Bu məqaləni lazımdır. |
Sultan Həsən məscidi — Misirin paytaxtı Qahirə şəhərində yerləşən məscid.
Sultan Həsən məscidi | |
---|---|
Ölkə | Misir |
Şəhər | Qahirə |
Yerləşir | əl-Qahirə mühafəzəsi[d] |
Aidiyyatı | Məmlük dövləti |
Tikilmə tarixi | 1356—1362 |
Üslubu | |
Vəziyyəti | stabil |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Məscidi XIV əsrdə hakimiyyətdə olmuş Misir məmlük dövlətinin sultanı (və ya Bədrəddin) əl-Həsən inşa etdirmişdir. Sultan on dörd yaşında taxt-taca yiyələnsə də, real hakimiyyət onun yaxın əyanlarında olmuşdur. Dörd ildən sonra qardaşı əs-Salih (Səlahəddin Salih) çevriliş nəticəsində hakimiyyətə gəlmiş, Həsən isə zindana salınmışdır. O, həbsxanada təhsilini və dünyagörüşünü artırmış, həmçinin, taxt-tac uğrunda gedən mübarizələrdə gizli iştirak etmişdir. Nəhayət, üçillik zindan həyatından sonra qardaşını devirərək, real taxt-taca sahib olmuş, ədalətli və alim padşah kimi tanınmışdır.Onun adını daşıyan məscidin təməli 1356-cı ildə qoyulmuşdur. Tikintidə xeyli məşhur memar və sənətkar iştirak etmişdir. Tarixçilərin məlumatına əsasən, inşaat işlərinin hər günündə 20 min gümüş dirhəm sərf olunmuşdur. Məscidin interyerinin bəzədilməsində Misirin ən yaxşı həkkakları, zərgərləri, nəqqaşları çalışmış və altı ildən sonra inşaat başa çatmışdır. Məscid hazır olarkən, sultan həyatda deyildi. 1385-ci ildə orada Sultan Həsənin ehtimal olunduğu şəxs dəfn edilmişdir. Bu qəbir sahibinin həqiqətən də sultan olub-olmaması mübahisəlidir. Çünki həmin yerdə bir şəhidin dəfn edildiyi barədə də məlumat var. Bəzi rəvayətlərdə Sultan Həsənin döyüşdə həlak olduğu qeyd edilir. Lakin məşhur tarixçi Məkrizinin əsərində sultanın öz qulları tərəfindən qətlə yetirilərək, səhraya atılması yazılmışdır. Onun iddiasına əsasən məzarda sultan deyil, 1368-ci ildə vəfat etmiş oğlu dəfn olunmuşdur.Məscid təkcə ibadət üçün deyil, həm də tədris mərkəzi kimi nəzərdə tutulmuşdur. Burada Yaxın Şərqin ən böyük dini məktəblərindən biri fəaliyyət göstərmişdir. Məscid dördbucaqlı formada inşa edilmişdir. Hər tərəfdə dörd sünni hüquq məktəbinin nümayəndələri, yəni hənəfilər, şafiilər, malikilər və hənbəlilər dini tədrislə məşğul olmuşlar. Məscid inşa edildikdən cəmi üç il sonra minarələrdən biri uçaraq təhsil alan tələbələrin üzərinə düşmüşdür. Bu hadisə zamanı yüzədək gənc həlak olmuşdur. Daha sonra xalqın arasında belə bir şayiə yaranmışdır ki, sultan günahkar olduğu üçün Allah onu cəzalandırmışdır. Məscid memarlıq üslubuna görə, Misirdəki digər İslam abidələrinə oxşayır. Əsas fasadın uzunluğu 100 metrdir. Bütün tərəfləri bir-birinə bərabərdir. Məscidin nəhəng və son dərəcə gözəl portalı var. Onun həyətində dəstəmaz almaq üçün böyük hovuz mövcuddur. Bu hovuzun üzərində gözəl işləməli günbəz inşa edilmişdir. Onun hündürlüyü 48 metr, diametri isə 21 metrdir. Məscidin ümumi sahəsi 7906 kvadrat metrdir.Məscidin iç divarları üzərində gözəl bitki ornamentləri nəqş edilmişdir. Həmçinin, mərmərdən hazırlanmış mozaik işləmələr və taxta naxışlar mövcuddur. Məscidin qapıları da nəfis hazırlanmışdır. Onun əsas qapısı hazırda Qahirə şəhərinin əsas məscidində yerləşir. Digər qapılar isə mis lövhələr və həndəsi işləməli oyma naxışlarla bəzədilmişdir. Sultan Həsənin dəfn olunduğu güman edilən türbə məscidin mehrabının arxasında yerləşmişdir. Oraya mehraba yaxın iki kiçik qapı açılır. Bu qapıların üzəri qızıl və gümüşü naxışlarla bəzədilmişdir. Türbənin divarları 8 metr hündürlüyədək mərmər üzləmə ilə, ondan yuxarısı isə ornamentli taxta