Xocavənd əməliyyatı — 7 aprel 1997-ci ildə Azərbaycanın iki kəşfiyyat qrupunun xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilməsi. Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.
Xocavənd əməliyyatı | |||
---|---|---|---|
Tarix | 7-10 aprel 1997 | ||
Yeri | Qarabağ, Azərbaycan | ||
Səbəbi | Qarabağ münaqişəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Düşmənin arxasına keçərək tapşırığı yerinə yetirən qruplardan birincisi itkisiz qayıdıb. Lakin əməliyyatın üçüncü günü səkkiz nəfərdən ibarət olan ikinci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəssə də, uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında onu dəyişmək mümkün olub.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə (ölümündən sonra) ilə təltif ediliblər.
Əməliyyat
Elxan Ağayev (solda) və Vüqar Yarəhmədovun (sağda) əməliyyatdan öncə çəkdirdikləri fotolar. |
7 aprel 1997-ci ildə Azərbaycan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib. Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.Mais Bərxudarovun rəhbərlik etdiyi birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb.
Leytenantlar (qrupun komandiri) və , çavuşlar , , , , və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonunun Horadiz istiqamətindən təmas xəttini keçiblər və təxminən 40-50 kilometr yol qət etməklə döyüş tapşırığını yerinə yetiriblər. Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar.
Qrupun üzvü Aqil Əhmədovun sözlərinə görə, üçüncü gün səhər açıldığından, qrup axşama kimi kolların içində, bir metr dərinliyi olan və üç nəfərin gizlənə biləcəyi səngərdə gizlənib gecə yola düşməyi qərara alır. Kəşfiyyat qrupu təhlükəsizlik baxımından etibarlı sayılan həmin kolluq olan ərazidə daldalanmaq qərarına gəlir. Bir müddət sonra Vüqar Yarəhmədov onlara sarı iki nəfər düşmənin gəldiyini söyləyir. Açılan atəş nəticəsində bir erməni əsgəri ölür, digəri isə yaralanıb təpənin arxasına keçə bilir. Belə olan halda komandirin əmri ilə kəşfiyyat qrupu səngərin içinə doğru gedir. Bir müddət getdikdən sonra 50–60 nəfər erməni əsgərinin onlara sarı gəldiyini görən komandir Elxan Ağayev, yaxınlıqdakı dağılmış kəndə tərəf üz tutmağı əmr edir. Qrup kəndə çatır və burada yanmış evin balaca gizlənir.
Bir müddət sonra Dinar Mustafayev düşmən əsgərlərinin onları gördüyünü xəbər verir. Həmin vaxt düşmən əsgərləri tərəfindən atəşə tutulurlar. Bu zaman Elxan Ağayev əl qumbarasını çıxarıb onlar tərəfə atır və döyüş əmrini verir. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb.
Aqil Əhmədov
Xarici video | |
---|---|
Aqil Əhmədovun "Xocavənd əməliyyatı" və əsirlik həyatı barədə verdiyi müsahibə. 2017-ci il. |
Aqil Əhmədovun erməni məhkəməsində dediklərindən.
Huşsuz vəziyyətdə olan Əhmədovu ermənilər əsir götürərək Cəbrayıl yaxınlığında yerləşən tibb məntəqəsinə aparırlar. Burada saxlanılan zaman onu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi ziyarət edir. Doqquz gün burada qalan Aqili, daha sonra Xankəndində olan hospitala aparırlar. On beş günə yaxın orada qaldıqdan sonra isə (təkadamlıq kameraya) salırlar. Aqilin sözlərinə görə, əsirlikdə qaldığı müddətdə ona müxtəlif işgəncələr verilib.
1998-ci ilin fevral ayında ermənilər Aqili məhkəmə qarşısına çıxarmış və bir neçə maddə ilə ittiham irəli sürərək ona güllələmə hökmü təyin etmişdir. Bir il on bir ay ölüm hökmü altında olmuş Aqilin sözlərinə görə, hər dəfə ayaq səsləri eşidəndə, qapı açılanda elə bilirmiş ki, güllələnməyə aparılacaq.
Uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında prezident Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olur. Əsir düşməzdən qabaq 86 kiloqram çəkisi olan Aqil, geri qayıdanda 49 kiloqram çəkidə olub.
19 sentyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının istifadəyə verilmə mərasimində iştirak etmiş və Qarabağ əlili olaraq Aqil Əhmədova bütün əşyalarla təmin olunmuş ikiotaqlı ev və maşın təqdim etmişdir.
