II Əbdürrəhman və ya Əbdürrəhman ibn Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. عبد الرحمن الأوسط) (d. 792 - ö. 22 sentyabr 852) — 4-cü Kordova əmiri.
II Əbdürrəhman ibn Hakəm | |
---|---|
| |
Əvvəlki | I Hakəm |
Sonrakı | I Məhəmməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Toledo, Əndəlüs Əməvi əmirliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Fəaliyyəti | siyasətçi |
Atası | I Hakəm |
Anası | Halava |
Uşağı | I Məhəmməd |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
Əbdürrəhman ibn Hakəm 792-ci ildə Toledoda dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hakəm, anası isə onun xanımlarından Halavadır. Mükəmməl təhsil aldıqdan sonra gənc yaşlarından etibarən müxtəlif dövlət vəzifələrində xidmət etdi. Bu vəzifələrdən biri də 807-ci ildə Toledoda başlayan üsyanın yatırılması oldu. Şəhərə yeni təyin edilən vali Əmrus ibn Yusiflə birlikdə üsyanın qısa zamanda yatırılmasında mühüm rol oynayan Əbdürrəhman ibn Hakəm, daha sonra Tortosaya hücum edən frankların geri püskürdülməsiylə vəzifələndirildi (809). Bu uğurları səbəbilə atası tərəfindən vəliəhd elan edildi.
Səltənət illəri
Yerli üsyanlar
Atasının vəfatının ardından 22 may 822-ci ildə əmir elan olundu. Səltənətinin ilk illərində müxtəlif bölgələrdə çıxan üsyan və iğtişaşlarla məşğul oldu. Abdullah əl-Bələnsi və İlbirə üsyanlarını qısa zamanda yatırdı. Ərəb tayfaları arasındakı mübarizə İslam dünyasının mərkəzində olduğu kimi Əndəlüsdə də davam etməkdə idi. Belə ki, Yəmənlilərlə Mudarlılar arasındakı mübarizə 823-cü ildə qanlı döyüşə çevrildi. Əmir Əbdürrəhman bu döyüşə mane olmaq istəsə də, toqquşma Yəmənlilərin qələbəsiylə başa çatdı. Tayfalararası toqquşmadan üsyana çevrilən bu hərəkat 829-cu ildə üsyançıların təslim olmasıyla başa çatdı.
Onun səltənətinin ən təhlükəli üsyanlarından biri də Toledoda Haşim Dərrabın rəhbərlik etdiyi üsyan oldu. Əmir Əbdürrəhmanın taxta çıxmasının ardından şəhərə hakim təyin edilən Haşim Dərrab yeni əmirə qarşı müxalifətə başladı. Ətrafına topladığı quldur dəstələriylə birlikdə 829-cu ildən etibarən yol kəsməyə, şəhərlərə basqınlar tərtib etməyə başlayan Haşim Dərrab yerli əhaliyə zülm etməyə başladı. Nəhayət, Məhəmməd ibn Rüstəm idarəsindəki hərbi birlik üsyançıların üzərinə göndərildi. 831-ci ildə Saraqossanın cənubunda baş tutan qanlı döyüşdə Haşim qətlə yetirildi və tərəfdarları geri çəkildi. Haşim Dərrabın öldürülməsinə baxmayaraq, tərəfdarları üsyanı bir neçə il daha davam etdirdilər və üsyan 837-ci ildə tamamilə yatırıldı.