lövhələrlə örtülmüşdür.Məscidin minarələrinin də özünəməxsus gözəlliyi vardır. Bu minarələrin biri sonradan inşa edilmişdir. Digəri isə Qahirənin ən hündür minarəsi olmaqla yanaşı, son dərəcə gözəl üslubda inşa olunmuşdur. Onun aşağı hissəsi dairəvi, ortası dördbucaqlı, yuxarısı isə səkkizbucaqlı formadadır. Minarənin əsas eyvanından başqa, dekorativ fəaliyyət göstərən bir neçə kiçik eyvanları da mövcuddur. Minarələrin aşağı hissəsi sadədir, yuxarısı isə ornamentlərlə, incə işləmələrlə bəzədilmişdir. Minarənin günbəzini saxlayan sütunlar da naxışlarla bəzədilərək füsunkar görünüş yaradır. Bu üslub Misirdə daha sonra inşa edilmiş bir sıra minarələr üçün nümunə olmuşdur. Tarix boyu müxtəlif müharibələr, döyüşlər və talanlar zamanı məscidə xeyli ziyan dəymişdir. Onun daxilində bir çox əşyalar qəsb edilmiş, digərləri isə Qahirədəki digər məscid və muzeylərə verilmişdir. Səbəb məscidin şəhər qalasına yaxın yerdə inşa edilməsidir. Çünki, qalaya hücum zamanı düşmən qarşısından qaçanlar məsciddən sığınacaq kimi istifadə edirmiş, hücum edənlər isə qaladan əvvəl strateji nöqtədə yerləşən məscidi tutmağa cəhd edirmişlər. Bir rəvayətə görə, Osmanlı sultanı I Səlimdən qaçan son məmlük sultanı Tumanbay da məsciddə gizlənibmiş. Buna görə, sultan məscidi top atəşinə tutdurmuş, nəticədə də məscidin günbəzi uçmuşdur. Digər tədqiqatçılar bu rəvayəti rədd edirlər. Tarixçilərin mübahisələrinə baxmayaraq, günbəzin XVI əsrdə uçduğu danılmaz faktdır. Nəticə etibarilə məscid səksən ilə yaxın dağılmış vəziyyətdə olmuşdur.Məscidin son bərpası XVII əsrin sonlarına aiddir. Həmin dövrdə günbəz və minarələr bərpa edilmiş, məscid yenidən öz görkəminə qaytarılaraq, dindarların istifadəsinə verilmişdir. Sultan Həsən məscidi bu gün Ulu Qahirənin ən əsas dini abidələrindəndir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Sultan Hesen mescidi Misirin paytaxti Qahire seherinde yerlesen mescid Sultan Hesen mescidi30 01 54 sm e 31 15 24 s u Olke MisirSeher QahireYerlesir el Qahire muhafezesi d Aidiyyati Memluk dovletiTikilme tarixi 1356 1362UslubuVeziyyeti stabilSultan Hesen mescidiMescidin plani Vikianbarda elaqeli mediafayllar Mescidi XIV esrde hakimiyyetde olmus Misir memluk dovletinin sultani ve ya Bedreddin el Hesen insa etdirmisdir Sultan on dord yasinda taxt taca yiyelense de real hakimiyyet onun yaxin eyanlarinda olmusdur Dord ilden sonra qardasi es Salih Selaheddin Salih cevrilis neticesinde hakimiyyete gelmis Hesen ise zindana salinmisdir O hebsxanada tehsilini ve dunyagorusunu artirmis hemcinin taxt tac ugrunda geden mubarizelerde gizli istirak etmisdir Nehayet ucillik zindan heyatindan sonra qardasini devirerek real taxt taca sahib olmus edaletli ve alim padsah kimi taninmisdir Onun adini dasiyan mescidin temeli 1356 ci ilde qoyulmusdur Tikintide xeyli meshur memar ve senetkar istirak etmisdir Tarixcilerin melumatina esasen insaat islerinin her gununde 20 min gumus dirhem serf olunmusdur Mescidin interyerinin bezedilmesinde Misirin en yaxsi hekkaklari zergerleri neqqaslari calismis ve alti ilden sonra insaat basa catmisdir Mescid hazir olarken sultan heyatda deyildi 1385 ci ilde orada Sultan Hesenin ehtimal olundugu sexs defn edilmisdir Bu qebir sahibinin heqiqeten de sultan olub olmamasi mubahiselidir Cunki hemin yerde bir sehidin defn edildiyi barede de melumat var Bezi revayetlerde Sultan Hesenin doyusde helak oldugu qeyd edilir Lakin meshur tarixci Mekrizinin eserinde sultanin oz qullari terefinden qetle yetirilerek