Bu məqalədəki nümunələr və perspektivlər mövzuya dünya miqyasında baxışı əks etdirməyə bilər. |
Yaşayış minimumu — minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma. Bu anlayış 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Adıçəkilən qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.
Yaşayış minimumunun müəyyən edilməsi ölkənin sosial siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Odur ki, yaşayış minimumunun məbləğinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası vətəndaşlarına layiq minimum həyat səviyyəsinin təmin edilməsi imkanları nəzərə alınmalıdır.
Yaşayış minimumunun hüquqi tənzimlənməsi
Qanunvericiliyin izahından görünür ki, yaşayış minimumunun minimum istehlak səbəti və icbarı ödənişlər olmaqla 2 tərkib hissəsi vardır. Minimum istehlak səbətinin anlayışı və məzmunu qismən də olsa bizə aydındır. Yuxarıda qeyd olunan qanuna görə, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bundan başqa "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı vardır ki, bəhs olunan səbətin tərkibi haqqında informasiya verir. Lakin yaşayış minimumu haqqında qanunda yaşayış minimumunun digər tərkib hissəsi olan icbari ödənişlərin nə anlayışı, nə də tərkibi barədə konkret müddəalar əks olunub. Beləliklə, yaşayış minimumunun məbləğinin hesablanması zamanı nəzərə alınan icbari ödənişlərin nələrdən ibarət olduğu qeyri-müəyyən qalır. Güman etmək olar ki, buraya fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, daşınmaz əmlakın icbari sığortası, icbari tibbi sığorta haqqı kimi ödənişlər daxildir.
Yaşayış minimumunun hüquqi tənzimlənməsini həyata keçirən "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda yaşayış minimumunun hansı məqsədlərlə istifadə olunması müəyyən edilmişdir:
- aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;
- aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında;
- əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;
- fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;
- əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;
- dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.
İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır. Qanunvericiliyin tələbinə görə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.
Minimum istehlak büdcəsi anlayışı
Belə ki, 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək Azərbaycanda minimum istehlak büdcəsi anlayışından istifadə olunurdu. "Minimum istehlak büdcəsi haqqında" 14 oktyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, minimum istehlak büdcəsi cəmiyyət tərəfindən onun indiki inkişaf dövründə mümkün olan minimum səviyyə kimi qəbul edilmiş həddən aşağı olmayan səviyyədə insanın əsas fizioloji və sosial-mədəni tələbatının ödənilməsini təmin edəcək istehlak mallarının və xidmətlərin dəyərini əks etdirir. Qüvvədən düşmüş bu qanunda indiki qanunvericilikdən fərqli olaraq istehlak səbətinə mədəni-maarif, müalicə və istirahət üçün xərclər də nəzərdə tutulmuşdu ki, bu da insanların ehtiyaclarını daha dəqiq əks etdirirdi.
İlk dəfə 1992-ci ildə "İstehlak səbətinin və minimum istehlak büdcəsinin təsdiq edilməsi barədə" Qərarla Milli Məclis adambaşına minimum istehlak büdcəsinin 3552,25 rubl məbləğində dəyərini təsdiq edir.
Yoxsulluq həddi və yaşayış minimumu
Qanuna görə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Belə ki, əvvəlki qanunda aztəminatlılıq və yoxsulluq bərabər tutulurdusa, yeni qanunda yoxsulluq anlayışı öz əksini tapmadı. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün çoxsaylı tədbirlər görülmüşdür ki, bunlar arasında 2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı və 2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramını xüsusilə vurğulamaq lazımdır.
2003–2005-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramında ölkədəki mövcud vəziyyət təhlil olunaraq qeyd edilir ki, görülən işlərə və əldə edilən nəticələrə baxmayaraq, hələlik ölkədə iqtisadiyyatın yüksək inkişaf səviyyəsini və əhalinin beynəlxalq standartlara uyğun həyat tərzini təmin etmək mümkün olmamışdır: əhalinin bir hissəsinin məşğulluq problemi həll edilməmiş, minimum əmək haqqının məbləği vətəndaşların minimum yaşayış səviyəsini təmin edən səviyyəyə çatdırılmamış, yoxsulluğu doğuran bir sıra amillər tam aradan qaldırılmamışdır.
Azərbaycan keçmiş 15 sovet respublikası arasında mərkəzdən dotasiya almayan iki respublikadan (digəri Rusiya) biri olmasına baxmayaraq, həyat səviyyəsinə görə, həmin respublikalar arasında 10-cu yeri tuturdu. 1990-cı ildə Azərbaycanda orta aylıq əmək haqqının səviyyəsi Sovet İttifaqı üzrə müvafiq göstəricidən 30%, Baltikyanı ölkələrlə müqayisədə isə 50% aşağı idi. 1990-cı ilin rəsmi statistikası əhalinin 35%-nin adambaşına gəlirinin yaşayış minimumundan aşağı olduğunu göstərir.
2001-ci ildə Dövlət Statistika Komitəsi ETM-i (Ev Təsərrüfatlarının Müayinəsi) keçirməyə başlamış və bu sorğunun ilkin nəticələrindən ölkədə yoxsulluğun qiymətləndirilməsi üçün istifadə olunmuşdur. Yoxsulluq səviyyələrinin təhlili aparılarkən rifah göstəricisi kimi adambaşına düşən istehlak xərclərinin həcmi götürülmüş və iki növ yoxsulluq həddindən istifadə olunmuşdur. Birinci hədd mütləq yoxsulluq həddi olmaqla adambaşına aylıq 120,000 AZM (25.8 ABD (dollar nəzərdə tutulur)) təşkil edir. Bu hədd gündəlik 2,200 kilokalori qida qəbulunu təmin edən minimum ərzaq istehlakı səbətinin dəyərinə əsaslanır. Minimum istehlak səbətində ərzağın çəkisi 70% həcmində götürülmüşdür. Bu, ETM-də əldə edilən nəticələrə uyğun olaraq, ev təsərrüfatlarının istehlak xərclərinin strukturundakı ərzağın mövcud xüsusi çəkisinə uyğundur. Bu yoxsulluq həddindən istifadə edərkən, 2001-ci ildə, bütün ölkə üçün yoxsulluq səviyyəsinin 49% təşkil etdiyi müəyyən edilmişdir. Yoxsulluğun ikinci həddi nisbi həddir və adambaşına orta istehlak xərclərinin səviyyəsinin 60%-i həddində müəyyən edilmişdir. Bu da, 2001-ci il üçün 72,000 AZM (15.5 ABD) təşkil etmişdir. Bu həddən istifadə edərkən yoxsulluq həddinin 17% olduğu müəyyənləşdirilmişdir. İkinci yoxsulluq həddindən ölkədə ən yoxsul təbəqənin səviyyəsini müəyyən etmək üçün istifadə oluna bilər.
Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir.
2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | |
Yoxsulluq həddi, manat | 35 | 35,8 | 38,8 | 42,6 | 58 | 64 |
Yoxsulluq səviyyəsi, faizlə | 46,7 | 44,7 | 40,2 | 29,3 | 20,8 | 15,8 |
İqtisadçı Toğrul Vəliyev yoxsulluğun yaşayış minimumu və ehtiyac meyarı ilə əlaqəsini tədqiq edərək aşağıdakı göstəriciləri əldə etmişdir:
İl | Yaşayış minimumu | DSK tərəfindən hesablanan yoxsulluq həddi | Ən yoxsul, yaşayış minimumunun 60% qismində | Ehtiyac meyarı | Ev təsərrüfatlarında adambaşına düşən gəlirlər (ETM) | Ən aşağı desil üzrə adambaşına düşən gəlirlər |
2007 | 64,0 | 64,0 | 38,4 | 40,0 | 88,1 | m/y |
2008 | 70,0 | 78,6 | 42,0 | 55,0 | 108,9 | m/y |
2009 | 84,0 | 89,5 | 50,4 | 60,0 | 125,0 | m/y |
2010 | 87,0 | 98,7 | 52,2 | 65,0 | 144,2 | m/y |
2011 | 95,0 | 107,2 | 57,0 | 75,0 | 166,0 | 109,2 |
2012 | 108,0 | 119,3 | 64,8 | 84,0 | 190,9 | 127,4 |
2013 | 116,0 | 125,2 | 69,6 | 93,0 | 214,7 | 141,5 |
2014 | 125,0 | 129,6 | 75,0 | 100,0 | 230,0 | 157,3 |
2015 | 131,0 | 135,6 | 78,6 | 105,0 | 240,5 | 156,5 |
2016 | 136,0 | 148,5 | 81,6 | 105,0 | 257,8 | 158,0 |
2017 | 155,0 | 165,7 | 93,0 | 116,0 | 268,4 | 160,4 |
2018 | 173,0 | 175,2 | 103,8 | 130,0 | 276,0 | 153,6 |
2019 | 180,0 | 185,5 | 108,0 | 143,0 | 292,6 | 160,4 |
2020 | 190,0 | 194,9 | 114,0 | 160,0 | 291,4 | 158,7 |
Bu göstəricilərdən aydın olur ki, yoxsulluq həddi yaşayış minimumundan yuxarı həddə olub. Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə yoxsulluq həddi 204,7 manatdan 229,6 manata yüksəlib. Bu isə o anlama gəlir ki, 2022-ci ildə də yaşayış minimumu yenə yoxsulluq həddindən aşağıdır. Belə ki, 2022-ci il üçün yaşayış minimumu 210 manat hesablanmışdı.
Yaşayış minimumunun minimum əməkhaqqı, ehtiyac meyarı və digər sosial anlayışlarla əlaqəsi
"Yaşayış minimumu haqqında" Axərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir. Ölkə üzrə əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Uzun müddət Azərbaycanda yaşayış minimumunun məbləği minimum əməkhaqqından və ehtiyac meyarından yüksək olmuşdur. Minimum əməkhaqqının minimum yaşayışı təmin edə bilməməsi əhalinin yoxsulluq səviyyəsinin artmasına səbəb olan başlıca amillərdən biri idi. 2004-cü ildə adıçəkilən Qanun qəbul olunanda Azərbaycan Respublikasında minimum əməkhaqqı və ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi nəzərdə tutulmuşdu. Lakin uzun illər həmin hədəfə çatılmamış və 2008–2015-ci illər üçün Dövlət Proqramında minimum əməkhaqqının məbləğinin mütəmadi olaraq artırılacağı və 2011-ci ildən ölkə üzrə yaşayış minimumu səviyyəsini üstələmək şərtilə müəyyənləşdiriləcəyi vəd edilmişdi. Lakin 2011-ci ildə bu vəd yerinə yetirilmədi. Daha sonra "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında" 29 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə minimum əməkhaqqının və ehtiyac meyarının məbləğinin yüksəldilməsi yenidən hədəf kimi müəyyən edildi. Konsepsiyaya görə, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativ orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görülməli idi.
Yaşayış minimumu haqqında Qanunda yaşayış minimumunun əmək haqqının minimum məbləğinin və pensiyaların baza hissəsinin müəyyən edilməsinin əsasını təşkil etdiyi vurğulansa da, bu hüquqi baxımdan icbari bağlılığı nəzərdə tutmur. Məsələn Rusiya Əmək Məcəlləsində göstərilir ki, əmək haqqının minimum səviyyəsi yaşayış minimumundan aşağı müəyyən edilə bilməz.
2019-cu ilin mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan iki sosial paketin icra edilməsi nəticəsində minimum əməkhaqqı səviyyəsi 130 manatdan 250 manata qaldırılmaqla ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi.
Ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə mühüm əhəmiyyət kəsb edən ehtiyac meyarı da uzun illər yaşayış minimumunun məbləğindən aşağı olmuşdur. 2004-cü ildə qoyulmuş hədəfə nəhayət 2023-cü ildə çatmaq mümkün olmuşdur. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunları ilə ilk dəfə yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və hər ikisi 246 manat təşkil etmişdir.
Ehtiyac meyarı göstəricisinin yaşayış minimumuna yaxınlaşdırılması və çatdırılması ünvanlı dövlət sosial yardımının məbləğinin artması yolu ilə həm effektliliyin yüksəlməsinə şərait yaradır, həm də sözügedən yardıma həqiqi ehtiyacı olan kontingenti dəqiq müəyyən etməyə daha çox imkanlar açır.
Yaşayış minimumunun məbləği həm də uşaqlara görə ödənilən alimentin məbləğinə də təsir göstərir. 2023-cü il üçün uşaqların yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Odur ki, bir uşaq üçün alimentin məbləği də müvafiq olaraq 220 manat təşkil edir.
DSK-nın rəqəmlərinə görə, Azərbaycandakı tələbələrin 173 min 474-ü əyani təhsil alır. Bu o deməkdir ki, ölkədəki tələbələrin təxminən 82 faizi əyani, 18 faizi qiyabi təhsil alanlardır. Onların 87 min 575 nəfəri təqaüd alır. Bu baxımdan aydın olur ki, Azərbaycandakı bütün tələbələrin 42 faizinin, əyani təhsil alanlarınsa 51 faizə yaxınının təqaüdü var. Hər iki tələbədən biri də dövlətdən ödəniş əldə etmir. Bu ilin yanvarından bəri Azərbaycanda bakalavr təhsili alan tələbələrin maksimum təqaüd məbləği 175 manatdır. Akademik göstəriciləri 91–100 bal arası olan tələbələr bu qədər təqaüd ala bilər. Akademik göstəriciləri 71-dən çox olan tələbələrə 145 manat, 51-dən yüksək olanlara isə 100 manat təqaüd ödənilir. Bu il Azərbaycanda yaşayış minimumu 246 manatdırsa, deməli, hazırda ən yüksək tələbə təqaüdü belə yaşayış minimumundan 30 faiz azdır. Bu baxımdan, tələbələrin yalnız təqaüd hesabına minimum ehtiyaclarını ödəməsi imkansızdır.
Azərbaycanda gəlir vergisi və yaşayış minimumu arasında əlaqə
"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununun yaşayış minimumunun təyinatı adlanan 2-ci maddəsində onun hansı məqsədlərlə istifadə olunduğu qeyd edilmişdir. Həmin məqsədlərdən biri yaşayış minimumunun fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında istifadə olunmasıdır. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, həmin gəlirin 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir. Aylıq gəlirin 200 manatlıq hissəsinin vergidən azad olunması məzmununda Vergi Məcəlləsinə edilmiş dəyişiklik fiziki şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması yönündə atılmış addım olaraq dəyişikliyin edildiyi dövrün ölkə üzrə yaşayış minimumunun məbləğindən daha yuxarı məbləğdə hissənin vergidən azad olunması ilə yaşayış minimumu haqqında qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Lakin 2022-ci ildən etibarən ölkə üzrə yaşayış minimumunun 210 manat olması ilə Məcəlləyə edilmiş həmin dəyişiklik fiziki şəxslərin maddi vəziyyətini ağırlaşdırmağa başlamışdır. Bu da yaşayış minimumu haqqında qanunla Vergi Məcəlləsi arasında uyğunsuzluğa gətirib çıxarır.
Fiziki şəxslərin aylıq gəlirindən vergidən azad olunan hissə ilə bağlı Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər baş vermişdir:
Nədən | Hansı hissədən | Nə qədər | Hansı tarixdən | |
---|---|---|---|---|
1. | aylıq gəlirdən | şərti maliyyə vahidinin 200 mislinədək | şərti maliyyə vahidinin 30 misli | 01.01.2006 |
2. | –– | 200 manatadək | 30 manat | 01.01.2007 |
3. | –– | –– | minimum əmək haqqının 1 misli | 01.01.2008 |
4. | fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirdən | –– | –– | 01.01.2010 |
5. | –– | –– | əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli | 01.01.2013 |
6. | –– | 250 manatadək | –– | 01.09.2013 |
7. | –– | 2500 manatadək | ölkə üzrə yaşayış minimumunun 1 misli | 01.01.2016 |
8. | –– | –– | 200 manat | 01.01.2019 |
Azərbaycanda yaşayış minimumunun dinamikası
Azərbaycanda yaşayış minimumunun məbləği 4 qrup üzrə müəyyən olunur. Bunlardan ilki ümumi ölkə üzrə, digərləri isə əhalinin aşağıdakı əsas sosial-demoqrafik qrupları üzrədir:
- əmək qabiliyyətli əhali;
- pensiyaçılar;
- uşaqlar (0–15 yaş).
Burada uşaqlar qrupuna 15 yaşa qədər uşaqların aid edilmə səbəbi Əmək Məcəlləsinə əsasən 15 yaşından etibarən uşaqların işə götürülə bilməsi, yəni əmək qabiliyyətli hesab olunmasıdır.
