Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir.
Budaq Qəzvini | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | tarixçi |
Həyatı
Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı. Budaqın özünün etiraf etdiyinə görə, o, "vəzir rütbəsinə doğru gedirdi". Lakin tezliklə onun uğurlu xidmət yüksəlişi dayandı. Qoşun kargüzarlığını başqasına verdiyi üçün Məhəmməd xandan inciyən Budaq, Kirmanda xidmətdən qaçdı. Budaqın həyatının iztirablı və məhrumiyyətlərlə zəngin olan dövrü başlandı. O, bir neçə il işsiz və ac qaldı. Ehtiyacın təqib etdiyi Budaq tez-tez yaşayış yerini dəyişirdi. Nəhayət, Qəzvində şahın qardaşı Bəhram Mirzə onu öz yanına katib götürdü və Budaqın 4 il orada qulluq etməsini ehtimal edə bilərik. Lakin fitnəyə cəlb edildiyinə görə Budaq, əmlakı müsadirə olunmaq şərtilə, həbs edildi. O, altı il işsiz qaldı, sonra isə Soucbulakın və başqa şəhərlərin kələntərliyi ona bəxşiş edildi. Budaq uzun illər ərzində Xorasanda müxtəlif vəzifələrdə xidmət göstərdi. Təqribən 1565-ci ildə o, Qəzvinə qayıtdı, xəbərçilik nəticəsində yenidən həbs edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş il keçdikdən sonra o, şah tərəfindən yenidən işə qəbul edildi. Ona Qəzvin şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi tapşırdılar. Budaqın tərcümeyi-halı belə bir şikayətlə bitir ki, o, artıq yaşına yetməsinə baxmayaraq, yenə də, "müsibətlər məngənəsindəən yaxa qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz" qalmaqdadır.
"Cəvahir əl-əxbar" əsəri
Mövzumuzun mühüm mənbələrindən biri Budaq Qəzvininin "Cəvahir əl-əxbar" ("Xəbərlərin inciləri") əsəridir. Bu əsərin dünyada yeganə, avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır və 678 səhifədən ibarətdir. Əlyazmada olan kolofona görə iqrar etmək olar ki, əsər hicri 984-cü il cüməd əl-əvvəlin sonunda (24 avqust 1576-cı il), yəni II Şah İsmayıl taxta çıxdıqdan üç gün sonra tamamlanmışdı (hadisələrin şərhi də həmin dövrə qədər çatdırılmışdır). B.Dorn və İ.Petruşevski bu əlyazma barədə son dərəcə ümumi məlumat vermişlər. Bu əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd edirdi ki, əlyazma "yaxşı, sadə dildə yazılmışdır, lakin təcrübəsiz adamın onu oxuması çətindir, çünki diakritik işarələrin təxminən yarısı yoxdur. İran tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək olar". "Cəvahir əl-əxbar" ümumtarix əsəridir və islamdan əvvəlki hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki nümayəndəsinə - I İsmayıla və I Təhmasibə həsr olunmuşdur. Müəllif bir çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin hakimiyyəti zamanı əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli yaxşılaşdığını göstərir. I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti və onun daxili siyasəti haqqında qiymətli məlumatlar vardır. Onun hökmdarlıq tarixi ciddi xronoloji qaydada şərh olunur. Hadisələrin təsviri ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu hadisələr daha canlı, aydın dildə təsvir olunur və digər narrativ mənbələrdə deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941 (1534-1535)-ci ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir. Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə boyu səpələnmiş, maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisiteminə yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq doğurur. "Cəvahir əl-əxbar" hakimiyyətdə olan II Şah İsmayıla həsr olunmuşdur; əsərin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua verilir.
İstinadlar
- По мнению Ч. А. Стори и П. И. Петрова Будак Казвини родился в 916 г. х. (1510—1511 гг.) и свой труд написал на 68-м году жизни, в 984 г. х. (1517—1577). (Стори Ч. А., ч. 1. с. 415; Петров П. И. Указ. раб., с. 112—114).
