Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır.
Xallıq İşbara Yabqu xaqan | |
---|---|
Fars mənbələrində - بیژن | |
653 – 657 | |
Əvvəlki | İrbis Şekuy xaqan |
Sonrakı | Aşina Buçjen (Nuşibi) Aşina Mişe (Tulu) |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Çanqan, Çin |
Dəfn yeri | Ba çayının sahili |
Atası | Böri Şad |
Uşağı | Aşina Siyun |
Dini | Tenqriçilik |
İlk illəri
Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi.
Xaqanlığa gəlişi
651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi:
- Asiqi Küyü Tegin
- Qeşu Küye Tegin
- Basayqan Dunşibo Tegin
- Asiqi Nişu Tegin
- Qeşu Çoban Tegin
Tulu aymaklarına isə çorlar təyin etmişdi:
- Çumuqun Çor
- Xuluvu Kyüe Çor
- Neşetidun Çor
- Tuçişi Xeloşi Çor
- Şunişi Çoban Çor.
Sonrakı illəri
Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə — indiki Sincan və Qansuya hücuma keçdi. Bundan istifadə edən İnan Cençu yabqu 653-cü ildə Səmərqəndəcən irəliləyə bilmişdi.
İmperatorun əmri ilə Çin sərkərdəsi parçalama taktikasından istifadə edərək tayfaları bir-bir ələ keçirdi. Bu işdə Uyğurlar da iştirak edirdi. Daha sonra Çinə geri dönən Dinqfanq əsas işğal işini Hsiao Sieyə (蕭嗣業) tapşırmışdır. Aşina Buçjen və Aşina Mişenin birləşmiş orduları qarşısında məğlub oldu. Tulular Buçjenə, Nuşibilər isə Mişeyə təslim oldular. Xaqan isə oğlu Siyun Bağaturla birlikdə öncə Çaç şəhərinə qaçdı. Lakin şəhərin hakimi İnye Tarxan xaqanı əsir edərək Aşina Yuankinə təslim etdi. Xaqan Çanqana gətirildi. Beləliklə Qərbi Göytürk xaqanlığı da süqut etdi.
Xallıq İşbara əsir edilərkən sərkərdə Hsiaoya demişdir:
Ailəsi
Qumilyova görə atası Böri Şad, Eduard Şavannesə görə isə İrbis Şekuy xaqandır. Övladları:
- Aşina Siyun — Çinə getmiş, sarayda Sağ Seçkin Atlı Mühafizəçilər sərkərdəsi titulu almışdır. Atasının xaqan elan olunmasından sonra Bağatur Yabqu titulu almışdır.
- Adı bilinməyən bir qız — Xuluvu (胡禄居) Çor ilə evli idi.
Ölümü
Xaqan Çanqanda 659-cu ildə vəfat etdi. Məzarı İllig xaqanın məzarının yanındadır.
Mənbə
- Гумилёв Л. Н. Древние тюрки. — СПб.: СЗКЭО, Издательский Дом "Кристалл", 2002. — С. 576. — ISBN 5-9503-0031-9.
İstinadlar
- Şi-Ci Tonqcian 6310,6311 : "…阿史那賀魯既被擒,謂蕭嗣業曰:「我本亡虜,為先帝所存,先帝遇我厚而我負之,今日之敗,天所怒也。吾聞中國刑人必於市,願刑我於昭陵之前以謝先帝。」上聞而憐之。賀魯至京師, 甲午,獻於昭陵。敕免其死,分其種落為六都督府,其所役屬諸國皆置州府,西盡波斯,並隸安西都護府。賀魯 尋死,葬於頡利墓側。"
- Kapusuzoğlu, Gökçen. (2018). BATI GÖKTÜRK KAĞANI AŞİNA HE-LU (KUTLUG)’NUN TÜRKÇE ADI VE BİYOGRAFİSİ ÜZERİNE BİR İNCELEME. 19.