Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur.
Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz. Bu, əməlin hansı formada və hansı şəraitdə baş verməsindən asılıdır. BMT Baş Məclisi zorlamanın bəzi hallarda insanlıq əleyhinə cinayət kimi çıxış etdiyini qeyd edir. Haitidə siyasi səbəblər üzündən seksual yönümdə ardıcıl olaraq qadınlara qarşı törədilmiş zorakılıq əməlləri 1994-cü ildə Ədalət Komissiyası tərəfindən insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdi.
Növləri
- Vagina yolu ilə təcavüz — qadının vaginasına kişi cinsiyyət orqanının, yaxud başqa cisimin soxulması. Ən geniş yayılmış təcavüz növüdür;
- Oral yolla təcavüz — nisbətən az rast gəlinən təcavüz növüdür;
- Təcavüzə təşəbbüs — həyata keçirilməsi mümkün olmayan təcavüz aktıdır.
Azərbaycanın cinayət məcəlləsində
Maddə 149.: Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma—
— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 149.2. Eyni əməllər
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
149.2.5. təkrar törədildikdə—
— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 149.3. Eyni əməllər:
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—
— səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zorlama bir ve ya bir nece sexsin diger sexsle onun raziligi olmadan cinsi elaqeye girmesi Zorlama cinsi cinayetlerden biridir deqiq terifi muxtelif dovletlerin qanunlarinda ferqlidir Adeten zorlama qurban komeksiz veziyyetde suursuz guclu serxos psixi pozgunluq azyasli ve s oldugu zaman heyata kecirilir Ekser hallarda tecavuz eden kisi tecavuz edilen ise qadindir Ancaq kisinin kisiye yaxud qadinin qadina tecavuzu de musahide olunur Lukresiyanin Sekst Tarkvini terefinden zorlanmasi Tisian Vecellio Tarkvini ve Lukresiya 1581 Zorlama insanliq eleyhine cinayetlerden biri hesab olunur Zorlama ve diger cinsi tehqir formalari Nurnberq Tribunali Nizamnamesinin 6 ci maddesinde ve Tokio Tribunalinin Nizamnamesinin 5 ci maddesinde insanliq eleyhine cinayet kimi gosterilmemisdir Her iki nizamnamede zorakiliq ve diger cinsi tehqir formalari diger qeyri insani hereketler adi altinda verilmisdi Zorlama 1976 ci ilde Kiprde Avropa Insan Huquqlari Komissiyasi terefinden insan leyaqetine qarsi yonelmis qeyri insani davranis kimi qiymetlendirilmisdi lakin bu senedde de zorlama konkret olaraq insanliq eleyhine cinayetin terkibini yaradan emel kimi gosterilmemisdi Tebii ki her cur zorlamani insanliq eleyhine cinayet hesab etmek olmaz Bu emelin hansi formada ve hansi seraitde bas vermesinden asilidir BMT Bas Meclisi zorlamanin bezi hallarda insanliq eleyhine cinayet kimi cixis etdiyini qeyd edir Haitide siyasi sebebler uzunden seksual yonumde ardicil olaraq qadinlara qarsi toredilmis zorakiliq emelleri 1994 cu ilde Edalet Komissiyasi terefinden insanliq eleyhine cinayet kimi qiymetlendirilmisdi NovleriVagina yolu ile tecavuz qadinin vaginasina kisi cinsiyyet orqaninin yaxud basqa cisimin soxulmasi En genis yayilmis tecavuz novudur Oral yolla tecavuz nisbeten az rast gelinen tecavuz novudur Tecavuze tesebbus heyata kecirilmesi mumkun olmayan tecavuz aktidir Azerbaycanin cinayet mecellesindeMadde 149 Zorlama 149 1 Zorlama yeni zerercekmis sexse ve ya basqa sexslere qarsi zor tetbiq etmekle ve ya bele zor tetbiq etme hedesi ile ve ya zerercekmis sexsin komeksiz veziyyetinden istifade etmekle onunla cinsi elaqede olma dord ilden sekkiz iledek muddete azadliqdan mehrum etme ile cezalandirilir 149 2 Eyni emeller 149 2 1 bir qrup sexs qabaqcadan elbir olan bir qrup sexs ve ya mutesekkil deste terefinden toredildikde 149 2 2 zerercekmis sexsin zohrevi xesteliye yoluxmasina sebeb olduqda 149 2 3 teqsirkar sexs ucun askar suretde yetkinlik yasina catmayan sexse qarsi toredildikde 149 2 4 zerercekmis sexsi ve ya basqa sexsleri oldurme ve ya saglamliga agir zerer vurma hedesi ile habele xususi amansizliqla toredildikde 149 2 5 tekrar toredildikde bes ilden on iledek muddete azadliqdan mehrum etme ile cezalandirilir 149 3 Eyni emeller 149 3 1 ehtiyatsizliqdan zerercekmis sexsin olumune sebeb olduqda 149 3 2 ehtiyatsizliqdan zerercekmis sexsin insan immuncatismazligi virusu ile yoluxmasina ve ya diger agir neticelere sebeb olduqda 149 3 3 teqsirkar sexs ucun askar suretde on dord yasina catmayan sexs baresinde toredildikde sekkiz ilden on bes iledek muddete azadliqdan mehrum etme ile cezalandirilir Hemcinin baxZoraki cinayet