Digər yandan bərbər tayfasına mənsub Mahmud ibn Əbdülcabbar və ispan əsilli Süleyman ibn Martin də 828-ci ildə Merida şəhərində üsyan edərək şəhəri ələ keçirdilər və valini öldürdülər. Əmir Əbdürrəhman şəxsən öz idarəsindəki orduyla şəhəri mühasirəyə alsa da, ətraf bölgələri darmadağın edib şəhərə daxil olmadan geri çəkildi. 830-cu ildə yenidən şəhərə hücum edildi və bu dəfəki hücum uğurlu oldu. Belə ki, artıq şəhər əhalisi də əmirə tabe olmağı qəbul etdi. Buna arxalanan Əmir Əbdürrəhman şəhərə yeni vali təyin etsə də, çox keçmədən şəhər əhalisi yenidən ayaqlandı və bu səbəblə bölgəyə sonrakı illərdə bir neçə səfər daha tərtib olundu. Əmir ordularının bölgəyə səfərlərindən qorxan üsyançı birliklər şəhəri tərk edərək Badaxoza qaçdılar. Süleyman ibn Martin şimala qaçsa da, 834-cü ildə göndərilən hərbi birliklə girdiyi döyüşdə ələ keçirilib öldürüldü. Mahmud ibn Əbdülcabbar isə 838-ci ildə Qalisiya kralı II Alfonsoya sığındı.
Vikinq hücumları
Əmir Əbdürrəhman səltənətinin mühüm siyasi hadisələrindən biri də vikinqlərin Əndəlüsə hücumları oldu. Şimaldan Fransa sahillərini izləyən vikinqlər 20 avqust 844-cü ildə Lissabona hücum etdi. Ancaq şəhər əhalisinin şiddətli müqavimətilə geri çəkildilər. Şəhər valisinin əmirdən yardım tələb etməsinin ardından bütün sahilboyu vilayətlərə xəbərdarlıq edildi. Vikinqlər isə Sedona bölgəsinə irəliləyərək quruya çıxdılar və Kadis limanını işğal etdilər. Çay yolunu izləyən 80 gəmilik vikinq donanması ətraf bölgələri yağmalayaraq Sevillaya qədər irəlilədi. Şəhər limanındakı müsəlman gəmiləri yandırıldı. Əhalisi qaçsa da, ələ keçirilən şəhər 7 gün boyunca talan edildi. Bir müddət sonra yenidən Sevillaya hücum edən vikinqlər şəhərdə qalan və məscidlərə sığınan qocaları qılıncdan keçirdilər. Bu qətliam paytaxt Kordovada böyük əks-səda doğurdu. Əmir Əbdürrəhman dərhal şəhərə yardım birlikləri göndərdi. 11 noyabr 844-cü ildə Sevillanın cənubunda qarşı-qarşıya gəldi və vikinqlər məğlub edildilər. 30-a yaxın vikinq gəmisi ələ keçirilib yandırıldı.
Xristian krallarla mübarizə
Əmir Əbdürrəhman şimaldakı xristian krallıqlar üzərinə də səfərlər tərtibləmişdir. Əbdülkərim ibn Muqis idarəsindəki müsəlman ordusu 833-cü ildə heç bir müqavimətlə qarşılaşmadan Alava bölgəsinə qədər irəlilədi və çox sayıda qənimətlə geri döndü. 2 il sonra Übeydullah ibn Abdullah əl-Bələnsi idarəsindəki yeni bir ordu bu bölgəyə yenidən hücum etmiş, bölgədəki xristian birlikləri darmadağın edilmişdir. Həmin il Abbas ibn Abdullah və qardaşı Malik ibn Abdullah da 2 ayrı orduyla Asturiya bölgəsinə hücumlar tərtibləmişdir.
10 illik fasilənin ardından səfərlər yenidən başladı. 838-ci ildə Əmir Əbdürrəhmanın qardaşı Əl-Valid ibn Hakəm Qalisiyaya, digər qardaşı Səid əl-Xeyr Alava və oğlu Üməyya da Karya bölgələrinə hücum edərək uğur qazanmışdır. Ertəsi il Musa ibn Qasi şimali Araqon bölgəsinə səfər tərtib etdi. 840-cı ildə Əmir Əbdürrəhman şəxsən öz idarəsindəki orduyla ən güclü rəqibi Asturiya kralı II Alfonsoya qarşı səfərə çıxdı və bəzi qalaları ələ keçirdi. 842-ci ildə II Alfonsonun ölümüylə taxta çıxan I Ramiro dönəmində də (842-850) bu hücumlar təkrarlandı. 846-cı ildə Əmir Əbdürrəhmanın oğlu Məhəmməd Leon qalasını mühasirəyə aldı və şəhər ələ keçirilərək darmadağın edildi.