Yaşayış minimumunun məbləği, bir qayda olaraq, hər ilin sonlarında növbəti il üçün qanun şəklində qəbul edilir və növbəti ilin yanvarın 1-indən qüvvəyə minir. Azərbaycanda yaşayış minimumunun 2007-ci ildən etibarən illər üzrə dinamikası aşağıda göstərilib:
İl | Ölkə üzrə | Əmək qabiliyyətli əhali üçün | Pensiyaçılar üçün | Uşaqlar üçün |
---|---|---|---|---|
2007 | 64 | 70 | 49,7 | 52,4 |
2008 | 70 | 79 | 55 | 59 |
2009 | 84 | 92 | 65 | 69 |
2010 | 87 | 96 | 68 | 72 |
2011 | 95 | 102 | 72 | 76 |
2012 | 108 | 116 | 84 | 87 |
2013 | 116 | 125 | 94 | 93 |
2014 | 125 | 136 | 103 | 103 |
2015 | 131 | 140 | 108 | 108 |
2016 | 136 | 146 | 115 | 117 |
2017 | 155 | 164,5 | 130,2 | 136,6 |
2018 | 173 | 183 | 144 | 154 |
2019 | 180 | 191 | 149 | 160 |
2020 | 190 | 201 | 157 | 170 |
2021 | 196 | 207 | 162 | 175 |
2022 | 210 | 220 | 176 | 193 |
2023 | 246 | 261 | 199 | 220 |
2024 | 270 | 287 | 222 | 235 |
Sonuncu dəfə 5 dekabr 2023-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
İstinadlar
- "768-IIQ - Yaşayış minimumu haqqında". 2021-09-22 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "329 - Minimum istehlak büdcəsi haqqında". 2023-05-15 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "423 - İstehlak səbətinin və minimum istehlak büdcəsinin təsdiq edilməsi barədə". 2018-12-19 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "854 - "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında". 2022-06-17 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "3043 - "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında". 2022-12-01 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "Azərbaycanda yoxsullar və işsizlər - Baku Research Institute". 2023-04-17 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "Azərbaycanda yoxsulluq səviyyəsi AZALIR - Ən çox kasıb bu yerlərdə yaşayır". İstifadə tarixi: 2023-11-30.
- "800 - "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında". 2023-03-23 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "Azərbaycanda minimum əmək haqqı və muzdlu əmək - Baku Research Institute". İstifadə tarixi: 2023-11-30.
- "Oxu.az - Ehtiyac meyarı göstəricisinə niyə ehtiyac yoxdur?". 2022-12-23 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "675-VIQD - Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında". 2023-03-22 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "676-VIQ - Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında". 2023-03-21 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "Alimentin minimum məbləği 220 manat oldu". 2023-06-02 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "Xarici ölkələrdəki tələbələrə güzəştlər Azərbaycanda da varmı?". 2024-01-15 tarixində . İstifadə tarixi: 2024-01-15.
- "Azərbaycan Respublikasının Vergi Məcəlləsi". 2022-03-03 tarixində . İstifadə tarixi: 2024-01-15.
- "İllər üzrə minimum əmək haqqı, yaşayış minimumu | Vergi.Az". 2023-03-28 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". 2023-03-31 tarixində . İstifadə tarixi: 2023-11-30.
- "1031-VIQ - Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında". 2024-01-15 tarixində . İstifadə tarixi: 2024-01-15.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki numuneler ve perspektivler movzuya dunya miqyasinda baxisi eks etdirmeye biler Siz bu meqaleni tekmillesdire meseleni muzakire ede ve ya lazim olduqda yeni meqale yarada bilersiniz Yasayis minimumu minimum istehlak sebetinin deyeri ve icbari odenislerin ceminden ibaret sosial norma Bu anlayis 5 oktyabr 2004 cu il tarixli Yasayis minimumu haqqinda Azerbaycan Respublikasinin Qanununda oz eksini tapmisdir Adicekilen qanun Azerbaycan Respublikasinda yasayis minimumunun mueyyenlesdirilmesinin ona dovlet teminatinin olkenin sosial iqtisadi inkisafina uygun olaraq yasayis minimumunun yukseldilmesinin prinsiplerini ve qaydalarini mueyyen edir Yasayis minimumunun mueyyen edilmesi olkenin sosial siyasetinin muhum terkib hissesidir Azerbaycan Respublikasi Konstitusiyasinin 12 ci maddesine esasen insan ve vetendas huquqlarinin ve azadliqlarinin Azerbaycan Respublikasinin vetendaslarina layiqli heyat seviyyesinin temin edilmesi dovletin ali meqsedidir Odur ki yasayis minimumunun mebleginin mueyyen edilmesi zamani Azerbaycan Respublikasi vetendaslarina layiq minimum heyat seviyyesinin temin edilmesi imkanlari nezere alinmalidir Yasayis minimumunun huquqi tenzimlenmesiQanunvericiliyin izahindan gorunur ki yasayis minimumunun minimum istehlak sebeti ve icbari odenisler olmaqla 2 terkib hissesi vardir Minimum istehlak sebetinin anlayisi ve mezmunu qismen de olsa bize aydindir Yuxarida qeyd olunan qanuna gore minimum istehlak sebeti insanin saglamliginin ve heyat fealiyyetinin minimum seviyyesi ucun zeruri olan