Xatirə
Xarici video | |
---|---|
"Səkkiz oğul istərəm" sənədli filmi. |
̈Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra — oktyabrın 14-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə almaq mümkün olub. İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə (ölümündən sonra) ilə təltif ediliblər.
2017-ci ildə "Vətənpərvərliyin təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən hazırlanan, "Xocavənd əməliyyatı"nda iştirak etmiş kəşfiyyatçılara həsr olunmuş — "Səkkiz oğul istərəm" sənədli filmi yayımlanıb.
Jurnalist Jalə Cəfərova "Xocavənd əməliyyatı"nın iştirakçılarından bəhs edən "Əbədi yaşayanlar" adlı kitab yazmış, həmçinin musiqi bəstələmişdir.
İkinci Qarabağ müharibəsindən sonra — 2021-ci ilin iyun ayında "Xocavənd əməliyyatı"nda iştirak etmiş kəşfiyyatçıların ailə üzvləri və yaxınları hərbçilərin həlak olduğu Yuxarı Güzlək kəndini ziyarət ediblər. Ərazidə kəşfiyyatçıların xatirələrini əbədiləşdirmək üçün bulaq tikilib və simvolik bir məzarlıq yaradılıb.
Həmçinin bax
Qeydlər
- Xətai Baxışov və Aqil Əhmədovun sözlərinə görə.
- Xətai Baxışov və Aqil Əhmədovun sözlərinə görə.
- Yuxarı Güzlək kəndi Füzuli rayonu ərazisinə daxil olsa da, mənbədə Xocavənd rayonu ərazisi kimi göstərilib.
İstinadlar
- "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında" (az.). e-qanun.az. 2019-07-15 tarixində . İstifadə tarixi: 2016-05-15.
- Mayami, 1997. səh. 6
- APA TV. ""Xocavənd əməliyyatı"nda sağ qalan kəşfiyyatçı: "Ağır yaralandım"" (az.). Youtube.com. 13.04.2024. İstifadə tarixi: 2024-04-13.
- "Əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının anım mərasimi keçirilib - FOTOLAR". Ordu.az. 2024-01-02 tarixində . İstifadə tarixi: 2024-01-02.
- "Yeddi oğul istərəm". Olke.az. 2024-01-02 tarixində . İstifadə tarixi: 2024-01-02.
- "Səkkiz kəşfiyyatçımızın qəhrəmanlıq salnaməsi - Xocavənd əməliyyatı". Musavat.com. 2024-01-02 tarixində . İstifadə tarixi: 2024-01-02.
- Ermənilərə əsir düşməmək üçün özlərini partladan kəşfiyyatçılarımızın DƏHŞƏTLİ XATİRƏLƏRİ, 3:35 hissəsindən başlayaraq
- "Gizli tapşırıq zamanı əsir düşən kəşfiyyatçımızın yaşadıqları - Dəhşət dolu iki il". Oxu.az. 2024-01-03 tarixində . İstifadə tarixi: 2024-01-03.
- "Füzuli rayonunun Yuxarı Güzlək kəndindən videogörüntülər - VİDEO". Mod.gov.az. İstifadə tarixi: 2024-01-05.
- "Ermənilərlə əsir düşən kəşfiyyatçımız: "Güllə ciyərimlə ürəyimin arasında qalıb" - FOTO". Anaxeber.info. 2024-01-03 tarixində . İstifadə tarixi: 2024-01-03.
- ATV. ""Xocavənd əməliyyatı"nın 27-ci ildönümü" (az.). Youtube.com. 12.04.2024. İstifadə tarixi: 2024-04-12.
- "Erməni əsirliyindən qayıdan azərbaycanlı: "Mən necə əsir düşdüm… - II HİSSƏ - Dəhşətli gerçəklik". Modern.az. İstifadə tarixi: 2024-01-03.
- "Aqil Əhmədov: "Döyüşdə bəxtim gətirmədi...ölmədim..."". Adalet.az. 2024-01-03 tarixində . İstifadə tarixi: 2024-01-03.
- "Yaşamaq uğrunda mübarizə: əsirlikdə və azadlıqda". Anews.az. 2019-03-28 tarixində . İstifadə tarixi: 2024-01-05.
- ""7 dost qucaqlaşıb özlərini partlatdı" - Hadrutda qəhrəmanlıq dastanı". Qaynarinfo.az. İstifadə tarixi: 2024-01-05.