Əmir Əbdürrəhman dönəmində franklar və vaskonlara qarşı da səfərlər tərtib edildi. 828-ci ildə frankların işğalı altında olan Barselona şəhəri üzərinə Übeydullah ibn Abdullah əl-Bələnsi rəhbərliyində ordu göndərildi. Şəhər mühasirəyə alınsa da, ələ keçirilə bilmədi. 2 ay davam edən mühasirə əsnasında ətraf bölgələrə uğurlu hücumlar tərtib edildi. 850-ci ildə ikinci dəfə qala mühasirəyə alınsa da, yenə uğursuzluqla nəticələndi. Barselonanın yenidən fəthindən əl çəkən Əmir Əbdürrəhman 841-ci ildə Əbdülvahid ibn Yezid idarəsindəki ordunu Fransanın daxili bölgələri üzərinə yolladı. Narbona qədər irəliləyən bu ordunun daxilində daha sonra çaxnaşmalar başladı və komandirlərdən Musa ibn Qasi ordunu tərk edərək valisi olduğu Tudela şəhərində üsyan qaldırdı. Haris ibn Bəzk idarəsindəki ordu bu üsyanı yatırmaqla vəzifələndirildi və şəhər qısa zamanda mühasirəyə alındı. Tərəflərin gəldiyi razılıqla Musa ibn Qasi şəhəri tərk edərək Arnedo qalasına sığındı. Ancaq Haris ibn Bəzk onu təqib etdi və bu dəfə Arnedo qalası ələ keçirildi. Balma adlı yerdə baş tutan döyüşdə Haris ibn Bəzk yaralanaraq əsir düşdü. Əmir Əbdürrəhman komandirini xilas etmək məqsədilə oğlu Məhəmmədi üsyançı birliklərin üzərinə göndərdi. Məhəmməd üsyançı Musa ibn Qasini sülhə məcbur etdikdən sonra 842-ci ilin mayında Pamplona şəhərini ələ keçirdi. Ertəsi il Əmir Əbdürrəhman şəxsən öz idarəsindəki orduyla vaskonlara qarşı səfərə çıxdı. 843-cü ilin mayında baş tutan döyüşdə müsəlmanlar parlaq qələbə qazandı. Ancaq Musa ibn Qasi yenidən ayaqlandı. Bu səbəblə 844-cü ildə Əmir Əbdürrəhman oğlu Məhəmmədi yenidən üsyançı Musa ibn Qasinin üzərinə göndərdi. Tudela qalası yenidən mühasirəyə alındı və bu dəfə üsyan rəhbəri ələ keçirildi.
Əmir Əbdürrəhman şimali Afrikadakı müsəlman tayfalarından Rüstəmilər, Salihilər və Midrarilərlə yaxşı münasibətlər saxladı. Onun səltənəti dönəmində Bizans imperiyası ilə ilk diplomatik əlaqələr qurulmuşdur. Dövlət strukturunu Abbasi xilafətinə bənzər bir formaya dəyişmişdir. Şəhərsalma fəaliyyəti genişləndirilmiş, Kordova məscidi böyüdülmüşdür. Əndəlüsdə ilk ipəkli toxuma sexi də onun tərəfindən açılmışdır.
Əmir Əbdürrəhman 30 illik parlaq səltənətinin ardından 22 sentyabr 852-ci ildə Kordovada vəfat etdi.
Mənbə
- İbnü’l-Esîr, el-Kâmil, VI, 9, 12, 35, 50.
- İbn Haldûn, el-ʿİber, IV, 127-130.
- R. Dozy, Histoire des Musulmans d’Espagne (nşr. E. Lévi-Provençal), Leiden 1932, I, 308-346.
- E. Lévi-Provençal, Histoire de l’Espagne musulmane, Paris 1950, I, 193-278.
- a.mlf., “ʿAbd al-Raḥmān II.”, EI2 (Fr.), I, 85.
