Yusif ibn Küseyir türbəsi — Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan tarixi memarlıq abidəsidir.
Yusif ibn Küseyir türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Memar | Əcəmi Naxçıvani |
Tikilmə tarixi | 1162 |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The mausoleum of Nakhichevan | |
Tipi | Mədəni |
Kriteriya | i,iv |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1173 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 15 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Görünüşü
Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır.
Sərdabə ikiüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülüdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzlərində dayaz sivri tağçalar (içəridə sivri, bayırda düzbucaqlı) verilmiş, iç məkan sferonik, bayır prizmatik tutum isə səkkizüzlü uca piramidavari günbəzlə örtülmüşdür. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir.
Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz şəklindədir. Divar müstəviləri ilə günbəz (qübbə) arasında kiçik çıxıntılar vardır. Sərdabə qübbəsinin təpəsi kəsilmiş səkkizbucaqlı xonça ilə tamamlanır.
Türbənin qülləsi iç və dış tağçalarla işləndiyindən qalın dayaqlar şəklində olan künc hissələr karkas (qəfəsə) quruluşuna bənzəyən konstruktiv sistem yaradır. Belə quruluş abidənin bayır görünüşünün vizual dayanıqlılığını da gücləndirir. Başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan (80 sm) tikilinin uzunömürlüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artq bir müddətdə salamat qalan tək abidədir.
Fasadı
Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış,sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin yalnız bir səthi, Qərb tərəfə baxan səthi,başqa şəkildə həll edilmişdir.Burada türbənin giriş qapısı yerləşdirilmişdir.Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsi ilə bir portal şəklini almışdır.Türbənin rəis,xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə,yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir.
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada da kitabə yerləşdirilmişdir.Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılmışdır:"Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu".
Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməmişdir. Onun bayır tağçalarının içərisi isə kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənmişdir. Tağçaların üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır. Şiş uclu piramidal örtük elə bil bütöv prizmatik gövdəyə yox, yazı qurşağının incə şəbəkəsinə dayanır. Memar tağçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini qabartmışdır. Bayır səthlərin beləcə yerinə uyğun işlənməsi bütövlükdə türbənin yüksək memarlıq-bədii görkəm, arxitektonik quruluş almasına səbəb olmuşdur.
Memar türbənin şimal üzünə baştağ kompozisiyası vermiş, onda yerüstü qülləyə giriş qapısı yerləşdirmişdir. Qapı gözü daha dərin tağça içərisinə salınıb üstü böyük kitabə lövhəsi ilə bəzədilmişdir. Ayrıntıları, biçimləri daha incə işləməklə memar bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirmişdir.
Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla – keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları,bol kölgə - işıq effektləri abidənin koloritini daha da zənginləşdirir.
Yusif Küseyir oğlu türbəsinin kürsülüyündən 7,2 m hündürlükdə, xarici perimetr üzrə düzəldilmiş frizdəki yazılarda abidənin kim tərəfindən tikilməsi haqqında məlumat vardır. Yazının hərfləri 20 x 20 x 4 sm ölçülü kərpiclərdən düzəldilərək, onun fonunu əmələ gətirən friz müstəvisindən 2 sm irəli çıxır. Frizin əsas müstəvisini isə kiçik ölçülü kərpiclər təşkil edir. Bu kərpiclərin şaquli tikişləri ensiz, üfüqi tikişləri isə enlidir.
Frizin aşağı və yuxarı hissələrində kərpicdən qurşağı vardır. Türbənin dam örtüyü səkkiztilli piramida şəklindədir. Dam örtüyü ikiqatlıdır: xarici tərəfdən səkkiztilli, içəri tərəfdən isə qübbə şəklindədir. Türbənin kvadrat kərpicdən hörülən divarlarına qalınlığı 12 sm olan pilitələrdən üz çəkilmişdir. Binanın yerüstü hissəsinin qapısı çatma şəklindədir. Tağın arxivoltu rombvari kərpiclə, yanları isə yanüstə qoyulmuş kiçik kərpiclərlə bəzədilmişdir. Portalın ümumi çərçivəsi düzbucaqlı olub, meandrı xatırladan həndəsi naxışlarla örtülmüşdür.
