Xaqani küçəsi — Rəsul Rza küçəsindən başlayın Kövkəb xanım Səfərəliyeva küçəsinə qədər uzanan küçə. Küçədə XIX–XX əsrə aid çoxlu tarixi abidələr var. Bundan başqa küçə boyunca bir heykəl və 3 park mövcuddur. Ümumi uzunluğu 1.7 kilometrdir.
Xaqani küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Region | AZ |
Rayon | Səbail |
Uzunluğu | 1.7 km |
Haqqında
Bu küçə 1880-ci illərin əvvəlində tikilməyə başlayıb. Küçəyə ilk olaraq bura gəlib məskunlaşan molokanlara görə Molokanskaya adı verilib. Küçənin başlanğıcını götürdüyü Xaqani bağı da vaxtilə Molokan bağı adlanıb. Küçə Molokan bağından və ya Marinski parkından başlayıb o dövrdə şəhərin sənaye zonası olmuş ərazinin şərqinə qədər uzanır. Küçədə XIX–XX əsrlərdə kapital üslublu binalar tikilib. İlk dövrlər klassik prinsiplər binaların layihələşdirilmə strukturuna daxil olmadığı üçün küçədə tikilən 1,3,5 saylı yaşayış evləri memarlığın sərbəst üslubunda tikilib. Sonradan memarlıq təhsili almış memarların gəlişi ilə fasadların və interyerlərin qurulmasında daha maraqlı kompozisiyalar meydana gəldi. Memarlar Anton Kandinov və Yuzef Ploşko küçənin memarlığına böyük töhfə veriblər. Küçədə Azərbaycan Rəssamlar İttifaqının binası, Azərbaycan Bəstəkarlar İttifaqının binası, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası, Musa Nağıyevin dördmərtəbəli mədaxil evi, Azərbaycan Milli Kitabxanasının binası və digər önəmli tarixi binalar yerləşir. Aprel işğalından sonra 1929-cu ildə küçəyə 9 yanvar adı verilib. 1946-cı ildən etibarən isə küçə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Xaqani Şirvaninin şərəfinə Xaqani küçəsi adlandırılıb.
Tarix və memarlıq abidələri
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil |
---|---|---|---|---|
1 | Yaşayış evi (Xaqani küçəsi, 1) | Xaqani küçəsi 1 | 1890-cı ildə tikilmiş yaşayış evi. Sonradan bina sökülərək yerində Xaqani ticarət mərkəzi tikilib. | |
2 | Yaşayış binası (Xaqani küçəsi, 5) | Xaqani küçəsi 5 | 1886-cı ildə tikilmiş yaşayış binası. | |
3 | Mikado sinematoqrafının binası | Xaqani küçəsi 7 | Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib. Binada müxtəlif dövrlərdə Pel mel teatrı, Bak azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir. | |
4 | Yaşayış binası (Xaqani küçəsi, 9) | Xaqani küçəsi 9 | 1896-cı ildə Xaqani küçəsi, 9 ünvanında inşa edilmiş binanın memarı İohan Edeldir. Bina italyan renesansı üslubunda tikilib. Müstəqillikdən sonra bir müddət İraq səfirliyi kimi fəaliyyət göstərən bina hazırda istifadəsizdir. | |
5 | Musa Nağıyevin mədaxil evi | Xaqani küçəsi 14 | Bina 1910-cu ildə Musa Nağıyevin sifarişi ilə inşa edilmişdir. Ploşko burada klassik forma və üslubun orderli sistem stil istiqamətindən istifadə etmişdir. İonik sütunların iri pilyastrları küncdəki rizalitləri və mərkəzi hissəni iki mərtəbə üçün portik şəklində bağlamışdır. Növbələşən əyrixətli və düzbucaqlı sandrikləri, bahalalı çərçivələri olan pəncərə oyuqlarının ritmi mərtəbələrarası dartmanın proporsional bölgüsü və müvəffəqiyyətlə artırılmış karnizi ilə seçilən fasadın həcm plastikliyini müəyyən edir. Fasadda intibah tipli eyvan məhəccərləri xüsusi diqqət cəlb edir və evin bədii obrazının formalaşdırılmasında fəal iştirak edir. | |
6 | Yaşayış binası (Xaqani küçəsi, 18) | Xaqani küçəsi 18 | Anton Kandinov tərəfindən 1884-cü ildə tikilmiş yaşayış binası. | |
7 | Azərbaycan Rəssamlar İttifaqının binası | Xaqani küçəsi 19 | 1930-cu illərdə inşa edilib. | |
8 | Yaşayış binası (Xaqani küçəsi, 23) | Xaqani küçəsi 23 | 1911-ci ildə tikilmiş beş mərtəbəli yaşayış binası. | |
9 | Azərbaycan Yazıçılar Birliyinin binası | Xaqani küçəsi 25 | Sarkisov tərəfindən 1915-ci ildə tikilmiş yaşayış binası. | |
10 | Azərbaycan Bəstəkarlar İttifaqının binası | Xaqani küçəsi 27 | Sarkisov tərəfindən XX əsrin əvvəllərində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada 1922-ci ildən etibarən Azərbaycan Mədənçilər İttifaqı yerləşib. Sonradan binada Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib. | |
11 | Musa Nağıyevin dördmərtəbəli mədaxil evi | Xaqani küçəsi 47 | 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. |
Park və bağlar
-
-
- Sahil bağı 1930-cu illər
-
Xaqani bağı
Ərazisi 0.8 hektar olan Bakının ən qədim parklarından biri. Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur.