- "Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillər verilmişdir". Azertag.az. İstifadə tarixi: 2024-01-03.
- ""Səkkiz oğul istərəm..." filmi yayımlandı İLK DƏFƏ". Ednews.net. İstifadə tarixi: 2024-01-05.
Ədəbiyyat
- Andrey Mayami. Soldat udaçi (Предчувствие новой войны). Moskva. 1997. 66.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xocavend emeliyyati 7 aprel 1997 ci ilde Azerbaycanin iki kesfiyyat qrupunun xususi tapsiriqla Xocavend rayonu erazisine gonderilmesi Emeliyyatin meqsedi Ermenistan ordusunun Xocavend rayonunda dislokasiya yerlerinin mueyyen edilmesi dusmenin canli quvvesi malik oldugu doyus texnikalari haqda melumatlarin toplanmasi herbi eselonlarinda istehkam muhendis hazirliginin hansi veziyyetde oldugunun oyrenilmesi olub Xocavend emeliyyatiTarix 7 10 aprel 1997Yeri Qarabag AzerbaycanSebebi Qarabag munaqisesiMunaqise terefleriAzerbaycan Ermenistan QDQRKomandan lar Heyder Eliyev Azerbaycan Prezidenti Sefer Ebiyev Mudafie naziri Xetai Baxisov Kesfiyyat qrupunun komandiri Levon Ter Petrosyan Ermenistan Prezidenti Leonard Petrosyan QDQR in Prezidenti Samvel Babayan QDQR in mudafie naziri Tereflerin quvvesiIki kesfiyyat qrupu Xeyli sayda canli quvve ve texnikaItkiler7 herbci helak olub 1 herbci esir goturulub Xeyli sayda canli quvve ve texnika mehv edilib Dusmenin arxasina kecerek tapsirigi yerine yetiren qruplardan birincisi itkisiz qayidib Lakin emeliyyatin ucuncu gunu sekkiz neferden ibaret olan ikinci qrup geri qayidarken dusmen terefinden askarlanib Ermeniler kesfiyyat qrupunu muhasireye alib ve teslim olmalarini teleb edibler Teslim haqqinda teklif qrup doyusculeri terefinden redd edildikden sonra agir doyus baslayib Qrupun yeddi uzvu sursatlari tukendiyinden dusmenin eline kecmemek ucun ozlerini el qumbarasi ile partladiblar Cavus Aqil Ehmedov ise agir yaralanaraq hussuz veziyyetde esir dusub Ermeni mehkemesi Aqile gullelenme cezasi kesse de uzun suren danisiqlardan sonra 1999 cu ilin mart ayinda onu deyismek mumkun olub Emeliyyat zamani sehid olmus herbcilerin neslerini ermeni terefinden yalniz alti aydan sonra almaq mumkun olub Iki gun sonra onlar Bakidaki Ikinci Sehidler Xiyabaninda defn olunublar Onlarin her biri Azerbaycan Prezidenti Heyder Eliyevin muvafiq fermani ile Azerbaycan Bayragi ordeni olumunden sonra ile teltif edilibler EmeliyyatElxan Agayev solda ve Vuqar Yarehmedovun sagda emeliyyatdan once cekdirdikleri fotolar 7 aprel 1997 ci ilde Azerbaycan Mudafie Nazirliyi Kesfiyyat Idaresinin emri ile iki kesfiyyat qrupu xususi tapsiriqla Xocavend rayonu erazisine gonderilib Tapsirigin meqsedi Ermenistan ordusunun Xocavend rayonunda dislokasiya yerlerinin mueyyen edilmesi dusmenin canli quvvesi malik oldugu doyus texnikalari haqda melumatlarin toplanmasi herbi eselonlarinda istehkam muhendis hazirliginin hansi veziyyetde oldugunun oyrenilmesi olub Mais Berxudarovun rehberlik etdiyi birinci qrup tapsirigi yerine yetirerek itkisiz qayidib Leytenantlar qrupun komandiri ve cavuslar ve Aqil Ehmedovdan ibaret olan ikinci qrup Fuzuli rayonunun Horadiz istiqametinden temas xettini kecibler ve texminen 40 50 kilometr yol qet etmekle doyus tapsirigini yerine yetiribler Lakin emeliyyatin ucuncu gunu geri qayidarken Fuzuli rayonunun Yuxari Guzlek kendi erazisinde