İstinadlar
- S. M. Imamuddin, Muslim Spain, Leiden 1981, s. 20-21, 25, 40, 59, 61, 72, 115, 142, 143, 146, 164, 171, 184, 188, 193.
- Hâlid es-Sûfî, Târîḫu’l-ʿArab fi’l-Endelüs (el-Fetḥ ve ʿaṣrü’l-vülât), Bingazi 1980, II, 169-232.
- Anwar G. Chejne, Muslim Spain: Its History and Culture, Minnesota 1974, s. 20-22, 27, 34, 35, 119, 144, 145, 152, 163, 225, 248, 267, 268, 300, 365.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Ebdurrehman ve ya Ebdurrehman ibn Hakem ibn Hasim ibn Ebdurrehman ereb عبد الرحمن الأوسط d 792 o 22 sentyabr 852 4 cu Kordova emiri II Ebdurrehman ibn HakemII Ebdurrehman adina kesilen sikke4 Kordova emiriEvvelkiI HakemSonrakiI MehemmedSexsi melumatlarDogum tarixi 792Dogum yeri Toledo Endelus Emevi emirliyiVefat tarixi 22 sentyabr 852Vefat yeri Kordova Endelus Emevi emirliyiFealiyyeti siyasetciAtasi I HakemAnasi HalavaUsagi I Mehemmed Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri Ebdurrehman ibn Hakem 792 ci ilde Toledoda dunyaya geldi Atasi Endelus emiri I Hakem anasi ise onun xanimlarindan Halavadir Mukemmel tehsil aldiqdan sonra genc yaslarindan etibaren muxtelif dovlet vezifelerinde xidmet etdi Bu vezifelerden biri de 807 ci ilde Toledoda baslayan usyanin yatirilmasi oldu Sehere yeni teyin edilen vali Emrus ibn Yusifle birlikde usyanin qisa zamanda yatirilmasinda muhum rol oynayan Ebdurrehman ibn Hakem daha sonra Tortosaya hucum eden franklarin geri puskurdulmesiyle vezifelendirildi 809 Bu ugurlari sebebile atasi terefinden veliehd elan edildi Seltenet illeri Yerli usyanlar Atasinin vefatinin ardindan 22 may 822 ci ilde emir elan olundu Seltenetinin ilk illerinde muxtelif bolgelerde cixan usyan ve igtisaslarla mesgul oldu Abdullah el Belensi ve Ilbire usyanlarini qisa zamanda yatirdi Ereb tayfalari arasindaki mubarize Islam dunyasinin merkezinde oldugu kimi Endelusde de davam etmekde idi Bele ki Yemenlilerle Mudarlilar arasindaki mubarize 823 cu ilde qanli doyuse cevrildi Emir Ebdurrehman bu doyuse mane olmaq istese de toqqusma Yemenlilerin qelebesiyle basa catdi Tayfalararasi toqqusmadan usyana cevrilen bu herekat 829 cu ilde usyancilarin teslim olmasiyla basa catdi Onun seltenetinin en tehlukeli usyanlarindan biri de Toledoda Hasim Derrabin rehberlik etdiyi usyan oldu Emir Ebdurrehmanin taxta cixmasinin ardindan sehere hakim teyin edilen Hasim Derrab yeni emire qarsi muxalifete basladi Etrafina topladigi quldur desteleriyle birlikde 829 cu ilden etibaren yol kesmeye seherlere basqinlar tertib etmeye baslayan Hasim Derrab yerli ehaliye zulm etmeye basladi Nehayet Mehemmed ibn Rustem idaresindeki herbi birlik usyancilarin uzerine gonderildi 831 ci ilde Saraqossanin cenubunda bas tutan qanli doyusde Hasim qetle yetirildi ve terefdarlari geri cekildi Hasim Derrabin oldurulmesine baxmayaraq terefdarlari usyani bir nece il daha davam etdirdiler ve usyan 837 ci ilde tamamile yatirildi Diger yandan berber tayfasina mensub Mahmud ibn Ebdulcabbar ve ispan esilli