"Çay evi" — Azərbaycanın Ağdam şəhərində mövcud olmuş obyekt.
"Çay evi" | |
---|---|
Ölkə | Azərbaycan |
Status | Məhv olub |
Şəhər | Ağdam, Azərbaycan |
Yerləşir | Ağdam |
Tikilmə tarixi | 26 iyul 1986 — 1993 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb. "Çay evi" layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. "Çay evi"nin yerini isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alındı. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilmişdi.
"Çay evi"nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı. "Çay evi"nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi. "Çay evi"nin günbəzi sinkləşdirilmiş dəmirlə vurulub.
1986-cı ilin iyulun 26-da "Çay evi"nin açılışı keçirildi. Açılışa rayon rəsmiləri ilə yanaşı Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edib. "Çay evi"nin açılışı münasibətilə "Lenin yolu" qəzetinin 31 iyul 1986-cı il tarixli sayında dərc olunmuş yazıda deyilir:
"Sov.İKP-nin "Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında" məlum qərarından sonra rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən "Çay evi"nin bu baxımdan son dərəcə böyük əhəmiyyəti var. Zəhmətkeşlərin asudə vaxtlarının səmərəli, şən və məzmunlu keçməsində "Çay evi"nin rolu əvəzsizdir".
1993-cü ildə "Çay evi" Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılaraq məhv edilib.
Quzanlıda Çay evi
2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində "Çay evi"nin bənzəri tikilib.
Mədəniyyətdə
"Çay evi"nə 2013-cü ildə Azərbaycanın AzDimension oyun şirkəti kompyuterdə oynanılan İşğal altında: Ağdam birinci üzdən şuter oyununda rast gəlmək olar.
İstinadlar
- "Bu da Ağdamın yeni məşhur çay evi". www.anspress.com. 2021-12-03 tarixində . İstifadə tarixi: 5 noyabr 2017.
- "Ağdamın simvolu - Çay evi". modern.az. 2020-11-21 tarixində . İstifadə tarixi: 5 noyabr 2017.
- "Lenin yolu" qəzeti (Ağdam rayonu). 31 iyul, 1986-cı il.
- "Quzanlıda Ağdam şəhərindəki məşhur çay evinin bənzəri tikilib". azertag.az. 2019-04-09 tarixində . İstifadə tarixi: 5 noyabr 2017.
- "Ağdamın simvolu sayılan yani "Çay evi"nin açlışı oldu". agdam-ih.gov.az. 2020-08-08 tarixində . İstifadə tarixi: 5 noyabr 2017.
- Gojiashvili, Nino. . www.eurasianet.org. www.eurasianet.org. Archived from the original on 2018-06-23. İstifadə tarixi: 15 avqust 2016.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cay evi Azerbaycanin Agdam seherinde movcud olmus obyekt Cay evi Olke AzerbaycanStatus Mehv olubSeher Agdam AzerbaycanYerlesir AgdamTikilme tarixi 26 iyul 1986 1993 Vikianbarda elaqeli mediafayllarTarixiCay evi Azerbaycan SSR KP MK nin Agdam Rayon Partiya Komitesinin I katibi Sadiq Murtuzayevin zamaninda akademik Xudu Memmedovun ideyasi esasinda yaranib Cay evi layihesinin bas memari Naiq Semedov idi Layihede horgu isleri yalniz birinci mertebede idi Qalan hisseler demir konstruksiyadan ibaret idi Cay evi nin yerini ise Xudu Memmedovla birge muzakireden sonra mescidin yaninda tikmek qerara alindi Insaat xerclerini azaltmaq ucun azadliqdan merhum edilmis sexslerin emeyinden istifade edilmisdi Cay evi nin ortasinda iri diametrli boru qalxirdi Her terefde kicik hecmli borular konstruksiyalarla bir birine birlesirdi Mertebeler arasi arakesmeler taxtadan idi Borular hamisi taxtalarla baglanaraq muxtelif naxislarla bezedilmisdi Her mertebede dord qapi nezerde tutulmusdu Yuxari mertebeler mescide baxan terefde dairevi sekilde qurasdirilmis pillekenle qalxmaq olardi Cay evi nin tikintisi zamani yuz tona yaxin metal konstruksiyadan istifade edilmisdi Cay evi nin gunbezi sinklesdirilmis demirle vurulub 1986 ci ilin iyulun 26 da Cay evi nin acilisi kecirildi Acilisa rayon resmileri ile yanasi Azerbaycan KP MK Medeniyyet sobesinin mudiri Vefa Quluzade de istirak edib Cay evi nin acilisi munasibetile Lenin yolu qezetinin 31 iyul 1986 ci il tarixli sayinda derc olunmus yazida deyilir Sov IKP nin Serxosluq ve alkoqolizmi aradan qaldirmaq tedbirleri haqqinda melum qerarindan sonra rayonumuzda rengareng tedbirler heyata kecirilmekdedir Bu gun istifadeye verilen Cay evi nin bu baximdan son derece boyuk ehemiyyeti var Zehmetkeslerin asude vaxtlarinin semereli sen ve mezmunlu kecmesinde Cay evi nin rolu evezsizdir 1993 cu ilde Cay evi Ermenistan Silahli Quvveleri terefinden yandirilaraq mehv edilib Quzanlida Cay eviAgdam rayonu Quzanli qesebesinde Cay evi nin benzeri 2015 ci il mayin 10 da Agdam rayonu Quzanli qesebesinde Cay evi nin benzeri tikilib Medeniyyetde Cay evi ne 2013 cu ilde Azerbaycanin AzDimension oyun sirketi kompyuterde oynanilan Isgal altinda Agdam birinci uzden suter oyununda rast gelmek olar Istinadlar Bu da Agdamin yeni meshur cay evi www anspress com 2021 12 03 tarixinde Istifade tarixi 5 noyabr 2017 Agdamin simvolu Cay evi modern az 2020 11 21 tarixinde Istifade tarixi 5 noyabr 2017 Lenin yolu qezeti Agdam rayonu 31 iyul 1986 ci il Quzanlida Agdam seherindeki meshur cay evinin benzeri tikilib azertag az 2019 04 09 tarixinde Istifade tarixi 5 noyabr 2017 Agdamin simvolu sayilan yani Cay evi nin aclisi oldu agdam ih gov az 2020 08 08 tarixinde Istifade tarixi 5 noyabr 2017 Gojiashvili Nino www eurasianet org www eurasianet org Archived from the original on 2018 06 23 Istifade tarixi 15 avqust 2016 Vikianbarda Agdam Cay Evi ile elaqeli mediafayllar var