Vidivdat və ya Visprat - ("Bütün ratular"; ratu - "hökmdar", "hakim", "tanrı" deməkdir. Beləliklə, "Bütün hökmdarlar", "Bütün hakimlər", "Bütün tanrılar") 24 fəsildən ibarət olan (müxtəlif əlyazmalarda fəsillərin sayı müxtəlifdir) kahin, dua kitabıdır. Kitab müxtəlif tanrılara ehtiramın izhar olunması ilə ibadət səciyyəli müraciətlərdən ibarətdir. Visprat mahiyyətcə Yəsnaya əlavədir və öz xarakterinə görə Bibliya kitabı olan ""ə bir qədər bənzəyir. Bu kitab "Avesta"nın ən solğun və maraqsız qismidir.
Videvdatı (təhrif olunmuş Vendidat da işlədilir) hazırda son zamanlaradək edildiyi kimi, sadəcə olaraq, "Divlər əleyhinə qanun" kimi deyil, dəqiqləşdirmə ilə "əvvəlki tanrıların rədd olunması" kimi tərcümə edirlər.
Videvdat "Avesta"nın Sasanilər dövründə bərpa olunmuş 21 kitabından yeganəsidir ki, təqribən tam qalmışdır və qədim "Avesta"nın kitablarından birinə təqribən tamamilə uyğundur.
Videvdat ilk növbədə nəyin qadağan olunduğunu, nəyə icazə verildiyini göstərən qanun və göstərişlər külliyyatıdır. 22 fəsildən (afqarddan və yaxud farqarddan) ibarət olan bu kitabda mərasimlə əlaqədar təmizlənmə qaydaları, müxtəlif ayinlərin həyata keçirilməsi üsulları əks olunmuşdur. Bu kitabda oda və başqa təbii qüvvələrə xüsusi diqqət göstərilməsi, itlərə və digər faydalı heyvanlara qayğı bəslənilməsi zərurəti, əkinçilik qaydaları haqqında danışılır, günahların və xeyirli əməllərin siyahısı sadalanır, günahların yuyulması məsələsinə dair göstərişlər verilir, bəzi dini-hüquqi müddəalar, mülki və cinayət hüququ və s. elementlər izhar edilir.
Videvdatın I farqardının başlanğıcı olan "Coğrafi poema"da lap qədimlərə gedib çıxan süjetlər az deyildir. Burada Ahura Mazdanın ölkələri yaratması haqqında danışılır. Aryanam Vayçaxın - "Ari açıqlığı" adı həmin ölkələr sırasında birinci çəkilir. Güman etmək olar ki, bu ölkə arilərin ilkin vətəni olmuşdur. Bu ölkə "Coğrafi poema"da dünyanın ən yaxşı diyarı kimi səciyyələnmişdir, lakin qeyd edilmişdir ki, sonralar burada şər və zülmət ruhu olan Anhra Manyunun yaratdığı bəlalar meydana gəlmişdir.
I farqardda 16 ölkənin adı çəkilmişdir. Onların sırasında həm gerçək, həm də mifik ölkələr vardır. Ölkələrin adlarının çəkilməsində heç bir sistem və qayda yoxdur. Fəsil bu sözlərlə başa çatır: "Zəngin təbiəti, yaşayış üçün yararlı olan başqa gözəl yerlər və ölkələr də mövcuddur".
"Coğrafi poema" Avestanın coğrafi üfüqlərinin geniş olduğunu təsdiqləyir. Ola bilər ki, adları çəkilmiş ölkələr nəinki arilərin köç etdikləri vilayətlərdir, habelə Videvdatın mətninin tərtib olunması ərəfəsində Zərdüştiliyin yayıldığı torpaqlardır. Videvdatın tərtibi zamanına gəldikdə isə demək lazımdır ki, hələ bu yaxınlarda bu kitabın "Avesta"nın başqa hissələrinə nisbətən daha gec meydana gəldiyini hesab edirdilər. Doğrudur, ümumiyyətlə bütün Kiçik Avestada olduğu kimi, Videvdatda da məzmununa görə və mənşəcə çox gec tarixi dövrlərə aid olan material az deyildir. Lakin onda aşkar şəkildə qədim, erkən bəzən qalan "Avesta"ya yad olan bir çox cəhətlərin qalması da mübahisəsizdir. Belə bir fikir söylənilmişdir ki, Əhəmənilər hakimiyyətinə qədərki dövrün madalılarının dini təsəvvürləri məhz Videvdatda əks olunmuş təsəvvürlərə uyğun gəlir. Güman edirlər ki, Videvdat (daha dəqiqi, Protovidevdat) Qərbi İran vilayətlərində (Azərbaycanda) meydana gəlmişdir, Mada maqları isə onun tərtibçiləri ola bilərdilər.
