Xanımana Sabir qızı Əlibəyli (20 aprel 1920, Bakı – 7 may 2007, Bakı) — Azərbaycan yazıçısı.
Xanımana Əlibəyli | |
---|---|
Doğum tarixi | 20 aprel 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 2007 (87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Mükafatları |
Həyatı
Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış.
Atası genaral Ağasəlim bəy Əlibəyovun oğlu Sabir bəy Əlibəyov 1886-cı ildə Bakıda anadan olmuşdur. Məsumə xanım Qarayeva ilə evlənmişdir. Xanımana Əlibəylinin atası Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.1966-cı ildə vəfat etmişdir.
Xanımananın anası Məsumə xanım Qarayeva H. Z. Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi.
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır.
Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Şairə 1953-cü ildə Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
Xanımana 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.
Yaradıcılığı
Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir.
1991-ci ildə ona əməkdar incəsənət xadimi adı verilmişdir. 1998-ci ildə Xanımana "İlin qadını" adını almışdır. 1999-cu ildə Heydər Əliyev ona Prezident təqaüdü təyin etmiş, bu münasibətlə xatirə olaraq ona büllur şamdan da bağışlamışdır.
Xanımananın "Balaca həkim" adlı ilk şeirlər toplusu 1955-ci ildə işıq üzü görmüşdü.
O, "Aman ovçu", "Ağ çəmən", "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Məni günəşə at!", "Meşə həkimi", "Sevimli şəhid babam" və digər qiymətli poemaların müəllifidir.
"Dovşanın ad günü" Xanımananın ən populyar poemalarından biridir.
"Balaca həkim" adlı digər bir miniatür poemasında da Xanımananın əsas təsvir və tərənnüm obyekti heyvanlar, onların kukla və oyuncaq variantlarıdır.
Xanımana müxtəlif illərdə "Gözəllər gözəli", "Nişanlı quş", "Aycan", "Dovşanın ad günü", "Cunquş", "Kənd həkimi", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərləri yazmış, onların bir çoxu gənclər və kukla teatrlarında göstərilmişdir.
11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xanımananın "Cunquş" adlı başqa bir əsəri vaxtilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Kukla teatrımız 1980-ci ildə Hindistanda qastrol səfərində olarkən Dehli və Bombey şəhərlərində iki əsərin tamaşası ilə çıxış etmişdi: dahi Ü. Hacıbəyovun "Məşədi İbad" komediyası, bir də Xanımananın "Cunquş" pyesi. Xanımana iman sahibi idi. Ailə üzvləri şəhadət verir ki, o özəlliklə ahıl çağlarında müntəzəm olaraq Qurani-Kərim oxuyar, bu və ya digər surəni başa çıxdıqdan sonra onu öpüb gözlərinə, alnına sürtərmiş.
İstinadlar
- "Arxivlənmiş surət". 2020-02-18 tarixində . İstifadə tarixi: 2024-04-21.
- "Arxivlənmiş surət". 2021-06-02 tarixində . İstifadə tarixi: 2021-06-01.
- "Ədəbiyyat qəzeti", 11 may 2007-ci il
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində . İstifadə tarixi: 2 may 2019.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xanimana Sabir qizi Elibeyli 20 aprel 1920 Baki 7 may 2007 Baki Azerbaycan yazicisi Xanimana ElibeyliDogum tarixi 20 aprel 1920 1920 04 20 Dogum yeri Baki Baki quberniyasi AXCVefat tarixi 7 may 2007 2007 05 07 87 yasinda Vefat yeri Baki AzerbaycanFealiyyeti sair yaziciMukafatlari 1991HeyatiXanimana Sabir qizi 20 aprel 1920 ci ilde Baki seherinin Kesle kendinde maraqli medeni enenelere malik zadegan ailesinde dunyaya goz acmisdir Babasi general Agaselim bey Elibeyov ve nenesi Xanimana o zamanin yuksek tehsil gormus ziyalilarindan olmuslar Bedii istedadi olan Xanimana nene herden seir de yazarmis Atasi genaral Agaselim bey Elibeyovun oglu Sabir bey Elibeyov 1886 ci ilde Bakida anadan olmusdur Mesume xanim Qarayeva ile evlenmisdir Xanimana Elibeylinin atasi Sankt Peterburq universitetini bitirmisdi ve olkemizin xaricde ixtisaslasmis ilk ali