dusmen terefinden askarlaniblar Qrupun uzvu Aqil Ehmedovun sozlerine gore ucuncu gun seher acildigindan qrup axsama kimi kollarin icinde bir metr derinliyi olan ve uc neferin gizlene bileceyi sengerde gizlenib gece yola dusmeyi qerara alir Kesfiyyat qrupu tehlukesizlik baximindan etibarli sayilan hemin kolluq olan erazide daldalanmaq qerarina gelir Bir muddet sonra Vuqar Yarehmedov onlara sari iki nefer dusmenin geldiyini soyleyir Acilan ates neticesinde bir ermeni esgeri olur digeri ise yaralanib tepenin arxasina kece bilir Bele olan halda komandirin emri ile kesfiyyat qrupu sengerin icine dogru gedir Bir muddet getdikden sonra 50 60 nefer ermeni esgerinin onlara sari geldiyini goren komandir Elxan Agayev yaxinliqdaki dagilmis kende teref uz tutmagi emr edir Qrup kende catir ve burada yanmis evin balaca gizlenir Bir muddet sonra Dinar Mustafayev dusmen esgerlerinin onlari gorduyunu xeber verir Hemin vaxt dusmen esgerleri terefinden atese tutulurlar Bu zaman Elxan Agayev el qumbarasini cixarib onlar terefe atir ve doyus emrini verir Ermeniler kesfiyyat qrupunu muhasireye alib ve teslim olmalarini teleb edibler Teslim haqqinda teklif qrup doyusculeri terefinden redd edildikden sonra agir doyus baslayib Qrupun yeddi uzvu sursatlari tukendiyinden dusmenin eline kecmemek ucun ozlerini el qumbarasi ile partladiblar Cavus Aqil Ehmedov ise agir yaralanaraq hussuz veziyyetde esir dusub Aqil Ehmedov Xarici videoAqil Ehmedovun Xocavend emeliyyati ve esirlik heyati barede verdiyi musahibe 2017 ci il Azerbayacanin menim kimi 4 milyon oglu var En azi evde iki qardasim var onlar ellerine silah goturende en azi sizinkilerden oldurmekle menim qisasimi alacaqlar Aqil Ehmedovun ermeni mehkemesinde dediklerinden Hussuz veziyyetde olan Ehmedovu ermeniler esir goturerek Cebrayil yaxinliginda yerlesen tibb menteqesine aparirlar Burada saxlanilan zaman onu Beynelxalq Qirmizi Xac Komitesinin numayendesi ziyaret edir Doqquz gun burada qalan Aqili daha sonra Xankendinde olan hospitala aparirlar On bes gune yaxin orada qaldiqdan sonra ise tekadamliq kameraya salirlar Aqilin sozlerine gore esirlikde qaldigi muddetde ona muxtelif isgenceler verilib 1998 ci ilin fevral ayinda ermeniler Aqili mehkeme qarsisina cixarmis ve bir nece madde ile ittiham ireli surerek ona gulleleme hokmu teyin etmisdir Bir il on bir ay olum hokmu altinda olmus Aqilin sozlerine gore her defe ayaq sesleri esidende qapi acilanda ele bilirmis ki gullelenmeye aparilacaq Uzun suren danisiqlardan sonra 1999 cu ilin mart ayinda prezident Heyder Eliyevin komekliyi ile Aqili bir ermeni esir ve iki ermeni cesedi ile deyismek mumkun olur Esir dusmezden qabaq 86 kiloqram cekisi olan Aqil geri qayidanda 49 kiloqram cekide olub 19 sentyabr 2008 ci ilde Azerbaycan Prezidenti Ilham Eliyev Zaqatala seherinde Qarabag muharibesi elilleri ve sehid aileleri ucun yasayis binasinin istifadeye verilme merasiminde istirak etmis ve Qarabag elili olaraq Aqil Ehmedova butun esyalarla temin olunmus ikiotaqli ev ve masin teqdim etmisdir XatireXarici video Sekkiz ogul isterem senedli filmi Emeliyyat zamani sehid olmus herbcilerin neslerini ermeni terefinden yalniz alti aydan sonra oktyabrin 14 de Beynelxalq Qirmizi Xac Komitesinin vasitesile almaq mumkun olub Iki gun sonra onlar