erzaq qeyri erzaq mallari ve xidmetlerin elmi normalar esasinda mueyyen edilmis toplusudur Bundan basqa Azerbaycan Respublikasinda minimum istehlak sebetinin terkibinin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2005 ci il 23 iyun tarixli 118 nomreli qerari vardir ki behs olunan sebetin terkibi haqqinda informasiya verir Lakin yasayis minimumu haqqinda qanunda yasayis minimumunun diger terkib hissesi olan icbari odenislerin ne anlayisi ne de terkibi barede konkret muddealar eks olunub Belelikle yasayis minimumunun mebleginin hesablanmasi zamani nezere alinan icbari odenislerin nelerden ibaret oldugu qeyri mueyyen qalir Guman etmek olar ki buraya fiziki sexslerin torpaq vergisi emlak vergisi dasinmaz emlakin icbari sigortasi icbari tibbi sigorta haqqi kimi odenisler daxildir Yasayis minimumunun huquqi tenzimlenmesini heyata keciren Yasayis minimumu haqqinda Azerbaycan Respublikasinin Qanununda yasayis minimumunun hansi meqsedlerle istifade olunmasi mueyyen edilmisdir azteminatli ailelere unvanli dovlet sosial yardiminin gosterilmesi sisteminin formalasdirilmasinda ve tetbiqinde azteminatli ailelerin rifahinin yukseldilmesi konsepsiyasinin ve Dovlet Proqramlarinin hazirlanmasinda ehalinin heyat seviyyesinin qiymetlendirilmesinde ve proqnozlasdirilmasinda fiziki sexslerin gelirlerinin vergiye ve icbari odenislere celb edilmeyen heddinin esaslandirilmasinda ehalinin pul gelirlerinin ve emanetlerinin indekslesdirilmesi uzre tedbirlerin islenib hazirlanmasinda ve heyata kecirilmesinde dovlet budcesinin yerli budcelerin budcedenkenar dovlet fondlarinin qanunvericilikle tenzimlenen qiymet ve tariflerin formalasdirilmasinda Istehlak sebetine daxil olan erzaq mehsullari qeyri erzaq mallari ve xidmetler orta bazar qiymetleri tarifleri ile icbari odenisler ise normalasmis faktiki mesrefler esasinda hesablanir Qanunvericiliyin telebine gore ehalinin esas sosial demoqrafik qruplari uzre yasayis minimumu ilde bir defe yeniden hesablanir ve dovlet budcesi ile birge tesdiq edilir Ehalinin esas sosial demoqrafik qruplari uzre yasayis minimumu azteminatliligin heddini mueyyen edir ve resmi dovlet nesrlerinde derc olunur Minimum istehlak budcesi anlayisiBele ki 5 oktyabr 2004 cu il tarixli Yasayis minimumu haqqinda Azerbaycan Respublikasinin Qanunu qebul edilenedek Azerbaycanda minimum istehlak budcesi anlayisindan istifade olunurdu Minimum istehlak budcesi haqqinda 14 oktyabr 1992 ci il tarixli Azerbaycan Respublikasi Qanununa esasen minimum istehlak budcesi cemiyyet terefinden onun indiki inkisaf dovrunde mumkun olan minimum seviyye kimi qebul edilmis hedden asagi olmayan seviyyede insanin esas fizioloji ve sosial medeni telebatinin odenilmesini temin edecek istehlak mallarinin ve xidmetlerin deyerini eks etdirir Quvveden dusmus bu qanunda indiki qanunvericilikden ferqli olaraq istehlak sebetine medeni maarif mualice ve istirahet ucun xercler de nezerde tutulmusdu ki bu da insanlarin ehtiyaclarini daha deqiq eks etdirirdi Ilk defe 1992 ci ilde Istehlak sebetinin ve minimum istehlak budcesinin tesdiq edilmesi barede Qerarla Milli Meclis adambasina minimum istehlak budcesinin 3552 25 rubl mebleginde deyerini tesdiq edir Yoxsulluq heddi ve yasayis minimumuQanuna gore ehalinin esas sosial demoqrafik qruplari uzre yasayis minimumu azteminatliligin heddini mueyyen edir Bele ki evvelki qanunda azteminatliliq ve yoxsulluq beraber tutulurdusa yeni qanunda yoxsulluq anlayisi oz eksini tapmadi Ilham Eliyevin prezidentliyi dovrunde Azerbaycanda yoxsullugun aradan qaldirilmasi ucun coxsayli tedbirler gorulmusdur ki bunlar arasinda 2003 2005 ci iller ucun Azerbaycan Respublikasinda yoxsullugun azaldilmasi ve iqtisadi inkisaf uzre Dovlet Proqrami ve 2008 2015 ci illerde Azerbaycan Respublikasinda yoxsullugun azaldilmasi ve davamli inkisaf Dovlet Proqramini xususile vurgulamaq lazimdir 2003 2005 ci iller ucun nezerde tutulmus Dovlet Proqraminda olkedeki movcud veziyyet tehlil olunaraq qeyd edilir ki gorulen islere ve elde edilen neticelere baxmayaraq helelik olkede iqtisadiyyatin yuksek inkisaf seviyyesini ve ehalinin beynelxalq standartlara uygun heyat terzini temin etmek mumkun olmamisdir ehalinin bir hissesinin mesgulluq problemi hell edilmemis minimum emek haqqinin meblegi vetendaslarin minimum yasayis seviyesini temin eden seviyyeye catdirilmamis yoxsullugu doguran bir sira amiller tam aradan qaldirilmamisdir Azerbaycan kecmis 15 sovet respublikasi arasinda merkezden dotasiya almayan iki respublikadan digeri Rusiya biri olmasina baxmayaraq heyat seviyyesine gore hemin respublikalar arasinda 10 cu yeri tuturdu 1990 ci ilde Azerbaycanda orta ayliq emek haqqinin seviyyesi Sovet Ittifaqi uzre muvafiq gostericiden 30 Baltikyani olkelerle