tehsilli pesekar huquqsunaslarindan biri kimi taninirdi 1966 ci ilde vefat etmisdir Xanimananin anasi Mesume xanim Qarayeva H Z Tagiyevin meshur Qizlar gimnaziyasini ve Azerbaycan Dovlet Universitetinin filologiya fakultesini bitirmis Eli Bayramov adina Qadinlar klubunun feallarindan olmus uzun iller Bakinin orta mekteblerinde ders demis mekteb direktoru rayon xalq maarif sobesinin mudiri vezifelerinde calismis bu sahede semereli fealiyyetine gore emekdar muellim fexri adina layiq gorulmusdu Xanimana dord qizin ve uc oglanin boyuduyu bu ailenin ilk usagi idi Genc sair Bakidaki 13 nomreli orta mektebde tehsil almis hemise yaxsi oxumus muellimlerinin sevimlisi olmusdur Onlardan biri sonralar gorkemli yazici kimi taninan Meherrem Elizade Xanimananin istedadini gorub onunla mesgul olmus ilk seirlerinin kutlevi informasiya vasitelerine yol acmasina ozellikle de balaca sairin Azerbaycan radiosu ile cixislarina meslehetci ve komekci olmusdur Xanimananin ilk seirleri 1938 ci ilden dovri metbuatda derc olunmaga baslamis Balaca hekim adli birinci kitabi ise 1955 ci ilde Usaqgencnesr terefinden 30 000 nusxe tirajla cap olunmusdur 16 yasinda iken Xanimana Bakida Tibb Institutuna daxil olmusdur 1942 ci ilde institutu ugurla bitiren genc hekim teyinatla Masalliya gonderilmis orada Qizilavar kend tibb menteqesinde fealiyyete baslamisdir Tezlikle Xanimana ikinci ali tehsil almaq ucun ADU nun filologiya fakultesine qebul imtahanlari vermis bes il sonra hemin fakulteni muveffeqiyyetle bitirmisdir Saire 1953 cu ilde Mirvarid Dilbazi ve Mikayil Rzaquluzadenin zemanetleri ile SSRI Yazicilar Ittifaqina uzv qebul edilmisdir Xanimana 7 may 2007 ci ilde dunyasini deyismis Baki seherinde defn edilmisdir YaradiciligiXanimana Elibeyli usaqlar ucun yazilmis yuzlerle seirin onlarla poema ve sehne eserinin 30 dan artiq kitabin muellifidir 1991 ci ilde ona emekdar incesenet xadimi adi verilmisdir 1998 ci ilde Xanimana Ilin qadini adini almisdir 1999 cu ilde Heyder Eliyev ona Prezident teqaudu teyin etmis bu munasibetle xatire olaraq ona bullur samdan da bagislamisdir Xanimananin Balaca hekim adli ilk seirler toplusu 1955 ci ilde isiq uzu gormusdu O Aman ovcu Ag cemen Ulduzlarin qucaginda Bir yay seheri Coxbilmis cepisler Meni gunese at Mese hekimi Sevimli sehid babam ve diger qiymetli poemalarin muellifidir Dovsanin ad gunu Xanimananin en populyar poemalarindan biridir Balaca hekim adli diger bir miniatur poemasinda da Xanimananin esas tesvir ve terennum obyekti heyvanlar onlarin kukla ve oyuncaq variantlaridir Xanimana muxtelif illerde Gozeller gozeli Nisanli qus Aycan Dovsanin ad gunu Cunqus Kend hekimi Durnalar lelek salir Meyvelerin sahi ve s dram eserleri yazmis onlarin bir coxu gencler ve kukla teatrlarinda gosterilmisdir 11 iyun 2002 ci ilde Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudune layiq gorulub Xanimananin Cunqus adli basqa bir eseri vaxtile respublikanin dovlet mukafatina layiq gorulmusdu Kukla teatrimiz 1980 ci ilde Hindistanda qastrol seferinde olarken Dehli ve Bombey seherlerinde iki eserin tamasasi ile cixis etmisdi dahi U Hacibeyovun Mesedi Ibad komediyasi bir de Xanimananin Cunqus pyesi Xanimana iman sahibi idi Aile uzvleri sehadet verir ki o ozellikle ahil caglarinda muntezem olaraq Qurani Kerim oxuyar bu ve ya diger sureni basa cixdiqdan sonra onu opub gozlerine alnina surtermis Istinadlar Arxivlenmis suret 2020 02 18 tarixinde Istifade tarixi 2024 04 21 Arxivlenmis suret 2021 06 02 tarixinde Istifade tarixi 2021 06 01 Edebiyyat qezeti 11 may 2007 ci il Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudlerinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az e qanun az 7 September 2022 tarixinde Istifade tarixi 2 may 2019 Hemcinin baxAzerbaycan edebiyyati