Yusif ibn Küseyr məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmamışdır. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilmişdir. Frizlər və haşiyələrdəki kitabələ rin fonunda şaquli "ləm", "əlif‖, "kəf‖ hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilmişdir. Müxtəlif rəngli şirli kərpiclərdən və lövhələrdən Möminə xatun məqbərəsinin bədii tərtibatı işində istifadə edilmişdir. Onguşəli məqbərənin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnmişdir. Kitabələrin mətni Quran ayələridir. Məqbərənin tərəflərindəki hər on stalaktit tağda təkrar olunan yazıda deyilir: "Hakimiyyət vahid, qadir Allaha məxsusdur".
İstinadlar
- İsmayılova, N. Nəqşicahanda adına türbə ucaldılan Yusif Küseyr oğlu kim olub? //İki sahil.- 2015.- 14 mart.- S.18.
- K. M. Məmmədzadə - Azərbaycanda inşaat sənəti, Bakı, "Elm", 1978, səh 43
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Yusif ad Yusif ibn Kuseyir turbesi Naxcivan seherinde yerlesen Naxcivan Maraga memarliq mektebinin ve umumilikde Azerbaycan memarliginin en boyuk numayendelerinden biri olan memar Ecemi Naxcivaninin eseri olan tarixi memarliq abidesidir Yusif ibn Kuseyir turbesi39 12 06 sm e 45 24 50 s u Olke AzerbaycanSeher NaxcivanMemar Ecemi NaxcivaniTikilme tarixi 1162Uslubu Naxcivan Maraga memarliq mektebiUNESCO Ehtiyat SiyahisiResmi adi The mausoleum of NakhichevanTipiMedeniKriteriyai ivTeyin edilib2001Istinad nom 1173DovletAzerbaycanRegionAvropaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 15KateqoriyaTurbeEhemiyyetiDunya ehemiyyetliYusif ibn Kuseyir turbesi Vikianbarda elaqeli mediafayllarGorunusuTurbe ikiqatli olub her iki qati planda sekkizbucaqli bicimdedir Serdabe yer altina salindigindan turbe bayirdan birqatli qulle kimi gorunur Yusif Kuseyir oglu turbesi ilk baxisdan tutumunun hendesi temizliyi nisbetlerinin inceliyi ve harmonik gozelliyi ile yadda qalir Serdabe ikiuzlu plana uygun ortasi yasti olan gunbezle ortuludur Ust qullede ise sekkizuzlunun hem iceri hem de bayir uzlerinde dayaz sivri tagcalar iceride sivri bayirda duzbucaqli verilmis ic mekan sferonik bayir prizmatik tutum ise sekkizuzlu uca piramidavari gunbezle ortulmusdur Butun turbe bismis kerpicden tikilib yuksek tikinti texnikasi ile secilir Turbenin yuxari kamerasinin dosemesinde duzeldilmis sekkizbucaqli desik onun altinda yerlesen serdabeye acilir Serdabenin dami murekkeb gunbez seklindedir Divar mustevileri ile gunbez qubbe arasinda kicik cixintilar vardir Serdabe qubbesinin tepesi kesilmis sekkizbucaqli xonca ile tamamlanir Turbenin qullesi ic ve dis tagcalarla islendiyinden qalin dayaqlar seklinde olan kunc hisseler karkas qefese qurulusuna benzeyen konstruktiv sistem yaradir Bele qurulus abidenin bayir gorunusunun vizual dayaniqliligini da guclendirir Baslica mesele ise kunclerin konstruktiv mohkemliyi hesabina ara divarlari o qeder de qalin olmayan 80 sm tikilinin uzunomurluyunun temin edilmesidir Yuksek muhendis hellinin neticesidir ki Yusif Kuseyir oglu turbesi Azerbaycanin qullevari turbeleri icerisinde ust piramidal ortuyu 800 ilden artq bir muddetde salamat qalan tek abidedir Fasadi Turbenin butun sekkiz sethi muxtelif sekilli hendesi ornamentlerle bezedilmisdir Bu ornamentler kicik kerpiclerden qurasdirilmis sonra gec mehlulu ile tavalar seklinde birlesdirilerek sethlerin uzerinde mohkemlendirilmisdir Qurulusu etibari ile turbenin yalniz bir sethi Qerb terefe baxan sethi basqa sekilde hell edilmisdir Burada turbenin giris qapisi yerlesdirilmisdir Catmatag sekilli bu qapi uzerinde hasiyeler formasinda verilmis hemin hisse cixintilar vasitesi ile bir portal seklini almisdir Turbenin reis xoca Yusif Kuseyir