Suleyman ibn Martin de 828 ci ilde Merida seherinde usyan ederek seheri ele kecirdiler ve valini oldurduler Emir Ebdurrehman sexsen oz idaresindeki orduyla seheri muhasireye alsa da etraf bolgeleri darmadagin edib sehere daxil olmadan geri cekildi 830 cu ilde yeniden sehere hucum edildi ve bu defeki hucum ugurlu oldu Bele ki artiq seher ehalisi de emire tabe olmagi qebul etdi Buna arxalanan Emir Ebdurrehman sehere yeni vali teyin etse de cox kecmeden seher ehalisi yeniden ayaqlandi ve bu sebeble bolgeye sonraki illerde bir nece sefer daha tertib olundu Emir ordularinin bolgeye seferlerinden qorxan usyanci birlikler seheri terk ederek Badaxoza qacdilar Suleyman ibn Martin simala qacsa da 834 cu ilde gonderilen herbi birlikle girdiyi doyusde ele kecirilib olduruldu Mahmud ibn Ebdulcabbar ise 838 ci ilde Qalisiya krali II Alfonsoya sigindi Vikinq hucumlari Emir Ebdurrehman seltenetinin muhum siyasi hadiselerinden biri de vikinqlerin Endeluse hucumlari oldu Simaldan Fransa sahillerini izleyen vikinqler 20 avqust 844 cu ilde Lissabona hucum etdi Ancaq seher ehalisinin siddetli muqavimetile geri cekildiler Seher valisinin emirden yardim teleb etmesinin ardindan butun sahilboyu vilayetlere xeberdarliq edildi Vikinqler ise Sedona bolgesine irelileyerek quruya cixdilar ve Kadis limanini isgal etdiler Cay yolunu izleyen 80 gemilik vikinq donanmasi etraf bolgeleri yagmalayaraq Sevillaya qeder ireliledi Seher limanindaki muselman gemileri yandirildi Ehalisi qacsa da ele kecirilen seher 7 gun boyunca talan edildi Bir muddet sonra yeniden Sevillaya hucum eden vikinqler seherde qalan ve mescidlere siginan qocalari qilincdan kecirdiler Bu qetliam paytaxt Kordovada boyuk eks seda dogurdu Emir Ebdurrehman derhal sehere yardim birlikleri gonderdi 11 noyabr 844 cu ilde Sevillanin cenubunda qarsi qarsiya geldi ve vikinqler meglub edildiler 30 a yaxin vikinq gemisi ele kecirilib yandirildi Xristian krallarla mubarize Emir Ebdurrehman simaldaki xristian kralliqlar uzerine de seferler tertiblemisdir Ebdulkerim ibn Muqis idaresindeki muselman ordusu 833 cu ilde hec bir muqavimetle qarsilasmadan Alava bolgesine qeder ireliledi ve cox sayida qenimetle geri dondu 2 il sonra Ubeydullah ibn Abdullah el Belensi idaresindeki yeni bir ordu bu bolgeye yeniden hucum etmis bolgedeki xristian birlikleri darmadagin edilmisdir Hemin il Abbas ibn Abdullah ve qardasi Malik ibn Abdullah da 2 ayri orduyla Asturiya bolgesine hucumlar tertiblemisdir 10 illik fasilenin ardindan seferler yeniden basladi 838 ci ilde Emir Ebdurrehmanin qardasi El Valid ibn Hakem Qalisiyaya diger qardasi Seid el Xeyr Alava ve oglu Umeyya da Karya bolgelerine hucum ederek ugur qazanmisdir Ertesi il Musa ibn Qasi simali Araqon bolgesine sefer tertib etdi 840 ci ilde Emir Ebdurrehman sexsen oz idaresindeki orduyla en guclu reqibi Asturiya krali II Alfonsoya qarsi sefere cixdi ve bezi qalalari ele kecirdi 842 ci ilde II Alfonsonun olumuyle taxta cixan I Ramiro