Yəhya Bəy Dilqəm (1830, Dəllər Cırdaxan – 1865, Dəllər Cırdaxan) — azərbaycanlı aşıq.
Yəhya bəy Dilqəm | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Dəllər Cırdaxan |
Vəfat tarixi | |
Vəfat yeri | Dəllər Cırdaxan |
Fəaliyyəti | şair |
Yəhya bəy Dilqəm Vikimənbədə |
Həyatı
Yəhya bəy Dilqəm XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şamxor (indiki Şəmkir) rayonunun Dəllər Cırdaxan kəndində dünyaya gəlib. Təbiət gözəlliklərinə vurğun olan aşığın uşaqlığı Kür qırağında keçib. Bütün həyatı dərin sarsıntılar, ağır iztirablar içində keçən aşıq həmişə taleyindən şikayətçi olub. Gəncliyindən dərin məhəbbətlə, saf, təmiz duyğularla sevdiyi əmisi qızı ilə uğursuz məhəbbəti onun həmişəlik nisgilinə dönüb.
Özündən sonra qalan ədəbi irsi, həyatına bağlanan "Dilqəm" dastanı aşıq haqqında müəyyən məlumatlar öyrənməyə imkan yaradır. Axtarışlar göstərir ki, o, yaradıcılığa çox erkən başlayıb. Həm ifaçı, həm də yaradıcı aşıq kimi sazı və sözü daim bir-birini tamamlayıb. Dərdli aşıq məclislərdə daha çox öz şeirlərini oxuyur, küskün taleyindən şikayətlərini el-obaya bu yolla çatdırarmış. Onun çox çətin çalara, zəngin xallara və sanballı döndərmələrə malik olan "Dilqəmi" ən dəyərli saz havalarından biridir.
Aşığın dillərdə qalan şeirlərindən məlum olur ki, o, bir şair kimi dərin təbə malik imiş. Daha çox qoşma və gəraylı janrında dediyi sözlərin əksəriyyəti onun uğursuz taleyindən şikayətləridi. Aşığın yaradıcılığına nəzər yetirərkən onda Molla Pənah Vaqifin təsiri duyulur. Badi-səbaya şikayətində, gözələ, eşqə, məhəbbətə müraciətlərində bu daha çox hiss olunur. Bununla belə Dilqəmin özünəməxsus həyat amalı varmış. Aşığın fikrincə, xəyallarda təsvir edilən cənnət pəriləri, qılmanları, real həyatın özündədir. Yer üzünün gözəlləri necə varsa, şair dili ilə, eləcə də təsvir edilməlidir. Onları əfsanələşdirməyəsə ehtiyac yoxdur.
Dilqəmin yaradıcılığındakı maraqlı cəhətlərdən biri də onun seçdiyi orijinal rədif-qafiyələrdir. "Yetirmola", "Azalırmola", "Varmola" kimi neçə-neçə bəndə rədif sonluqları aşığın özünəməxsusluğundan xəbər verir.
Yəhya bəy Dilqəmin adı ilə bağlı olan "Dilqəm" dastanı da neçə illərdir ki, aşıqların dilindən düşmür. Aşığın həyatı ilə bağlı maraqlı epizodlar, gərgin, dinamik əhvalatlarla zəngin olan kövrək duyumlu bu dastan olmuş əhvalatların təsviri baxımından maraqlıdır və bəzi dastanlar kimi uydurmalardan uzaqdır. Əfsanələrdən və mübaliğələrdən daha çox real həyat həqiqətlərini sevən Dilqəmin obrazı dastanda çox bariz şəkildə təsvir edilir. Onun saf məhəbbətinə qarşı doğma əmisi qızının xəyanətləri və Yəhya bəy Dilqəmin ömrünün axırına qədər də öz eşqinə sadiq qalması "Dilqəm" dastanının ana xəttini təşkil edir. Təəssüf ki, bu gözəl dastanı tamam-kamal bilən aşıqlar azdır ki, bu da onun geniş təbliğinə ziyan gətirir.
2001-ci ildə aşıqın şərəfinə onun doğma kəndi olan Dəllər Cırdaxan kəndində park salınmışdır.
İstinadlar
- Uğur. Bir yanda yaylaqdır…: Yəhya bəy Dilqəmin qəmli həyat dastanı //Xalq cəbhəsi.- 2015.- 29 yanvar.- S.14.