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, s.19-21
Mənbə
Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 344 s. (Azərbaycanca)
Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Elm, 1981, 335 s. (Rusca)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Qezvini Budaq Qezvini 1510 1577 tarixci defterxanada isci qosun karguzari nevisendegi ye lesker munsi kelenter katib vezir Budaq QezviniDogum tarixi 1510Dogum yeri Qezvin Qezvin sehristani Qezvin ostani IranVefat tarixi 1577Fealiyyeti tarixciHeyatiBudaq bey 1510 cu ilde Qezvin seherinde anadan olmusdu Budaq Qezvini oz heyatini Sefeviler idaresinde tutdugu xirda memur vezifesindeki fealiyyetini qisaca ve aydin tesvir etmisdir O Sah I Tehmasibin hakimiyyetinin evvelinde on dord yasinda olarken sah defterxanasinda ise qebul olunmusdur Sonraki ilde Budaq Qezvini pullarin saxlandigi defterxanada defter i erbab i tehavil uc tumen maasla ise goturuldu Dord il kecdikden sonra Budaqin xettinden xosu gelen xezine bascisi mustovfi el memalik Haci Huseyn Kasi onu oz yanina ise goturdu ve ona on bes tumen maas teyin etdi Onun qulluqdaki fealiyyetinin altinci ilinde olke uzre medaxil ve mexarici qeyde almaqdan otru melumat defterxanasi yaradildi ve Budaq sekkiz tumenlik emek haqqi ile ora ise kecirildi Onun qardasi Haci Izzeddin defterxananin reisi idi Budaqin dayisi Emir bey Selekani Mehemmed xan Serefeddin oglu Tekelinin veziri ve vekili oldugundan sonuncu Bagdad hakimi teyin edildikden sonra oz bacisi oglunu Ereb Iraqinin divan katibi munsiy i divan vezifesine ise goturdu Uc ilden sonra Mehemmed xan qosun karguzari nevisendegiy ilesker vezifesini de Budaqa tapsirdi ve onun emek haqqi 20 tumenden 30 tumenedek artdi Budaqin ozunun etiraf etdiyine gore o vezir rutbesine dogru gedirdi Lakin tezlikle onun ugurlu xidmet yukselisi dayandi Qosun karguzarligini basqasina verdiyi ucun Mehemmed xandan inciyen Budaq Kirmanda xidmetden qacdi Budaqin heyatinin iztirabli ve mehrumiyyetlerle zengin olan dovru baslandi O bir nece il issiz ve ac qaldi Ehtiyacin teqib etdiyi Budaq tez tez yasayis yerini deyisirdi Nehayet Qezvinde sahin qardasi Behram Mirze onu oz yanina katib goturdu ve Budaqin 4 il orada qulluq etmesini ehtimal ede bilerik Lakin fitneye celb edildiyine gore Budaq emlaki musadire olunmaq sertile hebs edildi O alti il issiz qaldi sonra ise Soucbulakin ve basqa seherlerin kelenterliyi ona bexsis edildi Budaq uzun iller erzinde Xorasanda muxtelif vezifelerde xidmet gosterdi Teqriben 1565 ci ilde o Qezvine qayitdi xebercilik neticesinde yeniden hebs edildi ve cerime olundu Bes il issiz qaldiqdan sonra Damgan Bistan ve diger seherlere vezir teyin olundu lakin yeniden isden cixarildi Daha bes il kecdikden sonra o sah terefinden yeniden ise qebul edildi Ona Qezvin seherinin on il ucun medaxil ve mexaricinin hesabatini tertib etmeyi tapsirdilar Budaqin tercumeyi hali bele bir sikayetle bitir ki o artiq yasina yetmesine baxmayaraq yene de musibetler mengenesindeen yaxa qurtarmamis ve meqsedine catmamisdir issiz ve fealiyyetsiz qalmaqdadir Cevahir el exbar eseriMovzumuzun muhum menbelerinden biri Budaq Qezvininin Cevahir el exbar Xeberlerin incileri eseridir Bu eserin dunyada yegane avtoqraf sayilan nusxesi M Y Saltikov Sedrin adina Sankt Peterburq Dovlet Kutlevi Kitabxanasinin Elyazmalari Fondunda saxlanilir