sehraya atilmasi yazilmisdir Onun iddiasina esasen mezarda sultan deyil 1368 ci ilde vefat etmis oglu defn olunmusdur Mescid tekce ibadet ucun deyil hem de tedris merkezi kimi nezerde tutulmusdur Burada Yaxin Serqin en boyuk dini mekteblerinden biri fealiyyet gostermisdir Mescid dordbucaqli formada insa edilmisdir Her terefde dord sunni huquq mektebinin numayendeleri yeni henefiler safiiler malikiler ve henbeliler dini tedrisle mesgul olmuslar Mescid insa edildikden cemi uc il sonra minarelerden biri ucaraq tehsil alan telebelerin uzerine dusmusdur Bu hadise zamani yuzedek genc helak olmusdur Daha sonra xalqin arasinda bele bir sayie yaranmisdir ki sultan gunahkar oldugu ucun Allah onu cezalandirmisdir Mescid memarliq uslubuna gore Misirdeki diger Islam abidelerine oxsayir Esas fasadin uzunlugu 100 metrdir Butun terefleri bir birine beraberdir Mescidin neheng ve son derece gozel portali var Onun heyetinde destemaz almaq ucun boyuk hovuz movcuddur Bu hovuzun uzerinde gozel islemeli gunbez insa edilmisdir Onun hundurluyu 48 metr diametri ise 21 metrdir Mescidin umumi sahesi 7906 kvadrat metrdir Mescidin ic divarlari uzerinde gozel bitki ornamentleri neqs edilmisdir Hemcinin mermerden hazirlanmis mozaik islemeler ve taxta naxislar movcuddur Mescidin qapilari da nefis hazirlanmisdir Onun esas qapisi hazirda Qahire seherinin esas mescidinde yerlesir Diger qapilar ise mis lovheler ve hendesi islemeli oyma naxislarla bezedilmisdir Sultan Hesenin defn olundugu guman edilen turbe mescidin mehrabinin arxasinda yerlesmisdir Oraya mehraba yaxin iki kicik qapi acilir Bu qapilarin uzeri qizil ve gumusu naxislarla bezedilmisdir Turbenin divarlari 8 metr hundurluyedek mermer uzleme ile ondan yuxarisi ise ornamentli taxta lovhelerle ortulmusdur Mescidin minarelerinin de ozunemexsus gozelliyi vardir Bu minarelerin biri sonradan insa edilmisdir Digeri ise Qahirenin en hundur minaresi olmaqla yanasi son derece gozel uslubda insa olunmusdur Onun asagi hissesi dairevi ortasi dordbucaqli yuxarisi ise sekkizbucaqli formadadir Minarenin esas eyvanindan basqa dekorativ fealiyyet gosteren bir nece kicik eyvanlari da movcuddur Minarelerin asagi hissesi sadedir yuxarisi ise ornamentlerle ince islemelerle bezedilmisdir Minarenin gunbezini saxlayan sutunlar da naxislarla bezedilerek fusunkar gorunus yaradir Bu uslub Misirde daha sonra insa edilmis bir sira minareler ucun numune olmusdur Tarix boyu muxtelif muharibeler doyusler ve talanlar zamani mescide xeyli ziyan deymisdir Onun daxilinde bir cox esyalar qesb edilmis digerleri ise Qahiredeki diger mescid ve muzeylere verilmisdir Sebeb mescidin seher qalasina yaxin yerde insa edilmesidir Cunki qalaya hucum zamani dusmen qarsisindan qacanlar mescidden siginacaq kimi istifade edirmis hucum edenler ise qaladan evvel strateji noqtede yerlesen mescidi tutmaga cehd edirmisler Bir revayete gore Osmanli sultani I Selimden qacan son memluk sultani Tumanbay da mescidde gizlenibmis Buna gore sultan mescidi top atesine tutdurmus neticede de mescidin gunbezi ucmusdur Diger tedqiqatcilar bu revayeti redd edirler Tarixcilerin mubahiselerine baxmayaraq gunbezin XVI esrde ucdugu danilmaz faktdir Netice etibarile mescid seksen ile yaxin dagilmis veziyyetde olmusdur Mescidin son berpasi XVII esrin sonlarina aiddir Hemin dovrde gunbez ve minareler berpa edilmis mescid yeniden oz gorkemine qaytarilaraq dindarlarin istifadesine verilmisdir Sultan Hesen mescidi bu gun Ulu Qahirenin en esas dini abidelerindendir