muqayisede ise 50 asagi idi 1990 ci ilin resmi statistikasi ehalinin 35 nin adambasina gelirinin yasayis minimumundan asagi oldugunu gosterir 2001 ci ilde Dovlet Statistika Komitesi ETM i Ev Teserrufatlarinin Muayinesi kecirmeye baslamis ve bu sorgunun ilkin neticelerinden olkede yoxsullugun qiymetlendirilmesi ucun istifade olunmusdur Yoxsulluq seviyyelerinin tehlili aparilarken rifah gostericisi kimi adambasina dusen istehlak xerclerinin hecmi goturulmus ve iki nov yoxsulluq heddinden istifade olunmusdur Birinci hedd mutleq yoxsulluq heddi olmaqla adambasina ayliq 120 000 AZM 25 8 ABD dollar nezerde tutulur teskil edir Bu hedd gundelik 2 200 kilokalori qida qebulunu temin eden minimum erzaq istehlaki sebetinin deyerine esaslanir Minimum istehlak sebetinde erzagin cekisi 70 hecminde goturulmusdur Bu ETM de elde edilen neticelere uygun olaraq ev teserrufatlarinin istehlak xerclerinin strukturundaki erzagin movcud xususi cekisine uygundur Bu yoxsulluq heddinden istifade ederken 2001 ci ilde butun olke ucun yoxsulluq seviyyesinin 49 teskil etdiyi mueyyen edilmisdir Yoxsullugun ikinci heddi nisbi heddir ve adambasina orta istehlak xerclerinin seviyyesinin 60 i heddinde mueyyen edilmisdir Bu da 2001 ci il ucun 72 000 AZM 15 5 ABD teskil etmisdir Bu hedden istifade ederken yoxsulluq heddinin 17 oldugu mueyyenlesdirilmisdir Ikinci yoxsulluq heddinden olkede en yoxsul tebeqenin seviyyesini mueyyen etmek ucun istifade oluna biler Hemin Dovlet Proqraminin heyata kecirilmesi neticesinde 2005 ci ilde yoxsulluq seviyyesi 2002 ci ildeki 46 7 faizden 29 3 faize endirilmisdir Sonraki illerde bu istiqametde nailiyyetler daha da artirilmis ve 2007 ci ilin axirina yoxsulluq seviyyesi 15 8 faiz teskil etmisdir Azerbaycan Respublikasi uzre yoxsulluq seviyyesi 2002 2003 2004 2005 2006 2007Yoxsulluq heddi manat 35 35 8 38 8 42 6 58 64Yoxsulluq seviyyesi faizle 46 7 44 7 40 2 29 3 20 8 15 8 Iqtisadci Togrul Veliyev yoxsullugun yasayis minimumu ve ehtiyac meyari ile elaqesini tedqiq ederek asagidaki gostericileri elde etmisdir Yoxsulluga aid bezi gostericilerin muqayisesi butun gostericiler AZN ile Il Yasayis minimumu DSK terefinden hesablanan yoxsulluq heddi En yoxsul yasayis minimumunun 60 qisminde Ehtiyac meyari Ev teserrufatlarinda adambasina dusen gelirler ETM En asagi desil uzre adambasina dusen gelirler2007 64 0 64 0 38 4 40 0 88 1 m y2008 70 0 78 6 42 0 55 0 108 9 m y2009 84 0 89 5 50 4 60 0 125 0 m y2010 87 0 98 7 52 2 65 0 144 2 m y2011 95 0 107 2 57 0 75 0 166 0 109 22012 108 0 119 3 64 8 84 0 190 9 127 42013 116 0 125 2 69 6 93 0 214 7 141 52014 125 0 129 6 75 0 100 0 230 0 157 32015 131 0 135 6 78 6 105 0 240 5 156 52016 136 0 148 5 81 6 105 0 257 8 158 02017 155 0 165 7 93 0 116 0 268 4 160 42018 173 0 175 2 103 8 130 0 276 0 153 62019 180 0 185 5 108 0 143 0 292 6 160 42020 190 0 194 9 114 0 160 0 291 4 158 7 Bu gostericilerden aydin olur ki yoxsulluq heddi yasayis minimumundan yuxari hedde olub Dovlet Statistika Komitesinin melumatina gore 2022 ci ilde yoxsulluq heddi 204 7 manatdan 229 6 manata yukselib Bu ise o anlama gelir ki 2022 ci ilde de yasayis minimumu yene yoxsulluq heddinden asagidir Bele ki 2022 ci il ucun yasayis minimumu 210 manat hesablanmisdi Yasayis minimumunun minimum emekhaqqi ehtiyac meyari ve diger sosial anlayislarla elaqesi Yasayis minimumu haqqinda Axerbaycan Respublikasinin Qanununun 5 ci maddesine gore olke uzre tesdiq edilmis yasayis minimumu emekhaqqinin minimum mebleginin muavinetlerin teqaudlerin diger odenislerin ve unvanli dovlet sosial yardiminin teyin edilmesi meqsedile ehtiyac meyarinin mueyyen edilmesinin esasini teskil edir Mulkiyyet formasindan asili olmayaraq muessise idare ve teskilatlar ixtisassiz emekle mesgul olan iscilerine emekhaqqini minimum emekhaqqi mebleginden az olmayaraq odemelidir Olke uzre emekhaqqinin minimum mebleginin muavinetlerin teqaudlerin unvanli dovlet sosial yardiminin teyin edilmesi meqsedile ehtiyac meyarinin heddinin mebleginin yasayis minimumuna nisbeti her il Azerbaycan Respublikasinin Prezidenti ile razilasdirmaqla Azerbaycan Respublikasinin Nazirler Kabineti terefinden mueyyen edilir Uzun muddet Azerbaycanda yasayis minimumunun meblegi minimum emekhaqqindan ve ehtiyac meyarindan yuksek olmusdur Minimum emekhaqqinin minimum yasayisi temin ede bilmemesi ehalinin yoxsulluq seviyyesinin artmasina sebeb olan baslica amillerden biri idi 2004 cu ilde adicekilen Qanun qebul olunanda Azerbaycan Respublikasinda minimum emekhaqqi ve ehtiyac meyarinin heddinin merhelelerle olke uzre yasayis minimumu seviyyesine yukseldilmesi nezerde tutulmusdu Lakin uzun iller hemin hedefe catilmamis ve 2008 2015 ci iller ucun Dovlet Proqraminda minimum emekhaqqinin mebleginin mutemadi