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xalliq Isbara Yabqu xaqan esl adi Asina Helu 阿史那賀魯 taxt adi Isbara xaqan 沙缽略可汗 Nusibiler terefinden desteklenen Qerbi Goyturk xaqanligi xaqani Son musteqil xaqandir Xalliq Isbara Yabqu xaqanFars menbelerinde بیژنQerbi Goyturk xaqanligi X xaqani653 657EvvelkiIrbis Sekuy xaqanSonrakiAsina Bucjen Nusibi Asina Mise Tulu Sexsi melumatlarVefat tarixi 657Vefat yeri Canqan CinDefn yeri Ba cayinin sahiliAtasi Bori SadUsagi Asina SiyunDini TenqricilikIlk illeriAtasi Qafqaz tudunu Bori sad idi Yabqu titulunu 633 cu ilde Nisa Tulu xaqandan almisdi Nusibilerin desteyi ile Irbis Sekuy xaqana qarsi 646 ci ilde usyana cehd etmis lakin meglub olub Cine qacmisdi 651 ci ilden once ise Tan sulalesinde bir serkerde idi Xaqanliga gelisi651 ci ilde Cine usyan ederek xaqan olmusdu Xaqanliga geldikden sonra Isbara Teris xaqanin ayirdigi Nusibi aymaklarina teginler teyin etmisdi Asiqi Kuyu Tegin Qesu Kuye Tegin Basayqan Dunsibo Tegin Asiqi Nisu Tegin Qesu Coban Tegin Tulu aymaklarina ise corlar teyin etmisdi Cumuqun Cor Xuluvu Kyue Cor Nesetidun Cor Tucisi Xelosi Cor Sunisi Coban Cor Sonraki illeriXaqanligi evvel Tan sulalesi ile dost seraitde idare eden xaqan getdikce isgalci siyasete kecdi 651 ci ilin payizi Cinin qerbine indiki Sincan ve Qansuya hucuma kecdi Bundan istifade eden Inan Cencu yabqu 653 cu ilde Semerqendecen irelileye bilmisdi Imperatorun emri ile Cin serkerdesi parcalama taktikasindan istifade ederek tayfalari bir bir ele kecirdi Bu isde Uygurlar da istirak edirdi Daha sonra Cine geri donen Dinqfanq esas isgal isini Hsiao Sieye 蕭嗣業 tapsirmisdir Asina Bucjen ve Asina Misenin birlesmis ordulari qarsisinda meglub oldu Tulular Bucjene Nusibiler ise Miseye teslim oldular Xaqan ise oglu Siyun Bagaturla birlikde once Cac seherine qacdi Lakin seherin hakimi Inye Tarxan xaqani esir ederek Asina Yuankine teslim etdi Xaqan Canqana getirildi Belelikle Qerbi Goyturk xaqanligi da suqut etdi Xalliq Isbara esir edilerken serkerde Hsiaoya demisdir Men meglub bir qulam Evvelki hokmdar meni destekleyib hediyyeler vermisdi Mense ondan uz cevirdim ve usyana qalxdim Hazirki veziyyetim Tenqrinin mene qarsi qezebi ve cezasidir Ne deye bilerem ki Esitdim ki Cin qanunlarinda oldurulecek sexsler paytaxtda edam edilirler Menim arzum da Cao Linqde imperator mavzoleyi olmek evvelki hokmdardan uzr istemekdir AilesiQumilyova gore atasi Bori Sad Eduard Savannese gore ise Irbis Sekuy xaqandir Ovladlari Asina Siyun Cine getmis sarayda Sag Seckin Atli Muhafizeciler serkerdesi titulu almisdir Atasinin xaqan elan olunmasindan sonra Bagatur Yabqu titulu almisdir Adi bilinmeyen bir qiz Xuluvu 胡禄居 Cor ile evli idi OlumuXaqan Canqanda 659 cu ilde vefat etdi Mezari Illig xaqanin mezarinin yanindadir MenbeGumilyov L N Drevnie tyurki SPb SZKEO Izdatelskij Dom Kristall 2002 S 576 ISBN 5 9503 0031 9 IstinadlarSi Ci Tonqcian 6310 6311 阿史那賀魯既被擒 謂蕭嗣業曰 我本亡虜 為先帝所存 先帝遇我厚而我負之 今日之敗 天所怒也 吾聞中國刑人必於市 願刑我於昭陵之前以謝先帝 上聞而憐之 賀魯至京師 甲午 獻於昭陵 敕免其死 分其種落為六都督府 其所役屬諸國皆置州府 西盡波斯 並隸安西都護府 賀魯 尋死 葬於頡利墓側 Kapusuzoglu Gokcen 2018 BATI GOKTURK KAGANI ASINA HE LU KUTLUG NUN TURKCE ADI VE BIYOGRAFISI UZERINE BIR INCELEME 19