir. Orta sahənin künclərində bulud təsviri ilə bəzədilmiş sadə formalı ləçəklər düzülmüşdür. Bu xalçanın orta haşiyəsi (geniş haşiyə zolağı) mürəkkəb quruluşa və çoxlu sayda naxışa malikdir. Qarabağ xalçaçıları bu haşiyə zolağına "İslimi" adı vermişlər. Avropada arabesk kimi tanınan "İslimi" bu xalçada öz mürəkkəb quruluşu ilə adi islimilərdən fərqlənir. XIX əsrin II yarısından bu xalçaların istehsal mərkəzi Bərdədən 14 km şimal–qərbdə yerləşən Mehdixanlı kəndinə keçmişdir.
- Üçüncü variant.
"Ləmbəran" xalçasının III variantını "Ləmbəli" adı ilə tanınan xalçalar təşkil edir. Son zamanlar onu çox az hazırlayırlar. Bu xalçanın elementləri, xüsusilə də, təsvir edilmiş buta və çoxayaqlı heyvanlar öz formasına görə, çox orijinaldır. Orta sahənin böyük qelləri, həmçinin orta haşiyə, öz quruluşuna və kompozisiyasına görə, Orta Asiyanın xalq dekorativ incəsənətinin nümunələrini xatırladır. Bu xalçanın ümumi bəzəyini qədim zamanlara aid olan naxışlar təşkil edir.
Texniki xüsusiyyətlər
"Ləmbəran" xalçaları müxtəlif ölçülü olur. Onun düyünləri digər Qarabağ xalçalarına nisbətən daha nazik, daha zərif və daha hamardır. "Ləmbəran xalçası" ən yüksək keyfiyyətli Qarabağ xalçası hesab edilir.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lemberan xalcalari Qarabag xalcaciliq mektebinin yuksek keyfiyyetli xovlu xaca novu XalcaLemberan xalcalariUmumi melumatBu xalcalar oz adini Berde seherinden 30 km simal serqde yerlesen Lenberan qesebesinin adindan goturmusdur Hele lap qedim zamanlarda Berde yuksek keyfiyyetli xovlu xalcalarin toxundugu yer kimi meshur idi Lenberanda toxunmus zililer cecimler yalniz bizim olkede deyil hem de xaricde muzey eksponati hesab edilir Senetkarliqda evveller Xanqervend kendi ile reqabet aparan Lemberan qesebesinde coxlu cuvallar xurcunlar yun corablar ve diger meiset memulatlari toxunardi XIX esrde Lenberanin ipek cecimleri ve xususi sifarisle hazirlanan ipek xalcalari ixracatda muhum yer tuturdu Bedii analiz Lemberan xalcasi bir nece variantda hazirlanirdi Birinci variant Bu xalcalar bitki naxislari ile bezedilirdi Orta sahenin kompozisiyasi Bendi rumi esasinda yaradilmisdir Orta sahede assimetrik formada duzulmus naxislar xalcaya mukemmellik bexs edir Xalcanin kenarini Qarabag xalcalari ucun seciyyevi olan hasiyeler teskil edir Ikinci variant Bu xalcalara hamar fonlu Lemberan xalcalari daxildir Istanbulun Turk ve Islam eserleri muzesi nde XVI esrde hazirlanmis Lemberan xalcasinin II varianti qorunmaqdadir Bu xalcanin merkezinde tund qirmizi fonda sade formali qel yerlesdirilimisdir Orta sahenin kunclerinde bulud tesviri ile bezedilmis sade formali lecekler duzulmusdur Bu xalcanin orta hasiyesi genis hasiye zolagi murekkeb qurulusa ve coxlu sayda naxisa malikdir Qarabag xalcacilari bu hasiye zolagina Islimi adi vermisler Avropada arabesk kimi taninan Islimi bu xalcada oz murekkeb qurulusu ile adi islimilerden ferqlenir XIX esrin II yarisindan bu xalcalarin istehsal merkezi Berdeden 14 km simal qerbde yerlesen Mehdixanli kendine kecmisdir Ucuncu variant Lemberan xalcasinin III variantini Lembeli adi ile taninan xalcalar teskil edir Son zamanlar onu cox az hazirlayirlar Bu xalcanin elementleri xususile de tesvir edilmis buta ve coxayaqli heyvanlar oz formasina gore cox orijinaldir Orta sahenin boyuk qelleri hemcinin orta hasiye oz qurulusuna ve kompozisiyasina gore Orta Asiyanin xalq dekorativ incesenetinin numunelerini xatirladir Bu xalcanin umumi bezeyini qedim zamanlara aid olan naxislar teskil edir Texniki xususiyyetler Lemberan xalcalari muxtelif olculu olur Onun duyunleri diger Qarabag xalcalarina nisbeten daha nazik daha zerif ve daha hamardir Lemberan xalcasi en yuksek keyfiyyetli Qarabag xalcasi hesab edilir Hemcinin baxLenberan