olaraq artirilacagi ve 2011 ci ilden olke uzre yasayis minimumu seviyyesini ustelemek sertile mueyyenlesdirileceyi ved edilmisdi Lakin 2011 ci ilde bu ved yerine yetirilmedi Daha sonra Azerbaycan 2020 geleceye baxis Inkisaf Konsepsiyasinin tesdiq edilmesi haqqinda 29 dekabr 2012 ci il tarixli Azerbaycan Respublikasi Prezidentinin Fermani ile minimum emekhaqqinin ve ehtiyac meyarinin mebleginin yukseldilmesi yeniden hedef kimi mueyyen edildi Konsepsiyaya gore isleyen vetendaslarin layiqli heyat seviyyesini temin etmek meqsedile iqtisadiyyatin inkisafindan asili olaraq minimum emekhaqqi mebleginin tedricen minimum yasayis standartlarina ve Avropa olkelerinde mueyyen edilmis normativ orta ayliq emekhaqqinin 60 faizi meblegine catdirilmasi istiqametinde tedbirler gorulmeli idi Yasayis minimumu haqqinda Qanunda yasayis minimumunun emek haqqinin minimum mebleginin ve pensiyalarin baza hissesinin mueyyen edilmesinin esasini teskil etdiyi vurgulansa da bu huquqi baximdan icbari bagliligi nezerde tutmur Meselen Rusiya Emek Mecellesinde gosterilir ki emek haqqinin minimum seviyyesi yasayis minimumundan asagi mueyyen edile bilmez 2019 cu ilin mart ve sentyabr aylarinda emekhaqlari pensiya sosial muavinet ve teqaudlerin artimini nezerde tutan iki sosial paketin icra edilmesi neticesinde minimum emekhaqqi seviyyesi 130 manatdan 250 manata qaldirilmaqla ilk defe olaraq neinki olke uzre mueyyen edilmis yasayis minimumu gostericisine catdi hetta onu kecdi Unvanli dovlet sosial yardimin teyin edilmesi meqsedile muhum ehemiyyet kesb eden ehtiyac meyari da uzun iller yasayis minimumunun mebleginden asagi olmusdur 2004 cu ilde qoyulmus hedefe nehayet 2023 cu ilde catmaq mumkun olmusdur Azerbaycan Respublikasinda 2023 cu il ucun yasayis minimumu haqqinda ve Azerbaycan Respublikasinda 2023 cu il ucun ehtiyac meyarinin heddi haqqinda 9 dekabr 2022 ci il tarixli Azerbaycan Respublikasinin Qanunlari ile ilk defe yasayis minimumu ve ehtiyac meyarinin heddi beraberlesmis ve her ikisi 246 manat teskil etmisdir Ehtiyac meyari gostericisinin yasayis minimumuna yaxinlasdirilmasi ve catdirilmasi unvanli dovlet sosial yardiminin mebleginin artmasi yolu ile hem effektliliyin yukselmesine serait yaradir hem de sozugeden yardima heqiqi ehtiyaci olan kontingenti deqiq mueyyen etmeye daha cox imkanlar acir Yasayis minimumunun meblegi hem de usaqlara gore odenilen alimentin meblegine de tesir gosterir 2023 cu il ucun usaqlarin yasayis minimumu 220 manat mueyyen edilmisdir Aliment ohdeliyi olan sexs islemirse ve ya hec bir geliri yoxdursa bu zaman mehkeme hemin sexse alimentin odenilmesini sabit pul mebleginde teyin edir Alimentin sabit pul meblegi usaqlar ucun yasayis minimumuna uygun olaraq hesablanir Odur ki bir usaq ucun alimentin meblegi de muvafiq olaraq 220 manat teskil edir DSK nin reqemlerine gore Azerbaycandaki telebelerin 173 min 474 u eyani tehsil alir Bu o demekdir ki olkedeki telebelerin texminen 82 faizi eyani 18 faizi qiyabi tehsil alanlardir Onlarin 87 min 575 neferi teqaud alir Bu baximdan aydin olur ki Azerbaycandaki butun telebelerin 42 faizinin eyani tehsil alanlarinsa 51 faize yaxininin teqaudu var Her iki telebeden biri de dovletden odenis elde etmir Bu ilin yanvarindan beri Azerbaycanda bakalavr tehsili alan telebelerin maksimum teqaud meblegi 175 manatdir Akademik gostericileri 91 100 bal arasi olan telebeler bu qeder teqaud ala biler Akademik gostericileri 71 den cox olan telebelere 145 manat 51 den yuksek olanlara ise 100 manat teqaud odenilir Bu il Azerbaycanda yasayis minimumu 246 manatdirsa demeli hazirda en yuksek telebe teqaudu bele yasayis minimumundan 30 faiz azdir Bu baximdan telebelerin yalniz teqaud hesabina minimum ehtiyaclarini odemesi imkansizdir Azerbaycanda gelir vergisi ve yasayis minimumu arasinda elaqe Yasayis minimumu haqqinda Azerbaycan Respublikasinin Qanununun yasayis minimumunun teyinati adlanan 2 ci maddesinde onun hansi meqsedlerle istifade olundugu qeyd edilmisdir Hemin meqsedlerden biri yasayis minimumunun fiziki sexslerin gelirlerinin vergiye ve icbari odenislere celb edilmeyen heddinin esaslandirilmasinda istifade olunmasidir Vergi Mecellesinin 102 1 6 ci maddesine gore fiziki sexsin esas is yerinde emek kitabcasinin oldugu yerde her hansi muzdlu isle elaqedar elde edilen ayliq geliri 2500 manatadek olduqda hemin gelirin 200 manat mebleginde olan hissesi gelir vergisinden azad edilir Ayliq gelirin 200 manatliq hissesinin vergiden azad olunmasi mezmununda Vergi Mecellesine edilmis deyisiklik fiziki sexslerin maddi veziyyetinin yaxsilasdirilmasi yonunde atilmis addim olaraq deyisikliyin edildiyi dovrun olke uzre yasayis minimumunun mebleginden daha yuxari meblegde hissenin vergiden azad olunmasi ile