Bakidaki Ikinci Sehidler Xiyabaninda defn olunublar Onlarin her biri Azerbaycan Prezidenti Heyder Eliyevin muvafiq fermani ile Azerbaycan Bayragi ordeni olumunden sonra ile teltif edilibler 2017 ci ilde Vetenperverliyin tebligine Destek Ictimai Birliyi terefinden hazirlanan Xocavend emeliyyati nda istirak etmis kesfiyyatcilara hesr olunmus Sekkiz ogul isterem senedli filmi yayimlanib Jurnalist Jale Ceferova Xocavend emeliyyati nin istirakcilarindan behs eden Ebedi yasayanlar adli kitab yazmis hemcinin musiqi bestelemisdir Ikinci Qarabag muharibesinden sonra 2021 ci ilin iyun ayinda Xocavend emeliyyati nda istirak etmis kesfiyyatcilarin aile uzvleri ve yaxinlari herbcilerin helak oldugu Yuxari Guzlek kendini ziyaret edibler Erazide kesfiyyatcilarin xatirelerini ebedilesdirmek ucun bulaq tikilib ve simvolik bir mezarliq yaradilib Xocavend emeliyyati zamani helak olmus herbcilerin Ikinci Sehidler Xiyabanindaki mezarlariHemcinin baxQaranqus kesfiyyat diversiya destesi Dilqem Esgerov ve Sahbaz Quliyevin girov goturulmesi Azerbaycan Bayragi ordeni ile teltif edilenlerin siyahisiQeydlerXetai Baxisov ve Aqil Ehmedovun sozlerine gore Xetai Baxisov ve Aqil Ehmedovun sozlerine gore Yuxari Guzlek kendi Fuzuli rayonu erazisine daxil olsa da menbede Xocavend rayonu erazisi kimi gosterilib Istinadlar Azerbaycan Respublikasi Mudafie Nazirliyinin herbi qulluqcularinin teltif edilmesi haqqinda az e qanun az 2019 07 15 tarixinde Istifade tarixi 2016 05 15 Mayami 1997 seh 6 APA TV Xocavend emeliyyati nda sag qalan kesfiyyatci Agir yaralandim az Youtube com 13 04 2024 Istifade tarixi 2024 04 13 Esir dusmemek ucun ozlerini partladan 7 kesfiyyatcinin anim merasimi kecirilib FOTOLAR Ordu az 2024 01 02 tarixinde Istifade tarixi 2024 01 02 Yeddi ogul isterem Olke az 2024 01 02 tarixinde Istifade tarixi 2024 01 02 Sekkiz kesfiyyatcimizin qehremanliq salnamesi Xocavend emeliyyati Musavat com 2024 01 02 tarixinde Istifade tarixi 2024 01 02 Ermenilere esir dusmemek ucun ozlerini partladan kesfiyyatcilarimizin DEHSETLI XATIRELERI 3 35 hissesinden baslayaraq Gizli tapsiriq zamani esir dusen kesfiyyatcimizin yasadiqlari Dehset dolu iki il Oxu az 2024 01 03 tarixinde Istifade tarixi 2024 01 03 Fuzuli rayonunun Yuxari Guzlek kendinden videogoruntuler VIDEO Mod gov az Istifade tarixi 2024 01 05 Ermenilerle esir dusen kesfiyyatcimiz Gulle ciyerimle ureyimin arasinda qalib FOTO Anaxeber info 2024 01 03 tarixinde Istifade tarixi 2024 01 03 ATV Xocavend emeliyyati nin 27 ci ildonumu az Youtube com 12 04 2024 Istifade tarixi 2024 04 12 Ermeni esirliyinden qayidan azerbaycanli Men nece esir dusdum II HISSE Dehsetli gerceklik Modern az Istifade tarixi 2024 01 03 Aqil Ehmedov Doyusde bextim getirmedi olmedim Adalet az 2024 01 03 tarixinde Istifade tarixi 2024 01 03 Yasamaq ugrunda mubarize esirlikde ve azadliqda Anews az 2019 03 28 tarixinde Istifade tarixi 2024 01 05 7 dost qucaqlasib ozlerini partlatdi Hadrutda qehremanliq dastani Qaynarinfo az Istifade tarixi 2024 01 05 Qarabag muharibesi elillerine ve sehid ailelerine yeni menziller verilmisdir Azertag az Istifade tarixi 2024 01 03 Sekkiz ogul isterem filmi yayimlandi ILK DEFE Ednews net Istifade tarixi 2024 01 05 EdebiyyatAndrey Mayami Soldat udaci Predchuvstvie novoj vojny Moskva 1997 66