ve 678 sehifeden ibaretdir Elyazmada olan kolofona gore iqrar etmek olar ki eser hicri 984 cu il cumed el evvelin sonunda 24 avqust 1576 ci il yeni II Sah Ismayil taxta cixdiqdan uc gun sonra tamamlanmisdi hadiselerin serhi de hemin dovre qeder catdirilmisdir B Dorn ve I Petrusevski bu elyazma barede son derece umumi melumat vermisler Bu esere xususi meqale hesr etmis P I Petrov qeyd edirdi ki elyazma yaxsi sade dilde yazilmisdir lakin tecrubesiz adamin onu oxumasi cetindir cunki diakritik isarelerin texminen yarisi yoxdur Iran tedqiqatcilarinin ona inadla mehel qoymamasini da bununla izah etmek olar Cevahir el exbar umumtarix eseridir ve islamdan evvelki hokmdarlardan baslayaraq II Ismayilin taxta cixmasina qeder olan dovru ehate edir Eser dord bolmeden ibaretdir ki bunlardan da sonuncusu Qaraqoyunlu ve Agqoyunlu padsahlarina ve Sefevilerin ilk iki numayendesine I Ismayila ve I Tehmasibe hesr olunmusdur Muellif bir cox hallarda tesvir olunan hadiselerin sahidi ve istirakcisi olduguna gore onun eseri I Sah Tehmasibin hokmdarligi dovrunu oyrenmek ucun birinci dereceli menbedir Hakim dairelerle yaxindan tanis olan Budaq cox vaxt ele tefsilatlardan behs edir ki bunlara onun muasirleri olan salnamecilerin eserlerinde rast gelmek olmur Meselen Agqoyunlu ve Sefevilerin hakimiyyeti zamani ehalinin orta tebeqesinin umumi iqtisadi veziyyeti haqqinda verilen maraqli melumatlar onlarin veziyyetinin xeyli yaxsilasdigini gosterir I Tehmasibin hakimiyyetinin tesviri onun musbet sexsi keyfiyyetlerinin sadalanmasi ile baslanir Hemin hissenin umumen medhiyye xarakteri dasimasina baxmayaraq burada I Tehmasibin sexsiyyeti ve onun daxili siyaseti haqqinda qiymetli melumatlar vardir Onun hokmdarliq tarixi ciddi xronoloji qaydada serh olunur Hadiselerin tesviri umumen yigcam ve muxteser olsa da onlardan muellifin sahidi oldugu hadiseler daha canli aydin dilde tesvir olunur ve diger narrativ menbelerde deyilenleri maraqli teferruatlarla tamamlayir Bu hicri 941 1534 1535 ci ilde Sultan Suleymanin Azerbaycana yuruslerine o cumleden Mehemmed xan Tekelinin Bagdadi mudafiesine de aiddir Bu yurusde istirak etmis Budaq Bagdaddan geri cekilme sehnelerini etrafli tesvir etmisdir Budaq memur kimi burokratik sistemle yaxsi tanis oldugu ucun Sefevilerin inzibati aparati haqqinda eserde hekaye boyu sepelenmis maraqli melumatlar vardir O ozunun ehate olundugu muhitde yeni teyinatlar ve vezifeden cixarmalar barede melumatlar verir Budaq sieliyin ve Sefevilerin qati terefdari kimi cixis edir muhum hadiselerin tesviri zamani resmi melumatlari esas goturur Xidmet sahesine gore maliyye sisitemine yaxsi beled oldugu ucun bezen onun qeyd etdiyi reqemler boyuk maraq dogurur Cevahir el exbar hakimiyyetde olan II Sah Ismayila hesr olunmusdur eserin sonuncu sehifelerinde I Tehmasibin vefatindan sonra bas vermis igtisaslarin aydin tesviri verilir ve yeni sahin unvanina xeyir dua verilir IstinadlarPo mneniyu Ch A Stori i P I Petrova Budak Kazvini rodilsya v 916 g h 1510 1511 gg i svoj trud napisal na 68 m godu zhizni v 984 g h 1517 1577 Stori Ch A ch 1 s 415 Petrov P I Ukaz rab s 112 114 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 s 19 21MenbeOqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 344 s Azerbaycanca Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Elm 1981 335 s Rusca