Zərrabi məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.
Haqqında
Gəncənin qədim məhəllələrindən olan bu məhəllənin adının mənası haqqında yekdil fikir formalaşmayıb. Bəziləri onu peşə-sənət əlamətinə görə-zərsatan, zərgəlik məmulatları düzəldən sənətkarların yaşadığı yer anlamında izah edirlər. Digərləri isə "zər" və "ab" tərkiblərinə görə (farsca "qızıl" və "su") Zərrabinin qiymətli su çıxan yer kimi adlandırıldığını iddia edirlər.Tarixçi Fərrux Əhmədov bu versiyaların heç birini təkzib etməyərək üçüncü versiyanı irəli sürmüşdür. Onun fikrincə "Zərrab" sözü ərəb dilində "pulkəsən" anlamına gəldiyindən ola bilər ki, əhali zərbxananın, pulkəsilən yerin adı ilə qədim şəhərin bir məhəlləsini belə adlandırıb.
Zərrabi məhəlləsində 1804-cü ilin mayında 39 ev 213 nəfər (106 kişi+107 qadın) adam olmuşdur. 1916-cı ildə isə burada 783 ailə yaşayırdı. Məhəllə sakinlərinin o vaxtlar əsas məşğuliyyəti sənətkarlıq (papaqçılar, çəkməçilər, çəlləkçilər, zərgərlar), dəyirmançılıq və ticarət imiş.
Zərrabi məhəlləsinin məscidi iki kümbəzli, eyvanlı və darovsarlı məscidlər tipində inşa olunmuşdur. Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar olaraq göstərir ki, bu məscid Zərrabi məhəlləsinin ağsaqallarından Hacı Qəzənfər Kərbəlayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə XIX yüzilliyin əvvəllərində məhəllə camaatının hesabına tikilmiş, keçmiş adını yaşadan yeni məsciddir.
Zərrabi məhəlləsində iki hamam-Zərrabi Hamamı və Malaqan hamamı, Çökək dəyirman (indiki Ə.Babayev küçəsində olub) və şəhərdə "ən addı Hacı Xudu dəyirmanı" da mövcud olub. Alman əsilli sənayeçi Forerin XIX əsrin ortalarında qotik-klassisizm üslubunda tikdirdiyi bina əvvəllər alt qatı şərab fabrikinin mağaza-anbarı, üst mərtəbələri otel olaraq, sonralar isə "Forer teatrı" kimi fəaliyət göstərib. Hazırda bu binada Gəncə Dövlət Dram Teatrı yerləşir. Teatrın ilkin fəaliyyəti zamanı ona əsas köməkliyi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti göstərirdi. Bu düşünülmüş yardım nəticəsində əvvəllər repertuarında ancaq Avropa və rus dramaturqlarının əsərlərini səhnələşdirən teatr, 1899-cu ildə ilk milli tamaşa kimi M.F.Axundovun "Hacı Qara" komediyası ilə başlamaqla sonralar əsl milli teatra çevrildi. Gəncə Müsəlman dram dərnəyinin sədri Məmmədbağır bəy Şeyxzamanov, katibi Fərhad bəy Əliyev olmuşdur. Teatrın işinə Ələkbər bəy Rəfibəyli, Həsən bəy Ağayev, Xəill bəy Xasməmmədovun rəhbərlik etdiyi "Yelizavetpol quberniyasında müsəlmanlar arasında savadlığın yayan cəmiyyət" də xüsusi yardım edirdi.
Həmçinin bax
İstinadlar
- Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998.
- Zakir Muradov. . spacetv.az. 8 oktyabr 2019. 2020-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2020.
Xarici keçidlər
- Gəncə adlı salnamə - Zərrabi məhəlləsi / Kəpəz Tv
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zerrabi mehellesi Gencenin qedim mehellelerinden biri HaqqindaGencenin qedim mehellelerinden olan bu mehellenin adinin menasi haqqinda yekdil fikir formalasmayib Bezileri onu pese senet elametine gore zersatan zergelik memulatlari duzelden senetkarlarin yasadigi yer anlaminda izah edirler Digerleri ise zer ve ab terkiblerine gore farsca qizil ve su Zerrabinin qiymetli su cixan yer kimi adlandirildigini iddia edirler Tarixci Ferrux Ehmedov bu versiyalarin hec birini tekzib etmeyerek ucuncu versiyani ireli surmusdur Onun fikrince Zerrab sozu ereb dilinde pulkesen anlamina geldiyinden ola biler ki ehali zerbxananin pulkesilen yerin adi ile qedim seherin bir mehellesini bele adlandirib Zerrabi mehellesinde 1804 cu ilin mayinda 39 ev 213 nefer 106 kisi 107 qadin adam olmusdur 1916 ci ilde ise burada 783 aile yasayirdi Mehelle sakinlerinin o vaxtlar esas mesguliyyeti senetkarliq papaqcilar cekmeciler cellekciler zergerlar deyirmanciliq ve ticaret imis Zerrabi mehellesinin mescidi iki kumbezli eyvanli ve darovsarli mescidler tipinde insa olunmusdur Ferrux Ehmedov bu memarliq abidesinin insasi ile elaqedar olaraq gosterir ki bu mescid Zerrabi mehellesinin agsaqallarindan Haci Qezenfer Kerbelayi Aga oglu Mesedi Qasim Haci Ehmedli Eli bey Hacielibeyov Kerbelayi Sur Abdulla oglu ve basqalarinin yaxindan istiraki ile XIX yuzilliyin evvellerinde mehelle camaatinin hesabina tikilmis kecmis adini yasadan yeni mesciddir Zerrabi mehellesinde iki hamam Zerrabi Hamami ve Malaqan hamami Cokek deyirman indiki E Babayev kucesinde olub ve seherde en addi Haci Xudu deyirmani da movcud olub Alman esilli senayeci Forerin XIX esrin ortalarinda qotik klassisizm uslubunda tikdirdiyi bina evveller alt qati serab fabrikinin magaza anbari ust mertebeleri otel olaraq sonralar ise Forer teatri kimi fealiyet gosterib Hazirda bu binada Gence Dovlet Dram Teatri yerlesir Teatrin ilkin fealiyyeti zamani ona esas komekliyi Gence Muselman Xeyriyye Cemiyyeti gosterirdi Bu dusunulmus yardim neticesinde evveller repertuarinda ancaq Avropa ve rus dramaturqlarinin eserlerini sehnelesdiren teatr 1899 cu ilde ilk milli tamasa kimi M F Axundovun Haci Qara komediyasi ile baslamaqla sonralar esl milli teatra cevrildi Gence Muselman dram derneyinin sedri Memmedbagir bey Seyxzamanov katibi Ferhad bey Eliyev olmusdur Teatrin isine Elekber bey Refibeyli Hesen bey Agayev Xeill bey Xasmemmedovun rehberlik etdiyi Yelizavetpol quberniyasinda muselmanlar arasinda savadligin yayan cemiyyet de xususi yardim edirdi Hemcinin baxOzan mehellesi Ettarlar mehellesi Sahsevenler mehellesiIstinadlarFerrux Ehmedov Gencenin tarix yaddasi Baki Sirvannesr 1998 Zakir Muradov spacetv az 8 oktyabr 2019 2020 01 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 27 yanvar 2020 Xarici kecidlerGence adli salname Zerrabi mehellesi Kepez Tv