yasayis minimumu haqqinda qanunvericiliyin teleblerine uygun olmusdur Lakin 2022 ci ilden etibaren olke uzre yasayis minimumunun 210 manat olmasi ile Mecelleye edilmis hemin deyisiklik fiziki sexslerin maddi veziyyetini agirlasdirmaga baslamisdir Bu da yasayis minimumu haqqinda qanunla Vergi Mecellesi arasinda uygunsuzluga getirib cixarir Fiziki sexslerin ayliq gelirinden vergiden azad olunan hisse ile bagli Vergi Mecellesinde asagidaki deyisiklikler bas vermisdir Neden Hansi hisseden Ne qeder Hansi tarixden1 ayliq gelirden serti maliyye vahidinin 200 mislinedek serti maliyye vahidinin 30 misli 01 01 20062 200 manatadek 30 manat 01 01 20073 minimum emek haqqinin 1 misli 01 01 20084 fiziki sexsin esas is yerinde emek kitabcasinin oldugu yerde her hansi muzdlu isle elaqedar elde edilen ayliq gelirden 01 01 20105 emek qabiliyyetli ehali ucun olke uzre yasayis minimumunun 1 misli 01 01 20136 250 manatadek 01 09 20137 2500 manatadek olke uzre yasayis minimumunun 1 misli 01 01 20168 200 manat 01 01 2019Azerbaycanda yasayis minimumunun dinamikasiAzerbaycanda yasayis minimumunun meblegi 4 qrup uzre mueyyen olunur Bunlardan ilki umumi olke uzre digerleri ise ehalinin asagidaki esas sosial demoqrafik qruplari uzredir emek qabiliyyetli ehali pensiyacilar usaqlar 0 15 yas Burada usaqlar qrupuna 15 yasa qeder usaqlarin aid edilme sebebi Emek Mecellesine esasen 15 yasindan etibaren usaqlarin ise goturule bilmesi yeni emek qabiliyyetli hesab olunmasidir Yasayis minimumunun meblegi bir qayda olaraq her ilin sonlarinda novbeti il ucun qanun seklinde qebul edilir ve novbeti ilin yanvarin 1 inden quvveye minir Azerbaycanda yasayis minimumunun 2007 ci ilden etibaren iller uzre dinamikasi asagida gosterilib Yasayis minimumunun meblegi iller ve ehali qruplari uzre manatla Il Olke uzre Emek qabiliyyetli ehali ucun Pensiyacilar ucun Usaqlar ucun2007 64 70 49 7 52 42008 70 79 55 592009 84 92 65 692010 87 96 68 722011 95 102 72 762012 108 116 84 872013 116 125 94 932014 125 136 103 1032015 131 140 108 1082016 136 146 115 1172017 155 164 5 130 2 136 62018 173 183 144 1542019 180 191 149 1602020 190 201 157 1702021 196 207 162 1752022 210 220 176 1932023 246 261 199 2202024 270 287 222 235 Sonuncu defe 5 dekabr 2023 cu il tarixli Qanunla 2024 cu il ucun yasayis minimumu olke uzre 270 manat emek qabiliyyetli ehali ucun 287 manat pensiyacilar ucun 222 manat usaqlar ucun 235 manat mebleginde mueyyen edilmisdir Istinadlar 768 IIQ Yasayis minimumu haqqinda 2021 09 22 tarixinde Istifade tarixi 2023 11 30 329 Minimum istehlak budcesi haqqinda 2023 05 15 tarixinde Istifade tarixi 2023 11 30 423 Istehlak sebetinin ve minimum istehlak budcesinin tesdiq edilmesi barede 2018 12 19 tarixinde Istifade tarixi 2023 11 30 854 2003 2005 ci iller ucun Azerbaycan Respublikasinda yoxsullugun azaldilmasi ve iqtisadi inkisaf uzre Dovlet Proqrami nin tesdiq edilmesi haqqinda 2022 06 17 tarixinde Istifade tarixi 2023 11 30 3043 2008 2015 ci illerde Azerbaycan Respublikasinda yoxsullugun azaldilmasi ve davamli inkisaf Dovlet Proqrami nin tesdiq edilmesi haqqinda 2022 12 01 tarixinde Istifade tarixi 2023 11 30 Azerbaycanda yoxsullar ve issizler Baku Research Institute 2023 04 17 tarixinde Istifade tarixi 2023 11 30 Azerbaycanda yoxsulluq seviyyesi AZALIR En cox kasib bu yerlerde yasayir Istifade tarixi 2023 11 30 800 Azerbaycan 2020 geleceye baxis Inkisaf Konsepsiyasinin tesdiq edilmesi haqqinda 2023 03 23 tarixinde Istifade tarixi 2023 11 30 Azerbaycanda minimum emek haqqi ve muzdlu emek Baku Research Institute Istifade tarixi 2023 11 30 Oxu az Ehtiyac meyari gostericisine niye ehtiyac yoxdur 2022 12 23 tarixinde Istifade tarixi 2023 11 30 675 VIQD Azerbaycan Respublikasinda 2023 cu il ucun yasayis minimumu haqqinda 2023 03 22 tarixinde Istifade tarixi 2023 11 30 676 VIQ Azerbaycan Respublikasinda 2023 cu il ucun ehtiyac meyarinin heddi haqqinda 2023 03 21 tarixinde Istifade tarixi 2023 11 30 Alimentin minimum meblegi 220 manat oldu 2023 06 02 tarixinde Istifade tarixi 2023 11 30 Xarici olkelerdeki telebelere guzestler Azerbaycanda da varmi 2024 01 15 tarixinde Istifade tarixi 2024 01 15 Azerbaycan Respublikasinin Vergi Mecellesi 2022 03 03 tarixinde Istifade tarixi 2024 01 15 Iller uzre minimum emek haqqi yasayis minimumu Vergi Az 2023 03 28 tarixinde Istifade tarixi 2023 11 30 Azerbaycan Respublikasinda 2022 ci il ucun yasayis minimumu haqqinda Azerbaycan Respublikasinin Qanunu Azerbaycan Prezidentinin Resmi internet sehifesi 2023 03 31 tarixinde Istifade tarixi 2023 11 30 1031 VIQ Azerbaycan Respublikasinda 2024 cu il ucun yasayis minimumu haqqinda 2024 01 15 tarixinde Istifade tarixi 2024 01 15 Hemcinin baxMinimum istehlak sebeti Minimum ayliq emekhaqqi Yoxsulluq