doneminde de 842 850 bu hucumlar tekrarlandi 846 ci ilde Emir Ebdurrehmanin oglu Mehemmed Leon qalasini muhasireye aldi ve seher ele kecirilerek darmadagin edildi Emir Ebdurrehman doneminde franklar ve vaskonlara qarsi da seferler tertib edildi 828 ci ilde franklarin isgali altinda olan Barselona seheri uzerine Ubeydullah ibn Abdullah el Belensi rehberliyinde ordu gonderildi Seher muhasireye alinsa da ele kecirile bilmedi 2 ay davam eden muhasire esnasinda etraf bolgelere ugurlu hucumlar tertib edildi 850 ci ilde ikinci defe qala muhasireye alinsa da yene ugursuzluqla neticelendi Barselonanin yeniden fethinden el ceken Emir Ebdurrehman 841 ci ilde Ebdulvahid ibn Yezid idaresindeki ordunu Fransanin daxili bolgeleri uzerine yolladi Narbona qeder irelileyen bu ordunun daxilinde daha sonra caxnasmalar basladi ve komandirlerden Musa ibn Qasi ordunu terk ederek valisi oldugu Tudela seherinde usyan qaldirdi Haris ibn Bezk idaresindeki ordu bu usyani yatirmaqla vezifelendirildi ve seher qisa zamanda muhasireye alindi Tereflerin geldiyi raziliqla Musa ibn Qasi seheri terk ederek Arnedo qalasina sigindi Ancaq Haris ibn Bezk onu teqib etdi ve bu defe Arnedo qalasi ele kecirildi Balma adli yerde bas tutan doyusde Haris ibn Bezk yaralanaraq esir dusdu Emir Ebdurrehman komandirini xilas etmek meqsedile oglu Mehemmedi usyanci birliklerin uzerine gonderdi Mehemmed usyanci Musa ibn Qasini sulhe mecbur etdikden sonra 842 ci ilin mayinda Pamplona seherini ele kecirdi Ertesi il Emir Ebdurrehman sexsen oz idaresindeki orduyla vaskonlara qarsi sefere cixdi 843 cu ilin mayinda bas tutan doyusde muselmanlar parlaq qelebe qazandi Ancaq Musa ibn Qasi yeniden ayaqlandi Bu sebeble 844 cu ilde Emir Ebdurrehman oglu Mehemmedi yeniden usyanci Musa ibn Qasinin uzerine gonderdi Tudela qalasi yeniden muhasireye alindi ve bu defe usyan rehberi ele kecirildi Emir Ebdurrehman simali Afrikadaki muselman tayfalarindan Rustemiler Salihiler ve Midrarilerle yaxsi munasibetler saxladi Onun selteneti doneminde Bizans imperiyasi ile ilk diplomatik elaqeler qurulmusdur Dovlet strukturunu Abbasi xilafetine benzer bir formaya deyismisdir Sehersalma fealiyyeti genislendirilmis Kordova mescidi boyudulmusdur Endelusde ilk ipekli toxuma sexi de onun terefinden acilmisdir Emir Ebdurrehman 30 illik parlaq seltenetinin ardindan 22 sentyabr 852 ci ilde Kordovada vefat etdi MenbeIbnu l Esir el Kamil VI 9 12 35 50 Ibn Haldun el ʿIber IV 127 130 R Dozy Histoire des Musulmans d Espagne nsr E Levi Provencal Leiden 1932 I 308 346 E Levi Provencal Histoire de l Espagne musulmane Paris 1950 I 193 278 a mlf ʿAbd al Raḥman II EI2 Fr I 85 IstinadlarS M Imamuddin Muslim Spain Leiden 1981 s 20 21 25 40 59 61 72 115 142 143 146 164 171 184 188 193 Halid es Sufi Tariḫu l ʿArab fi l Endelus el Fetḥ ve ʿaṣru l vulat Bingazi 1980 II 169 232 Anwar G Chejne Muslim Spain Its History and Culture Minnesota 1974 s 20 22 27 34 35 119 144 145 152 163 225 248 267 268 300 365