Sahil bağı
Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bağ tarixi tikililərlə əhatə olunub. Bağın ilk adı Birjevaya meydanı adlanıb. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə bura Azadlıq meydanı adı verilib. Aprel işğalından sonra isə burada 26 Bakı komissarı dəfn edildikdən sonra burada onlara abidə qoyularaq bağın da adı dəyişdirilir. Müstəqillikdən sonra parkdan komissarlara həsr edilmiş abidə götürülüb və bura Sahil bağı adı verilib.
Fikrət Əmirov parkı
2011-ci ildə Bakı şəhərində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirova Xaqani küçəsində heykəl qoyulub və ətrafı abadlaşdırılaraq yeni park salınmışdır. Heykəlin müəllifi Namiq Dadaşovdur.
Həmçinin bax
İstinadlar
- Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 387. ISBN .
- "Молоканская ул. – 9 Января - Хагани (Баку) / Molokanskaya küçəsi - 9 yanvar -Xəqani küçəsi (Bakı)" (rus). ourbaku.com. 27 yanvar 2021 tarixində . İstifadə tarixi: 27 yanvar 2021.
- İlham Rəhimli. (PDF). Bakı: Çaşıoğlu. 2005. səh. 86.
- Oksana Bulanova. "Тайны Баку: От "Микадо" до Русдрамы / Bakının sirləri: Mikadodan Rusdrama qədər" (rus). azerhistory.com. 3 avqust 2020 tarixində . İstifadə tarixi: 27 yanvar 2021.
- Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 388. ISBN .
- Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 390-391. ISBN .
- А. А. Гасанова. Сады и парки Азербайджана 2017-01-10 at the Wayback Machine / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 s.
- Ceyhun Abbasov. ""Sahil" bağı "Cümhuriyyət" bağı adlandırılsın..." (az.). 525-ci qəzet. 21 yanvar 2018. 31 yanvar 2021 tarixində . İstifadə tarixi: 31 yanvar 2021.
- "İlham Əliyev Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak etmişdir" (az.). president.az. 19 sentyabr 2011. 10 iyul 2019 tarixində . İstifadə tarixi: 27 yanvar 2021.
- "Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak etmişdir" (az.). azertag.az. 19 sentyabr 2011. 10 iyul 2019 tarixində . İstifadə tarixi: 27 yanvar 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xaqani kucesi Resul Rza kucesinden baslayin Kovkeb xanim Sefereliyeva kucesine qeder uzanan kuce Kucede XIX XX esre aid coxlu tarixi abideler var Bundan basqa kuce boyunca bir heykel ve 3 park movcuddur Umumi uzunlugu 1 7 kilometrdir Xaqani kucesiUmumi melumatlarOlke AzerbaycanRegion AZRayon SebailUzunlugu 1 7 kmHaqqindaXaqani kucesi 1910 cu ilde Bu kuce 1880 ci illerin evvelinde tikilmeye baslayib Kuceye ilk olaraq bura gelib meskunlasan molokanlara gore Molokanskaya adi verilib Kucenin baslangicini goturduyu Xaqani bagi da vaxtile Molokan bagi adlanib Kuce Molokan bagindan ve ya Marinski parkindan baslayib o dovrde seherin senaye zonasi olmus erazinin serqine qeder uzanir Kucede XIX XX esrlerde kapital uslublu binalar tikilib Ilk dovrler klassik prinsipler binalarin layihelesdirilme strukturuna daxil olmadigi ucun kucede tikilen 1 3 5 sayli yasayis evleri memarligin serbest uslubunda tikilib Sonradan memarliq tehsili almis memarlarin gelisi ile fasadlarin ve interyerlerin qurulmasinda daha maraqli kompozisiyalar meydana geldi Memarlar Anton Kandinov ve Yuzef Plosko kucenin memarligina boyuk tohfe veribler Kucede Azerbaycan