Videvdatın II farqardında insanlığın əcdadı, mədəni qəhrəman, minillik "qızıl əsr" dövründə dünyada hökmranlıq etmiş, İran eposunun ən qədim motivlərinə gedib çıxan Yima (orta əsrlərdə Cəmşid adlanırdı) haqqında əfsanə hifz olunmuşdur. İbtidai dünya duyumunun tam surətdə sirayət etdiyi bu əfsanədə eposun ən qədim qalıq formaları mühafizə olunmuşdur. Həmin formalarda ari və hətta hind-Avropa səviyyələrinin motivləri və surətləri asanlıqla tanınır.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vidivdat ve ya Visprat Butun ratular ratu hokmdar hakim tanri demekdir Belelikle Butun hokmdarlar Butun hakimler Butun tanrilar 24 fesilden ibaret olan muxtelif elyazmalarda fesillerin sayi muxtelifdir kahin dua kitabidir Kitab muxtelif tanrilara ehtiramin izhar olunmasi ile ibadet seciyyeli muracietlerden ibaretdir Visprat mahiyyetce Yesnaya elavedir ve oz xarakterine gore Bibliya kitabi olan e bir qeder benzeyir Bu kitab Avesta nin en solgun ve maraqsiz qismidir Videvdati tehrif olunmus Vendidat da isledilir hazirda son zamanlaradek edildiyi kimi sadece olaraq Divler eleyhine qanun kimi deyil deqiqlesdirme ile evvelki tanrilarin redd olunmasi kimi tercume edirler Videvdat Avesta nin Sasaniler dovrunde berpa olunmus 21 kitabindan yeganesidir ki teqriben tam qalmisdir ve qedim Avesta nin kitablarindan birine teqriben tamamile uygundur Videvdat ilk novbede neyin qadagan olundugunu neye icaze verildiyini gosteren qanun ve gosterisler kulliyyatidir 22 fesilden afqarddan ve yaxud farqarddan ibaret olan bu kitabda merasimle elaqedar temizlenme qaydalari muxtelif ayinlerin heyata kecirilmesi usullari eks olunmusdur Bu kitabda oda ve basqa tebii quvvelere xususi diqqet gosterilmesi itlere ve diger faydali heyvanlara qaygi beslenilmesi zerureti ekincilik qaydalari haqqinda danisilir gunahlarin ve xeyirli emellerin siyahisi sadalanir gunahlarin yuyulmasi meselesine dair gosterisler verilir bezi dini huquqi muddealar mulki ve cinayet huququ ve s elementler izhar edilir Videvdatin I farqardinin baslangici olan Cografi poema da lap qedimlere gedib cixan sujetler az deyildir Burada Ahura Mazdanin olkeleri yaratmasi haqqinda danisilir Aryanam Vaycaxin Ari aciqligi adi hemin olkeler sirasinda birinci cekilir Guman etmek olar ki bu olke arilerin ilkin veteni olmusdur Bu olke Cografi poema da dunyanin en yaxsi diyari kimi seciyyelenmisdir lakin qeyd edilmisdir ki sonralar burada ser ve zulmet ruhu olan Anhra Manyunun yaratdigi belalar meydana gelmisdir I farqardda 16 olkenin adi cekilmisdir Onlarin sirasinda hem gercek hem de mifik olkeler vardir Olkelerin adlarinin cekilmesinde hec bir sistem ve qayda yoxdur Fesil bu sozlerle basa catir Zengin tebieti yasayis ucun yararli olan basqa gozel yerler ve olkeler de movcuddur Cografi poema Avestanin cografi ufuqlerinin genis oldugunu tesdiqleyir Ola biler ki adlari cekilmis olkeler neinki arilerin koc etdikleri vilayetlerdir habele Videvdatin metninin tertib olunmasi erefesinde Zerdustiliyin yayildigi torpaqlardir Videvdatin tertibi zamanina geldikde ise demek lazimdir ki hele bu yaxinlarda bu kitabin Avesta nin basqa hisselerine nisbeten daha gec meydana geldiyini hesab edirdiler Dogrudur umumiyyetle butun Kicik Avestada oldugu kimi Videvdatda da mezmununa gore ve mensece cox gec tarixi dovrlere aid olan material az deyildir Lakin onda askar sekilde qedim erken bezen qalan Avesta ya yad olan bir cox cehetlerin qalmasi da mubahisesizdir Bele bir fikir soylenilmisdir ki Ehemeniler hakimiyyetine qederki dovrun madalilarinin dini tesevvurleri mehz Videvdatda eks olunmus tesevvurlere uygun gelir Guman edirler ki Videvdat daha deqiqi Protovidevdat Qerbi Iran vilayetlerinde Azerbaycanda meydana gelmisdir Mada maqlari ise onun tertibcileri ola bilerdiler Videvdatin II farqardinda insanligin ecdadi medeni qehreman minillik qizil esr dovrunde dunyada hokmranliq etmis Iran eposunun en qedim motivlerine gedib cixan Yima orta esrlerde Cemsid adlanirdi haqqinda efsane hifz olunmusdur Ibtidai dunya duyumunun tam suretde sirayet etdiyi bu efsanede eposun en qedim qaliq formalari muhafize olunmusdur Hemin formalarda ari ve hetta hind Avropa seviyyelerinin motivleri ve suretleri asanliqla taninir