Mənbə
- Maşallah Xudubəyli. Mənim sazlı-sözlü dünyam. Bakı: Elm və təhsil, 2010, səh.48–51.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yehya Bey Dilqem 1830 Deller Cirdaxan 1865 Deller Cirdaxan azerbaycanli asiq Yehya bey DilqemDeller Cirdaxan kendinde asigin bustuDogum tarixi 1830Dogum yeri Deller CirdaxanVefat tarixi 1865Vefat yeri Deller CirdaxanFealiyyeti sairYehya bey Dilqem VikimenbedeHeyatiYehya bey Dilqem XVIII esrin sonu XIX esrin evvellerinde Samxor indiki Semkir rayonunun Deller Cirdaxan kendinde dunyaya gelib Tebiet gozelliklerine vurgun olan asigin usaqligi Kur qiraginda kecib Butun heyati derin sarsintilar agir iztirablar icinde kecen asiq hemise taleyinden sikayetci olub Gencliyinden derin mehebbetle saf temiz duygularla sevdiyi emisi qizi ile ugursuz mehebbeti onun hemiselik nisgiline donub Ozunden sonra qalan edebi irsi heyatina baglanan Dilqem dastani asiq haqqinda mueyyen melumatlar oyrenmeye imkan yaradir Axtarislar gosterir ki o yaradiciliga cox erken baslayib Hem ifaci hem de yaradici asiq kimi sazi ve sozu daim bir birini tamamlayib Derdli asiq meclislerde daha cox oz seirlerini oxuyur kuskun taleyinden sikayetlerini el obaya bu yolla catdirarmis Onun cox cetin calara zengin xallara ve sanballi dondermelere malik olan Dilqemi en deyerli saz havalarindan biridir Asigin dillerde qalan seirlerinden melum olur ki o bir sair kimi derin tebe malik imis Daha cox qosma ve gerayli janrinda dediyi sozlerin ekseriyyeti onun ugursuz taleyinden sikayetleridi Asigin yaradiciligina nezer yetirerken onda Molla Penah Vaqifin tesiri duyulur Badi sebaya sikayetinde gozele esqe mehebbete muracietlerinde bu daha cox hiss olunur Bununla bele Dilqemin ozunemexsus heyat amali varmis Asigin fikrince xeyallarda tesvir edilen cennet perileri qilmanlari real heyatin ozundedir Yer uzunun gozelleri nece varsa sair dili ile elece de tesvir edilmelidir Onlari efsanelesdirmeyese ehtiyac yoxdur Dilqemin yaradiciligindaki maraqli cehetlerden biri de onun secdiyi orijinal redif qafiyelerdir Yetirmola Azalirmola Varmola kimi nece nece bende redif sonluqlari asigin ozunemexsuslugundan xeber verir Yehya bey Dilqemin adi ile bagli olan Dilqem dastani da nece illerdir ki asiqlarin dilinden dusmur Asigin heyati ile bagli maraqli epizodlar gergin dinamik ehvalatlarla zengin olan kovrek duyumlu bu dastan olmus ehvalatlarin tesviri baximindan maraqlidir ve bezi dastanlar kimi uydurmalardan uzaqdir Efsanelerden ve mubaligelerden daha cox real heyat heqiqetlerini seven Dilqemin obrazi dastanda cox bariz sekilde tesvir edilir Onun saf mehebbetine qarsi dogma emisi qizinin xeyanetleri ve Yehya bey Dilqemin omrunun axirina qeder de oz esqine sadiq qalmasi Dilqem dastaninin ana xettini teskil edir Teessuf ki bu gozel dastani tamam kamal bilen asiqlar azdir ki bu da onun genis tebligine ziyan getirir 2001 ci ilde asiqin serefine onun dogma kendi olan Deller Cirdaxan kendinde park salinmisdir IstinadlarUgur Bir yanda yaylaqdir Yehya bey Dilqemin qemli heyat dastani Xalq cebhesi 2015 29 yanvar S 14 MenbeVikimenbede Muellif Yehya bey Dilqem ile elaqeli melumatlar var Masallah Xudubeyli Menim sazli sozlu dunyam Baki Elm ve tehsil 2010 seh 48 51