Ressamlar Ittifaqinin binasi Azerbaycan Bestekarlar Ittifaqinin binasi Semed Vurgun adina Azerbaycan Dovlet Akademik Rus Dram Teatrinin binasi Musa Nagiyevin dordmertebeli medaxil evi Azerbaycan Milli Kitabxanasinin binasi ve diger onemli tarixi binalar yerlesir Aprel isgalindan sonra 1929 cu ilde kuceye 9 yanvar adi verilib 1946 ci ilden etibaren ise kuce klassik Azerbaycan edebiyyatinin gorkemli numayendesi sair filosof Xaqani Sirvaninin serefine Xaqani kucesi adlandirilib Tarix ve memarliq abideleri Bina Unvan Qisa tesvir Sekil1 Yasayis evi Xaqani kucesi 1 Xaqani kucesi 1 1890 ci ilde tikilmis yasayis evi Sonradan bina sokulerek yerinde Xaqani ticaret merkezi tikilib 2 Yasayis binasi Xaqani kucesi 5 Xaqani kucesi 5 1886 ci ilde tikilmis yasayis binasi 3 Mikado sinematoqrafinin binasi Xaqani kucesi 7 Mikado sinematoqrafinin binasi ve ya Semed Vurgun adina Azerbaycan Dovlet Akademik Rus Dram Teatrinin binasi 1916 ci ilde Eliheyder Kerimov terefinden evveller mehsul anbari kimi sitifade edilmis bina cin yapon uslubunda temir edilerek sinematoqraf kimi fealiyyet gostermeye baslayib 1917 ci ilde Bakida ilk defe bu teatrda orta mekteb sagirdlerine elmi tehsil movzulu kinematoqrafik seans kecirilib Binada muxtelif dovrlerde Pel mel teatri Bak azad tenqid tebligat teatri Baki isci teatri fealiyyet gosterib 1937 ci ilden binada Semed Vurgun adina Azerbaycan Dovlet Akademik Rus Dram Teatri fealiyyet gosterir 4 Yasayis binasi Xaqani kucesi 9 Xaqani kucesi 9 1896 ci ilde Xaqani kucesi 9 unvaninda insa edilmis binanin memari Iohan Edeldir Bina italyan renesansi uslubunda tikilib Musteqillikden sonra bir muddet Iraq sefirliyi kimi fealiyyet gosteren bina hazirda istifadesizdir 5 Musa Nagiyevin medaxil evi Xaqani kucesi 14 Bina 1910 cu ilde Musa Nagiyevin sifarisi ile insa edilmisdir Plosko burada klassik forma ve uslubun orderli sistem stil istiqametinden istifade etmisdir Ionik sutunlarin iri pilyastrlari kuncdeki rizalitleri ve merkezi hisseni iki mertebe ucun portik seklinde baglamisdir Novbelesen eyrixetli ve duzbucaqli sandrikleri bahalali cerciveleri olan pencere oyuqlarinin ritmi mertebelerarasi dartmanin proporsional bolgusu ve muveffeqiyyetle artirilmis karnizi ile secilen fasadin hecm plastikliyini mueyyen edir Fasadda intibah tipli eyvan meheccerleri xususi diqqet celb edir ve evin bedii obrazinin formalasdirilmasinda feal istirak edir 6 Yasayis binasi Xaqani kucesi 18 Xaqani kucesi 18 Anton Kandinov terefinden 1884 cu ilde tikilmis yasayis binasi 7 Azerbaycan Ressamlar Ittifaqinin binasi Xaqani kucesi 19 1930 cu illerde insa edilib 8 Yasayis binasi Xaqani kucesi 23 Xaqani kucesi 23 1911 ci ilde tikilmis bes mertebeli yasayis binasi 9 Azerbaycan Yazicilar Birliyinin binasi Xaqani kucesi 25 Sarkisov terefinden 1915 ci ilde tikilmis yasayis binasi 10 Azerbaycan Bestekarlar Ittifaqinin binasi Xaqani kucesi 27 Sarkisov terefinden XX esrin evvellerinde tikilmis 3 mertebeli yasayis binasi Eklektik uslubda olan bu binada 1922 ci ilden etibaren Azerbaycan Medenciler Ittifaqi yerlesib Sonradan binada Azerbaycan Bestekarlar Ittifaqi yerlesib 11 Musa Nagiyevin dordmertebeli medaxil evi Xaqani kucesi 47 1910 1912 ci illerde insa