oglu ucun hicri 557 ci ilde yeni miladi 1162 ci ilde tikildiyini gosteren kitabe bu sethin yuxari hissesinde yerlesdirilmisdir Turbenin sethlerinden yuxari hisse qursaq seklinde ayrilmis ve burada da kitabe yerlesdirilmisdir Kufi xetle yazilmis bu kitabenin giris qapisindan sol terefdeki hissesinde memarin adi yazilmisdir Naxcivanli memar Ecemi Ebubekr oglu Yusif Kuseyir oglu turbesinin interyeri bezedilmemisdir Onun bayir tagcalarinin icerisi ise kerpicden yigilmis six hendesi naxis hormeleri ile uzlenmisdir Tagcalarin ustunde govdeni dovreleme yazi qursagi qapayir Oz inceliyi ve dekorativliyi ile bu kitabe zolagi govde ile ortuk arasinda yungul bir kecid yaradir Sis uclu piramidal ortuk ele bil butov prizmatik govdeye yox yazi qursaginin ince sebekesine dayanir Memar tagcalarin icerisini de naxis kompozisiyalari ile yungullesdirib kunclerin vertikal ritmini konstruktiv deyerini qabartmisdir Bayir sethlerin belece yerine uygun islenmesi butovlukde turbenin yuksek memarliq bedii gorkem arxitektonik qurulus almasina sebeb olmusdur Memar turbenin simal uzune bastag kompozisiyasi vermis onda yerustu qulleye giris qapisi yerlesdirmisdir Qapi gozu daha derin tagca icerisine salinib ustu boyuk kitabe lovhesi ile bezedilmisdir Ayrintilari bicimleri daha ince islemekle memar bu uzu heykel kimi her yandan baxilan tutumun bas elementine cevirmisdir Yusif Kuseyir oglu turbesinin hem esas tikintisi hem de bezek horgusu bir materialla keyfiyyetli bismis kerpicle islenmisdir Bu da abidenin saya aydin ve temiz hendesi biciminin butovluyunu guclendirir ona vahid ifadeli qirmizimtil kolorit verir Prizmatik govde piramidal gunbez uzlerin girinti cixintilari bol kolge isiq effektleri abidenin koloritini daha da zenginlesdirir Yusif Kuseyir oglu turbesinin kursuluyunden 7 2 m hundurlukde xarici perimetr uzre duzeldilmis frizdeki yazilarda abidenin kim terefinden tikilmesi haqqinda melumat vardir Yazinin herfleri 20 x 20 x 4 sm olculu kerpiclerden duzeldilerek onun fonunu emele getiren friz mustevisinden 2 sm ireli cixir Frizin esas mustevisini ise kicik olculu kerpicler teskil edir Bu kerpiclerin saquli tikisleri ensiz ufuqi tikisleri ise enlidir Frizin asagi ve yuxari hisselerinde kerpicden qursagi vardir Turbenin dam ortuyu sekkiztilli piramida seklindedir Dam ortuyu ikiqatlidir xarici terefden sekkiztilli iceri terefden ise qubbe seklindedir Turbenin kvadrat kerpicden horulen divarlarina qalinligi 12 sm olan pilitelerden uz cekilmisdir Binanin yerustu hissesinin qapisi catma seklindedir Tagin arxivoltu rombvari kerpicle yanlari ise yanuste qoyulmus kicik kerpiclerle bezedilmisdir Portalin umumi cercivesi duzbucaqli olub meandri xatirladan hendesi naxislarla ortulmusdur Yusif ibn Kuseyr meqberesinin bezeklerinde sirli kerpiclerden istifade olunmamisdir Bu abidede yazilar muxtelif olculu kerpiclerin horguye duzulusu neticesinde elde edilmisdir Frizler ve hasiyelerdeki kitabele rin fonunda saquli lem elif kef herflerinin arasindaki saheler hendesi naxislarla zenginlesdirilmisdir Muxtelif rengli sirli kerpiclerden ve lovhelerden Momine xatun meqberesinin bedii tertibati isinde istifade edilmisdir Onguseli meqberenin butun terefleri kufi xetli yazilarla hasiyelenmisdir Kitabelerin metni Quran ayeleridir Meqberenin tereflerindeki her on stalaktit tagda tekrar olunan yazida deyilir Hakimiyyet vahid qadir Allaha mexsusdur IstinadlarIsmayilova N Neqsicahanda adina turbe ucaldilan Yusif Kuseyr oglu kim olub Iki sahil 2015 14 mart S 18 K M Memmedzade Azerbaycanda insaat seneti Baki Elm 1978 seh 43Hemcinin baxVikianbarda Yusif ibn Kuseyir turbesi ile elaqeli mediafayllar var Azerbaycan memarligi Turbe