edilmis dord mertebeli medaxil evi Binanin sifariscisi Aga Musa Nagiyev memari ise Iosif Ploskodur Park ve baglarXaqani bagi Sahil bagi Sahil bagi 1930 cu iller Fikret Emirov parki Xaqani bagi Esas meqale Xaqani bagi Erazisi 0 8 hektar olan Bakinin en qedim parklarindan biri Sebail rayonunda yerlesir Park adini orta esrlerde Samaxida yasamis sair Xaqani Sirvaniden alir Park cenubdan Uzeyir Hacibeyov kucesi ile simaldan Xaqani kucesi ile serqden Qoqol kucesi ile qerbden Resul Rza kucesi ile mehdudlasir Bagin arxitektura landsaft kompozisiyasinin esasi uc qizin heykelinden teskil edilmis Uc gozel heykeller qrupu ile eyri ciziqli formali hovuzdan ibaretdir Heykeller qrupu adi dasin boyuk parcalari uzerinde oturdulmusdur Sahil bagi Esas meqale Sahil bagi Bakinin merkezi hissesinde Xaqani kucesinin Bulbul prospektinin Uzeyir Hacibeyli ve Resid Behbudov kucelerinin kesisdiyi erazide Mirze Feteli Axundzade adina Azerbaycan Milli Kitabxanasinin qarsisinda yerlesen bag tarixi tikililerle ehate olunub Bagin ilk adi Birjevaya meydani adlanib Azerbaycan Xalq Cumhuriyyeti qurulduqdan sonra ise bura Azadliq meydani adi verilib Aprel isgalindan sonra ise burada 26 Baki komissari defn edildikden sonra burada onlara abide qoyularaq bagin da adi deyisdirilir Musteqillikden sonra parkdan komissarlara hesr edilmis abide goturulub ve bura Sahil bagi adi verilib Fikret Emirov parki Esas meqale Fikret Emirovun heykeli Baki 2011 2011 ci ilde Baki seherinde Azerbaycan bestekari SSRI xalq artisti SSRI dovlet mukafati laureati Sosialist Emeyi Qehremani Azerbaycan SSR dovlet mukafati laureati Fikret Emirova Xaqani kucesinde heykel qoyulub ve etrafi abadlasdirilaraq yeni park salinmisdir Heykelin muellifi Namiq Dadasovdur Hemcinin baxEziz Eliyev kucesi Istiqlaliyyet kucesi Resid Behbudov kucesiIstinadlarSamil Fetullayev Bakinin memarliq ensiklopediyasi PDF Baki Serq Qerb nesriyyati 2013 seh 387 ISBN 978 9952 32 020 6 Molokanskaya ul 9 Yanvarya Hagani Baku Molokanskaya kucesi 9 yanvar Xeqani kucesi Baki rus ourbaku com 27 yanvar 2021 tarixinde Istifade tarixi 27 yanvar 2021 Ilham Rehimli PDF Baki Casioglu 2005 seh 86 Oksana Bulanova Tajny Baku Ot Mikado do Rusdramy Bakinin sirleri Mikadodan Rusdrama qeder rus azerhistory com 3 avqust 2020 tarixinde Istifade tarixi 27 yanvar 2021 Samil Fetullayev Bakinin memarliq ensiklopediyasi PDF Baki Serq Qerb nesriyyati 2013 seh 388 ISBN 978 9952 32 020 6 Samil Fetullayev Bakinin memarliq ensiklopediyasi PDF Baki Serq Qerb nesriyyati 2013 seh 390 391 ISBN 978 9952 32 020 6 A A Gasanova Sady i parki Azerbajdzhana 2017 01 10 at the Wayback Machine Pod red prof F M Gusejnova Baku Ishyg 1996 304 s Ceyhun Abbasov Sahil bagi Cumhuriyyet bagi adlandirilsin az 525 ci qezet 21 yanvar 2018 31 yanvar 2021 tarixinde Istifade tarixi 31 yanvar 2021 Ilham Eliyev Bakida gorkemli bestekar Fikret Emirovun abidesinin acilisinda istirak etmisdir az president az 19 sentyabr 2011 10 iyul 2019 tarixinde Istifade tarixi 27 yanvar 2021 Azerbaycan Prezidenti Ilham Eliyev Bakida gorkemli bestekar Fikret Emirovun abidesinin acilisinda istirak etmisdir az azertag az 19 sentyabr 2011 10 iyul 2019 tarixinde Istifade tarixi 27 yanvar 2021